Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu: "Cümhuriyyət dövrünün dil siyasəti ilə bağlı elmi sessiya keçirməyə hazırlaşırıq"

 

       Bu günlərdə Özbəkistanın Nəvai şəhərində böyük özbək şairi Əlişir Nəvainin həyat və yaradıcılığına həsr edilən “Əlişir Nəvai irsi və ümumbəşəri mənəvi dəyərlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu , həmin institutun əməkdaşı Elçin İbrahimov, Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Binnətova , filologiya üzrə fəlsəfə doktoru Könül Rəhimova  və Bakı Dövlət Universitetinin professoru Ramiz Əsgər dəyərli məruzələrlə çıxış ediblər.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu Turkustan.info saytının suallarını cavablandırıb.

-Bu yaxınlarda Özbəkistanda Əlişir Nəvainin anadan olmasının 577 illiyi münasibətilə keçirilmiş  beynəlxalq konfransda iştirak etmisiniz. Əlişir Nəvai haqda düşüncələrinizi, konfrans barədə təəssüratlarınızı  bizimlə də bölüşməyinizi istərdim. Bu, sizin Özbəkistana ilk səfəriniz idimi?

-Bəli,ilk səfərimdi.Elə Nəvai konfransında da ilk dəfədir iştirak edirdim.Özbəkistanda hər il Nəvaiyə həsr olunan konfranslar  keçirilir.Konfransda “Nəvai və klassik Azərbaycan ədəbiyyatı” mövzusunda məruzə etdim.Onu deyim ki, Əlişir Nəvai həqiqətən türk dünyasının ən böyük söz ustadlarından biridir və Nəvainin türk ədəbiyyatına böyük təsiri olub. “Türk ədəbiyyatı tarıxı” kitabının müəllifi Əhməd Kabaklı yazır ki, üç böyük türkçü olub; onlardan birincisi Bilgə Kağandır, çünki türk olmasıyla fəxr eləyib, ikincisi Mahmud Kaşgarlıdır, çünki Türk dünyasının həqiqətən böyük türkoloq alimi,bahadırı, ensiklopedik zəka sahibidir. Təkcə elə onun, Peyğəmbərimizin (s.) “Türk dilini öyrənin, onların üzun sürəcək hakimiyyəti var” kəlamını deməsi olduqca dəyərlidir.Üçüncü böyük türkçü isə əlişir Nəvaidir. Baxın, onlar öz ədəbiyyatlarına Yunus Əmrəylə yanaşı, Nəsimi ilə, Füzuli ilə, Şah İsmayıl Xətai ilə yanaşı Əmir Əlişir Nəvaini də daxil eləyirlər. Həm də çox doğru da eləyirlər. Əlişir Nəvainin böyüklüyü, yeniliyi, Türk dünyasına əsas xidməti nədədir? Əvvəla, onun ilk dəfə olaraq  türk dilində “Xəmsə” yazmasında. Nizami Gəncəvinin “Xəmsə”sinə çoxlu cavablar yazılıb və bu cavabların əksəriyyəti farsca qələmə alınıb.Amma Əlişir Nəvai ilk dəfə türk dilində “Xəmsə” yə cavab olaraq beş poema yazıb və sübut edib ki, türk dilində də şah əsər ortaya qoymaq olar. İkincisi, “Məcalisün-nəfais” (“Ruhların məclisi”) kimi bir əsər yazıb və ona da cavab olaraq Sadiq bəy Sadiqi “Məcməül-xəvas” (“Seçilmişlərin məclisi”) əsərini cığatay dilində qələmə alıb. Məhz elə bunun özüonun türk dünyasına təsirini göstərir. Əslində, Nəvainin cığataycası bizim dilimizdən o qədər də fərqlənmir. Məhz buna sübut olaraq, XIX Azərbaycan şairlərinin Nəvainin təsirilə cığatayca şeirlər yazmasını misal göstərə bilərik. Məsələn, Abdulla bəy Asi, Ordubad şairi Qüdsi Vərəndi cığatayca şeirlər yazıblar.Və bir də Nəvai türk dilində ilk elmi əsər yazıb –  “Mühakimətül-lüğəteyn”. Onu qeyd etmək lazımdır ki, elə təkcə bu əsəri yazmış olsaydı belə,  Türk ədəbiyyatı tarıxındə zirvə sənətkarlardan biri kimi qalacaqdı.Nəvai bu qiymətli əsərində nümunələr göstərməklə sübut edib ki, türk dili ifadə zənginliyinə görə, söz ehtiyatına, məna çalarlarına görə fars dilindən geridə qalmır, hətta ondan üstündür. Məsələn, o yazır ki, “ağlamaqsözü fars dilində bir sözlə ifadə olunursa, bizim dilimizdə “ağlamaq, yığlamaq, hönkürmək, inləmək, sızlamaq “ kimi məna çalarları varsair. Azərbaycan ədəbiyyatına da xüsusi məhəbbət bəsləyib. Şah Qasım Ənvarın qəsidəsini hələ  dörd yaşında əzbər bilib. Nemətullah Kişvəri isə onun qəzəlinə nəzirə yazıb.O nəzirədən bir beyti də məşhurdur: “Kişvəri şeiri Nəvai şeirindən əksük iməs, Bəxtinə düşsəydi bir Sultan Hüseyn Bayqara”. Bizim dəyərli alimimiz  mərhum Cənnət xanım Nağıyeva Füzuli qəzəllərini təhlil edərək sübut eləyirdi ki, onun əsərlərində Nəvai təsiri var.

 -Nəvaişünaslıqda Cənnət xanımın xüsusi yeri var.

Elədir. Ümumiyyətlə,  nəvaişünaslıqda Azərbaycan alimlərinin xidmətləri böyükdür. Həmid Araslı vaxtilə Özbəkistanın əməkdar elm xadimi adını alıb.Hələ Firudin bəy Köçərli Nəvaini “Azərbaycan ədəbiyyatı tarixi”nə daxil edib.

-Hal-hazırda hörmətli Almaz xanım Ülvi bu sahədə dəyərli işlər görməkdədir.

– Bəli,elədir. Elə konfransda da bərabər iştirak edirdik: Almaz xanım, Ramiz Əsgər və daha iki tədqiqatçı-alim. Hörmətli professor Ramiz Əsgərə də  Nəvai şəhərinin fəxri vətəndaşı adı verildi.

 – Hansı təəssüratlarla döndünüz Özbəkistan konfransından?

Çox yüksək! Onu deyim ki. Vaxtilə Özbəkistan keçib getmişdim əfqanıstana.Və tərcüməçilik etdiyim yerlərTürküstanadlanırdı, əhalisi isə özbəklərdi.Hələ o vaxtlardan mən yerli özbəklərin biz – azərbaycanlılara  məhəbbətini duymuşdum. Orda FüzulininMəni candan usandırdı  qəzəlini böyük məhəbbətlə oxuyurdular. Mən həmin məhəbbətin Özbəkistanda bir daha şahidi oldum. Özbəklər öz sənətkarlarına sahib çıxmağı onları sevdirməyi bacarırlar.Nəvainin adına ayrıca şəhər var. Özbəkistanda hər il Nəvaiyə həsr olunan konfrans keçirilir.Bir maraqlı məsələni qeyd edim.Konfransda şagirdlər arasında keçirilən qiraət müsabiqəsinin qalibləri mükafatlandırıldı. Nəvai şeirlərinin gözəl ifa edən şagirdlərə qiymətli hədiyyələravtomobil, kompyüter s. hədiyyə olundu. Görün, gənclər arasında qədər həvəsləndirici amildir. Məncə, nümunə götürmək olar. Konfrans zamanı müsahibələr verdim, təəssüratlarımı orda da bölüşdüm. Onu da deyim ki. Məruzəmin mətnini rusca yazıb çap etdirsəm , konfransda Azərbaycan dilində çıxış etdim.Və məruzəməMən qanı bir, dini bir, dili bir olan Azərbaycandan sizə salam gətirmişəm!”- deyə başladım.

 -Azərbaycanda da Nəvai ilə əlaqədar konfranslar gözlənilirmi?

 -Onu deyim ki. Hələ 1926-cı ildə keçirilən I Türkoloji Qurultayın çərçivəsində Bakıda  Nəvainin yubileyi qeyd edilib. 1947-ci ildə Nizaminin 800 illik yubileyi keçirilərkən orda Azərbaycanın dostu, Səməd Vurğunla yaxın dost olan Qafur Qulam iştirak edib.Və bizə Nizami GəncəviXəmsə”sinin qədim əlyazma nüsxəsini bağışlayıb. Biz eyni mədəniyyətin, eyni mənəviyyatın sahibləriyik. Buna görə bu cür əlaqələrin olması mütləqdir.

Konfransda olduğunuz müddətdə bir institut rəhbəri kimi müvafiq institut rəhbərləriylə   mədəni  əməkdaşlıq layihələri müzakirə edə bildinizmi?

Dilçilik, ədəbiyyat Folklor İnstitutunun rəhbəri ilə görüşdük. Amma vaxt məhdudluğundan ətraflı danışmağa imkan olmadı. İnşallah, düşünürəm ki, yaxında  birgə layihələrə imza atacağıq. Məni bir dilçi alim kimi ən çox düşündürən məsələlərdən biri ortaq terminologiya məsələsidir. Bu mənim arzularımdan biridir. Həm zamanın tələbidir. Elm texnikanın inkişafı ilə yeni-yeni sözlər ortaya çıxır. Nəyə görə birimultikulturologiya”, digəriçoxkültürlülükdesin? İndi bizim Terminologiya şöbəsi türk həmkarları ilə əlaqələr qurur biz çalışırıq ki, heç olmasa, Türkiyə ilə Azərbaycan üçün, eləcə Özbəkistan üçün, Qazaxıstan üçün ortaq terminologiya yaradaq.Onlar da bu niyyətdədirlər bunu gerçəkləşdirmək lazımdır.

 Möhsün müəllim, bizimlə  konfrans təəssüratlarınızı bölüşdüyünüz bu gün əlamətdar bir günə təsadüf etdi. Bu gün Beynəlxalq Ana dili günüdür. Bu münasibətlə ana dilini sevən, qoruyan hər bir insanı, xüsusilə, başda siz olmaqla dilimizin keşiyində dayanan bütün dilçi alimləri təbrik edirəm.  Dilçilik İnstitutunda da bu münasibətlə konfrans keçirildi. Bu ilki Beynəlxalq Ana dili gününü hansı yeniliklərlə qarşıladınız?Yeni kitablar,yeni layihələr barədə bir qədər söz açmanızı istərdim.

 – Layihələrimiz var. Onlardan biri “Qədim Azərbaycan sözləri lüğəti”dir. Sonra orfoqrafiya , orfoepiya lüğətlərinin hazırlanmasıdır. “İzahlı dilçilik terminləri lüğəti”nin hazırlanmasıdır. Bilirsiniz, bu il Azərbaycan Xalq Cümhuriyyəti ilidir.Cümhuriyyət dövrünün dil siyasəti ilə bağlı elmi sessiya keçirməyə hazırlaşırıq. Sonra dövlət quruculuğu siyasətində ana dilinə xüsusi önəm verən ulu öndərin 95 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirməyi planlaşdırırıq.Həmin konfransda da dil məsələlərini xüsusi olaraq vurğulamaq istəyirik. Dil xalqın sərvətidir.Ona görə də bu sərvətin qoruyucusu da bütün xalqdır. Məhz buna görə də bu gün hamını narahat edən məsələlərdən biriana dilinin saflığının qorunması, ədəbi dil normalarının pozulması məsələləridir. Bu da səbəbsiz deyil. Çünki son dövrdə elə mətbuatda, televiziyada  da peşəkarlarla bərabər qeyri-peşəkarlar da var. Ona görə də ana dilinin saflığının qorunması məsələsində müəyyən problemlər var. Qeyd edim ki, institutumuzdaMonitorinq” şöbəsi də fəaliyyət göstərir və onun da vəzifəsi ana dilinin saflığının qorunması istiqamətində müəyyən işlər görməkdir.

 -Möhsün müəllim, sizə dəyərli söhbətiniz üçün təşəkkür edirəm.Sizə vacib və şərəfli işinizdə uğurlar arzulayıram.

P.S. Bu yazını hörmətli müsahibimlə söhbətimizin əsas səbəbkarı Əlişir Nəvainin dua kimi səslənən misraları ilə bitirməklə Beynəlxalq Ana dili günündə bütün oxuculara  ana laylası qədər gözəl ana dilimizdə  arzularımı çatdırırmaq istəyirəm:

 

Yarəb, bir nəzər sal söz bağçasına,

Sən bulbul lisanı vermisən ona.

Çatdır ucalığa sən bizim dili,

Susmasın bu bağın şeyda bülbülü!

 

Şəlalə Ana Hümmətli,

Filol.ü.f.d., şair-publisist

 

Türküstan.- 2018.- 26 fevral - 5 mart.- S.5.