Hər bəndi, hər kəlməsi
Vətən qoxuyan Sabir
İnsan
dünyaya göz açdığı gündən onun
"Ömür kitabı” yazılır. Bəlkə elə
alın yazısı, tale yazısı dediyimiz müqəddəslikdir
ömür kitabı. Elə bir yazı ki, doğrudan da
pozulmazdır, tale qismətidir. Burada sevgi, sevinc
payımız da var, kədər,
qəm payımız da… Həsrətli ürəyin
nəğməsi nisgilli
olar. Çünki əzab məngənəsi
insanı öz qəlbində bişirir, möhkəmləndirir. Həyatın amansız sınaqları insanın şüurunu itiləşdirir. Paslı kilidlərdən,
qanlı qandallardan keçən həqiqət
döyüşkən ruhunu
yaşadır. Yurd
yollarının bu
günə bağlı
qapılarını açmaq,
ürək sirlərini
can, qan qardaşlarına
daşımaq istəyir.
Beləcə yaranır
ömür kitabı…
Bu kitab zamana, əsrə, bu günə sabaha söylənilən Vətən
nəğməsidir. Qəhrəmanlıq nəğməsidir. Hər nəğmənin
bir müəllifi, hər müəllifin öz dünya görüşü və
dünyaya baxışı
var. Bu yazı vətəndaş
bir şairə həsr olunan bir mübariz Azərbaycan oğlunun düşüncələridir. Bu düşüncələr sonu bitməyən bir nəğmədir.
Elə bir nəğmə ki, onun not vərəqləri
zaman-zaman açılacaq,
dillər əzbəri
olacaq.
Bu Dədə Qorqud,
Hörmüz övladı
Babək, Cavanşir, Nəsimi ruhlu vətən övladı Sabir Rüstəmxanlıdır.
Əsl şair
addımından, bircə
baxışından da
aydın tanınır. Ədəbiyyata
"Tanımaq istəsən”
(Gənclik,1970), "Sevgim, sevincim” (Gənclik,1974), "Xəbər
gözləyirəm” (Gənclik,1979) kitabları ilə gəlmiş S.Rüstəmxanlının
şairlik, vətəndaşlıq
keyfiyyətləri daha çox "Gəncə qapısı” (Yazıçı,1981), "Sağ ol, ana
dilim” (Gənclik,
1983), "Qan yaddaşı”
(Yazıçı, 1986) şeir
toplularında, Azərbaycan
Yazıçılar birliyinin
Natəvan klubunda 25 aprel 1986-cı il tarixli zəngin məruzəsində, həmin
çağlarda meydana
çıxmış "Ömür kitabı” əsərində aşkarlanmış
və öz yaradıcılığını ədəbi elmi içtimaiyyətə yeni
söz deməyi bacaran qüdrətli qələm sahibi kimi tanıtmışdır.
Sal qayanı yarıb çıxan şəffaf
bulaq Şairimiz,
Dumanlarda
azanlara çıraq,
mayaq Şairimiz!
Rüstəmxanlı soyadının üç min əsrin arxasından
Bu günlərə çəkə-çəkə
nurlandıran Şairimiz.
Xalq şairi B.Vahabzadə
Sabir Rüstəmxanlının vətənimizə
sevgisi, vətənə,
millətə olan məhəbbəti onun bütün misralarından,
şeirlərindən, ümümiyyətlə
hər kəlməsindən
süzülüb ağ vərəqlərə
tökülür. Onun hər
bəndi, hər kəlməsi vətən
qoxuyur. Sabir yaradıcılığı başdan-ayağa vətənə
həsr olunur desək yanılmarıq.
Vətənpərvər şairin çox şeirlərində Vətənin
qədim, ulu keçmişi, xalqın mənəviyyatı, millət
kimi formalaşmasında
keçdiyi mərhələlər
qürurla, yanğıyla
misra qatarına düzülüb. Şairin şeirlərində bəzən
yağı düşmənlərimizlə
bərabər sapı
özümüzdən olan
nadanlarımız da
qınaq hədəfinə
çevrilir. Onun əsərlərində
tariximizi saxtalaşdıranların
layiqli cavabı verilir.
Vaxt olub ki, öz
gülləmiz gözümüzə
tuşlanıb,
Öz zəmimiz əlimizləbiçilməmiş
xışlanıb,
Pisliyimiz
düşmənə xoş!
daima alqışlanıb;
Mən də elə sənin kimi öz-özümə qəniməm,
Öz nəfsimlə talan olub öz yatarım,
xəzinəm…
…Aman, durna, dimdiyini
öz başında sınama,
Sən gücünü yurddaşında,
qardaşında sınama!..
S.Rüstəmxanlının əsərlərinin əsas
motivi vətənpərvərlik
ruhu, əzmkarlıq, ruh yüksəkliyidir. Hər bir
şeirdə milli qürur, vətənə
məhəbbət və
vətənə məhəbbətə
çağırış açıq şəkildə
görünməkdədir.
Babaların igid ruhu dirildi,
Qisas deyir türk yaddaşı-şanımız.
Ömür bizə vətən
üçün verildi,
Qurban getsək halal olsun qanımız…
S.Rüstəmxanlı hardasa Səməd Vurğun, Şəhriyar, Rəsul Rza kimi yaxın,
Mirzə Ələkbər
Sabir, M.Füzuli, Nəsimi kimi "uzaq” sələflərindən,
Bəxtiyar Vahabzadə
təki çağdaşlarından
təsirlənib qüvvət
almış, öz yaşıdlarının çoxunu tezliklə arxada qoyub ən yeni Azərbaycan türk poeziyasının ön atəş xəttinə çıxa bilmişdir. Nəfəsindəki qəhrəmanlıq yanğısının tüstüsüz
alovuna baxmayaraq bu poeziya nə
qədər təvazökardır,
məğrur və başı ucadır.
Şeir ürəyin, beynin kardioqramıdır. Şeir yalnız ürəyin
yox, həm də ömrün cövhəridir. S.Rüstəmxanlının kitablarında yalnız
bircə ömrün deyil, nəsillər və əsrlər ömrünün cövhəri
verilmişdir. Xoşbəxt o şairdir ki, xalqını təmsil edə bilir, bu halda onun
ilham vergiləri yalnız özünün
deyil, bütün ulusun, yurdun mənəvi kardioqramına
çevrilir. Şeir
və dastanların çoxu əsrimizin son rübündə yazılsa
da, ehtiva, dairəsi çox böyük, çox əzəmətlidir.
Sabir Rüstəmxanlı
bizim XX əsr şeirimizdə bir məktəbdir. Amma bu məktəbin
özünün də
məxsus olduğu daha böyük müqəddəs məktəbi
var. Bu, bəxtsiz şairimiz
Məhəmməd Hadi
ilə başlanan milli poeziya məktəbimizdir.
Birinci Rus inqilabı bizə mətbuat azadlığı
verdi. Bu azdlığın bitirdiyi
zərif çiçəklərdən
biri Azərbaycan xalqının oyanan milli şüuru idi.
Çəkil torpağımdan, ey yağı düşmən,
Mən şeytan
ümidin üzən millətəm.
Dünyanı üstümə qaldırdın
yetər,
Dünyanın dərdinə dözən
millətəm.
Sabir Rüstəmxanlı fikir şairidir, düşüncə şairidir.
Şeirlərinin mayası, qayəsi,
qələmindən süzülən
misralarının əriş-arğacı
fikirdən yoğrulub,
fikirdən toxunub.
Şair elə bir şey
yazmayıb ki, dünən çəpikdə,
alqışda çimən
misralar bu gün xəcalət tərinə çevrilsin,
müəllifinə əzab-əziyyət
versin, peşmançılıq
gətirsin. Sabir Rüstəmxanlının
poeziyasında qınanılası
bircə misra belə yoxdur. Onun dərdi elin dərdinə tən olubdur həmişə. Şair ürəyində eli boyda, özü boyda qəm yükü gəzdiribdir, yorulmayıbdır.
Bu qəm yükündən
usanmadan, yorulmadan, bezmədən çiyinlərinə
alıb. Elin yolunda yanıb, elin pərvanəsinə
dönübdür.
Sabir Rüstəmxanlı əqidə
şairidir. O, min bir mükafatdan, min bir vəzifədən elin bir "sağ olunu” üstün tutubdur. S.Rüstəmxanlı Nəsimi davamçısıdır.
Amalını da ustadından
götürüb, çeşməsindən
su içibdir. Sözün düzünü deməyi,
düşündüyünü dilinə gətirməyi bacarıbdır. Bəli, S.Rüstəmxanlı
həqiqəti deməkdən
heç vaxt çəkinməyibdir. O, aydın sabahlara işıq yolçusu, nur yolçusudur.
Biz işıq yolçusuyuq,
məqsəd-işıq,
Biz olan yerdə olur
Zülmət- işıq.
Ruh-
işıq,
Cürət-işıq.
O könüldən
ki, keçir
Eşq ilə qeyrət damarı
Orda öz bayrağını
Asdı işıq.
Atalardan bizə
mirasdı işıq.
Vahabzadə
Yazıçı üçün Sözün,
İnsanın və Millətin azadlığından
böyük arzu və xoşbəxtlik yoxdur. Bu sözləri S.Rüstəmxanlı misraları
yalnız quru kağızda yox, işdə həyatda gerçəklənəsi müstəqilliyin
sorağındadır. Müstəqillik səadətinə çatmaq imkanı millətin sayından çox sanbalı ilə ölçülür.
Müstəqillik!
İlk inamım, ilk həsrətim!
Müstəqillik!
Xalqın məslək bayrağıdır.
Müstəqillik-hər
ölkənin, məmləkətin
Zülm,
əsarət orbitindən
çıxmağıdır!
Şairin yaradıcılığına nəzər salsaq, yazıların nə qədər qəlb ağrısı, ürək
yanğısı ilə
yazıldığının şahidi olarıq. Parçalanmış vətən, ikiyə
bölünmüş, bir-birindən
ayrı düşmüş
xalq onun ürəyinin kədər
karvanından yola çıxıb gəlir.
Qılıncam-ovxarım
sözlə, inamla,
Min ilin
başında yurdun səsiyəm,
Özüm
bu günlərə gül ola-ola
Gələcək
günlərin pərvanəsiyəm!
Şairin Azərbaycanda iyirmi, Türkiyədə, Rusiyada,
İranda, Özbəkistanda,
İsveçdə isə,
üst-üstə, on beşdən
artıq kitabı nəşr edilmişdir. 2005-ci ildə
ona Azərbaycanın Xalq şairi adı verilmişdir… Polşa Respublikasının
Mədəniyyət Nazirliyi
mədəniyyət sahəsindəki xidmətlərinə
görə onu "Sənətkara şöhrət”
medalı ilə təltif etmişdir…
Dünyada ilk qədəmlərimizi atarkən doğulduğumuz
torpağın adı
bizim hələ sadə, təfəkkürümüzdə
Vətən mənasındadır.
Sonra bu ad məktəb dəftərimizin üstünə
yazılır, məktublarımızın
üstündə bir ünvan kimi dünyanı dolaşır.
Daha sonralar ömür
pasportumuza yazılaraq
bütün həyat boyunca bizimlə birgə yaşayır. S.Rüstəmxanlı da ədəbiyyatımıza,
poeziyamıza öz imzası, adı, soyadı ilə yazıldı. Şanla-sanballa
yazılan bu imza poeziyamıza silinməz möhür vurdu və daha
neçə-neçə əsərlər
yazıldıqca da, vurulacaq… Ürəyinizə hərarət, qələminizə
bərəkət, gözəl
şairimiz. Yaşayın
və yaradın!.. Qoy ilham pəriniz sizi müjdələsin yeni-yeni şeirlərə,
pıçıldasın qulağınıza
misraları, bəndləri.
Tanrı
sizi və sizin simanızda vətən övladlarını
qorusun.
Biz tarixi
yorub gəldik
Keçdik uzun yolları,
Üç
qitəni qucaqladı
Türkün
açıq qolları.
Hər ocaqda işığımız,
Hər zirvədə qalamız.
Biz allahın
balasıyıq,
Tarix bizim balamız.
Aynurə Əliyeva
F.Köçərli adına Respublika
Uşaq Kitabxanasının metodisti
Türküstan.- 2018.- 22-28 may.-
S.10.