Qəlblərdə
yaşayan şair-Səməd Vurğun
Nadir istedadlar
yetişir, ancaq,
Səndən
nə gəlməyib, nə gəlməyəcək.
(O.Sarıvəlli)
Elə sənətkarlar olur ki, bir
zaman büllur ayna kimi parlamış əsərləri zaman
keçdikcə əvvəlki parlaqlığını itirir,
zaman onların üstünü örtür. Lakin bəzi
şairlər də vardır ki, illər qərinələr, əsrlər
keçsə belə həmişəyaşar olaraq qəlbimizə
həkk olunur... Dahilər haqqında ürək sözü
söyləmək həm çətin, həm də məsuliyyətlidir.
Xüsusən biləndə ki, deyəcəyin söz bir
böyük insan, istedadlı bir şair haqqındadır, həyəcanın
daha da artır. Belə sənət, söz-saz ustadlarından
biri də, nəğməkar şair, xalq şairi Səməd
Vurğundur. S.Vurğunu kim eşitməyib?.. Onun qəlbləri
məftun edən poeziyası və dramaturgiyası ilə
tanış olan hansı kəs həyəcanlanmayıb?..
Həmişəyaşar şair
S.Vurğun xalqın oxuyan qəlbi idi. O, Azərbaycanı, onun
keçmişini, bu gününü, sabahını tərənnüm
edirdi. S.Vurğun Odlar yurdunun taleyinin nəğməkarı
idi. O, yeni dünyanın müğənnisi idi. Onu da qeyd edək
ki, xalq şairi adını daşımaq ilk dəfə S.Vurğuna
nəsib olub. Bu gün onun həmişəbahar
yaradıcılığını yad etməmək,
xatırlamamaq, söz söyləməmək mümkün
deyildir.
Mən ellər oğluyam, ellər
canımdır!
Xalqımız
Səməd Vurğunun anadan olmasının 110 illiyinə
hazırlaşdığı bir vaxtda bu gözəl söz
ustası, onun sənətkarlığı və insani
xüsusiyyətləri haqqında söz açmaq
hamımız üçün xoşdur. S.Vurğun irsi
çox zəngin və rəngarəngdir. O, görkəmli
şair, istedadlı dramaturq, alovlu publisist, tənqidçi və
nəzəriyyəçi, tərcüməçi, sülh
uğrunda mübariz, mətin, dövlət xadimi kimi
tanınmış, fəaliyyət göstərmiş,
yaşayıb-yaratmış, məhşurlaşmışdır.
S.Vurğun tükənməz bir mədəndir. Onun dərin
qatlarına baş vurduqca yeni xəzinələr aşkar edirsən.
S.Vurğun şüurlu həyatını müasir cəmiyyətə
həsr etmişdir. Şair gözəl amal və idealla
üç yüzdən yuxarı içtimai-siyasi məzmunlu
şeir, iyirmi altı gözəl poema, beş mənzum dram,
iki yüzə yaxın məqalə, oçerk yazmış,
bir çox məruzə və çıxışlar
etmişdir. Səməd Vurğun təkcə bədii
yaradıcılıqda deyil, ümumiyyətlə hər sahədə
təpədən-dırnağa qədər şair idi. Onun
poetik ilhamı Azərbaycan torpağının, təbiətinin
özü kimi zəngin, bərəkətli və səxavətli
idi. Şairin ilhamı coşğun dağ çayına bənzəyirdi
və hansı sahədən bəhs etsə idi, orada incilər,
mirvarilər kəşf etmək iqtidarına malik idi. Şair
Azərbaycan poeziyasını zirvələrdə
qaldırmağa nail oldu. Onun yaradıcılıgında ən
aparıcı cəhət vətən və xalq motivləridir.
S.Vurğun əlinə qələm alandan özünü
xalqın mübariz əsgəri sayırdı. O, zəhmət
adamlarının əməyini, hünərini nəinki
“Muğan” kimi gözəl poemasında, bir çox şeirlərində,
həmçinin “Fatma xala” (1930), “Buxtada” (1931), “Bir səhər”
(1942), “Muğanın yeni dövranı” (1952), “Mingəçevir
işıqları” (1954) və s. kimi oçerklərində vəsf
etmiş, onların dolğun surətini yaratmışdır.
S.Vurğun
1937-ci ildə də dərc etdiyi bir məqaləsində “Azərbaycan”
adlı böyük bir epopeya üzərində işlədiyini
xəbər verirdi. Burada Azərbaycan torpağının iki
min illik tarixinin əsas mərhələləri, misilsiz nailiyyətlər,
yurd gözəllikləri öz bədii əksini tapmalı
idi. Bu epopeya bir-birinə bağlı 30 poemadan ibarət
olmalı idi. Məşhur Azərbaycan şeiri epopeyanın
proloqu kimi nəzərdə tutulmuşdu. Sair özü
yazırdı: “Bu şeir isə mənim həyatıma,
bütün həyat proqramıma uyğundur.”
Ulduzlar sönmür
Səməd
Vurğun (Səməd Yusif oğlu Vəkilov) 1906-cı ildə
Qazax qəzasının Salahlı kəndində anadan
olmuşdur. İbtidai təhsilini kənddə alan Səməd
1918-ci ilə kimi Salahlıda yaşamış, sonra isə
Qazaxa gəlmişdir. Bu zaman Qori şəhərindən
müəllimlər seminariyasının Azərbaycan
şöbəsi Qazaxa köçmüşdü. Səməd
Vurğun təhsilini burada davam etdirir. Kürdə üzməyi,
at minməyi, anadil quşunun səsini tarda, sazda, skripkada
çalmağı, nağıl dinləməyi, bədahətən
şeir deməyi, riyaziyyatı çox sevirmiş. Qazaxa gələrkən
Firidun bəy Köçərlinin onun təhsilini davam etdirməsində
böyük rolu olmuşdur. S.Vurğun 1924-cü ildə Qazax
Pedaqoji Texnikumunu bitirir. Əvvəlcə rayonun Köçəsgər
kəndində, sonra Gəncə, Quba rayonlarının ibtidai
və orta məktəblərində müəllimlik edir. Elə
həmin illərdən mətbuatda arabir şairin səsi
eşidilməyə başlayır. “Qızıl qələm“
ədəbiyyat cəmiyyətinin Gəncə şöbəsində
çalışır. Müəllimlik, kollektivə
qaynayıb-qarışmaq, mədəniyyət və sənaye
ocaqlarında, fəhlə yığıncağında
şeir oxumaq, ədəbi mübahisə və müzakirələrdə
iştirak etmək S.Vurğunu tədricən içtimai həyatın
axınına çəkir, onun həyat biliyini, məlumatını
zənginləşdirir. İllər keçdikcə 6
yaradıcılıq imkanları daha da çoxalır,
aşıb-daşır. S.Vurğun birbirinin ardınca gözəl
şeirlər yazmaqla bərabər, dram əsərləri
yaradır. Müxtəlif xalqların ədəbiyyatlarından
bir çox tərcümələr edir, dövlət xadimi
kimi mühüm işlərdə fəal
çalışır. S.Vurğun 1935-1940-cı illər
arasında dahi rus şairi Puşkinin “Yevgeni Onegin” mənzum
romanını, Ş.Rustavelinin “Pələng dərisi
geymiş pəhləvan” poemasının bir hissəsini, N.Gəncəvinin
“Leyli və Məcnun” dastanını, M.Qorkinin “Qız və
ölüm” poemasını və bir sıra digər şairlərin
əsərlərini Azərbaycan dilinə tərcümə
edir. Bu sahədəki xidmətlərinə görə
şair “Puşkin medalı” və Gürcüstan MİK-in fəxri
fərmanı ilə təltif edilir. Xalqımızın tarixi
keçmişi və müasir həyatı onun
ilhamını daha da coşdurur. Şair bir-birinin ardınca
“Vaqif” (1938), “Xanlar” (1939), “Fərhad və Şirin” (1941),
“İnsan” (1944) kimi qiymətli dram əsərlərini
yazır. Müharibə illərində o, xüsusilə gərgin
işləyir:
Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm
mən də bu gündən,
- deyən
şairin səsi gah səngərlərdən, gah arxa cəbhədən
eşidilir. Bu illərdə o, Azərbaycan
Yazıçılar İttifaqına ləyaqətlə rəhbərlik
etməklə bərabər, əlli şeir, iki sanballı
poema, üç mənzum dram, yeddi nəğmə, iyirmidən
çox elmi-publisistik məqalə yazır. Şair, S.Rüstəmlə
birlikdə “Azərbaycan himni”nin mətnini yazır. Səməd
Vurğunun ”Vətən ordusu”, “Döyüşçülər
marşı”şeirlərinə Ü.Hacıbəyov tərəfindən
musiqi bəstələnmişdir. 1939-cu ildə “Şərəf
nişanı”ordeni ilə təltif edilən S.Vurğun həmçinin
Respublika Xarici Ölkələrlə Mədəni Əlaqə
Cəmiyyətinin sədri vəzifəsində
çalışır. S.Vurğun 1945-ci ildə Azərbaycan
SSR Elmlər Akademiyasının həqiqi üzvü,
1953-cü ildə isə prezident müavini 7 seçilir.
Şair ömrünün sonuna kimi bu vəzifədə çalışır.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsi
ədəbiyyat sahəsindəki xidmətlərinə görə
ona filologiya elmləri doktoru elmi dərəcəsi verir. Dəfələlərlə
Azərbaycan SSR Ali Sovetinə deputat seçilən S.Vurğun
1956-cı ildə ikinci dəfə Lenin ordeni ilə təltif
olunur və ona Azərbaycan SSR xalq şairi adı verilir.
Müharibədən sonra şairin səsi həmçinin bir
sıra xarici ölkələrdən eşidilir: Polşadan,
ADR-dən, İngiltərədən, Ruminyadan,
Bolqarıstandan, Çindən... O, bu ölkələrdə
sülhü müdafiə edən bir mədəniyyət
xadimi kimi ümümdünya konqreslərində gah məruzə
edir, gah da öz mübariz və qüdrətli səsini
şeir vasitəsilə ucaldır.
Səməd Vurğun 1955-ci ilin
dekabrına qədər Bakıda, sonra isə Moskvada Kreml xəstəxanasında
müalicə olunur. S.Vurğun hiss edir ki, həkimlər onun
barəsində ümidsiz danışırlar. Onu da deyək
ki, hələ 1955-ci ildə şair İstisuda istirahət edərkən,
elə bil ki, artıq bu dağlara bir də gəlməyəcəyini
qabaqcadan hiss etmişdi. Buna görə də, o zaman buludsuz
göylərə baxıb demişdi:
Bəxt məni bu yerə qonaq
göndərdi,
Gedirəm, yamandır
ayrılıq dərdi,
Demə Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba, bu mahal məni!
Amansız
xəstəlik şairi sarsıdır. 1956-cı ilin
fevralında şairi doğma Bakıya gətirirlər. Onun 50
yaşı yaxınlaşırdı. Xalq bu yubileyi geniş
qeyd etmək üçün hazırlaşırdı. Lakin
şairin yubiley çiçəkləri matəm əklillərinə
qarışdı. 1956-cı il mayın 27-də günəş
qürub edən zaman Səməd Vurğun gözlərini əbədi
yumdu. Səməd Vurğun yaradıcılığını
gənc nəslə, məktəblilərə tanıtmaq
üçün kitabxanada bir sıra tədbirlər
keçirilə bilər. Bu tədbirlərin 8 əsas mahiyyəti
ədiblərin, eləcə də sözü gedən
şairin yaradıcılığına oxucu diqqətini
yönəltmək və onun əsərlərini
tanıtmaqdır.Tədbirdə şairin həyat və
yaradıcılığı, əsərləri, ümumilikdə
onun duyğulu ömür yolu oxuculara
çatdırılmalıdır. Kitabxanada keçirilən
belə tədbirlər oxucular tərəfindən rəğbət
və bir mənalı qarşılanır, kitaba və
mütailəyə qarşı sevgi aşılanır. Bu
öhdəlik ən çox kitabxanaçının üzərinə
düşür. Bu münasibətlə kitabxanada şairin
kitab sərgisi hazırlanır. Sərgiyə “Səməd
Vurğun -110”, “El məhəbbəti”, “Nemətsə də
gözəl şeir”, “Qəlblərdə yaşayan şair”,
“Vurğun ürəklərdədir”, “Səməd Vurğun və
milli təfəkkür”, “Vurğuna vurğunluq”, “Ədəbiyyatımızın
müsəlləh əsgəri – Səməd Vurğun”,
“Tükənməz xəzinə”, “Estetik kamillik”, “Xalq ədəbiyyatına
məhəbbət”, “Döyüşkən poeziya”,
“Poeziyanın fəxri”, “Bizdə şeir də var, sənət
də vardır, Şairə, sənətə hörmət də
vardır”, “Demə Səməd Vurğun gəldi-gedərdi”,
“Vurğunu da salar yada”, “Şair, nə tez qocaldın sən”,
“Səməd Vurğun - vətənpərvərlik, beynəlmiləlçilik,
xəlqilik”, “Mən ellər oğluyam, ellər
canımdır”, “Qəlblərdə yaşayan şair”,
“Unutmaz bu oba, bu mahal məni”, “Ölməz sənətkar Səməd
Vurğun”, “Xalqın qəlbində yaşayan sənətkar
xoşbəxtdir”, “Şeirimizin bayraqdarı” və s. kimi
başlıqlar verilə bilər. Sərgidə şairin
ayrı-ayrı illərdə çəkilmiş rəsmləri
də nümayiş olunarsa daha yaxşı olar. Bundan başqa
şairin müxtəlif adda olan kitabları, dövri mətbuatda
çap olunan müxtəlif materiallar və görkəmli
insanların Səməd Vurğun haqqında söylədikləri
sitatlar, şeir parçaları verilir.
Görkəmli şəxslərin
Səməd
Vurğun haqqında söylədikləri:
Səməd
Vurğunun “Azərbaycan” şeiri dillərdə əzbər
olubdur. Bilirsiniz, o qısa sözlərdə o qədər dərin
məna var ki, həmin sözləri hər bir insan dilinə gətirib,
təkrar edərkən öz xalqına, ölkəsinə bir
daha məhəbbətini, sevgisini, sədaqətini ifadə
edir.
Heydər Əliyev
Ümummilli
lider
Səməd
Vurğun poeziyamızın nəhəng planetidir, bu planetin
günəşi, ulduzları sönməzdir.
Nazim Hikmət
Şair
Vurğun
sənəti xalq torpağından boy atdı, əsrin
qabaqcıl ideyalarından bəhrələndi və bu iki amilə
görə dən zəmisinin böyük sənatkarı
oldu.
Bəxtiyar
Vahabzadə
Xalq şairi
Səməd
Vurğun poeziyası elə bir zirvə tutub ki, ikinci dəfə
dünyaya gəlsə, özünün də əli o zirvəyə
çatmaz. O, əsil poeziya dahisidir.
Cəfər
Xəndan
Professor
Səməd
Vurğun mərd şair olub, mərd yaşayıb, mərdanə
də yazıbyaradıb. Mərd şairi olmayan xalqdan da
yazıq xalq xəyala gətirmək çətindir...
Kamil Vəliyev
Səməd
Vurğun xalq yaradıcılığımızın forma,
üslub xüsusiyyətlərindən böyük sənətkarlıqla
istifadə etmiş, folklorumuzun rəngarəng formalarından
yüksək istedadla bəhrələnmişdir.
Paşa Əfəndiyev
Professor
Səməd Vurğun xalq ədəbiyyatına yaradıcı
yanaşırdı, orada olanları təkrar etmirdi.
Özünün əlavələrini artırmağını
unutmurdu. Bir növ sözü-sözə, misranı-misraya, bəndi-bəndə,
şeiri-şeirə peyvənd edirdi.
Əli Saləddin
Filologiya elmləri
doktoru
Səməd
Vurğun-poeziyamızın təzə zirvələr fəth
edən qartalların dandır.
Aleksandr
Fadeyev
Yazıçı
Səməd
Vurğun çox gözəl sənətkar olmaqla bərabər,
həm də yaxşı, qayğıkeş bir insan idi.
Məzahir
Abbasov
Tarix elmləri foktoru
Səməd Vurğun poeziyası
milli teatr sənətimiz, milli kinomuz, televiziyamız, radiomuz və
bir aktyor kimi mənim üçün idealdır. Ona doğru
addımlamalaq sənətkar üçün əsl nemətdir,
səadətdir.
Həsən Turabov
Xalq artisti
Səməd
Vurğun şerindəki böyüklüyün bir səbəbi
də sadəlikdir. S.Vurğun sənəti sadəliklə
böyüklüyün, adiliklə qeyri-adiliyin ən gözəl
nümunəsidir
Bəxtiyar
Vahabzadə
Xalq şairi
Səməd
Vurğun unudulmazdır. O, el məhəbbətini, elin rəğbətini
daima onun uğrunda çırpınan ürəyi ilə
qazanmışdır.
Ardı gələn
sayımızda
Aynurə Əliyeva
Türküstan.- 2019.- 10-16 dekabr.-
S.14.