BÜTÖV
AZƏRBAYCAN TURANIN ƏN PARLAQ GÜNƏŞİDİR
(Azərbaycan
Cümhuriyyətinin 100 illiyinə həsr edirəm)
Bu il cümhuriyyətimizin
100 ili tamam olan ildir. Bu il başdan-başa
cümhuriyyət ilimizdir. Bu ilin hər anında ən
çox xatırladığım rəhmətlik Türkiyə
Prezidenti Turqut Ozalın 1993-cü ilin mart ayının 15-16 Azərbaycana
gələn ilk və son səfərində dediyi bu sözlərdir:
«Bütün Azərbaycanı Günəş kimi parlaq
görmək istəyirəm!!!» Elə həmin
duyğularla da qələmə əl atıb Bütöv Azərbaycanımız
haqqında bu yazını da qələmə alıram…
Bu günkü Cənubi
(Güney) və Şimali (Quzey) Azərbaycanın ən
qüdrətli dövrü, Bütöv Azərbaycan
hökmdarı İbrahim xanın (Nadir şahın
qardaşı) hökmdarlığı dövrü olub. Bütöv Azərbaycanın Şimal
hissəsi Qafqaz Azərbaycanı adlanır. Qafqaz Azərbaycanı da Cənub Azərbaycan kimi
İbrahim xana tabe olmuşdur. Bütöv
Azərbaycanın paytaxtı Təbriz şəhəri
olduğundan İbrahim xanın sarayı Təbriz şəhərində
yerləşirdi. Cənub və Şimalda yerləşən
bütün Azərbaycan xanlıqları da həmin dövrdə
mərkəzi hakimiyyət Təbrizi bilmiş, heç vaxt
heç bir çəkişməyə, mənəm-mənəmliyə
yol verməyərək İbrahim xana tabe idi. Onun əmrlərinə
Bütöv Azərbaycanın ərazisində sözsüz əməl
edilmişdir!!!
Cənubi Azərbaycan mərkəzində
və ətrafında yüksək dağlar yerləşən
geniş bir yayladan ibarətdir. Ən
böyük gölü olan Urmiyanın səthi – dəniz səviyyəsindən
1.225 m yüksəkdir.
Cənubi Azərbaycanın digər dağlarına gəlincə
isə Təbrizin cənubundakı Səhənd dağı
3.700 m, Ərdəbilin qərbindəki Savalan dağı 3.820
m hündürlüyündədir. Bu dağlar Xəzər
dənizinə tökülən Qızılüzən, Urmiya
gölünə tökülən Acıçay və
Cığatu kimi çaylar ilə bir-birindən
ayrılmışdır. Cənubi və
Şimali Azərbaycanı bir-birindən ayıran Araz
çayı Muğan düzünə gələnə qədər,
cənubda Qaracadağ və Şimalda Qaradağ olmaqla iki
dağ silsiləsinin arası ilə axır. Şimali Azərbaycan
isə Qarabağ ərazisi (Taludağ 3622 m,
Qaraşındağ 3219 m, Kersdağ 2799 m) ilə Qafqaz silsilə
dağlarının bu ölkəyə düşən hissəsindəki
bir sıra yüksək dağlar (Bazardüzü – 4434 m,
Şahdağ – 4255 m, Babadağ – 3643 m, Dırbar – 3934m)
müstəsna olmaqla, bu iki dağa dayanan aşağı
Kür ilə Arazın ovalıq və delta düzənlərindən
ibarətdir. Belə ki, İbrahim xanın hakimiyyəti
dövründə Cənubi Azərbaycan daima yaylaq, Şimali
Azərbaycansa Muğan ovlağı və cənubda
Qızılüzənin Zəncan, Sultaniyyə və Xəmsə
hissəsinin təşkil etdiyi yarımdairə qışlaq
kimi istifadə olunurdu. Təəssüf ki, o
dövürdə, yəni Bütöv Azərbaycan Dövlətinin
İbrahim xanın hakimiyyəti dövründə (İbrahim
xanın hakimiyyət illəri 1736-1740-cs illər arasında
olmuşdur, həmin vaxt Nadir şaha da qəsd edildi, lakin, bu qəsd
baş tutmadı. Zaqatalada İbrahim xan xəyanətlə
qətlə yetirildi və Nadir şaha istəkli oğlu
Rzaqulu xanın adından fars ruhaniləri xəyanət tələsi
qurdu, bunun xəyanət olduğunu anlamayan Nadir şah qəzəblənərək
oğlu Rzaqulu xanın gözlərini
çıxartdırdı, sonra aldandığını
anladı və qalan ömrünü ağır əsəbi
sarsıntılar içərisində keçirdi).
Azərbaycan türklərinin və türk olmayan qeyri
millətlərin sayı barəsində hələlik dəqiq
məlumat yoxdur.
Amma bu dəqiqdir ki, Nadir şah İmamqulu oğlu
Əfşarın qurduğu Əfşar (Türk)
imperiyasında Qüdrətli və Bütöv Azərbaycan
Dövlətinin əhalisinin 85-90% Azərbaycan türkləri
olmuşdur. Azərbaycanın ən əzəmətli
hökümdarı, dünyanın ən qüdrətli sərkərdəsi
Nadir şahın özüsə əfşar
türküdür.
Ta qədimdən
tək Tanrının qulu olan türk millətinin yüzlərlə
türk tayfalarından təşəkkül tapması
haqqında orta əsr və XIX-XX əsr tarixçiləri
öz əsərlərində müfəssəl bəhs
etmişlər. Bilirik ki, Şimali Azərbaycan ərazisinin əhalisinin
əksəriyyəti türklər olsa da, əhalisinin digər
hissəsi ruslardan, ermənilərdən, kürdlərdən
ibarətdir və eyni zamanda Xəzər sahillərinin yerli əhalisi
olan talışlar, ləzgilər, tatlar və sair xalqlar də
Şimali Azərbaycanda yaşayırlar.
Cənubi
Azərbaycanın böyük şəhərlərində
bir az fars, bəzi məntəqələrdəsə
ermənilər var, kəndlərdəsə türklərdən
başqa kürdlər də yaşamaqdadır. Urmiya
ilə Səlmas arasında və Təbriz ətrafı kəndlərdə
bic farsların gic törəmələri olan ermənilərə
başqa bölgələrə nisbətən çox təsadüf
edilir. Miyanə və Təzəkəndin
cənubunda farsca danışılan kəndlərə təsadüf
edilsə də Mərənd ilə Ələmdar arasında,
Qaradağda, Kökemer yanında, Xərzəndi – Atıq kəndində
frasca danışanlara təsadüf edilmir. Sovet rus
imperiyası rusları, erməniləri Şimali Azərbaycanın
ayrı-ayrı bölgələrində yüz minlərlə
yerləşdirdiyi kimi, ingilislərin əliylə Qacarlar
dövlətini devirən oyuncaq Pəhləvi və molla rejimi
də Cənubi Azərbaycanı farslaşdırmaq məqsədi
ilə bura İran fars imperiyasının başqa yerlərindən
fars əhalisi gətirilib yerləşdirmək siyasətini
yürüdür onlar, nə qədər fars yerləşdirsə
də bu həqiqəti yerli türk əhalisindən gizlədirlər.
Hər iki Azərbaycanda türk və kürd əhalisindən
tayfa həyatını, ya da heç olmasa qəbilə
adlarını bu günə qədər mühafizə edənlər
haqqında mühüm qeydlər mövcuddur.
Azərbaycan
demokratiyaya az meyilli müsəlman ölkəsidir.
Əslindəsə əsil demokratiya dindədir.
Ona görə də peyğəmbərdən sonra xəlifə
onun yaxın qohumları deyil, islam dininə
daha dərindən etiqad bəsləyən elmi-helmi kamil əsabələri
seçilməli idi. Bu da sonradan müsəlman
olan ölkələrdə sülalələrin sağalmaz
hakimiyyət mərəzinə çevrilməsinə şərait
yaratmazdı. Bu sağalmaz mərəz təəssüflər
olsun ki, xristianlarda da, islam dinində də
dərindən kök atıb. Elə bu mərəzin
ağır fəsadları da xristianları da, müsəlmanları
da hakimiyyətə sahib durmaq üçün təriqətlərə
bölüb. Bəllidir ki, tək Allahı qəbul edən
xristianlara da, müsəlmanlara da millət deyil, hümmət
deyirlər, yəni bəşəriyyət Adəm Atadan Həvva
Anadan törəyib artıb və Türk İbrahim peyğəmbərin
dövründə də yalnız İbrahim milləti olub. Buna görə də İbrahim peyğəmbərin
və oğlu İsmayıl peyğəmbərin Bəşəriyyətə
rəhbərlik dövrü bəşər tarixinin
qızıl dövrü adlanır və bu dövr bəşəriyyətin
ən böyük sivilizasiya dövrü olub. Bu
sivilizasiya dağılanda on min illər sonralarda bəşəriyyət
həmin dövrə qayıtmağa can atıb. Qədim yunan, roma, hind və orta əsrlərin
yazıçılarının, şairlərinin əsərlərində
bəşəriyyətin qızıl dövründən bəhs
edilib. Dahi Nizami Gəncəvi də sonuncu əsəri
“İsgəndərnamə”də İsgəndəri xəyalən
elə bir şlkəyə aparır ki, orada qapılar
qıfıl tanımır, insanlar oğurluq, yalan və sair
bilmir, heç kim yalan danışmır.
Maraqlıdır, allahsızlara, atesitlərə görə
də dində olduğu kimi insanın milləti yoxdur. Bu haqda onların da bolluca
hap-kopları, yəni uydurma nəzəriyyələri var.
Sovet diktaturasının ateist akademiki Oparin iddia edirdi ki,
milyon-milyon illər yer kürəsi su ilə dolu olub, ilk
canlı hüceyrə də suda əmələ gəlib. Bu canlı hüceyrədən də digər
canlılar, o cümlədən bitkilər, heyvanlar meymunlar əmələ
gəlib. Ateist ingilis alimi Çarlz Darvin də
iddia edirdi ki, insana bənzər meymunların xüsusi bir
cinsindən ağıllı insanlar törəyib. Bu ağıllı insanlar da bəşəriyyətin
əcdadları olublar.
Görndüyü kimi ateistlər də insanları millətlərə
bölmürlər, onların vahid hüceyrədən
yarandığını ehtimal edirlər. Onda belə
çıxır ki, millətləri və dövlətləri
hakimiyyət və sərvət hərisi bütpərəstlər
yaradıblar. Bəlkə elə buna
görə də dünya əhalisinin yarsından çoxu
büdpərəstdir, elə qalan ateisti və Allahlısı
da bütpərəst kimidir.
Şimali və Cənubi Azərbaycanda yaşayan
kürdlərin əksəriyyəti türkləşmişlər
yəni türk dilində danışırlar.
Əzəmətli Türk xaqanı Bilgə xaqan Türk
övladlarına belə vəsiyyət edib. Ey Türk
özünə dön, öz kökün üstündə
dur. Sən onda daha güclü və
qüdrətli olursan.
Türk uzun müddət Bilgə xanqanın vəsiyyətinə
əməl etdi.
20-dən
çox imperiya qurdu, Məğribən, Məsriqə, Atilla,
Sabutay, Toğrul şah, Əmr Teymur, Osmanlı Sultanları,
Şah İsmayılı Xətai, Nadir Şah Əfşar,
Ağa Məhəmməd Şah Qacar olub at çapdı
öz türklüyünü türk alilliyini, türk elmini,
türk mədəniyyətini, türk ərliyini, ərdəmliyini,
türk xnım-xatunlığını dünyaya yaydı. Nəhayət
türk dünyaya Azərbaycan Demokratik Cümhuriyyətinin
yaradıcısı, Milli Qurtuluş Hərəkatının
böyük ideoloqunu, bəşəriyyətin misli-bərabəri
olmayan vətən aşıqını, millət fədaisini,
insanlıq vurğununu, istiqlal, hüriyyət təşnəsini
mütəffəkkirini, siyasi və insanlıq korifeyini, Məhəmməd
Əmin Rəsulzadəni bəxş etdi. Aydındır ki,
cır adamlar Azərbaycanın və bəşər türk
demokratiyasının parlaq Günəşi Məhəmməd
Əminə camür atıb, ləkə yaxa bilməz və
bilməyəcək də... Çünki o
sağlığında Allaha sığınıb, Allahın
ən əməli saleh, sözü dürüst, bəndəsi
olub, indi də, əbədidə Allahın dərgağında
ən əziz və ən istəklidir!!! Çünki,
Məhəmməd Əmin bəy dünyaya hər ildə yox,
min ildə bir gəlir. Peyğəmbərimiz şairlər
haqda belə deyib: «Peyğəmbərlərdən sonra
şairlər gəlir». Vətən
aşığımız, millət fədaisi olan Məhəmməd
Əmin bəy də həm də, Əmin insan olan peyğəmbərimiz
dediyi əsil şair idi. Yəqin ki, o, ömrünü
siyasətə deyil şeiriyyətə həsr etsəydi
Nizamidən də, Şekspirdən də ötə şair
olardı!!!
Çox-çox
şükürlər olsun ki, o dünya demokratiyasına
nümunə olan korifey mütəfəkkir və misilsiz siyasət
xadim oldu... Bu il onun və mələk
simalı Cümhuriyyət qurucularının qurduğu
Cümhuriyyətin 100 illiyində Allaha belə deyirəm:
Qıyma
Cümhuriyyət ilimin yüz ili qara gəlsin,
Qıyma Azərbaycan dilim-dilim, para-para gəlsin.
Türk dünyasında Atilladan tutmuş, Nadir şaha,
Atatürkə qədər heç bir dövlət başçısı,
sərgərdəsi Məhəmməd Əmin bəylə
müqayisə olunmaz. Belə siyasət nəhəngi, nəinki
Şərqdə, heç Qərbdə də yoxdur?! Bəli,
Bəşəriyyət fəlakət
qarşısındadır, onu nə müsəlman nə
xristian, nə Avropa, nə ABŞ,nə də digər
Çin, Hindistan, Yaponiya kimi bütpərəst ölkələr
xilas edə bilər. Onu yalnız Məhəmməd
Əmin Bəyin Bütöv Azərbaycan Türk
demokratiyası Bozqurdu, Turan dünyası xilas edə bilər.
Çünki Əmin bəy və onun əqidə
dostları gödən davasına deyil Vətən davasına
qalxdı. Bu dava Azərbaycan Bütöv
olana qədər davam edəcək. Məhəmməd
Əmin bəy «Azərbaycan davası» əsərində
deyirdi ki, hökumətdə vəzifə tutmaq, millət vəkili,
imtiyaz sahibi olmaq sahibinə heç bir şərəf gətirməz.
Vətəni müqədəratını üç-beş
qısır kişi, yaxud da
üç-beş qısır qadın həll edə bilməz.
Belələri, yalnız öz sərvətlərini
artıra və Azərbaycanının vəziyyətini
ağırlaşdıra bilər. Azərbaycanın
Bütöv Azərbaycan olması üçün biz Azərbaycan
türklərinin hamısı (yəni 50-60 milyonu) Azərbaycan
davasına qalxmalıyıq. Bəs kimdir
o, Azərbaycan türkləri, yaxud da ta qədimdən Azərbaycanda
yaşayan türk tayfaları??? Şimali Azərbaycanda
yaşayan türk tayfaları 1988-ci ilin sonuncu
köçhaköçünə qədər belə məskunlaşmışdı:
kəngərli (Göyçay, Cavanşir və Şuşa),
kumanlı (Bakı), çəkirli (Şamaxı), qarapapaq
(Qazax), Cavanşir (Qazax), xalac (Göyçay, Cavad və Zəngəzur),
şamlı (Gədəbəy, Göyçay, Ağdaş),
qaramanlı (Cavad), aydın (Quba), ayba (Naxçıvan), imrəli
(Cavad, Cavanşir, Şuşa və Cəbrayıl), dögər
(Gəncə), bayat (Göyçay, Cavad, Quba, Şamaxı və
Şuşa), qacarlar (Göyçay, Cavad, Quba və Şuşa),
baharlu (Şuşa və Zəngəzur), zülqəm (Gənc,
Şəmşəddil və Gədəbəy), ustadı
(Quba), padar (Quba, Göyçay, Ağdaş və
Şamaxı). Bundan başqa türk padarlı
tayfası. Zaqatala, Şəki, Kürdəmirdə
və Dərbənd ətrafı kəndlərdə çox
yaşayırlar; Xəlili (Şamaxı, Quba, Göyçay,
Gədəbəy, Ağdaş və Naxçıvan), sor-sor
(Göyçay, Şamaxı, Quba), çoban (Şamaxı, Gədəbəy),
tatar (Gəncə, Cavanşir), qaraqoyunlu (Cavanşir,
Göyçay, Gəncə, Zəngəzur, Şəki və
Quba), Bocaq naqoyları (Göyçay, Gədəbəy,
Ağdaş və Şəki).
1856-cı ilin Qafqaz Təqvimində Şimali Azərbaycanın
müxtəlif yerlərində yaşayan bu türk qəbilələrinin
adları çəkilir. Xalac, alpavut,
qarabörük, çerpi, qara təkdizaxlı, bayandur,
qarayurd, quzanlu tərəkəmə, qazax, kuman, kumanlu, borocan,
qaramanlı və türkan. Əlbəttə
Qafqaz (Şimali) Azərbaycanda yaşayan türk tayfaların
adlarını tam bilməyimiz üçün
Gürcüstanda, Dağıstanda yaşayan bir çox
türk tayfalarının adlarını da öyrənməliyik.
Eyni zamanda, Cənubi Azərbaycandakı bütün türk
tayfalarını və İraqdakı türk
tayfalarını da... Eləcə də Əfqanıstandakı,
Türkiyədəki, Çindəki və Avropa ölkələrində
yaşayan türk tayfalarının adlarını öyrənməliyik.
Bilgə Xaqan demişkən türk kökümüz üstə
bitib min şaxəli Turan ağacı kimi əzəmətli və
gözəl görünmək vaxtımız artıq
çatıbdı!!! Öz alicənablığı,
xeyirxahlığı ucbatından Azərbaycan türkləri
qədər taleyi acılığa düşən ikinci bir
xalq yoxdur. Artıq Azərbaycan Türkləri
çox gözəl dərk edirlər ki, Azərbaycan
Bütöv olmayınca onun əsas problemlərindən
heç biri həll olmayacaq. Deməli Qərb
də, Şərq də, bir sözlə bütün Şərq
qüvvələr istəməsələr belə
insanlığın haqqın, ədalətin zəfər
çalması üçün biz Azərbaycan türkləri.
Bunun üçün də əvvəlcə
bütöv Azərbaycan Dövlətini, sonra da Möhtəşəm
Turanı qurmalıyıq. Çünki
Bütöv Azərbaycan Dövləti Turan
dünyasının ən parlaq Günəşidir, bu həm
də bəşəriyyətin nicatı olan türk demokrat
deməkdir. İndi də türk demokratiyası
haqqında danışım…
FƏZAİL İSMAYIL
BÖYÜKKİŞİ
Türküstan.-
2018.- 23 oktyabr-5 noyabr.- S.12.