BÜTÖV AZƏRBAYCAN TURANIN
PARLAQ GÜNƏŞİDİR
(Azərbaycan
Cümhuriyyətinin 100 illiyinə həsr edirəm)
Başlanğıcı ötən
sayımızda
Qərb
mütəfəkkirləri, filosofları Qərb
sivilizasiyasını və onun liberal-demokratizmini müdafiə
edirlər «Qərb» aydınlarının əsas məqsədi
bir tərədfən Qərb sivilizasiyasını
dünyanın tək hakimi vəziyyətində saxlamaq, digər
tərəfdən ondan kənarda qalan mədəniyytələrin,
özəlliklə «Şərq»in, Türk-islam
dünyasının Qərbin təsiri altından
çıxmasına imkan verməmək olmuşdur. Siz Qərb
mütəfəkkirlərinin müştəbehliyinə, sərsəmliyinə,
eqoistliyinə fikir verin. Məsələn, A.Toynbi «Sivilizasiya
mühakimə olunur» əsərində birmənalı şəkildə
Qərb sivilizasiyasını əsaslandırmağa,
dünyanın bu gününün və gələcəyinin
ancaq onunla bağlı olmasına inandırmağa
çalışır. Eyni yolu F.Fukuyama «Tarixin sonu və son
insan» əsərində, Hantinqton isə «Mədəniyyətlərin
çatışması»na davam etdirmişdir. Bu üç Qərb
filosofunun əsərlərində o fikir əsas
götürülür ki, dünya tarixinin mərkəzində
həmişə Qərb dayanmışdır bu gün də
Qərb dayanır, gələcəkdə də Qərb
dayanacaq… Görün necə gülünc fikirdir. Hərgah biz
də belə səthi fikirləşsək onda deməli
doğrudan da dünyanın sonu çatıb. Qərb
filosofları olan Toynbi, Fakuyama, Hantinqton üçün
keçmişdə Yunan-Roma, Orta çağda xristian və
çağdaş dövrdə «Qərb sivilizasiyası» və
«Qərb demokratiyası» var. əgər 20-ci əsrdə Toynbi
«qərb sivilizasiyası»nın əsas ideoloqlarından biridirsə,
Fukuyama da hazırda əsasənQərb demokratiyasının
(liberal-demokratizmin) ən aktiv təbligatçısıdır.
Onların «Qərb sivilizasiyası» və «Qərb
demokratiyası» ideologiyası əslində «Qərb millətçiliyinə»
və «Qərb» xristianlığına əsaslanır.
Toynbi,
Fukuyama, Hantinqton inandırmağa çlışırlar ki,
Qərb sivilizasiyası və Qərb demokratiyasının
varlığı ilə dünya tarixinin sonu gəlmişdir.
Yəni artıq dünyada geniş anlamada tarix yazılmayacaq.
ÇünkiQərb sivilizasiyası və Qərb
demokratiyası tarixin pik nöqtəsidir. Toynbi deyir ki,
dünyada mövcud olan 21 sivilizasiya ya məhv olmuşdur, ya da
məhv olmaq üzrədir. Yalnız «qərb sivilizasiyası»
ayaq üstədir və bütün dünyaya meydan oxuyur.
Yazıq Toynbi bilmir ki, artıq onun mütəfəkkir beyni
qıjqırıb. O hesab edir ki, «Qərb»in bu hünəri, bu
fərasəti «Qərb sivilizasiyası»nın, qərb
demokratiyasının dünyada təkbaşına hökmran
etməklə yanaşı, dünyanın məhv olmasına
da zəmin haırlamışdır. Yəni tarixin sonu
çatmış, sonuncu insan «qərbli»nin timsalında öz
missiyasını başa vurmuşdur. Bu baxımdan Toynbi təkbaşına
qalan «Qərb sivilizasiyasının» bir gün məhv
olmasında narahatdır və belə deyir: «Bu günkü
durumumuz gerçəkdən qorxuncdur. Əldə etdiyimiz
bilginin işığında tarixi
görünüşümüzü incələdiyimizdə,
insan növlərinin toplumlarını oluşdurmaq
üçün tarixin özünü 20 dəfə təkrarladığını,
imkan xaricində sivilizasiya deyilən insan toplumu təmsilçilərinin
hamsını ya ölü, ya da can çəkişməkdə
olduğunu bilirik. Üstəlik, bu ölü, ya da ölmək
üzrə sivilizasiyaların tarixini dərinliyinə itələyib,
bir-biriylə qarşılaşdığımızda
çözülmə, geriləmə və
yıxılmalarında təkrarlanma düzəninə bəlirtilərin
varlığını görürük. Təbii olaraq tarixin
bu özəl bölümünün bizim üçün də
maraqlı olub olmadığına maraq edirik».
Fukuyamasa
tarixin sona çatmasın bir tərəfdən elmlə, digər
tərəfdən dinlə – xristianlıqla əsaslandırmağa
çalışır. Onun fikrincə, tarixin sonunu Hegel XVIII əsrdə
liberal-demokratik dövlətlərin – Fransanın,
ABŞ-ın və başqalarının yaranması, Marks isə
kommunizmin bərqərar olmasıyla ondan əvvəl irəli
sürüblər. Fukuyamaya görə bu anlamda dünyada
artıq tarixi bir dəyişiklik olmayacaq və tarixin sonudur,
Fukuyama tarixin sonunun çatmasının əsas amillərdən
birincisini liberal-demokratik dövlətlərdə ağa və
qul məsələsinin aradan qaldırılmasını bu
anlamda azadlıq və bərabərlik ideyalarının bərqərar
olmasını göstərir. Fukuyamaya görə bununla da
dünyanın əsas problemi həll edilmişdir. Yəni
bundan belə nəticə çıxır ki, demokratiya
ağaların ağalıqdan əl çəkib qullarla eyni
hüquqlara malik olmasıyla başlamışdır.
Çünki azadlıq və bərabərlik ideyaları
insan təbiətinin təməl özəlliklərini ifadə
edir.
Ancaq
bundan nəticə çıxarmayan qərb üçün
namus, əxlaq, şərəf və ləyaqət
anlayışları «azad və bərabər» həyatın
içində ərimək üzrədir. Bu günkü Qərbin
modern insanı elə buna görə də yalnız
özünü düşünür. Onun üçün nə
ailə, nə millət. Nə din, nə də bəşəriyyət
maraqlıdır. «Modern insan» üçün yalnız maddi
marağı və şəxsi təhlükəsizliyi
üçün problemlər olanda bu anlayışlar yada
düşür. Əgər bu toplumda (qərb modern
insanında) ailənin, millətin, vətənin, dinin dövlətin
heç bir dəyəri qalmayıbsa, yaxud da onlar yalnız
maddi maraq və şəxsi təhlükəsizlik naminə
bir dəyər daşıyırsa, artıq bu qiyamət
gününə bir şey qalmamışdır deməkdir. Yəni
ruhi-mənəvi dünyası alt-üst olmuş Qərblilərin
budur azad-bərabər yaşayış tərzi: Süni-mədəni
davranış və qeyri-müəyyən həyat tərzi,
yaxud da belələri haqda atalar gözəl deyib: «Onlar arı
yeyiblər, namusdan, qeyrətdən də çoxdan
keçiblər».
Qərbin
mıs-mısımın Mustafası mənəviyyat deyil
maddiyyatdır. Qərbin alimləri, filosofları, mütəfəkkirləri,
həkimləri, şairləri unudurlar ki, Türkün
İbn-Sina (980-1037) kimi hər tərəfli dahisi olanda, Qərbin
İbn-Sina səviyyəsində bir tərəfli dahisi də
yox idi. Qərb həkimləri çox gözəl bilirlər
ki, İbn-Sinanın tibb elminə həsr edilmiş 16 cildlik
traktat əsəri onların VIII əsrdən çox
stolüstü kitabı olub. Qərb alimləri bilirlər ki,
ensiklopedik bilik sahibi olan dahi alim və dövlət xadimi Xacə
Nəsrəddin Tusi (1201-1274) kimdir?” Hərgah Qərbin dövlət
xadimləri sosial ədaləti, mənəviyyatı əsas
tutan dövlət qurmaq və onları ədəb-ərkan və
ləyaqətlə idarə etmək istəyirlərsə
Tusinin dövlətçiliyə dair yazdığı əsərlərdən
öyrənsinlər və onun dediklərinə əməl
etsinlər. Necə ki, qərb alimləri Tusinin indi də
riyaziyyatda etdiyi kəşflərdən, astronomiyada düzəldiyi
teleskoplardan istifadə edirlər, dövlətçiliyə
dair söylədiyi elmi fikirlərə də əməl etsinlər.
Əziz Qərb
mütəfəkkirləri, alimləri filosofları, sairləri
– ictimai, siyasi xadimləri, ziyalıları və Qərb
camaatı! Biz hamımız Şərqli, Qərbli Allahın
yer üzünə səpələnən bəndələyirik,
Adəm övladlarıyıq. Bu dünyaya hamımız məsum
gəlirik. Ona görə də hamımız körpə kimi
məsum görünməyə can atırıq. İllər
keçir, uşaq oluruq, gənc oluruq
yaşlılaşır, ahıllaşır, qocalırıq.
Ömrün
ziqzaqlı yollarında günlər, aylar, illər, ailə,
uşaq, ev-eşik qazanırıq, əfsuslar olsun ki, əksəriyyətimiz
maddiyata, nəfsimizə qul olaraq körpə məsumluğumuzu
qoruyub qocalıq çağımıza çatdıra
bilmirik. Bəzən insan milyonlar milyardlar sahibi olur, amma onun
insanlığı bir qara qəpiyə dəymir.
Eləsi
nəinki qanmazdı, heyvərədi zırramadı. Eləsi
haqqında bir el bayatımızda necə də gözəl
deyilib:
Qanmaza
eşşək dedim,
Eşşək
məndən incidi.
Dante də
gözəl deyib: «Mən haqq yolumla gedirəm, mənə kim
nə deyirsə desin».
Albert
Eynşteyn də lap gözəl deyib: «Bəşəriyyətin
gələcəyi elmi və texniki tərəqqidən daha
çox əxlaqı və mənəvi tərəqqidən
asılıdır». Salvador Dalinin rəsmlərisə gözəldən
də gözəldir. İki göz istəyir baxdıqca
baxsın... Amma təəssüf ki, tamahkarlıq, əxlaqsızlıq,
var-dövlətə, şan-şöhrətə hərislik
kimi murdar mərəzlər Qərb elminin helmsiz tərəqqisi
Qərb rezonansını onun fəlakətinə çevirdi.
Nəticədə bir əsrdən çoxdur ki, Qərb və
ABŞ mütəfəkkirləri Qərbin, ABŞ-ın
ölümü haqda haray çəkirlər. Yaxşı, Qərbin,
ABŞ-ın ölümündə Qərbimi günahkardı,
yoxsa ABŞ-ımı??? Məgər Qərb yaratmadımı
ABŞ-ı Yüz milyonlarla yaraşıqlı Hindunu Qərb
ağaları, masonları-saksonları qanına qaltan eləmədilərmi???
Sonra bu yırtıcı yaramaz mason-sakson oliqarxlar əsrlərlə
şərq ölkələrini Çini, Hindistanı, Pakistanı,
Əfqanıstanı, Ərəb ölkələrini,
İndoneziyanı və bütün Afrika qitəsini
çapıb-talamadılarmı əhalisini qul, kölə eləmədilərmi???
Axı mayası haramdan, nahaqdan tutulan bu Qərb ağaları
və onların mütəfəkkirləri dünya əhalisinə
necə azadlıq, bərabərlik, xoşbəxtlik və səadət
bəxş edə bilər??? Bu gün Qərbin, ABŞ-ın
ailədə atalarına, analarına, məktəbdə
müəllimlərinə, cəmiyyət içində digərlərinə
heç bir dəyər verməyən,
davranışlarını tənzimləməyən «azad və
bərabər» düşüncəli «modern insan»ı var.
Budur Qərbin Şərqə etdiyi mərhəmət. Əvvəlcə
onun əhalisini dilənçi etmək, sonrasa Şərq
dövlətlərinə kredit vermək…
Üstəlik
də Qərbin bu «modern insan»ları Qərbdən hesab etdiyi
yurddaşlarına «sivil» və «kültür»lü
davrandığı halda qeyri-qərblilərə münasibətdə
aşaglayıcı mövqe tutur. Bu isə ona gətirib
çıxarır ki, qərblilər dünyanın sivil təmsilçiləri
iddiasınıca özlərindən kənarda qalanları
asağılamış olurlar. Həm ağlamalı, həm də
gülməlidir ki, Qərb ağa-kölə münasibətlərini
aradan qaldırıb «azad və bərabər» cəmiyyət
yaratdığını iddia etdiyi halda yeni bir ağa-kölə
dönəminə başlamışdır. Bu almanların,
italyanların faizminin, ingilislərin və fransızların
imerializminin yeni bir formasıdır. Qərb
riyakarlığından, Qərb soyğunçuluğundan lərzəyə
gələn sosial ədaləti, insanlığı sevən insanlar
haqlı olaraq İslam türk mədəniyyətinə iz
tutur. Bunu Toynbi, Fukuyama, Hanttinqton, U. Eko və başqa Qərb
aydınları yaxşı anlayır. Yəni, panislamizmi
yayanlar indi islamofobiya oyununu ortaya atıblar, 20-ci əsrin
ortalarında Toynbi yazırdı: «Panislamizmi yuxudadır, nə
var ki, Qərbləşmiş dünyanın proletar qələbəliyi
Qərb hökmranlığına qarşı ayaqlanıb anti
Qərb bir hərakat yaradarsa yatan divin oyana biləcəyini
hesab qatmaq zorundayıq».
Toynbinin
vaxtilə dediklərin U.Eko, eynilə təkrarlayaraq «islamofobiya»ya
qarşı mübarizə üçün xaç
yüyrüşlərinin vacibliyindən bəhs edir. Budur
demokratik qərbin azadlığının bərabərliyinin
astar üzü, əsas mahiyyəti. Riyakarlığın və
haramın acı nəticəsisə onlar üçün
yetişməkdə olan fəlakətdir. Hərgah Qərblilər
bu fəlakətdən xilas olmaq istəyirlərsə qədim
həmyerliləri olan Şərqlilərin sözlərinə
qulaq asmalıdırlar!!!
FƏZAİL İSMAYIL
BÖYÜKKİŞİ
Türküstan.- 2018.- 20-26 noyabr.-
S.12.