XƏYALIMDA AĞ IŞIQLAR YANIR...
(Bütöv Azərbaycan
Turanın parlaq Günəşidir” əsərinin davamı)
əvvəli ötən
sayımızda
Aclıq aksiyasının insan
orqanizminə və ruha təsirini və Bütöv Azərbaycan
Türklərinin, Türküstan ellərinin, Turanın,
bütöv Azərbaycanın istiqlal mücahidi Abbas Lisaninin
aclıq aksiyasının davamı olaraq yer üzündəki
hər Türk övladı Seyid İmaməddin Nəsimi kimi
düşünərək “Dünyanın nazü nəizmi-cifədir,
yəni nəcis. Ey könül tahirsən axır sunma əl
murdarinə” - deyərsə və aclıq aksiyasına
qoşularsa həm özləri, həm də digər bəşər
övladları qəflətdən ayılar, həm də
Abbas Lisani azadlığa çıxar, həm də bəşəriyyət
fəlakətdən xilas olar. Bəli, biz bəşər
övladı hamımız Adəm ağacının şaxələriyik.
Bizim birimiz o birimizə zülm edirsə, onu
söyürüksə, döyürüksə, haqqını
tapdalayırıqsa, onu aldadır, barmağamıza
dolayırıqsa, həyatına qəsd ediriksə, xülasə
nə ediriksə özümüzə edirik. Bəli,
insanın bu fani dünyanın naz-nemətlərindən
üz döndərtmək üçün aclıq hikmətini
anlamasına dair əsərlər yazsaq bu min-min qalın cilidlər
dolu kitablara sığmaz. Əslində belə kitabları qədim
hind brəhmənləri yazmışlar, yoqlar da buna əməl
edərək insanın daxili orqanlarında yaranan Günəş
enerjisi ilə möcüzələr yaratmışlar. Bu
sözləri yaponlar, koreyalılar haqqında da söyləmək
olar. Bəşəriyyətin ən dahi filosoflarından olan
Çin filosofu Konfutsinin də ölməz fikirləri ona
cismani və ruhani saflığı bəxş edən aylarla
keçirdiyi acqalmalarının bəhrəsidir. Biz türklərin
və bəşəriyyətin ən möhtəşəm
sivilzasiyası dövrü İbrahim və İsmayıl
peyğəmbərin peyğəmbərlik və
hökmdarlıq dövrləri olmuşdur. Bu dövrün
insnaları da mütəmadi olaraq cismlərinin
sağlamlığı və ruhlarının
saflaşması üçün bir ilin bir ayini oruc
tutmuşlar, iki ayınısa ac qalmışlar.
Eyni zamanda, aclıq aksiyası zamanı həkimlər
aclıq aksiyası keçirənlər üçün
sakitliyin təmin edilməsinə xüsusi diqqət yetirməlidirlər. Onları ziyarətə
gələnlərə ən çoxu bir saat vaxt verilməlidir.
Bu vaxtın da təxminən yarım saatı
aclıq aksiyası keçirən şəxslərin ailə
üzvləri, yaxın qohumları, məslək və əqidə
dostları, digər yarım saatı da mətbuat
işçiləri üçün ayrılmalıdırlar.
Hərgah Abbas Lisaninin günahsız olaraq həbs
edilməsinə qarşı Ərdəbillilər fədakarlıq
göstərərək aclıq aksiyalarına başlayarlarsa
və bu aclıq aksiyaları da onda tezliklə Qacarlar dövlətinin
digər böyük şəhərlərini, qəsəbələrini,
kəndlərini bürüyər. Bu
aclıq aksiyalarını çox çəkməz ki,
Güney Azərbaycanının xarici ölkələrdə
yaşayan Oğuz Türkləri də davam etdirər və
yaşadığı ölkələrin əhalisinin diqqətini
də Abbas Lisaniyə qarşı törədilən bu
haqsızlığa cəlb edərlər. Nəhayət, bu aclıq aksiyasına Quzey Azərbaycanının
bir çox siyasi hüquqları tapdalanan Oğuz Türkləri
də başlayar. Tezliklə Quzey Azərbaycanın
paytaxtı olan Bakı şəhərində Oğuz Türklərinin
aclıq aksiyaları keçirmək üçün təşkilat
komitələri yaradılar. Beləliklə,
öz istiqlalı uğrunda Oğuz Türklərinin
keçirdiyi aclıq aksiyası Quzey Azərbaycanını da
bürüyər. Beləliklə də, tərəqqipərvər
bəşəriyyətin ən işıqlı simaları -
şairləri, filosofları, politoloqları, diplomatları,
siyasi xadimləri, dövlət başçıları, Nobel
mükafatı laureatları, mütəfəkkirləri
Güney və Quzey Azərbaycanında aclıq aksiyası
keçirənləri ziyarətə gələrlər. “Türküstan” qəzetinin əvvəlki sayında
qeyd etdiyim kimi bir neçə dəfə səssiz-səmirsiz
aclıq aksiyası keçirmişəm. Yəni
o aclıq aksiyalarım bu əsl aclıq aksiyam
üçün hazırlıq məşqlərim olub.
Ümumiyyətlə, aclıq və aclıq aksiyalarına səbəb
bunları deyə bilərəm: “Dünyanı bürüyən
aclığa və bu səbəbdən aclıq
aksiyalarının keçirilməsinin əsl səbəbi
dünya sərvətinin insanlar arasında anormal şəkildə
(yəni ədalətsiz) bölünməsidir. Müasir
dünyanın sərvətinin 99 faizdən çoxu əməlləri
çox ləkəli, qorxulu, könül bulandıran
oliqarxların ixtiyarındadır. Bu dinsiz,
qansız oliqarxlar da çox amansız qanunlarla hələ ki,
bəşəriyyəti idarə edirlər. Nəticədə, dünya idarə edilməz həddə
çatıb. Bir çox Şərq
ölkələrini aclıq, səfalət, dinlənçilik,
pozğunluq, əyyaşlıq qorxulu xəstəliklər
bürüyüb və bu təhlükəli sindromlardan Qərb
ölkələri də sığortalanmayıb. Qərb
ölkələri Şərq ölkələrinə baxanda hələlik
pərdələnməyi, özlərini “abır”lı, “həya”lı
göstərməyi bacarsalar da bəzən onlarda elə
qorxulu xəstəliklər, fəlakətlər, dəhşətlər
ortaya çıxır ki, şərqlilərin qərblilərə
yazığı gəlir...
Bəllidir ki, dünya başbilənlərinin
dünyanı idarə edən iki mötəbər təşkilatı
var. Bunlardan birincisi BMT-dir, ikincisi də Avropa
Şurasıdır. Amma bu da bəllidir ki, artıq bu mötəbər
təşkilatlar öz nüfuzlarını sürətlə
itirməkdədirlər. Bunun da əsas səbəbi belədir!.. Oliqarxların daha
amansızlıqla dünya sərvətini qamarlaması və
digər bəşər övladlarınınsa daha da
yoxsullaşması və müflisləşəməsi.
İxtiyar sahibi oliqarxlar elə qanunlar
yazırlar ki, müflis vəziyyətinə düşən bəşər
övladları ona əməl edə bilmirlər. Bəllidir ki, dünya yeni inqilab ərəfəsindədir.
Bu informasiya təzə deyil. Bunu dilənçi
də bilir, oğru, quldur da Avropa Şurası da, BMT-də.. Bu informasiyanısa ən birinci
bilənsə 1952-ci ildən İngiltərənin
kralişçası olan 93 yaşlı Yelizaveta xanım
Ventsodur. Yelzaveta xanım da sözlərini həmin
vaxtdan dünyanın aparıcı dövlətlərinin
başçıları olan öz tanış-bilişlərinə
belə deməkdədir: “Dünyanın libası yaman köhnəlib,
lap cırıq-cırıq olub. Təzələyin
bu libası”. Başbilənlərsə üçtəpə
sağsağan kimi gözlərini döyüb, baş üstə
desələr də silaha əl atırlar, taqqa-taraq salaraq
deyirlər: “Bizim libas təzələmək üsulumuz budur. Hansı ölkəni deyirsən xaraba qoyaq, nə qədər
insan deyirsən qıraq, çataq”. Doğrudur,
indiyə qədər kraliça Yelizaveta xanım öz
yaxın tanış-bilişləri olan dövlət
başçıları ilə dünyanın libasını
belə dəyişə bilib. Amma sonuncu Suriyada
libas dəyişmə əməliyyatı sübut etdi ki, daha
onun sözü işə keçmir. Yəni,
kraliça daha dünyanı idarə edə bilmir.
Çünki dünyanın libasını dəyişən
kraliçanın özünün libasının dəyişilmək
vaxtı çatıb... Yəni,
kraliçanın özünün işi Allaha qalıb.
Dünyanın libasının dəyişilmə
əməliyyatı yalnız Məhəmməd Əmin bəy
kimi elmi-helmi kamil olan siyasi korifey və onun məsləkdaşları
tərəfindən mümkündür.
Kraliçanın libas dəyişmək əməliyyatını
düşündükcə yadıma qədim bir rəvayətimiz
düşür... Belə rəvayət edirlər ki, qədim
zamanda bir kişi bir şəhərə
gedir. Axşam düşür. O gecələmək
məqsədilə bir qapını döyür. Qapını onun üzünə qoca bir qarı
açır. Qərib adam baxıb
görür ki, bu otaqda qarıdan savayı bir qız, bir gəlin
var. Otaqda kişi xaylağı olmadığından qərib
adam qarıya deyir: “Mən qəribəm, gecələməyə
yerim olmadığından qapınızı döydüm. Baxıb görürəm ki, mənim burda
qalmağım düzgün deyil”. Qarı onun
üzünə təbbəsümlə gülümsəyərək
söyləyir: “Qonaq Allah qonağıdır. Özündən
qabaq ruzusu gəlir. Sənin yatmağın
üçün çarpayımız da var. Keç içəri”.
Xülasə, qərib qonaq utana-utana içəri
keçir. Olandan, qalandan yeyib-içir, bir
qədər ordan-burdan söhbət edəndən sonra yatmaq
istədiyini deyir. Ona yatmaq
üçün yer salırlar. Ləmpənin
işığını aşağı salandan sonra o,
çarpayıdakı yataq yerinə uzanır. Qonaq nə qədər yatmaq istəsə də gecə
yarını keçsə də onun yuxusu gəlmir. Bir az keçmir ki, qız öskürməyə
başlayır. Qonaq qız
öskürdüyü tərəfə getmək istəyəndə
gəlin tərəfdən də öskürək səsləri
gəlir. Qonaq ayağa durub əvvəlcə
qız tərəfə, sonra da gəlin tərəfə getmək
istəyir. Bu dəmdə qonaq
qarının öz-özünə bərkdən deyindiyini
eşidir. Qonaqda maraq güc gəlir ki,
görüm qarı öz-özünə nə deyir.
Qonaq qarıya yaxınlaşanda qarının bu sözləri
dediyini eşidir: «Eh, mənimki onsuz da Allaha qalıb». İndi ingilis kraliçası Yelzaveta xanımın
dünyanın libasını dəyişmək fikri də
Allaha qalıb. Nəsə dünyanın
libasının necə dəyişilməsinə aclıq
aksiyası keçirəndən sonra cavab verərik. Bu suala cavab vermək aclıq aksiyası keçirəndən
sonra olduqca asandır. Necə deyərlər,
belə suallara cavab vermək onda bir içim su kimidir, bir
göz qırpımındadır.
Deməli, bəşəriyyət yeni qanunlarla idarə
edilməlidir.
Bu qanunların necə yazılmasısa bəşər
övladlarının özlərindən asılıdır.
Bəşər yaranandan bu günə qədər
hələ dövlətlər Arktika və Antaraktida
uğrunda müharibələr aparmayıblar. Bunun da səbəbi bəllidir. Bunlarda hansı
sərvət var ki, buna sahib duran dövlətin də
qazancı nə ola... Amma biz
Quzey Türklərinin vətəni Azərbaycanın xeyrini biz
Oğuz Türklərindən çox dünya ağaları
götürürlər. Çünki Azərbaycanın
yer üstü cənnət, yar altı xəzinədir. Rus da, ingilis də Qafqaz deyəndə
hayıl-mayıl olurlar. Heç kim
gözəl Qafqazı əlindən vermək istəmir. Elə
buna görə də dünyanın ağıllı siyasətçilərindən
olan, iki dəfə İngiltərənin baş naziri
olmuş, 1953-cü ildə ədəbiyyat üzrə Nobel
mükafatı alan, kapitalizmi hamını xoşbəxt eləyə
bilməməkdə, sosializmi hamını dilənçi eləməkdə
günahlandıran Uilyam Çörçilin Azərbaycan
haqqında söylədiyi bu fikri qəribliyə salmaq olmaz:
“Azərbaycan elə bir nazəndə gözəldir ki, (yəqin
ki, Çörçil elə bir nazəndə gözəl əvəzinə
əri ölmüş, yiyəsiz, sahibsiz ifadələrinin əvəzinə
elə bir ifadəsini bir ədəbiyyatçı kimi yox, bir
siyasətçi kimi işlətmişdir) onun heç kim dul
qalmasına razı olmayacaq...
Xülasə, mətləbdən yayınmayım. Aclıq
aksiysı ideyasının müəllifi kimi onu da deyim ki, mən
həm dini, həm bədii, həm də elmi kitabları
tez-tez mütaliə etməkdən yorulmuram. Dini kitabların hər ayəsini oxuyanda dərin-dərin
fikirlərə dalıram. Bu ayələr içərisində
ən çox xoşuma gələn ayə “İncil”dən bu
ayədir: “Müdriklər dar qapılardan keçir, qoyun
sürüsüsə genişliyə can atır”. Ona görə
də istiqlal aşiqimiz Abbas Lisaninin aclıq aksiyası
keçirdiyi vaxtdan onu azadlıqdan məhrum etdiyinə görə
“İran” İslam Respublikasının fars-molla rejiminə
qarşı Azərbaycan Oğuz türklərini Abbas Lisani
azad olunana qədər aclıq aksiyası keçirməyə
çağırmağımı düşünəndə
“Incil”dən söylədiyim həmin ayəni
xatırlamağınızı xahiş edirəm. Inanıram
ki, kim müdrikdirsə, məni
sözsüzdən anlayacaq. Kim də müdrik
deyilsə, “Incil”də buyrulduğu kimi qoyun sürüsünə
aiddir və mənim elə kəslərə deyiləsi
heç bir sözüm yoxdur, onlar da gedib rahatca
otlarını otlaya bilərlər. Mən bəzi qaraya ağ deyənlərə, şər qüvvələri
öyənlərə, bütlərə sitayiş edənlərə,
gələcək ağ günləri qapqara hesab edənlərə
bunları demək istəyirəm: “Mən nəinki kiminsə
acından ölməsini, heç ayağına daş dəyməsini
belə istəmirəm. Mən əvvəlcə Oğuz
türklərinin, sonra da cümlə-bəşər
övladlarını şərə qarşı mübarizəyə
qalxmağa, dünyanı nur libasına bürüməyə
və insan haqlarını, hüquqlarını qorumağa,
kamil insan adına sahib durmağa
çağırıram. Həkim kimi bunları
deyə bilərəm ki, şəxsən mənim
özümün aclıq aksiyasını keçirməyimə
səhhətim, sağlamlıq durumum qətiyyən icazə
vermir. Belə ki, mən aclıq
aksiyalarını aktiv şəkildə 1993-1995-ci illərdə
keçirmişəm. 1995-ci ilin
axırlarından bu günə qədər erroziyalı kolit
xəstəsi olduğumdan (bu xəstəliyin necə
ağır xəstəlik olduğunu, Kron xəstəliyi kimi
çox zaman ölümlə nəticələndiyini
yalnız həmin xəstəliyə düçar olanlar və
onu düzgün müalicə edən həkimlər bilir)
aclıq aksiyası keçirməmişəm. Yalnız çox ehtiyatla oruc tutmuşam. 1995-ci ildən 2017-ci ilə qədər bir çox
ağır xəstəliklərdən əziyyət çəksəm
də 2017-ci ilin mart ayının 17-dən bu günə qədər
də insult xəstəliyindən və onun fəsadı olan
bədənimin sol tərəfinin keyiməsindən,
ağır eşitmədən, görmə qabiliyyətimi
itirilmə təhlükəsindən əziyyət çəkirəm.
Buna görə də dəfələrlə müxtəlif xəstəxanalarda
(Bir saylı şəhər xəstəxanasının neyrocərrahiyə
şöbəsində, beş saylı
şəhər xəstəxanasının nevrologiya
şöbəsində, Əhmədli qəsəbəsində
yerləşən nevrocərrahiyyə xəstəxanasında,
Mərkəzi Klinikada və digər özəl klinikalarda) dəfələrlə
müalicə olunmuşam. Xaricdə müalicə
almaq istəsəm də istəyim hələ ki, arzu olaraq
qalır. Bütün bunlara baxmayaraq yatmış vicdan
sahiblərinin vicdanını oyatmaq məqsədiylə dediklərimin
başlandığını, onun mərhələ-mərhələ
baş tutduğunu görəndən sonra böyük
şairimiz Mirzə Ələkbər Sabirin “Qarınca” təmsilindən
bu beytləri deyərək:
Ufacıq
işləri hünər sanma,
Böylə işlər keçər sühulət ilə.
Hünər
oldur ki, bir böyük əməli,
Edəsən həll min süubət ilə.
Kişilər
himməti dağı qoparır,
Kişi
ol dağ qopar həmiyyət ilə!
Xassə,
icrayi - əmri – millətdə,
Pişkam ol kəmali – cürət ilə.
Vətən
uğrunda, millət eşqində,
Bəsli-can
et xülusu niyyət ilə.
Iş
apar, baş gedərsə qoy getsin…
Ad qalar, bəs deyilmi, millət ilə?!
Sonra da
“Fisincan” şeirindəki bu beytlərini: -
Sanma əzdikcə
fələk bizləri virlanlıq olur,
Un təmənnası
ilə buğda dəyirmanlıq olur.
Qarışıqdır
hələlik millətin istedadı, -
Ələnirsə,
safı bir yan, tozu bir yanlıq olur!
Çalxalandıqca,
bulandıqca zaman nehrə kimi,
Yağı
yağ üstə çıxır,
ayranı ayranlıq olur!
Kim ki,
insanı sevir-aşiqi-hürriyyət olur,
Bəli
hüriyyət olan yerdə də insanlıq olar!
söyləyib aclığa başlayacağam. Haqq-ədalət bərqərar
olana qədər İnşallah, haqq-ədalət də bərqərar
olacaq!!! İndisə Abbas Lisaninin azad olunmasını
düşünərək bu dördlüyü deyirəm:
Bəşər
necə millət, necə lisandır,
Fani dünya sirlər dolu-müəmma.
Ölməyə
nə var ki, ölmək asandır,
İnsan tək yaşamaq çətindir amma.
Sonda
cümlə Oğuz türklərinə və bəşər
övladlarına üz tutaraq Abbas Lisaninin azad olunması
üçün onları təmənnasız aclıq
aksiyası keçirməyə (yəni, ən humanist siyasi
mübarizəyə) çağırıram, öz fikrimi bu
dördlüyümlə ifadə edirəm:
Kimsəsizə
arxa duran kimsəyəm,
Həzz alıram təmənnasız sağ oldan.
Yaranandan əbədilik
“Xəmsə”yəm,
Nizamim də gəlib keçdi bu yoldan.
Qədim insanlar bir çox xəstəliklərdən ac
qalmaqla şəfa tapırdılar. Aclıqla müalicə
qədim insan məskəni olan Yerusəlimdə geniş
yayılmışdı. Bundan min-min il
sonralar aclıqla müalicə üsulundan Himalay
dağlarının ətəklərindəki xalqlardan
başlamış Amerika qitəsindəki xalqlara qədər
bütün xalqlar aclıqla müalicə üsulundan
geniş istifadə etmişlər. Müasir
dövrdə də Himalay dağlarının ətəklərindəki
xalqların çoxu aclıqla müalicənin bütün
incəliklərini özündə saxlayan Tibet müalicə
üsulundan istifadə etməkdədirlər. Eyni zamanda, Braziliyada yaşayan xalqlar da aclıqla
müalicənin ən qədim üsullarından indi də
istifadə etməkdədirlər. Tanrının ən qədim
və sevimli Türk peyğəmbərlərindən olan
ata-oğul İbrahim (bəllidir ki, İbrahim peyğəmbər
bütpərəst Türk Azərin oğludur) və
İsmayıl peyğəmbərlərin dövlərində
elm-texnika o qədər inkişaf edib ki, insanlar nəinki
Amerikaya, başqa planetlərə də gedib-gələ biliblər.
Onların dövründə tibb elmi ən
yüksək səviyyəyə çatmış, min
yaşında ölən insan haqqında “cavan öldü” deyə
söylənilmişdir. İnsan ömrü ən
azı min beş yüz il, iki min arası
olmuşdur. Həmin dövrdə aclıq vasitəsilə
qanın laxtalanmasının qarşısı
alınmış, cərrahi üsullarla iliyin və beynin
köçürülməsi mümkün olmuşdur. Həyat enerjisi hüceyrə və toxumalarda qalan
insanların öldükdən sonra həyata
qaytarılması mümkün olmuşdur. O
dövrün saf insanlarının, saf insan ruhunun sirlərinin
inclikləri biz müasir insanların anlaya bilməyi
qeyri-mümkündür. Xülasə, dediklərimi
belə anlamaq olar ki, ac qalmaqla insanın bədəni və
ruhu elə saflaşır ki, insanın ömür məzmunu və
hər iki dünyası (fani və axiraət) onun ruhuna
yazılır. Bu hikməti anlamaq üçün
heç də insanın hər elmi bilməsi, onun psixoloq və
psixiatr olması vacib deyil. Yəni, cism və
ruhdan ibarət olan insan öz bədənini
sağlamlaşdırmalıdır ki, onun ruhu da
saflaşsın. Hərgah hüceyrələrdən
ibarət olan insan cismi (orqanizmi) sağlam deyilsə, bu
hüceyrələr içərisindəki zərərli maddələrlə
korlanar, belə insanın həzm, tənəffüs, ürək-damar,
cinsiyyət, dayaq-hərəkət, əsəb sistemi
sağlam olmaz, belə insanın ruhu da saf olmaz. Bu doğrudan da belədir. Odur ki,
canı sağlam, ruhu nurlu olmayan insanların qurduğu
dövlətlər də normal dövlətlər deyil,
canı sağlam, ruhu nurlu olmayan bəşəriyyət də
bədbəxt bəşəriyyətdir və məhvə məhkumdur.
Davamı
var
Fəzail İsmayıl
Böyükkişi
Türküstan.-
2019.- 6-12 avqust.- S.13.