Azərbaycan Türk fəlsəfəsindən
yarpaqlar:
Zeynalabdin
Marağalı
Bütün bunlardan, yəni
Türk Qacarlar dövlətini sərt şəkildə tənqiddən
sonra zaman-zaman Zeynalabdin Marağalı Mirzə Fətəli
Axundzadə kimi, “qədim İran mədəniyyətini” tərif
etməyi də unutmur: “Bütün millətlər bilirlər
ki, iranlılar vaxtilə yer üzünün birinci mədəni
xalqlarından idilər. onlar başqa millətlərdən
daha artıq şərəf və iftixarla
yaşayırdılar. Bəs indi necə
oldu ki, bütün xalqların içərisində
vəhşi hesab olunur?
Əcnəbilər ona alçaq
nəzərlə baxırlar”.
“Qədim İran mədəniyyəti”nin tərifi ilə yanaşı, Marağalı Qərb mədəniyyətinin müsbət cəhətlərindən bəhs etməyi də vacib bilir. Ona görə, indiki Qərb ölkələri vaxtilə mövcud olmuş “İran mədəniyyətini” mənimsəyərək belə bir səviyyəyə çatıblar. Bu məsələdə Axundzadənin irançlıq yolunu (avropalıların hind-ariyan ya da avropamərkəzçilik ideologiyası çərçivəsində) “uğurlu” davam etdirən Marağalı yazır: “Elm və insaf gözü ilə baxsaq görərik ki, bu gün Qərb ölkələri xalqlarının fəxrinə və başıucalığına səbəb olan hər bir vəsilə bizdə olmuşdur. Biz bilə-bilə o asudəlik və başıucalıq vasitələrini rədd eləyib özümüzdən uzaqlaşdırdıq. Amma Qərb ölkələri ikəlli tutub öz məişət və mədəniyyətlərini həmin vəsaitin üzərində qurdular. Təəssüflər olsun ki, indi əcnəbilərin əlində gördüyümüz bütün bunlara özgə malı kimi həsrətlə baxır, daha bilmirik ki, bütün xoşbəxtlik vasitələrini özgələri bizim qəflətimiz nəticəsində ələ keçirmiş, yalnız onların rəngini dəyişmişlər... Bu, haman İrandır ki, “şahlıq” və “ədalət” sözləri başqa ölkələrə onun müqəddəs torpağından yayılmışdır. Pişdadi sülalələsinin ilk padşahı olan Keyumərsdən tutmuş Sasani sülaləsinin sonlarınadək bu abad ölkə ədalətin mənbəyi olmuş, onun saçdığı mədəniyyət işıqları başqa ölkə xalqlarının gözünü qamaşdırmışdır”.
Deməli, Marağalı da
avropamərkəzçilikdən çıxış edən
Axundzadə kimi, “İran”ın yalnız
İslamaqədərki dövrünü
“cənnət” hesab etmiş,
sadəcə sələfindən fərqli olaraq
İslam dininə hücuma
keçməmiş və Qacarları çıxmaq şərtilə
digər “İran”da hökm sürmüş
Ərəb-müsəlman və Türk-müsəlman
dövlətlərini tənqid etməmişdir. Bu anlamda deyə bilərik
ki, Marağalı avropalıların uydurduğu “İran mədəniyyəti”nin
(Hind-avropa nəzəriyyəsinin) təsiri
altında olmuş, o da, Axundzadə kimi Əhəmənləri,
Sasanları boy-boy tərifləmiş və
Firdovsinin
irançılığını davam etdirmişdir. Marağalıya
görə Firdovsinin yazdığı
“Şahnamə” əsərinin zəhməthaqqı
müqabilində Sultan Mahmud
Qəznəvi verdiyi vədəsinə əməl
etməsə də, əslində şairin
o mükafata, hətta
ondan artığına tam
ləyaqəti var idi:
“Çünki bir millətin
ölmüş dilini
diriltdi, millətin tarixinə dəyərli
xidmət etmiş oldu”.
Aydındır ki, Firdovsi
“Şahnamə”ni farsca yazmış, İran-fars şahlarını tərənnüm
etmişdir. Deməli, Firdovsinin diriltdiyi dil fars dili,
oyatdığı millət
fars milləti idi. Çox təəssüflər olsun ki, Marağalı
da bir Türk
olmasına baxmayaraq, Qərb ideolqlarının
Aryançılıq-İrançılıq
ideyalarının təsiri
altında belə bir mövqe tutmuşdur. Məhz bu
ideyaların təsiri
altında da bütün günahları
Qacarlar dövlətinin
və dolayısıyla
türklərin boyununa
yıxmış və
onların hakimiyyətdən
getmələrinin zəruruliyindən
bəhs etmişdir.
Buna səbəb də o imiş ki, əgər onlar hakimiyyətdən getməsələr “İran”
dövləti birdəfəlik
məhv olmaq təhlükəsi ilə
üz-üzədir. Çünki Qacarlar idarə etdiyi dövləti oyuncağa çevrirərək
ölkəni xarabazara
çevirmiş, barbarlığın
ən yüksək səviyyəsinə qədəm
qoymuşlar.
Beləliklə, deyə bilərik
ki, yaşadığı
dövrdə “İran”dan
başqa bütün ölkələrin nisbətən
və daha çox yaxşı qayda-qanunlara, ədalətə,
hüquq və azadlıqlara malik olması qənaətində
olan Marağalı, doğma ölkəsinin də bütün mövcud problemlərdən
çıxış yolunu
“qədim İran mədəniyyəti”nin yenidən
dirçəldilməsində və Qərb mədəniyyətindən faydalanmasında
görmüşdür. Bu isə
o deməkdir ki, kitabının əvvəlində
Türk olduğunu ifadə edib, sonda etnik mənşəyini
kürdlərə bağlayan
Marağalı zahirən
İslam dini sevdalısı kimi görünsə də, onun əsas məqsədi irançılığı
təbliğ etmək
və “İran milləti”ni formalaşdırmaq
olmuşdur. “İran
milləti” ideyasının
ortaya atılması və irançılıq
təəssübünün təbliği-təşviqi isə
o demək idi ki, Marağalının Qacarlar Türk dövlətini haqlı-haqsız
sərt şəkildə
tənqid etməkdə
məqsədi, onların
devrilməsi istəyi
idi. Deməli, Marağalı bir Azərbaycan türkü olmasına baxmayaraq, irançılıq ideyasının
qurbanı kimi öz soyundan olan Türk Qacarlar dövlətinin devrilib, onun yerində “İran milləti” adı altında farsdillilərin hakimiyyətə gəlməsinə
xidmət etmişdir. Marağalı də Axundzadə kimi ümid etmişdir ki, vaxtilə dünyaya “şahlıq” və “ədalət”in nə olduğunu öyrədən farsdilli
“İran milləti” hakimiyyət başına keçən kimi, burada sadaladığı bütün problemlər öz həllini tapmış olacaqdır. Şübhəsiz, bütün bunlar
“İran milləti” ideyasını ortaya atan avropalıların uydurmasından başqa bir şey deyildi.
Ancaq bu da bir həqiqətdir
ki, Marağalı kimi bir neçə
mütəfəkkirimiz “İran
milləti”, irançılıq
ideyasının qurbanı
olmuş, öz Türk dövlətlərinin
yıxılıb onun
yerində farsdilli zümrənin hakimiyyətə
gəlməsinə xidmət
etmişlər və hələ də edənlər də vardır.
Din məsələsi. Öncədən qeyd edək, Marağalı özü də cəmiyyətin, dövlətin həyatında
dinə və onun təmsilçiləri
olan ruhanilərə mühüm əhəmiyyət
vermişdir. Ruhani
zümrəsini cəmiyyətdə
insan orqanizmindəki qanın misalı
olaraq göstərən
Marağalıya görə,
qan dirilik mənbəyi olub əsasən qəlbdə
yerləşən ruhun
bütün canlandırıcı
feyzlərini bədən
üzvlərinə yayır:
“Ona görə ki, həyat mənbəyi olan ruhun özü lətif bir cövhərdir. O, son dərəcə
incə olduğundan öz-özlüyündə bədəndə
cərəyan edə bilməz. Belə olduqda, cərəyanetmə
qabiliyyəti və qüdrəti aydın olan qan, ruhu
özü ilə götürüb, tük damarların olduqca dar yollarından keçir və bədənin ən dərin nöqtələrinə
çatdırır ki,
onun feyzi orqanizmin bütün üzvlərinə yayılmış
olsun. Bunun nəticəsində də qan dolandıqca
bədən üzvləri
yaşayır və tərəvatlənir. Şəriət və həqiqət amilləri də bədəndə bilavasitə
və bilvasitə alıb, mülayim bir dillə cəmiyyətin bədəni
hökümündə olan
kütlələrə çatdırırlar.
İnsanın bədəni yaşamaq
bəxş edən ruhdan feyziyab olduğu kimi, kütlələr də alimlər vasitəsilə
onlara təlqin edilmiş elmlərin feyzindən canlanırlar”.
Ancaq mütəfəkkir
hesab edirdi ki, dövründəki ruhanilər bu keyfiyyətlərdən məhrumdurlar. Bu anlamda İslam dünyasının, o cümlədən
“İran”ın geridə
qalmasının günahkarlarından
biri də yalançı ruhanilərdir.
Çünki cəmiyyətin idarə
olunmasında dövlətin
məmurları ilə
yanaşı, ruhanilər
də mühüm rol oynayırlar ki, ancaq öz
işlərini obyektiv
şəkildə icra
etmirlər. Halbuki, əgər
birincilər insanları
daha çox maddi, cismani baxımdan idarə edirlərsə, ruhanilər
mənəvi məsələlərin
həllində əsas
fiqurdurlar. Mütəfəkkirin
fikrincə, ruhanilər
müsəlmanlara elm öyrətmək,
islam dininin
mahiyyətini başa salmaq əvəzinə, əksinə onları kor və cahil
edirlər. Üstəlik, dünyəvi elmləri
öyrənənlərə də əngəl olur və onları
İslamın adından
kafir elan edirlər. Beləliklə, müsəlmanlar hər iki elmdən
xəbərsiz qalırlar.
Marağalı yazırdı:
“Bu xoşagəlməyən vəziyyətin davam etməsinin əsas səbəbi elmsizlikdir və indiyədək mən nə qədər fəryad qoparıb deyirəm ki, bizim üçün
məktəb lazımdır,
elm lazımdır, vəziyyətimiz
ancaq bugünkü elmlərdən və fənlərdən başı
çıxan savadlı,
elmli adamların hümməti ilə dəyişilə bilər,
fayda vermir ki, vermir. Bu korlar (yəni despotik məmurlar və yalançı ruhanilər – F.Ə.) görmürlər
ki, Qərb dövlətlərinin bütün
hörmət və iftixarının səbəbi
elmli və bilikli olmalarındadır.
Eləcə də Şərq
xalqlarının xarlığı
və zilləti elmsizlik və cəhalət üzündəndir”.
Marağalı hesab edirdi ki,
indiki ruhanilərin əksəriyyəti məscidlərdə
xalqa vətən məhhəbəti və imandan danışmaq, təhsil və təlimdən söz amaq, dini və
dünyəvi elmlərdən
xəbərdar etmək
əvəzinə, gələcək
nəsli nadanlığa
və cəhalətə
sürükləyirlər. Üstəlik, saxta dərvişlər, seyidlər, mərsiyəxanlar,
rövzəxanlar və
başqaları da xalqın başına İslam dini adından min bir oyun açırlar. Məsələn, Ərdəbildə əhalinin başı mollabazlığa qarşıbdır.
O yazır: “Hər dükanda, hər evdə söhbət filan müctəhiddən,
filan şeyxülislamdan
və ya pişnamazdan gedir. Bəziləri də camışların
döyüşdürülməsi haqqında söhbətlərlə
günlərini keçirilər”.
Marağalı anadan olduğu Marağa şəhərində
də dərvişlərin
avam rəiyyəti islam adından necə aldatmasını belə təsvir edirdi: «Dərviş əlini qulağına qoyub gur səslə
«Ya Əli!» deyə bir
nərə çəkdi.
İki yüz nəfərə yaxın olan camaat da
onun kimi «Ya Əli!»
deyib səsini göylərə qaldırdı.
Bu zaman dərviş
əbasının altından
iki-üç qutu çıxartdı. Ovsun oxuya-oxuya
qutuların qapağını
açmağa başladı.
Bir ucdan rəngbərəng qara, qırmızı ilanlar idi ki, qutulardan
çıxarır və
müxtəlif nəğmələr
oxuya-oxuya deyirdi: «Ovsunladım, çıx eşiyə. Heydər, Səfdər eşqinə
çıx eşiyə.
Halva, halva, ilan, gürzə,
ilan…». Dərviş bu hərəkətləri
etməklə yanaşı,
dualar yazır və avam camaatı
inandırmağa çalışırmış
ki, kim
bu dualardan əldə etsə bütün borclarını
ödəyəcək və
üstəlik, Məkkəyə
həcc ziyarətinə
gedəcək. Marağalı yazırdı ki, bu dərviş donuna girmiş div sifətli kələkbazlar
avam camaatı işindən-gücündən avara eyləyib, ciblərini boşaltdıqdan
və lazımı məbləği topladıqdan
sonra onlardan əl çəkirmişlər.
AMEA Fəlsəfə
İnstitutunun aparıcı
elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə
doktoru Faiq Ələkbərli
Türküstan.- 2018.- 25 sentyabr-1
oktyabr.- S.6.