Məsləkim,
silahım yazmaq
Şair
öz eliylə sevinə gərək,
Elin qəzəbiylə qabarmalıdır.
O, ana bətnindən
məzar evinə
Ürəyi
tərtəmiz aparmalıdır...
Tofiq
Bayram
Bəlli bir həqiqətdir:
şair-doğma xalqının yaradıcı
istedadının
daşıyıcısıdır. Onun bu qeyri-adi qisməti
şairlik amalının
ucalığını, eyni zamanda çətinliyini şərtləndirir.
Öz varlığında
xalq
başlanğıcını duymaq şairin poeziyasına təbiilik,
səmimilik,
vətəndaşlıq, aşılayan amildir. Belə
poeziyanı geniş oxucu kütləsi
sevir,
yaddaşına yazır. Tofiq Bayramın vətəndaş
inamlı,
xalqsevər poeziyası beləcə sevilir.
Azərbaycan ədəbiyyatında və
poeziyasında görkəmli şair,
tərcüməçi, Əməkdar incəsənət
xadimi Tofiq Bayramın
özünəməxsus bir yeri var. O, hər zaman
poeziyamızın seçilən
şairlərindəndir. Xarakterindəki bütövlük,
çılğınlıq, onun
şeirlərində və bütün
yaradıcılığında özünü göstərir.
Tofiq Bayramın poetik inamına,
ilhamına qol-qanad verən
vətən sevgisi, xalq eşqidir. Azərbaycan mövzusu onun
yaradıcılığının məhək daşı, hərəkətverici
qüvvəsidir.
“Azərbaycan
deyəndə...” şeirini neçə-neçə
şeirsevərlər əzbər
söyləyirlər.
Həyat və
yaradıcılığı
Tofiq
Bayram 1934-cü il dekabrın 16-da Bakı
şəhərində
anadan
olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra
APİ-nin tarix fakültəsində təhsil
almışdır. Əmək fəaliyyətinə
“Azərbaycan
müəllimi” qəzeti redaksiyasında şöbə
müdiri kimi
başlamışdır. Sonra Azərbaycan Dövlət
Televiziya və Radio
Verilişləri
Komitəsində ədəbi işçi, M.F.Axundov adına Dövlət
Opera və
Balet Teatrında ədəbi hissə müdiri, “Ulduz” jurnalı
redaksiyasında, “Ədəbiyyat və incəsənət” qəzeti
redaksiyasında
şöbə müdiri, “Yazıçı” nəşriyyatında
baş redaktor müavini
işləmişdir. Sonra
yaradıcılıqla məşğul olmuşdur. Lope
de
Veqanın “Hiyləgər məşuqə” pyesini tərcümə
etmişdir. A.T.
Tvardovskinin
“Yaddaşın hökmü” poemasının tərcüməsinə
görə
M.Qorki adına Azərbaycan Dövlət
mükafatı laureatı fəxri adına
layiq
görülmüşdür (1988).
1991-ci il aprelin 19-da vəfat etmiş, Bakının Əmircan
kəndində dəfn olunmuşdur. Tofiq Bayram Azərbaycan
Yazıçılar
Birliyinin üzvü, Əməkdar incəsənət
xadimidir.
Şeir şairin ürəkləri dindirən dilidir desək,
yanılmarıq. Şairdə
yanar
ürək, dəqiq, dərin müşahidə qabiliyyəti,
yüksək
mədəniyyət, oxucuların ürək tellərini
dindirmək, şeir üçün yeni
bədii
vasitələr axtarıb tapmaq qabiliyyəti əsasdır.
Şeirdən
ürəklərə hərarət, gözlərə
işıq gəlməlidir. Şair özü
üçün deyil,
xalq
üçün yazır. Axtarış da
düzgün anlaşılmalıdır. Tofiq Bayram
hər
dövrün şairlərindəndir. Onun hər dövrdə
geniş oxucu kütləsi
var və
olacaq. Onun şeirlərində vətənpərvərlik
hissləri güclüdür.
Tofiq
Bayramın elə şeirləri var ki, onları həyəcansız
oxumaq
mümkünsüzdür. Bəli, oxucularla şeir dili ilə
danışmaq, onların
ürəklərindəki telləri dindirmək şairdən
hünər tələb edir. Tofiq
Bayram bir neçə şeir kitabının müəllifidir. Şairin şeirləri
könül açandır, ürəyə yatandır. Əlbəttə,
belə şeirlərin kökü,
mayası
bizim varlığımızdır. Bu şairin həyatla,
insanla
qaynıyıb-qarışmasının nəticəsidir. Tofiq
Bayramın istənilən
mövzuda-vətəndən, xalqdan, dostluqdan, təbiətdən,
məhəbbətdən yazılarında səmimilik və təbiilik
vardır.
Səmimiyyət şeir üçün əsas amillərdəndir. Ürəklərə yol
tapan,
könülləri dilləndirən, dillər əzbəri olan əsərlər,
əlbəttə, ürək
döyüntüsüylə, ilhamla yazılmış şeirlərdir.
Tofiq
Bayram şeirləri ahu-zar, sızıltı, küskünlük,
düşkünlük kimi motivlərdən məhrumdur.
Tofiq Bayram həmişə
nikbin
biri olmuşdur. O, heç vaxt şeirlərini şeir xatirinə
yazmamışdır. Onun şeirləri bir
daxili tələbdən doğmuşdur. Tofiq
Bayramı
düşündürən, onu həmişə narahat edən
məsələ şeirin
çətin, lakin şərəfli yollarında qələm
ordusundan geri qalmamaq,
gələcəyi bu gündən görmək, yeni şeir mənbələri
tapmaq və öz
şairlərini sevən xalqa xidmət etmək olmuşdur.
Tofiq
Bayram səlis üslublu, rəvan dili, ifadə tərzi ilə
fərqlənən şairlərimizdəndir. Şair ömrünün son
anına kimi
sünilikdən uzaq qaçdı, təbii oldu. Bu sözlər də
dilinin əzbəriydi:
“Təbii
olmaq eyib deyil...” Onun üçün ülvi, təmiz məhəbbət
Tanrı qədər əlçatmaz, əziz, müqəddəs
idi. Deyərdi:
“Qaya
parçasını, daşı da ürəkdən sevsən,
üzünə gülər. Şirin, xoş söz
nəvazişdən quruyan bulaqların gözü
açılar”.
Tofiq Bayram
yaradıcılığını oxuculara tanıtmaq və
şair
qələmini sevdirmək üçün kitabxanada keçiriləcək
maraqlı
tədbirlərdən biri də “Gərək elə
yanım, külümdən belə, nəsillər
tanısın, Tofiq Bayramam” adlı şeir müsabiqəsidir.
Kitabxanaçı
əvvəlcədən məktəblərlə əlaqə
saxlayaraq oxucuları kitabxanaya
cəlb
edir. Şagirdlərə şairin kitabları təqdim
edilir. Şagirdlər
müəyyən şeirlər seçərək iştirakçı
qismində tədbirə hazırlaşırlar.
Əvvəlcədən
təyin olunmuş tədbirin vaxtı gəlib çatır,
münsiflər
və
qonaqlar öz yerini alırlar. İlk olaraq kitabxanaçı səhnəyə
gələrək münsiflər və qonaqları salamlayır,
iştirakçılara isə
uğurlar arzulayır.
Tofiq
Bayram tərcümə sahəsində qələmini
sınamış
və
bu sahədə uzun illər səmərəli fəaliyyət
göstərmişdir. Onun
dünya
və keçmiş SSRİ xalqları ədəbiyyatından
tərcümə etdiyi
əsərlər bədii kamilliyi ilə seçilir.
Ömrünün
yarısını bu fədakar işə sərf edən Tofiq
Bayram
tərcümə əsərini əmanət sayar, “əmanətə xəyanət
olmaz” deyər,
tərcümə prosesini “qanköçürmə əməliyyatı”na
bənzədər - “qan
qrupu
uyğun olmayanda tərcümə olunan şeir də xəstə
olur”-
deyərmiş.
O, Aleksandr Tvardovskinin “Üfüqlərdən-üfüqlərə”
(1966),
dünya
xalqlarının incilərindən ibarət “Ürəkdən-ürəyə”
toplusu
(1975),
Rasul Həmzətovun “Durnalar” (1973) və “Dostları
qoruyun”
(1989) adlı şeir kitablarını, A.Puşkinin “Mosart və
Salyeri”,
A.Tvardovskinin “Yaddaşın hökmü”, A.Axmatovanın
“Rekviyem”
poemalarını, habelə İspan dramaturqu Lope de
Veqanın
“Hiyləgər məşuqə” pyesini ustalıqla dilimizə
tərcümə
etmişdir.
Şair eləcə də
Y.Yevtuşenko, L.Xaustov, V.Konstantinova,
İ.Abaşıdze,
M.Posxişvili, T.Ciladze, balkar şairi Qaysın Quliyev
və
bir çoxlarının həqiqi sənət əsərlərini
seçərək, onları yüksək
bədii
səviyyədə tərcümə etməklə Azərbaycan
oxucusuna töhvə
etmişdir.
Öz əsərləri ilə Azərbaycan
ədəbiyyatına verdiyi töhfələrə
görə Tofiq Bayrama 1984-cü ildə “Əməkdar incəsənət
xadimi”,
dünya
xalqlarının poeziyasından nümunələrin yüksək
peşəkarlıqla Azərbaycan dilinə tərcümə
edilməsindəki əməyinə
görə isə 1988-ci ildə “Maksim Qorki adına Azərbaycan
Dövlət
Mükafatı” laureatı fəxri adları
verilmişdir.
Şeirlərini və
poemalarını vətənə, doğma yurda, ana dilinə
məhəbbət və vətəndaşlıq yanğısı ilə
yazan şair - “poeziya hər
şeydən əvvəl şairin inamından, onun əqidəsindən
yaranmalıdır”
- fikrinə inandığını həmişə
dilə gətirərək, “İnamım, əqidəm”
şeirini – yazmaqla bu fikrini sübuta yetirmişdir.
Yaşaya bilərəm odsuz,
ilhamsız,
Yaşaya bilmərəm
çörəksiz, susuz.
Yaşaya bilərəm yüz il yuxusuz,
Yaşaya bilmərəm bir gün
inamsız...
Tofiq
Bayramın fikrini yığcam və sərrast ifadə etmək
məharəti onun poeziyasının əsas xüsusiyyətlərindən
idi. O, nə
yazırsa, nədən yazırsa yazsın, qələmə
aldığı mövzunu ürəyinin
süzgəcindən keçirər, hər misrasına
poetik don geyindirər, fikrini
aydın
və obrazlı şəkildə çatdırar, əsası
isə oxucuya həyacan
yaşatmağı bacaran, onu düşündürən, dünyaya, həyata
açıq gözlə
baxmağı təlqin edən şairlərdəndir.
Ən başlıcası isə o vətəndaş
şair idi, torpağına və Vətəninə
bütün varlığı ilə bağlı, mövqeyi isə
hər kəsə bəlli idi. O, əsl
yaradıcı insan olaraq, içərisində yaşadığı
cəmiyyətdə cərəyan
edən
hadisələrə vətəndaş vicdanı ilə
cavabdeh olduğunu
bilərəkdən öz mövqeyini ortaya qoyaraq
nöqsanlı cəhətləri
qəzəblə qamçılayan, xeyirxah əməllərdən isə
ilham alaraq
qələmə sarılan, ədəbiyyatı özünün həyatı
sayan, ilhamına
güvənən, şeiri-sənəti canından əziz tutan, poeziya gecələrini,
gur
məclisləri çox sevən, coşqun təbiətli bir şair
idi.
Tofiq Bayramın xoşbəxtliyi bir
də onda olmuşdur ki, özü
dediyi
kimi o, həmişə ağıllı, zəngin dünya
görüşü olan,
təmənnasız insanların əhatəsində
olmuşdur.
Tofiq Bayram qadınlara-analara həmişə
böyük ehtiramla
yanaşmış, onun yaradıcılığında “qadın-ana”
mövzusu aparıcı
yerlərdən birini tutmuş və şair onlara olan tükənməz
sevgilərini
“Analıq
haqqı”, “Ana sevinci, ana qəzəbi”, “Anam ağlayır”,
“Qadınlar
və analar haqqında qəsidə”, “Ay gecikən
məhəbbətim”, “Qadın ürəyi”, “Şair
arvadına” və bu kimi
şeirlərində ürəklə, ilhamla vəsf etməyə
müvəffəq olmuşdur.
“Analıq
haqqı” şeirində, “Yüz il dayansam da qulluğunda mən,
Ay ana, bir
günlük haqqın ödənməz”... deyən şair,
bacısı gəlin
köçdüyü zaman yazdığı və sonradan
bəstəkar Süleyman
Ələsgərov
tərəfindən musiqi bəstələnərək dillər
əzbərinə
çevrilən mahnıya çevrilmiş “Anam ağlayır”
şeirində -
Duvağa bürünüb yola
düşürsən,
Qonşular telinə
çiçək bağlayır.
Ay bacım, sən haldan-hala
düşürsən,
“Vağzalı” çalınır,
anam ağlayır...
yazaraq,
duyğularını belə kövrək və poetik dillə
ifadə etmişdir.
Bu bir danılmaz həqiqətdir ki,
hər yaranan əsərin bir qaynaq
mənbəyi olur. Qaynaq mənbəyi olmayan əsər obrazlı
şəkildə
ifadə
oluna bilmədiyi kimi, heç vaxt da qəlblərdə yer
tutub
əbədilik qazana bilməz.
Yuxarıdakı parçalardan da
göründüyü kimi, Tofiq Bayram
yaradıcılığının hər nümunəsi bir
“istinad nöqtəsi” ndən doğmuş,
sonradan
isə papulyarlaşaraq ictimailəşmişdir.
Zərifə
xanım xatırlayaraq söyləyir ki, hələ institutda
oxuyarkən Tofiq hər onu qarşılamağa gələrkən təqdim
etdiyi
yeni
şeirini, evdə kimsənin görəcəyindən
ehtiyatlanaraq onların
bəzilərini cırıb atsa da, ev arxivini araşdıran zaman,
saralmış
kağızlarda hələ də aydın oxunan bəzi şeirlər
üzə çıxmışdır. O,
söhbətinə davam edərək -Tofiq hərdənbir mənə
zarafat edərək,
özü hiss eləmədən belə xətrimə dəysə
də, mən buna münasibət
bidirib
bir söz deməzdim. Toy mərasimlərinin birində bu bir də
təkrar
olunandan sonra biz evə dönəndə sakit və mülayim
səslə
ona -
“Tofiq, sən mənim qəlbimə dəydin, toxundun, ancaq mən
sənə heç nə demədim”, deyərək kövrəlib
mətbəxə keçdiyini və
bir az
keçmiş isə -
Necə rəhmlidir, necə
amansız,
Necə mehribandır
qadın ürəyi.
Sən onu sındırsan, bil ki, a
qansız,
Ağlayan kamandır qadın ürəyi...
misraları ilə başlayan təzəcə yazdığı
“Qadın ürəyi” adlı şeiri
ayaq
üstə ona oxuyaraq könlünü
aldığını, köks ötürərək
xatırlayır.
O,
özündən sonra yüzlərlə, minlərlə
ölməz sənət
əsərləri, gözəl poeziya nümunələri qoydu getdi bu
dünya üçün,
dünyadakılar üçün - həm özününküləri,
həm də dilimizə
çevirdiyi, özümüzünküləşdirdiyi müxtəlif
dünya xalqlarının
nümayəndələrinin əsərlərini. Bax, elə budur
Tofiq Bayramın bu
dünyadan qazancı, qazancından da çox, bu dünyaya,
dünyamızdakılara qazandırdıqları.
Onun
“şəkər diabeti” ndən çəkdiyi
ağrıların üzərinə daha bir
dəhşətli “ağrı” gəldi - “Qarabağ ağrısı”. O,
şəkərin verdiyi
ağrılara dözsə də, Vətən ağrısına
dözə bilmədi və 1991-ci ilin
aprel
ayının 19-da Əmircan kənd qəbiristanlığında
fiziki cismini
qatdı
Vətən torpağına, ruhunu göylərə, şeirlərini
isə bizlərə
əmənət verərək...
Ümummilli liderimiz Heydər Əliyev
cənablarının şəxsi
təşəbbüsü ilə Tofiq Bayramın doğulub
boya-başa çatdığı,
Bakının
Əmircan qəsəbəsindəki “İstirahət
parkı”nda şairin
əzəmətli büstü ucaldılmaqla bu parka şairin adı
verilmişdir.
1998-ci
ilin sentyabr ayının 24-də parkın
yenidənqurulmasından sonrakı
açılışında şəxsən iştirak edən
Heydər
Əliyev cənabları çıxış nitqində Tofiq
Bayramı
ədəbiyyatımızın böyük qayğıkeşi
adlandırmış və onun
yaradıcılığına yüksək qiymət verərək
demişdir: “Suraxanı
torpağı Azərbaycana, xalqımıza böyük insanlar
vermişdir.
Onların
arasında Tofiq Bayramın xüsusi yeri var. Tofiq Bayram
Azərbaycanda
gözəl şeirləri, əsərləri, onun şeirlərinə
bəstələnmiş mahnıları, fədakar
yaradıcılığı ilə tanınmış və
məşhur olmuşdur. Tofiq Bayramın sağlığında da
xalq həmişə
ona sevgi
və məhəbbətini, hörmətini bildirmişdir.
Tofiq
Bayram poeziyasındakı qadınlarımızın
həyatından bəhs edilən şeirlər çoxdur. O, gah
beşik başında,
nəvəsinə layla çalan ağbirçəkli nənədən,
övladlarının qayğısı ilə
yaşayan, ailə ismətini hər şeydən üstün
tutan həyat yoldaşından,
gah da
ilk məhəbbətin acısını-şirinini təzəcə
dadan növrəstə
qızdan söz açır:
Qadınlar
dünyanın ən cəfakeşi,
Qadınlar
dünyanın ən bəxtəvəri;
Hər
evin qadındır tale günəşi,
Hər
eşqin qadındır, şirin bəhəri.
Şair
ana laylasını dünyada ən şirin nəğmə,
ananı isə
yer
üzünün ən böyük bəstəkarı
adlandırır. Qadın anadır, bacıdır,
yoldaşdır.
Qadın məğrur ataların, mərd oğulların, vəfalı
ərlərin
həyanı,
arxasıdır.
1990-cı
ildə Tofiq Bayram yataq xəstəsi idi.
Qəzetlərin
birində onun haqqında yazı dərc edilmişdi. Adı isə
“Necəsən,
Tofiq Bayram” - adlanırdı. Tofiq müəllim qəzet
əməkdaşının
sualına belə cavab vermişdi: “Mən hər zaman
yaxşı
olacağam”.
Hər zaman yaxşı olan şair, ruhun şad olsun!
Aynurə Əliyeva
Türküstan.- 2019.- 17-31 dekabr.-
S.16.