Qəlblərdə
yaşayan şair-Səməd Vurğun
əvvəli ötən
sayımızda
Kim deyir dünyada Vurğunsuz
qaldıq,
Yox, yox ayrılmadıq,
görüşdük bir də.
Vurğunlu
yaşadıq. Vurğunlu olduq.
Vurğunsuz
ötüşüb kecən illərə.
Vurğun bizimlədir həmişə
dostlar,
Görünür hər şeir məclisində
o.
Yurdun hər yanında Vurğunu
gördük,
Hünər meydanında Vurğunu
gördük.
Səməd
Vurğun xalqımızın dünya şöhrətli
şairi, dramaturq, publisistik, tənqidçi, alim, içtimai
xadim, mədəniyyətin fəal qurucusu idi. Onun ürəkdən gələn lirik şeirləri,
yüksək pafoslu qəhrəmanlıq poemaları, dram əsərləri
sovet ədəbiyyatı xəzinəsinə möhkəm
daxil olmuş və Azərbaycan hüdudlarından
çox-çox uzaqlarda böyük şöhrət
qazanmışdır. O, yorulmaz mübarız, gələcəyə
nəzər salan arzular şairi idi. Dünyada az sənətkar
tapılar ki, yaşadığı zamanda klassikləşsin, əsərləri
ümumxalq kütlələrinin mənəvi sərvətinə
çevrilsin. Azərbaycan xalq şairi S.Vurğuna belə
xoşbəxtlik nəsib olmuşdur. I aparıcı: İnsana
dili anası öyrədir. Uşaq insana çevrilir. İnsan
ömrünün ayrılmaz yol yoldaşı, yaddaş
kitabı isə söz olur. İnsan böyük söz təşnəsi
olur. Söz arayır, söz axtarır ki, onun ardınca getsin.
Dünyanı dərk etsin, özünü tapsın, həyatın
min bir sualına cavab versin. Bu böyük axtarışda hər
bir azərbaycanlının qarşısına bayatı
çıxır, atalar sözləri, nağıllar,
qoşma və gəraylılar boylanır. Dədə Qorqud və
Füzuli, Vaqif və M. F. Axundov, Mirzə Cəlil və
Sabir... bu sözün əbədi yolu kimi onu dünyaya yönəldir.
Bu adamların taleyi Azərbaycan dilinin taleyidir. Ömrü
yaratdığı şeir, həyatı
danışdığı dil qədər olan xoşbəxt sənətkarlardan
biri də S.Vurğundur 18 I aparıcı: Səməd
çılğın təbiətli, narahat qəlbi bir gənc
idi. Gündüzlər meşəlikləri,
düzənlikləri dolaşar, gecələr saatlarla ayın
bədrlənmiş çöhrəsinə tamaşa edər,
onun əfsanəsini xatırlardı. Səməd adını
ona ata-anası versə də, elinə, vətəninə,
xalqına vurulduğuna, elin arzuistəklərini, mənəvi
dünyasını ilhamla tərənnüm etdiyinə
görə “Vurğun” adını qazanıb xalqın tarixinə,
polad yaddaşına büllur poeziyası ilə həkk olundu.
O, qədirbilən xalqımızın vəfasına,
etibarına inanıb haqlı olaraq: Unutmaz aləmdə əhli-halı
məni, - dedi.
S.Vurğunun
bütün yaradıcılığına xas cəhətlər-sadəlik,
səmimilik, duyğularındakı zənginlik və dərinlik,
xalq ruhu-bu şeirin canıdır. S. Vurğun
yaradıcılığında vətənpərvərlik
duyğuları necə də sadə, necə də gözəl
tərənnüm olunur! Onun şeirlərini təkrar-təkrar
oxusan da şeirlər, misralar səni yormur, elə bil
qulağına yeni söz pıçıldayır, ən
ülvi hislər aşılayır. Hər söz, hər
misra oxucunu nura boyayır, riqqətə gətirir:
Mən bir uşaq, sən bir ana
Odur ki, bağlıyam sana.
Hansı səmtə, hansı
yanı
Hey uçsam da yuvam sənsən.
Elim,
günüm, obam sənsən!
S.Vurğunun
yaradıcılığında uşaqlara da geniş yer
verilmişdir. Xalq şairimiz S.Vurğun uşaqları dərin
bir məhəbbətlə sevmiş, onlar üçün bir
sıra əsərlər yaratmışdır. S.Vurğun
“Sənət”, “Bahar şərqisi”, “İki körpə”,
“Sünbül”, “Tarla nəğməsi”, “Uşaq
bağçası”, “Deyin, gülün, övladlarım”,
“Ayın əfsanəsi”, “Vətəninə 19 məftun
olacaqdır” şeirləri ilə uşaq ədəbiyyatı
sahəsində ilk addımlarını atdı. Daha çox
“Deyin, gülün, övladlarım” şeiri müharibədən
sonrakı uşaq əsərləri içərisində
mühüm yer tutur.
Deyin,
gülün, övladlarım!
Sükunətə düşmənəm
mən,
Səssiz keçən günlərimi
saymamışam öz
ömrümdən.
Deyin, gülün, əl
çalın,
heç qısmayın səsinizi,
Gülər görüm, oynar
görüm,
xoşbəxt görüm hər
vaxt sizi!..
Onun
dostluq, vətənpərvərlik, əməyə məhəbbət
ruhunda yazılmış şeirləri kiçik
yaşlılar tərəfindən sevilə-sevilə oxunur. Çünki
şairin şeirlərinin hər bir misrası uşaqlara olan
sevgidən, məhəbbətdən yoğrulduğunu görərik.
Gəlin, balalarım, öpüm
sizi mən,
Bir duman görməsin xoş sifətiniz.
Oxuyun, zövq alın mənim
şeirimdən,
Var olsun qəlbiniz, məhəbbətiniz,
Bir duman görməsin xoş sifətiniz!
Şair
təkcə özü uşaqlar üçün yazmaqla kifayətlənməmiş,
qələm dostlarını da bu mövzuda əsərlər
yaratmağa çağırmışdır. S.Vurğunun
“Balalarımız üçün gözəl əsərlər
yaradaq!” adlı məqaləsi uşaq ədəbiyyatının
inkişaf və mədəniyyətinə həsr
olunmuşdur. Sevimli şairimizin bu sahədə olan fəaliyyəti
bununla məhdudlaşmır. S.Vurğun tez-tez məktəblərə,
pioner düşərgələrinə, uşaq evlərinə
gedir, uşaqlarla söhbət edir, onların arzu və istəklərini
yerinə yetirir. Şair yazır:
“Uşaqlar, siz Vətənimizin yeni nəslisiniz.
Bizim elm və ədəbiyyatımızın, bütün mədəniyyətimizin
sabahkı yaradıcıları sizsiniz. Ona görə də,
siz indidən elm və mədəniyyətin işıqlı
və çətin yollarında 20 möhkəm bir iradə, gələcəyə
inam, həyata, insana hörmət və məhəbbət
hissi ilə, iftixarla addımlayırsınız.”
S.Vurğun
böyük şair olmaqla bərabər, həm də sadə
insan idi. Bir dəfə ondan soruşurlar: Əsl səadət
nədir? Şair belə cavab verir. “Dostum, sən bu sualı
öz ürəyinə ver! Neçə insan
övladının üzünə övladının
qapılarını açmısan? Neçə insan
övladının qolundan tutub ayağa qaldırmısan? Bu
dünyada ən böyük nemət insanlıqdır. Bir də
dünyada bir yaxşılıq qalacaq. Əsl səadət
budur.”
Deyirəm ki, uzaq yolda susuzluq
çəkən
Bir insanın yollarında bulaq
olaydım.
Bütün məslək
dostlarımın bu dünyada mən
Hər qəminə, nəşəsinə
ortaq olaydım!..
Səməd
Vurğun xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatın
bizə yaxın olan ən böyük
körpüsüdür. Dədə-Qorquddan gəlib
Qurbanidən, Aşıq Abbasdan, Sarı Aşıqdan,
Aşıq Ələsgərdən keçən yolun
böyük bir zirvəsi Səməd Vurğundur desək,
bizcə, yanılmarıq. Səməd Vurğun elə şəxsiyyətdir
ki, xalq öz tarixinin bir dövrünü onun adı ilə
bağlayıb. Bu Səməd Vurğun dövrüdür. Bu
da xalqımızın və onun müasirlərinin nəzərindən
qaçmamışdır. Gəlin, oxucularımız tərəfindən
söylənən Əjdər Fərzəlinin “Yolum
Salahlıdan düşdü” şeirini dinləyək.
Yolum Salahlıdan düşdü bu səhər,
Köhnə ata yurdu Vurğunu
andı.
Onu xəbər aldı əsən
küləklər.
Həsrətdən
lalələr alışdı, yandı.
Ellərdən soruşun dedim yerini
Şöhrətə
çatdırıb Azərbaycanı
Aşıb bir ölkənin sərhədlərini,
Gəzir iqlim-iqlim bütün
dünyanı.
Keçir Afrikadan, Amerikadan
Zəncinin, ərəbin
arzularıyla.
Keçir Vyetnamdan, keçir Kubadan
Şeir baharıyla, söz
baharıyla.
Səməd Vurğun bütün varlığı ilə
xalqına, elinə bağlı bir şəxsiyyət idi. O, yaxşı bilirdi ki,
insana qüvvət, cəsarət verən, onu ilhamlandıran Vətən
eşqi, xalqa məhəbbətidir. Dünyada az
sənətkar tapılar ki, yaşadığı zamanda da
klassikləşsin, əsərləri ümumxalq kütlələrinin
mənəvi sərvətinə çevrilsin. Azərbaycanın
xalq şairi S.Vurğuna belə bir xoşbəxtlik nəsib
olmuşdur.
Yaşayır sənətkar,
yaşayır sənət
Nəsildən-nəsilə salam verərək!
Vətən S.Vurğun poeziyasının daimi
mövzularındandır. S.Vurğun Azərbaycanı
sonsuz bir məhəbbətlə sevir, başqalarına da,
sevdirirdi. Azərbaycan və S.Vurğun
bir-birindən ayrılmazdır. Azərbaycan
və Səməd Vurğun eyni bir məfhumdur. Azərbaycan və S.Vurğun ona görə
ayrılmazdır ki, S.Vurğun öz
yaradıcılığında poetik obrazını
yaratmışdır. “Azərbaycan” Səməd
Vurğun yaradıcılığının
uverturasıdır.
S.Vurğun təbiət vurğunu idi. Bu cəhət
1928-ci ildə körpələrə həsr etdiyi “Bahar şərqisi”
şeirində də özünü göstərir. Şeirdə təbiət təsviri, təbiətin
tərənnümü bariz şəkildə verilmişdir.
Günəş doğdu,
yayıldı,
Yatan ellər ayıldı.
Açdı çiçəkli
güllər,
Dilə gəldi
bülbüllər.
Qar, çovğun gözdən itdi,
Dağlarda lalə bitdi.
Və ya
Binələri
çadır-çadır
Çox gəzmişəm,
özüm, dağlar!
İlhamını sizdən aldı
Mənim sazım, sözüm
dağlar!
Xalqımızın həmişəyaşar şairi
S.Vurğunun ev-muzeyi ildən-ilə yeni eksponatlarla zənfginləşir. Bu nadir saxlanclar içərisində
lent yazılarının xüsusi qiyməti vardır. Lent yazılarına şairin öz ifasında əsərləri,
pyes və poemalarının şeirlərinin aktyor səsi,
müxtəlif radio və televiziya verilişlərinin
çıxışları, xatirələr, mülahizələr...daxildir.
Bu qiymətli yadigarlar şairin tədqiqatçıları
üçün də,Vurğun
şeirinin pərəstikarları üçün də,
çox əzizdir. Muzey üçün isə
əvəzsiz sərvətdir.
Şairin öz səsində əsərləri
xüsusi bir əzəmətlə, Vurğuna xas pafosla səslənir. “Vaqif”, “Fərhad və
Şirin”, “İnsan” və s. əsərlərin lent
yazıları bu gün daha qiymətlidir. Şairin
sənət incilərinə, xeyirxahlıq timsalı olan
insanlığına pərəstiş edənlərin sevgiylə
dolu ürək sözlərini dinlərkən ilk
baxışda kövrəlirsən, şairin ömrünə
qıyan “Vaxtsız əcəl” namərdliyinə
yanıb-yaxılırsan. Sənətini və xatirini əziz
25 tutduğu dahi bəstəkarımız Uzeyir Hacıbəyov
dünyasını dəyişəndə S.Vurğunun
söylədiyi bu sözlər yada düşür:
Ölüm sevinməsin qoy!..
Ömrünü vermir bada.
El qədrini canından daha əziz
bilənlər.
Şirin bir xatirə tək
qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək
ölənlər.
S.Vurğun 50 yaşında ikən bütün
varlığı, odlu sənətkar qəlbi ilə sevdiyi bu
gözəl dünyamıza gözlərini əbədilik
yumdu. S.Vurğun ölümdən də
güclüdür. Şairin
öldüyü gündən onun ölməzliyi
başlayır. O, daim qəlblərdə yaşayır.
İndi hər yerdə sənətsevərlərin
yaddaşında bir ad əbədiləşib: Səməd
Vurğun. S.Vurğun vaxtilə dostlarına
demişdi ki, “mən öləndən sonra 100 yaşım
olanda məzarımın üstünə 100 bənövşə
qoyun”. Bu vəsiyyətə rəğmən
ilk 100 bənövşəni hörmətli Aybəniz
xanım Vurğun qızı martın 22-də şairin qəbri
üstə qoymuşdu. S.Vurğunsuz
keçən illər S.Vurğunsuz keçməmişdir.
Bu illərdə Vurğun milyonlarla oxucuların
şüurunda yaşamış, qüdrətli bədii
sözü ilə həmişə onların həyat və
mübarizə yollarını
işıqlandırmışdır. Heç bir
şübhə ola bilməz ki, Vurğun
vurğunu olduğu Azərbaycanla birlikdə yaşayacaq, gələcək
nəsillərin şüuruna daxil olub onların da həyat və
mübarizə yollarını işıqlandıracaqdır. S.Vurğun Azərbaycan ədəbiyyatı baniləri
sırasında daim bir müsəlləh əsgər kimi var
olacaq. Illər, əsrlər keçəcək,
lakin vicdanın o möhtəşəm heykəli, Vaqif
poeziyası həmişə yaşayacaqdır.
Ümumiliderimiz Heydər Əliyevin şair haqqında
dedikləri fikirlər ilə gecəmizi bitirmək istərdim. “Səməd Vurğun Azərbaycanı,
öz xalqını, öz dilini nə qədər sevirdi! Bunları hər dəfə yada saldıqca 26 insan
coşur, həyəcanlanır. S.Vurğun
əgər bu günləri-Azərbaycanın müstəqilliyini,
azadlığını görmədisə də, onun ruhu bu
gün bizimlədir”.
Bu dünyadan Vurğun keçdi dedilər,
Soruşmayın bu nə kəlam, nə
sözdür,
Sanmayın ki, Vurğun
köçdü dedilər,
Bu hikmətdir, bu yanğıdır,
bu rəmzdir,
Kim vermişdir o şairə
bu adı?
Bilmirdimi məhəbbət
bir bəladı?!
Vurğun ömrü Vurğunluqla
taladı,
Dedi, sənət mənə məndən
əzizdir
Aynurə Əliyeva
Türküstan.-
2019.- 17-31 dekabr.- S.14.