ANAMA DEYİN MƏN…
Şəhidlər
xiyabanı…
Sıralanan
şəhid məzarları. Bura gəlməyimin sayını
-hesabını itirmişəm . Hər dəfə də bura
ürək ağrısı ilə gəlirəm. Elə
günlərim olub ki, səhər girib, axşam
çıxmışam şəhidlər xiyabanından . Hər
bir şəhid məzarının önüdə saatlarla
durub onlarla söhbət etmişəm və hamıdan da
–ruhlarımız narahatdır, məzarımız od tutub
yanır, hələ də ana- bacıların göz
yaşlarından islanır axı…
Nə
zaman torpaqlarımız düşmən tapdağı
altından azad ediləcək. Hələ də qəflət
yuxusunda olanlar nə vaxt ayılacaq –bacı – deyən səsləri
gəlib qulaqlarıma.
……. Bu dəfə
dayanacaq yerim Elxanın məzarı oldu. Məzar
daşının üzərindəki yazıya baxıram:
Hüseynov
Elxan Haqverdi oğlu
16 oktyabr.
1974-1992
Bahar
çağında qönçəykən solan və
heç bir zaman gülə cevrilməyəcək 18
yaşlı bir ömür!!!
Dərin
düşüncəyə dalıram… Həmişə
olduğu kimi yenə ruhlar aləminə baş vururam. Birdən
Elxan canlanır qarşımda:
– Elxan,
görürəm çox narahatsan, nə olub belə?
– 19 ildir
ki, ermənilər tərəfindən işğal olunmuş
gözəl Qarabağımızın yağı düşməndən
azad edilmədiyini, torpaqlarımızın üzərində
hələ də onlatın at oynatdığını biləndə
necə rahat olmaq olar. Şəhid ana,
bacılarımızın qurumayan göz yaşlarını,
ata- qardaşlarımızın yumruqlanan ovuclarını, hələ
də başı aşağı gəzdiyini gördükdə
məzarda da rahatlıq tapmaq olmur. Qəbrimiz hər gün od
tutub yanır, bacı ! Bəc siz, siz necə, rahatlıq tapa
bilirsinizmi?
– Eh….. ay
qardaş rahatlıq tapanlar da var. Bu lənətə gəlmiş
müharibədən o qədər qazananlar oldu ki, sayı
hesabı yoxdur. Amma biz və bizimkimilər torpaqlarımızn
bircə qarışı da azad olmayınca rahatlıq nə
olduğunu bilməyəcəyik. Sizn ruhlarınız
qarşısında hələ başımız
aşağıdır, qardaş.
Araya bir
neçə saniyəlik sükut çökdükdən
sonra dialoqumuz davam etdi
– Bu
yaxınlarda sizdə oldum, Elxan, ananla görüşdüm.
– Bilirəm
,bacı, bilirəm. Bütün
danışıqlarınızı eşitdim.
– Sən
son döyüşə getdikdə anana yaxınlaşaraq……
– Anam bu
dünyadakı son günümdən danışırdı
sizə, eşidirdim , ana – bala ikimiz
də
döyüşürdük. Anam çox mərd, heç
kimin önündə əyilməyən, ölümün
gözünə belə dik baxan qadındır.
Eh, nə
isə…… O gün döyüşə getməli idik. Alt
paltarlarımı da dəyişərək başdan-ayağa
ağ geyindim. Ürəyimə dammışdı ki, bu mənim
son döyüşümdür. Paltarlarımı geyinib
anamın yanına gəldim. Anamın gözünün
içinə necə baxacağımı bilmirdim. Qorxurdum ki,
anam gözlərimə baxdıqda qəlbimi oxuya bilər,
hisslırimi duyar…
Son
gücümü toplayaraq – ana döyüşə gedirəm,
bəlkə döyüşdən qayıtmadım mənə
son sözün nədir? – deyə soruşdum.
– Get
oğlum, allaha əmanət oi. Biz bura gələndə
torpaqlarımızı azad etməyə
gəldiyimizi
də, bu yolda ölümün soyuq ağuşunu açaraq
bizi gözlədiyini də bilirdik. Sən ğəhid olan
oğullarımızdan artıq deyilsən, bala, onların da
anaları, bacıları var. Get, uğur olsun!..
Anam xaricən
özünü nı qədər sakit, mərd tutsa da qəlbinin
çırpıntısını, – bala-bala –deyə fəryad
edən üyrəyinin döyüntüsünü hiss edirdim
onun.
Bu
anamın mənə son sözü oldu……. bir də… bir də
onun isti nəfəsini hələ də hiss edirəm…
Aradan bir
sükut dalğası keçdi. Sonra Elxan sükutu pozdu:
–
Bacı, anama deyin ki o yalnız deyil. Mən həmişə
onunlayam. Hara gedirsə onunla birlikdəyəm. Darıxmasın
darıxanda da qoy göy üzünə baxsın. Mən onu hər
zaman oradan seyr edirəm…..
Elxanla nə
qədər söhbət etdiyim yadımda deyil. Bircə onu
bilirəm ki, yağış damcısının mənimlə
təmasından dərin bir yuxudan ayıldım elə bil .
Elxanın anası, müharibənin hər
ağrı-acısını dadmış , cəsur kəşfiyyatçı,
nər kimi oğul itirmiş mərd ana – Nurcahan xanımla olan
görüşüm gözlərim önündə
canlanmağa başladı birər-birər…
…….
İş yoldaşım Vəfa xanımla birlikdə
Elxanın anasının yaşadığı evə
yaxınıaşdıqca özümdən ixtiyarsız olaraq
həyəcan bürüməyə başlayırdı məni.
Görəsən görüşümüz necə
alınacaq –deyə düşünürdüm…..
Qapını
bizə, büruzə verməsə də gözlərinin dərinmiklərindəki
kədər hissləri sezilən məğrur, xoş görkəmli
bir qadın açdı. Görən kimi tanıdım. Bu
Elxanın anası Nurcahan xanım idi. Bizə – xoş gəldiniz
–deyərək süfrə başına dəvət etdi.
Doğrusu qapıdan içəri daxil olan kimi güfrə
başına dəvət edilməyimizdən bir az
şaşırdıq. Etiraz etdikdə isə – xanım, siz də
yoldan gəlmisiniz süfrə başında söhbətimiz
daha da xoş olar. Həm də Elxanımın da ruhu şad
olar- dedi.
Nurcahan
xanım nə qədər sakit görünməyə
çalışsa da daxilini hiss edirdim onun. Sevgilisi sahilə
can atan dəniz kimi təlatümlü idi. Özünə yer
tapa bilmirdi. Otaqlarla mətbəx arasında vurnuxa-vurnuxa
qalmışdı….
Deyirlər
ki, sevinclə kədər qoşa yaranıb dünyada .
Nurcahan xanım sevinirdi bizim gəlişimizə, eyni zamanda da
kədərlənirdi.
– Firuzə
xanım, elə bilirdim ki, artıq unudulmuşuq. Dünya
yaxşı adamlardan
xali
deyilmiş demək, müharibədən 19 il keçməsinə
baxmayaraq bizi yad
etdiniz.
Oğlumla mənim görüşümə gəldiniz.
Çox sevindim, hətta heyrətləndim
də.
Deməli heç nə hədər deyilmiş bu dünyada.
Buna
baxmayaraq onun kədərini də hiss edirdim. Axı onsuz da onun
heç vaxt unudulmayan yarasının qaysağı bir daha
qoparılacaqdı bu gün, hüznlü, kədərli xatirələri
çözələnəcəkdi. Elxanlı günlərinə
dönəcəkdi, o günlərini bir daha yenidən
yaşayacaqdı Nurcahan xanım.
Birdən
duruxdum. Söhbəti nədən başlayacağımı
unutdum bir anlıq…
Hurcahan
xanım 1991-ci il noyabrın 25-də Sumqayıt Hərbi
Komissarlığından 701 saylı hərbi hissəyə
(1811 saylı h/h Şıxov) əmr alıb. Elə həmin
gün də oğlu iddia edib ki, əgər anası
müharibəyə getsə nə oxuyacaq, nə də evdə
qalacaq, onunla birlikdə gedecek Qarabağa.
Elxanın
əsgərlik yaşı çatmırdı deyə nazirlikdən
icazə vermirdilər. Nurcahan xanımın yazdığı
raportları da qəbul etməyərək 18 yaşı tamam
olsun sonra gedər -deyiblər. Elxan anası ilə birlikdə
Ağdama getmiş, Əskəranda, Xramortda olmuşdu. Hətta
gözündən, qıçından qəlpə yarası
da almışdı. Amma qanuni olaraq icazəsi yox idi.
Nurcahan
xanımın söylədiyinə görə Çingiz
Mustafayev şəhid olan günü o Naxçıvannikin
Pircamal deyilən dərəsində zəmi
qırağında olub. Amma Çingiz ölməmişdən
2-3 saat əvvəl Nurcahanı da kamera ilə çəkib.
Həmin
gün Elxan evdə televizora baxarkən anasını da
televizorda görüb, elə bilib ki, ölən
anasıdır. Sumqayıt Hərbi Komissarlığına gedərək
hadisəni danışıb, ölən mənim anamdır
deyərək ərizə yazıb. Bu dəfə onun ərizəsini
qəbul ediblər.
Çağırışçıları
Kəlbəcər zonasına aparanda komandir Elxanı Kəlbəcərə
getməyə qoymayaraq -Nurcahan gəlsin oğlunu sağ-salamat
ona təhvil verək, ondan sonra hara istəyirsə getsin -deyib.
Conra
Nurcahanı 888-ə göndəriblər. Türklərin
hazırladığı kəşfiyyat rotasında 112 nəfərdən
(yeganə qadın) biri də Nurcahan olub. General Mirzəyev Hikmətin
briqadasının tərkibində onlar Qubadlı bölgəsinə
göndıriliblər. Bütün silah – surat da Elxana
tapşırılıb. Oradan da Laçının Güləbird
kəndinə göndəriblər ana ilə balanı.
Oğlu
ilə bir yerdə döyüşməsi cəmi bir həftə
çəkib Nurcahanın. Qısa bir müddətdə
gözünün qabağında 4 nəfər
ölüb,biri də itkin düşüb Ölənlərin
biri də Nurcahanın ciyərparası olub. 4 meyidlə birlikdə
yola düşən döyüşçü-ana şəhidləri
evlərinə təhvil verəndən sonra oğlunu da evə
aparıb…
…Son dəfə
əməliyyata gedərkən oğlum komandirindən
xahiş etmişdi ki, məni bu əməliyyata
aparmasınlar…Nə isə hiss etmişdi elə bil.
Maşına minəndə mənə 2 alma verdi, – ana, bu
almaları ye, mən bu saat qayıdıram. İnanın ki, sizə
söylədiklərim həqiqətdir. Sanki oğlum hiss
etmişdi ki, ölümə gedir.
– Ana, birdən
bu əməliyyatda öldüm nə edərsən.?
…….. bu
hissəni artıq mənə Elxanın ruhu
danışmışdı və bunu sizə də söyləmişdim.
Ana ilə
oğulun söhbətindən 15 dəqiqə belə çəkməyib.
Ölüm öz soyuq ağuşunu Elxana açıb …
Nurcahan
xanımın dediklərindən:
Yoldaşımla
çoxdan ayrılmışıq. Amma buna baxmayaraq oğlumun
meyidini evə aparanda yol uzunu düşünürdüm ki,
belə mərd oğulun dafn mərasimində atası da
iştirak etməlidir. Gecə saat 1-2 radələri olardı.
Oğlumun meyidini İmişli Rayon Milis şöbəsinin
qarşısında qoyaraq onlara getdim. Qapını Elxanın
atası açdı. Danışığından məlum
oldu ki, səhər tezdən qızı gəlin köçməlidir.
Xəbəri
eşidən kimi atanın qıçları
sınmış kimi dayana bilməyib yerə
çökdü. Bədbəxt atanın qollarından tutub
birtıhır onu ayağa qaldırdım. -Ağlama – dedim
ona, şərəf duy ki, oğlun Vətən yolunda şəhid
olub. Eybi yoxdur gedib oğlumu meyitxanaya qoyarıq. Günortaya
kimi qızını köçürərsən.
Köcürəndən sonra oğlunun şəhid
olmasını bildirərsən.
… Səhər
tezdən oğlan evindən gəliblər. Amma qızın
bacısı məçlisin çox soyuq keçməsindən,
heş toya oxşamamasından nəsə hiss edib. Gəlini
evdən çıxarmaq istəyəndə ata dözməyərək
qıy çəkib, ona qardaşının şəhid
olduğunu deyib. Qızı da əynindəki gəlinlik paltarını
cırıb və toy yasa çevrilib.
Oğlumun
meyidini İmişlidə qoyub geriyə qayıtdım.
Döyüşün şahidi olmuş komandirlər tərəfindən
Elxanın ölümü ilə bağlə akt yazılandan
sonra üst – başım qanlı, əlimdə avtomat
İmişliye getdim. Oğlumun atasının həyətinə
gəldim. İki kəlmə söz dedim ona: , – Oğlunu son dəfə
görmək istəyirsənsə çabah sabah saat 1-2
arası Şəhidlər Xiyabanında ol.
Kürdəmirdə
bizi bir neçə maşının dövrəyə aldəğını
gördüm. Gələn Elxanın ata tərəfdən olan
qohumları idi. – Nurcahan xanım, sən kişi qızı kimi
qeyrətlı hərəkət etmisən oğlunun
ölüm xəbərini atasına demisən. Xahiş edirik
icazə ver oğlunu da özü götürsün –dedilər
mənə…
…Oğlumun
adına alınmış Jiquli maşını qapıdan
çıxdı…
HAŞİYƏ:
Meyidləri haraya aparmışsa yrəyi qan ağlay –
ağlaya özünü çox sakit və qürurlu
aparıb Nurcahan xanım. Həmişə də ondan kim
olduğunu sopuşublar. Bu şəhidlərdən birinin
anasıyam dedikdə belə əvvəlcə inanmayıblar –
doğma anasıcanmı –deyə yenə də sual veriblər
və bəli, doğma anasıyam ,özü də təkcə
balamdır cavabını alıblar. Hospitalda bir tibb
bacısı ona cay təklif edəndə isə artıq
özünü saxlaya bilməyb, göz yaşları
içində, – bacı hansı oğlu ölən ana cay
içı bilər-deyə sual verib ona.
Eşq
olsun belə mərd qeyrətli, cəsur,fədakar anaya.
Qarşında baş əyirəm Nurcahan xanım!!!
Nə isə…
Bütün
anaların arzusudur ki, qapısında vağzalı
çalınsın. Mənə oğul toyu qismət olmad –
dedi Nurcahan xanım. Buna baxmayaraq qarmon çalan gətirtdim.
Oğlumun 3-ü günü Vağzalı
çaldırdım. Mənimki də belə gətirdi.. Bu da
mənim allahdan payım, oğul toyum idi. Ananın gözləri
yaşardı . ona təsəlli verərək ağlama –
dedim.
-Ağlamıram
inanın,mən fəxr edirəm oğlumla, həqiqətən
fəxr edirəm. , bilirsiz oğlum ölənə kimi
artıq həyat məni bərkitmişdi. Oğlumdan
savayı da o qədər ölümlər, o qədər
oğullar görmüşəm ki, yanıb kül olub, donub
yollarda qalıb götürə bilməmişik. Mənim bu
göz yaşım axırsa bütün şəhidlır
üçün axır, anaların əvəzinə
axır. Mənə bir az qəribə baxır insanlar. Sən
bu qədər acı həyat keçirmisən, bu qədər
haqsızlıqlar görmüsən, yenə də əl
çəkmirsən deyirlər. Bəli mən yenə də əl
çəkmirəm. Bir oğlum yox, 10 oğlum olsaydı belə
yenə Vətən uğrunda göndərərdim. Bir də
evdə valideynlər övladlarına düzgün tərbiyə
verməlidirlər. Bir həyat borcluyuq. Düzdür heç
kim ölmək istəmir. Amma, Vətən üçün
lazım gələrsə ölməyə də hazır
olmalıyıq biz. .
–
Döyüşçü Nurcahan xanımı biz necə
görürük. Bəlkə 1-2 xatirə
danışasınız.
Müharibə
ərəfəsində Elxanın ölümündən
savayı bu günkü günə qədər qəlbində
dərin iz buraxan hadisələr olubmu?
Nurcahan
xanım -çox olub deyərək dərindən bir ah
çəkdi və başına gələnləri
danışmağa başladı…
Döyüşə
atıldığı gündən öz qadınlını
unutduğunu deyən Nurcahan xanım cəbhəyə
könüllü getdiyini, kimsənin onu odun-alovun içinə
girməyə məcbur etmədiyini, cəbhədə də
qadın olduğuna görə hamının ona hörmət
göstərdiyini, onu qoruduğunu bildirdi. Özünün
söylədiyinə görə müharibə dövründə
kəşfiyyatçı olduğundan bir çox ekstremal
şəraitə düşüb amma çıxış
yolu araya, düşdüyü vəziyyətdən
çıxa bilib. Dəfələrlə hadisələr olub
ki, istə zabit,istərsə də əsgərlər sinəsini
sipər edib. Ancaq o da bir Nurcahan kimi torpaqları qoruduğu
kimi döyüşən oğlanları da qoruyub, hətta
analarını belə düşünüb onların. Elə
hadisələr də baş verib ki, hətta şok vəziiyətinə
belə düşüb. Murovda baş verən ən dəhşətli
hadisələrdən ikisini danıdı Nurcahan xanım.
Nurcahan
xanım tükürədici, hətta damarlarda qanı belə
donduran elə bir hadisə danışdı ki, ilahi, heç
bir ana övladını belə dəhşətli vəziyyətdə
görməsin –deyə düşündüm.
Hurcahan
xanımın özünü dinləsək daha yaxşı
olar, əziz oxucular:
-Sizə
söylədiyim kimi elə hadisələr də baş verib
ki, hətta şok
vəziyyətinə
düşmüşəm. Bir dəfə… Bir dəfə
üçə… leytenant Şamil adında bir oğlanın
yanına minamyot düşdü, tikə-tikə oldu.
Murovda Siyəzən
rayonundan olan bir leytenantın (adını məlum səbəbdən
yazmıram) yanına minamyot düşdü və o
tikı-tikə oldu. Hamı çaşmışdı. Nə
edəcəklərini bilmirdilər.
Elə
bil ki, dərin bir yuxuda idim. Hər şeyi görürdüm,
şüurum isə heç nə qavramırdı. Qeyri –
ixtiyarı olaraq tikələri bir yerə yığmağa
başladım. Sonra iynə – sap götürdüm və tikələri
adam formasında bir-birinə tikməyə başladım.
İşimi
bitirib başımı qaldırdıqda isə bütün
zabit, əsfər və həkimlərin əlləri qoynunda
duraraq mənə baxdıqlarını gördüm. Gözlər
kədərli qüssəli idi, gözlərdən yaş
axırdı. Hətta bəzi gözlərdə təəccüb,
hətta qorxu hissləri də duyulurdu. Bir mələfə
götürərək meyiti bükdüm və indi evlərinə
göndərə bilərsiniz –dedim.
Nurcahan
xanım bir anlığa söhbətinə ara verdi. Otağa
dərin bir sükut çökdü. Nurcahan xanım elı
bil ki, o anları yenidən yaşayırdı.
Danışdıqca səssis axan göz yaçlarını
saxlaya bilmir, mən də gözlərimdən yaş
süzülə-süzülə onu dinləyirdim.
O çətinliklə
də olsa söhbətini davam etdirdi:
Amma, nə
edirdimsə şokdan çıxa bilmirdim. Üst-başım
qan içindəydi. Əllərimi yumağa başladım.
Birdən bir əskərin -Nurcahan ana, daha mən ölümdən
qorxmuram deyən səsini eşitdim. Diksindim və ona sarı
döndüm. Əsgər – bəli, daha qorxmuram. Bilirəm ki,
şəhid olsam, belə bir hala düşsəm siz nə
olursa olsun məni anama çatdıracaksınız, onun
gözləri övlad həsrəti ilə yollara dikilməyəcək.
Firuza xanım, inanın ki, əsgərin bu sözləri
şokdan çıxardı məni.
Nurcahan
xanım 2-ci hadisəni də danışdı, bu da çox
dəhşətli idi. Amma mən
məlum
səbəblər üzyndən bu hadisəni təfsilatı
ilə danışmıram sizə.
Amma,
Nurcahan xanımın söylədiklərini sizə
çatdırmağı özümə borc bilirəm:
–
Çoxları düşündü ki, Nurcahan oğlunun
qisasını aldı. Amma mən oğlumun qisasını
almadım .Oğlumun yerini mənə heç kim qaytara bilməz.
Ancaq gözü yaşlı analarımız ağlayarkən
oğul vay deyəndə istədim ki analar bilsin və ürəklərində
əbədi yaşasın ki, erməni anası da anadır. O
da ürəksiz bala vay deyir Bu hadisə 1993-cü ildə olub.
Nurcahan
xanım bir döyüşçü kimi iştirak etdiyi əməliyyatlardan,
döyüşlırindən, bir tibb bacısı kimi
yaralılara köməyindən danışdı. Amma, əzizlərim,
bütün bunları sizə danışmaq üçün
mənə 3 gün vaxt lazımdır. Sizi də çox
yormaq istəmirəm.
– Əgər
müharibə yenidən başlayarsa?
Əgər
müharibə yenidən baçlayarsa Azərbaycan dövlətçiliyi
naminə qoca qarı da olsam geri çəkilmərəm.
Heç nəyə gücüm çatmasa belə əsgərlərə
analıq qayğısı göstərərəm. 56
yaşım var. Həyatın acısını da, şirinini
də dadmışam. Ona görə də bu sözləri
ürəklə deyirəm.
1991-2010.
Bu az müddət deyil. Qoy kim necə istəyir elə də qəbul
etsin. Bir həqiqətdir ki, istər qaçqınlar olsun istər
müharibə görməyən insanlar arasında az da olsa
unutqanlıq var. 100% olmasa da hər halda var.
Tarix
yaşayıb, yaşayır, yaşayacaq da . İgidlər də
olub, namərdlər də. Bu da danılmaz faktdır. Anarxiya
da olub. Müharibə özü elə anarxiya deməkdir. Amma
Qarabağ məsələsi var idisə onda bütün diqqət
ora yönəlməli və qısa müddət ərzində
müharibə bitməliydi. Başa düşürəm deyə
bilərsiniz ki, burada başqa millətlərin, başqa
dövlətlərin marağı, əli var. Amma nə yolla
olursa olsun məsələ yoluna qoyulmalı idi. Əgər bu
belə davam edərsə bu gün erməni qalxıbsa sabah
başqaları da qalxa bilər. Azərbaycan xalqı
ömür boyu əzilməlidirmi, nədir bu xalqın
günahı!?
Firuzə Əsədullayeva
Türküstan.- 2018.- 11-17 sentyabr.-
S.15.