BÜTÖV AZƏRBAYCAN TURANIN
PARLAQ GÜNƏŞİDİR
(Azərbaycan
Cümhuriyyətinin 100 illiyinə həsr edirəm)
II yazı
BƏŞƏRİYYƏT NİCATI
TÜRK DEMOKRATİYASINDADIR
Bəli Bəşəriyyətin
nicatı nə Şərq, nə də Qərb
dünyasındadır, BU NİCAT onun düşünən
beyni, görən gözü, çırpınan ürəyi,
həssas qəlbi olan türk dünyasındadır!!!
Yalnız bu dünyadan bəşəri türk demokratiyası
Günəş kimi bütün dünyaya əbədi
doğub, bəşəriyyəti fəlakətdən xilas edəcək,
dünyanı yaşanmalı gözəl dünyaya çevirəcək!!!
Bəşəriyyəti indiyə qədər
yaratdığı gözəl nə varsa ona sahib edəcək.
Bəli buna öz türk adında alicənablıq,
mərdanəlik, doğruluq, saflıq, bəyazlıq, ululuq,
insaf, mərhəmət, xeyirxahlıq və bu qəbildən
olan gözəl sözləri birləşdirən təvazökar,
ağıllı, səbirli, təmkinli, cəsarətli
qüdrətli türk qadirdir. Ona görə
də Əmir Teymur demişkən dünyanı o qədər
də böyük bilməyək, bəşəriyyəti
türkləşdirərək İbrahim millətinə
çevirək. Axı, Allahın ən
istəkli peyğəmbəri olan İbrahim peyğəmbər
türk olmuşdur. Onun və oğlu
İsmayıl peyğəmbərin dövründə bəşəriyyət
İbrahim milləti, İsmayıl hümməti adlandırılmışdır
və uzun müddət bəşəriyyət ən yüksək
sivilizasiya dövrünü yaşamışdır, Məhəmməd
Əmin dühasından nurlanan türk demokratiyası yenidən
bəşəriyyəti daha xoşbəxt bir sivilizasiya ilə
İbrahim milləti İsmayıl hümməti
sivlizasiyası ilə müjdələyir. Bu sivilizasiyada bütün peyğəmbərlərə
və peyğəmbərlərdən sonra gələn
şairlərə, sonsuz ehtiram bəslənsə də
yalnız Allahın iki istəkli peyğəmbərinin adı
çəkilir. Türk İbrahim peyğəmbərin
və oğlu İsmayıl peyğəmbərin. Bu sivilizasiya bəşəriyyətin son
siviliasiyasıdır. Bu sivilizasiya dövründə
ABŞ, Rusiya Federasiyası, İran fars
imperiyası kimi gülünc dövlətlər yox olacaq. Bir çox millətlər soy-köklərinə,
dillərinə söykənərək qüdrətli dövlətlər
quracaqlar. Bu proses çətin olsa da, uğurla başa
çatacaq. Məsələn yer kürəsinin
altıda birini zəbt edən ruslar haqqa gələrək
Şərqdən Qərbə dönərək Almanlarla,
İsveçlərlə, Norveçlərlə vahid dövlət
quracaq. Bu dövlət imperiya
sayılmayacaq. Belə bir vahid dövləti
ingilislər də quracaq. Türkiyə türkləri də,
Azərbaycan türkləri də, İraq türkləri də,
Çin türkləri də, Əfqanıstan türkləri
də, Abxazya (mehseti) türkləri də Orta Asiya türkləri
də (türkmənlər, özbəklər, qazaxlar da) birləşib
Turan dövlətini quracaqlar. Farslar ermənilər, əfqanlar,
taciklər və digər farsdilli, fars
soyköklü xalqlar da birləşib münasib ad tapıb
öz dövlətlərini quracaqlar. Çin, Koreya,
Monqolustan, Yaponiya, Vyetnam və sairlər də birləşib
öz vahid dövlətlərini quracaqlar. Hamını
heyrətə gətirən bir vahid dövlət də qurula
bilər o da ərəblərlə yəhudilərin birləşib
öz vahid dövlətlərini qurmasıdır. Xülasə, belə-belə bir neçə vahid
dövlətlər qurulduqdan sonra yəqin ki, ingilislərin,
rusların, farsların, ərəblərin və sairlərin
ağılları başına gəlib, qorxunc və iyrənc
terror təşkilatları və oyuncaq millətlər
yaratmayacaqlar. Bəllidir ki, bəşəriyyəti yaman
günə salanlar (erməni, yəhudi, kürd, yunan, ərəb
və sair kimi oyuncaq millətləri) sionist, masonist siyasətləri
nəticəsində tula kimi
oynadılıb çəyirtkə kimi qırılırlar. Məgər o kor olmuşlar bilmirlərmi Qarabağ
türk torpağıdır. Məgər
Suriyada bu qədər də qanlı qırğın olar.
Müharibə də 3 il – 5 il olar. Buna qanlı cinayət deyərlər,
quduzlaşmış imperiyalar başda ABŞ, Rusiya olmaqla bu
qanlı cinayətə qol çəkir, körpəli-qocalı
Suriyalıları qanına qaltan edir Suriyanı da xarabazarlığa
çevirir. Ərəb şeyxlərinə
İşidi yaratdırıb, islamı «tərəqqi» elətdirirlər.
Əlbəttə, bu çox da belə daha davam
edə bilməz.
Ya
dünya dağılmalıdır, ya turk
demokratiyası reformalar keçirərək, bəşəriyyəti
bu fəlakətdən xilas etməlidir. Bəs
bu reformalar haqqında nə demək olar. Bu
reformalar haqqında insanlığı, xeyirxahlığı
tabuta mindirən min bir dilli əclaflara, əxlaqsızlara,
simasızlara heç nə demək olmaz. Tezliklə
azğınların, pozğunların sonu çatar, onlar
öz cəzalarını alar, reformatorlar da öz sözlərini
deməyə və onu həyata keçirməyə
başlayar.
Bütün millətlərin mənşəyinin bir
olması haqqında elmi və dini mənbələrdə
çox fikirlər söylənib. Bəşəriyyətin
qəbilələr və tayfalar şəklində Şərqdə
yaranması min-min illər ərzində Qərbə doğru
ekvator boyunca yayılaraq millətlərə çevrilməsi
və Dövlətlər yaratması da çoxdan təsdiqini
tapan aksiomadır.
Əlbəttə, bəşəriyyətin ilki və
sonu bir olduğundan qəbiləni qəbiləyə,
tayfanı tayfaya, xalqı xalqa, milləti millətə, Şərqi
Qərbə, Qərbi Şərqə qarşı qoymaq
axmaqlıqdır. Aydındır ki, bəşəriyyətin
təfəkkürü Şərqdən Qərbə
yayıldıqca qüdrətləndi, parladı. Amma bu o demək deyildir ki, Qərb dininə (xristian),
elminə görə Şərqin dinini (İslam), elmini
zorlamalıdır. Aydındır ki, Şərq
xalqları da, Qərb xalqları da bir bəşər ağacının
meyvələridir. Birdəki, Şərqin çox elmli
və qüdrətli dövlətləri var. Məsələn,
hal-hazırda Çin, Yaponiya, Koreya kimi şərq dövlətləri
çox qüdrətli, tərəqqi etmiş dünya
dövlətlərindəndir və bu dövlətlərdən
heç biri də heç bir dinə qulluq etmir, yəni onlar
nə müsəlmandırlar, nə xristiandırlar. Onlar bütə sitayiş edirlər. Belə dövlətlərdən biri də Hindistan
dövlətdir. Və belə
görünür ki, dünya əhalisinin yarısından
çoxu bütpərəst Çində, Hindistanda, Yaponiyada
və Koreyada yaşayır və dünya əhalisinin təxminən
bir milyarda yaxını müsəlman, bir milyarda yaxını
da xristiandır.
Heç
də bununla demək istəmirəm ki, bəşəriyyətin
təxminənin 3 milyardı bütpərəst qalsın, 2
milyardı da xristian, müsəlman, 2 milyardı da nə
bütpərəst olsunlar, nə də xristian, müsəlman,
necə deyərlər doğulandan ölənə qədər
özləri heç nəyə etiqad etməsinlər. Mən bu fikirdə deyiləm və belə
düşünürəm ki, insan övladının dini
etiqadı olmalıdır ki, o Allahına sidq-ürəkdən
bağlana və son nəfəsinə qədər ən
faydalı, ən xeyirxah yaradıcı ömür yaşaya
bilsin. Söz yox ki, din xurafat deyil, elmlər
elmidir, yəni bütün elmlər dində cəm olur.
Odur ki, din tükənməz ilahi güc-qüdrət,əbədi həyat eşqidir.
Hərgah qədim Çin filosofü Konfutsi öz fəlsəfəsində
min illərin həyat eşqini canlandıra bilirsə, onu bəşəriyyət
niyə zülmətlərdə parlayan Günəş qədər
sevməsin?!!
Çin müdriki Konfutsi Şərqi Qərbə,
Qərbi Şərqə qarşı heç vaxt qoymur və
insanlara insanı kimi yaşamağı, şərə
qarşı mübarizə etməyi, heç kimin və
heç nəyin köləsi olmamağı azad və
mübariz olmağı öyrədir. O, Allah
adını dilinə gətirməsə də, bəşəri
sevgini tərənnüm edir.
Amma təəssüf ki, Qərb rezonans keçirdikdən
sonra onun yetirdiyi mütəfəkkürlərin heç biri
Konfutsi səviyyəsinə yüksələ bilmədi. Konfutsi fəlsəfəsində
insan ən yüksək, ən uca, ən şərəfli, ən
yaradıcı, ən elmli, helmli sayılıb uca tutub. Qərb filosoflarının əsərlərindəsə
son nəticədə heç cürə izah edilə bilməyən
anormal eqoistliyi, anlaşılmaz Avropa və Qərb mədəniyyətini
görürük. Bu Adam Smitdə də,
Kanta da, Hegeldə də, Nitşedə də, Şopenhauerdə
d, Freydə də, Spenserdə də, Dyurdə də və
başqalarında da belədir. Onlar milli və
dini ehkamların aradan qaldırılmasından sonra «azad»
düşüncə ilə, Allahı inkar yolu tutmaqla
başqa insanlara zərər verməmək şərti ilə
istənilən ixtiyarı hərəkətləri icra etməklə
insanın azad olacağına inanırdılar. Alman
filosofu Artur Şopenhauer «Dünya iradə və təsəvvür
kimi» əsərində Allah iradəsindən kənarda
Dünya və İnsan iradəsi ideyasının irəli
sürürdü ki, onun «insani» bitkilərdən və
heyvanlardan istəklərinə görə mahiyyətcə
deyil, yalnız sahib olduqları eyni imkanların dərəcəsi
baxımında fərqlənirdi. Yəni bitki və
heyvan bütün təbii istəklərini açıq şəkildə
ifadə edərək heç zaman bir-birinə qarşı
çıxmır, sadə imkanlara çatacaq dərəcədə
istəklərini pərdələyirlər. Artur Şopenhauer
bu haqda deyir: «Heyvan insandan hansı dərəcədə sadəlövhdürsə,
bitki də heyvandan elə həmin dərəcədə daha
çox sadəlövhdür. Heyvanda biz həyata olan iradəni
insanda olduğundan necə deyərlər daha çılpaq
bir şəkildə görürük, insanda iradə idraka o
qədər geyindirilmiş, üstəlik, o özünü
başqa cür göstərmək qabiliyyəti ilə o qədər
örtülmüşdür ki, onun həqiqi mahiyyəti demək
olar ki, yalnız təsadüfi olaraq, müəyyən
zamanlarda aşkarlanır».
Bəllidir ki, bu gün dünya xalqları Qərb
(ABŞ) nəğmələri ilə balalarına layla
çalır, Qərb (ABŞ) filmlərinin qəhərmanlarıyla
həyacanlanır bununla da «Qərb»in gözü görən,
ağlı kəsən qullarına çevrilir. Beləliklə
milli yaddaşımızı qeyri-milli, kosmopoliten yaddaş əvəz
edir, milli dini dəyərlərin yerini də, sovet xalqı, Azəbaycan
xalqı, Amerika xalqı, dünya vətəni, dünya
insanı və sairə bu qəbildən işlənən
anlaşılmaz, mücərrəd ifadələr tutur.
Bu anlamda yunan Makedoniyalı İsgəndəri, fransız
Napoleon Bonopartı, Amerikalı Avraam Linkolini, ingilis Uilyam
Corçilli, çox öyüb vəsf eləmişik,
çox önəmsəməli olub öncülümüz zənn
etmişik. Çünki artıq bizə
analarımız, nənələrimiz laylarında, beşiklərimizin
başında türkün möhtəşəm və şərəfli
keçmişindən bəhs etmir. Övladlarımız
Atillanı, Sabutayı, Toğrul şahı, Xətainin, Nadir
şahı, Məhəmməd Əmini ya tanımırlar, ya
da Qərbin düşüncə tərzində
tanıyırlar. Əsas mətləbə
keçməmişdən qabaq yer kürəsini Şərqə,
Qərbə bölmək barədə qısa bir haşiyə
çıxım.
Cavanlığında Bəhlul Danəndə bir gün
durna ovlayıb yolla gəlirmiş. Yolda bir dəstə
cavanla rastlaşır. Cavanlar Bəhlula sataşmaq məqsədilə
deyirlər: «A Bəhlul, nə ovlamısan?»
Bəhlul cavab verir ki, qarğa ovlamışam.
Cavanlardan biri deyir: «A Bəhlul, lap ağ elədin,
ovladığın ki, qarğa deyil durnadır». Bəhlul
gülərək deyir: «Məgər ad verəndə
ordaydın, mən bunu qarğa kimi tanıyıram». Odur ki, Qərb mütəfəkkirləri çox da
coşub daşmasınlar, Bəhlul demişkən mən Qərbi
Şərq, Şərqi Qərb kimi tanıyıram. Bu zarafat öz yerində. Hökmü
qadir Allah qədər əbədi həqiqətdir ki, Günəş
Şərqdən doğub Qərbdə batır. Odur ki, rezonans dövründən sonra yetişən
bütün Qərb mütəfəkkirləri, şairləri,
yazıçıları, filosofları, ictimai-siyasi, elm və
din xadimləri birləşib nə qədər səy
göstərsələr də Günəşin Şərqdən
doğub Qərbdən batmasının qarşısını
ala bilməzlər. Günəş bircə
dəfə Qərbdən doğacaq. Onda da Qiyamət
qopacaq… Bu Allahın hökmüdür. Buna
söz ola bilməz…
Hərgah Qərb dünyası Nizaminin, Məhəmməd
Əminin korifey dühası qarşısında baş əyirsə
Şərq dünyası da Şekspirin, Albert Eynşteynin,
Çarliz Çaplinin korifey dühası
qarşısında baş əyir. Amma Qərb
dünyası çox dərindən düşünərək
Allahdan uzaqlaşdığına görə tövbələr
etməli və günəşin Şərqdən doğub Qərbdən
batmasından ibrət götürməlidir ki, bəşəriyyət
türk demokratiyası ilə nicat tapa bilsin. Bizim mələk
simalı şairimiz Abdulla Şaiq insanları yer kürəsini
Şərqə, Qərbə, Cənuba, Şimala bölməsinə
görə qınayır və bütün Adəm
övladına üz tutaraq: «Biz hamımız bir Günəşin
zərrəsiyik» – deyir.
Əziz
Adəm övladları! «Biz hamımız bir Günəşin
zərrəsiyik» misrasının mənası bizim fikrimizi
ilahi ənginliklərə aparır: Günəş sistemi –
Qalaktika, Kainat, Kahkaşan, karvan yollu ulduzlar dünyamız,
planetlər (deyilənə görə indi planetlərin
sayı doqquz deyil, çoxdur) onların peykləri (məsələn,
Yer kürəsinin bir – 1, Marsın – 2, Saturnun – 23, Yupiterin – 67
peyki var) və nəhayətdə sakini olduğumuz Yer kürəsi.
Gəlin görək hökmü qadir Allahın
ən maraqlı laboratoriyası olan Yer planeti yer kürəsi
nədir??? Əlbəttə, bu suala
coğrafiya alimləri, müəllimləri, daha aydın və
dəqiq cavab verərlər. Mənsə bir qələm
sahibi kimi bunları deyirəm: «Yer kürəsinin dörd
qütbü var Şimal, Cənub, Şərq, Qərb.
Şimal qütbü Şimal Buzlu okeanıdır, orda insan
yaşamır. Cənub qütbü
Antarktidadır – orda da insan yaşamır. Qalır
Şərq və Qərb qütbləri. Bunlarda
insan yaşayır. Amma hamısında yox.
Bəllidir ki, yer kürəsinin dörddə
üç hissəsi su ilə (okeanlar, dənizlər,
göllər, çaylarla) örtülüb. Deməli, Yer kürəsinin Şərqdən Qərbə
yalnız dörddə bir hissəsində insanlar, heyvanlar,
bitkilər və digər mikrobioloji canlılar yaşaya bilər.
Yer kürəsinin bu dörddə bir hissəsində
səhralar, meşələr, dağlar olan yerlərdə
insanlar şəhər, kənd sala bilmədiklərindən
yaşamırlar. Deməli, Allah yer kürəsinin
çox az hissəsində insanlara
yaşamağa, fəaliyyət göstərməyə
rüşxət verir, yer kürəsində yaşayan bəşəriyyətin
bu günkü tarixi vəziyyəti olduqca ağırdır. Bəşəriyyət fəlakət
qarşısındadır. Bəşəriyyət
Allahdan uzaqlaşdıqca bəşəri faciənin yetişməsi
sürətlənir. Bəşəriyyəti,
faciədən yalnız dində, elmdə və siyasətdə
gedən böyük reformalar çıxara bilər. Unutmayaq ki, siyasət elmdirsə dində elmlər cəmidir.
Deməli bəşər yaşadıqca dində
reforma getməlidir. Bəzi sərsəm
filosoflar iddia edirlər ki, artıq bəşəriyyət
vahid dinə gələrsə dünyanın sonu çatar.
Bu tamamilə səhv fikirdir. Çünki bəşər
yaşadıqca heç bir elmin sonu çata bilməz. Məgər biz deyə bilərikmi tibb elmi və
yaxud digər elmlər elə bir inkişaf həddinə
çatıb ki, onun sonudur. Deməli elmlər
elmi dinin bəşər yaşadıqca heç vaxt sonu
çatmayaq. O bəşəriyyəti xilas etmək
üçün Allahın sözünü Allah bəndələrinə
çatdıracaq. Bir də unutmayaq ki, insan beynində kəşflər
etməyə qadir neyron və nefrondan ibarət 18 milyard
hüceyrə var. Hələ ən dahi alim 9 milyondan çox
bu hüceyrələri işlədə bilməyib…
FƏZAİL İSMAYIL
BÖYÜKKİŞİ
Türküstan.-
2018.- 13-19 noyabr.- S.12.