Azərbaycan
poeziyasında Müşfiq zirvəsi
I yazı
Azərbaycan
poeziyasının ən parlaq səhifələrini
yazmış Mikayıl Müşfiqin ömrü və
yaradıcılığı Azərbaycan gəncliyinə
bütün zamanlarda örnək olaraq qalmaqdadır.
Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və
vətənpərvərliyin timsalı,
yaradıcılığı isə gənc nəslin milli mənlik
şüurunun inkişaf etdirilməsi və gənclərimizdə
vətənpərvərlik hisslərinin tərbiyəsində
əvəzsiz xəzinədir. Hər bir gənc istənilən
mövzuda M.Müşfiqin şeirlərindən istifadə edə
bilər. Xüsusən də milli mənlik şüuru, vətənpərvərlik,
Vətənə sonsuz sevgi baxımından Mikayıl
Müşfiq şeirləri ölçüyə gəlməzdir.
Hansı
şeir nümunəsi Mikayıl Müşfiqin “Oxu, tar!”
harayına çata bilər?!.
Oxu,
tar, oxu, tar!
Səsindən
ən lətif şeirlər dinləyim,
Oxu,
tar, bir qadar,
Nəğməni
su kimi alışan ruhuma çiləyim.
Oxu,
tar!
Səni
kim unudar?
Ey
geniş kütlənin acısı, şərbəti,
Alovlu sənəti!
Mikayıl
Müşfiqin “Oxu tar” harayı qəlbində Vətən
sevgisi olan hər bir insanı riqqətə gətirməyə
qadirdir. Bu haray hər bir Azərbaycan gəncini mərdliyə,
qəhrəmanlığa, döyüşə ruhlandırmağa,
hətta Vətən sevgisinin nə olduğunu bilməyənlərə
də anlatmağa qadirdir.
Oxu, tar!
Mən səndə
İstənən
havanı çala da bilərəm.
Mən
səndən bu günün zövqünü
ala
da bilərəm.
Sən
bu gün silahsan əlimdə,
Səni
mən hansı bir hədəfə
İstəsəm,
çevirə bilərəm.
Qəlblərdə
gizlənən keçmişi
Bir
yeni nəğmənin əliylə
Devirə
bilərəm!
Oxu, tar!
Bu
saat qarşında
Nə qədər
adam var!
Utanma,
oxu, tar!
Mədənli
Bakımın
Pambıqlı
Gəncəmin,
İpəkli
Şəkimin
Acısı,
şərbəti
Alovlu sənəti.
Oxu, tar,
oxu, tar!
Səni kim unudar?
Gəncliyə
bütün sahələrdə örnək ola
biləcək Mikayıl Müşfiqin həyat yoluna qısaca
bir nəzər salmaq yetər ki, bu əvəzsiz şəxsiyyətin
Vətənə, dövlətçiliyə, milli-mənəvi
dəyərlərə necə bağlı olduğu təsdiqini
tapsın.
Mikayıl
Müşfiq 5 iyun 1908-ci il tarixində
Bakıda anadan olub. Ziyalı ailəsində
doğulan və əslən Azərbaycanın gözəl
guşələrindən biri olan Xızı rayonundan olan
Mikayıl Müşfiq iki aylığında anasını, 6
yaşında isə atasını itirib. Valideynlərini
belə erkən itirməsinə baxmayaraq şair həyatdan
küsməyib və oxumağın, təhsilin dəyərini
anlayaraq bu istiqamətə yönəlib. İbtidai təhsilini
inqilabdan əvvəl rus-tatar məktəbində alan şair o zamankı Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) dil-ədəbiyyat fakültəsini
bitirib. M.Müşfiq əmək fəaliyyətinə
pedaqoq kimi başlayıb. Yeddi il
Bakı orta məktəblərində müəllimlik
etmiş şairin son iş yeri olan 18 saylı Bakı şəhər
orta məktəbi hazırda onun adını
daşıyır. Poetik yaradıcılığa isə
1926-cı ildə “Gənc işçi” qəzetində
çap etdirdiyi “Bir gün” şeirilə başlayan
M.Müşfiqin bundan sonrakı həyatı unudulmaz şeirlər,
hekayələr yazmaq və ciddi bədii tərcümələr
etməklə keçir. M.Müşfiq 1931-ci
ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub.
1938-ci il yanvarın 6-da isə Sovet
İmperiyasının cəza tədbirləri dövründə
güllələnib. Belə qısa həyatına
baxmayaraq, M.Müşfiq Azərbaycan xalqı üçün
30 illik ömrünə sığdırdığı əsl
sənət xəzinəsini yadigar qoyub.
Vicdanları
pək şəffaf, insanları nurani,
Müşfiq, bilə bildinmi, aləmdə şu
dövranı?!
Qaplar yarın artıq sağ dünyaları
ürfanı.
Hər yer güləcək, nura mötad olan ölkəmdə.
Qəmlərdən, ələmlərdən azad olan
ölkəmdə.
Azərbaycan şeir tarixinə adını qızıl
hərflərlə yazmağı bacaran Mikayıl
Müşfiqin şeirləri yaşlı nəsillə bərabər,
gənclərin də dillər əzbəridir. Maraqlısı
isə odur ki, ziyalılarımızın, böyüklərimizin,
gənclərin kitaba, şeirə marağının
azlığından şikayətləndiyi bir dövrdə
M.Müşfiqin şeirləri ən passiv gənclərin belə
yaddaşına həkk olunmağı bacarır. Yəqin
ki, çox az adam tapılar ki,
M.Müşfiqin “Yenə o bağ olaydı” şeirini
ömründə bircə dəfə də olsa eşitməmiş
olsun. M.Müşfiqin şeirlərini oxuyarkən
adama elə gəlir ki, o yazdığı şeirlərdə
gənclərin tərbiyəsi üçün bir konsepsiya tərtib
edib. Onun vətən, ana, sevgili haqqında
yazdığı şeirlərlə bəhrələnən,
o şeirləri bütün varlığı ilə dərk
edən gənclik yalnız yaxşı insan kimi formalaşa
bilər. Sanki M.Müşfiqin bütün
şeirləri insanın, gəncliyin mənəvi tərbiyəsi
üçün yazılıb. Onun
şeirlərində qadına yönəlmiş xüsusi diqqət,
qadının bəşəriyyət üçün nə
qədər uca varlıq olduğunun göstərilməsi hər
bir gənc üçün örnəkdir. Bu şeirləri dərk edən oğullar vətəninə,
anaya məhəbbəti öyrənməklə yanaşı,
qadına hörməti də öyrənmiş olur. M.Müşfiqin şeirlərini dərk edən, onun
vətənə, anaya, qadına, sevgiliyə həsr etdiyi
şeirləri anlayan insan heç zaman cəmiyyətdə pis
ad çıxara bilməz. Çünki
bu mənəvi tərbiyə insana ən ülvi, ən
romantik, ən müqqədəs hissləri duymağı
öyrədir. Elə M.Müşfiqin
şeirlərinin bütün nəsillər, xüsusən də
gənclər tərəfindən sevilməsinin ən
böyük səbəblərindən biri də yəqin ki,
onun gəncliyin nəbzini tuta bilməsi olub.
M.Müşfiq vətənimizdən bəhs etdiyi
“Ölkəm” şeirində o, sanki Azərbaycanı görmək
istədiyi, arzuladığı kimi tərənnüm
etmişdir.
Dünyamızı
seyr etdim min dürlü həvəslərlə,
Gördüm
coşuyor dillər pək nəşəli səslərlə,
Baxdım
doludur yarlar şən qəlbili kəslərlə
Pək şad olaraq güldüm abad olan ölkəmdə.
Qəmlərdən, ələmlərdən azad olan
ölkəmdə.
Vətənini dərin bir məhəbbətlə sevən
Mikayıl Müşfiq onu hər zaman abad, müstəqil, azad
görmək istəyirdi. Mikayıl Müşfiq
Azərbaycanın istiqlalını arzulayan, Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasını alqışlayan və bu
münasibətlə gözəl şeirlərini yazıb,
cümhuriyyəti təbliğ edirdi. Müşfiq
“Ey Dan ulduzu” deyib ölkəsinin yeni baharını
alqışlayırdı.
Dönmə
bir şəbnəmə yaz səhərində,
Könül, günəş kimi parla yerində.
Göylərin
lacivərd ətəklərində
Gedən bu qovğadan necə əl çəkim?
Baxınız,
dan yeri sökülmüş kimi,
Dostlar bir
cəbhəyə tökülmüş kimi,
Uzaqdan-uzağa
xam gümüş kimi
Ağaran səhradan necə əl çəkim?
Müşfiq öz şeirlərində arzularını
dilə gətirirdi. Elə bu da sonralar Müşfiqi ortadan
götürmək üçün “qırmızı
imperiyanın” əlinə bəhanə vermişdi. Müşfiqi “məhşər ayağına”
çəkənlər ondan bu şeirlərin “əvəzini
çıxırdılar, hesab sorurdular. Onun
yazdığı şeirlər isə yaz səhərində
parlayan və heç vaxt sönməyəcək parlaq ulduz
idi.
Baxdım
ki, duman görməz yüksəkləri billuri,
İnsanları
matəmsiz, istəkləri billuri,
Dağlar,
ovalar gülşən, hər bir yeri billuri,
Hər şey gülüyor gördüm, pək şad
oldum ölkəmdə.
Qəmlərdən, ələmlərdən azad olan
ölkəmdə.
Qış
getdi ölümlərlə, ölkəmdə bahar vardır,
Bağlarda
gözəlliklər, şən qəhqəhələr
vardır,
Sevdalı
könüllərdə sevdikləri yar vardır,
Daim sevişirlər, bax, məzdad olan ölkəmdə.
Qəmlərdən, ələmlərdən azad olan
ölkəmdə.
M.Müşfiqin yəqin ki, ən təsirli şeirlərindən
biri onun “Ana” şeiridir. Bu şeirin hər bir misrasını
oxuyarkən insan təəccübünü gizlədə
bilmir. İki aylığında anasını itirən
M.Müşfiq “Ana” şeirində onu elə vəsf edir ki, bəlkə
də uzun ömür yaşayan və bütün həyatı
boyu ana nəvazişi ilə böyüyən bir şair belə
“ana”nı belə tərənnüm edə bilməz.
Ana dedim,
ürəyimə yanar odlar saçıldı,
Ana dedim,
bir ürpəriş hasil oldu canımda,
Ana dedim,
qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum
yanımda.
Ana, ana!.. Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm
satırlar.
Ana olmaz
bizə hər bir “yavrum” deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun
var.
Cəmi
30 il ömür yaşayan, özündən
sonrakı nəsillərə bəlkə də yaşlı
bir qocanın belə ömrünə
sığışmayacaq qədər romantik şeirlər
irsi qoyan M.Müşfiqin daha bir şeiri isə gənclər
üçün sevginin bütün formalarını
ümumiləşdirdiyi “Sevgilər” şeiridir.
Sevgi
vardır ki, dodaqlarda açar güllərini,
Sevgi
vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi
vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.
Sevgi
vardır ki, uzaqdan bizə parlaq görünür,
Ona yaxlaşmayalım, çünki o zülmətlə
dolu.
Sevgi
vardır ki, düşər yerlərə daim
sürünür,
Öylə bir sevgi də min dürlü xəyanətlə
dolu.
Sevgi
vardır ki, bahardan bizə güllər gətirir
İçi zəqqum və zəhər, qoxlama, qəlbin
qanayar.
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.
Həqiqətən də hər bir ölkənin
inkişafında ən böyük rollardan birini onun mənəviyyatı
oynayır. Tanrıya şükürlər olsun ki, o mənəvi
irsi bizə M.Müşfiq kimi şairlərimiz qoyublar. Gənclərin üzərinə düşən vəzifə
isə bizə əmanət olunmuş mənəvi irsi öyrənməkdən,
ruhumuzu o mənəvi irslə tərbiyələndirməkdən
ibarətdir. Hazırda dünya alimləri
eksperimentlər aparıblar və sübut olunub ki,
uşaqlıqdan mənəvi aclığı doydura bilən
vətən, ana haqqında, ümumiyyətlə, sevgi ilə
bağlı şeirləri oxuyaraq böyüyən
uşaqlarla, adi uşaqlar arasında kəskin şəkildə
fərq olur. Belə ki, birincilər həyata
daha yumşaq baxır, cinayət əməllərindən, dələduzluqdan,
ədalətsizlikdən uzaq həyat yaşayırlar. Bu səbəbdən də M.Müşfiq kimi
şairlərimizin şeirlərini nə qədər tez-tez
oxusaq və uşaqlarımızı da körpəlikdən
bu ruhda tərbiyə etsək, onların da,
özümüzün də sağlam gələcəyini təmin
etmiş olarıq.
Aynurə Əliyeva
Türküstan.-
2018.- 28 may-4 iyun.- S.10.