Ölümdən yox xətər
mənə...”
Bu gün şair, nasir, publisist Dərviş Cavanşirin vəfatından 5 il ötür.
Xatırladaq ki, Dərviş Cavanşir 1954-cü il yanvarın 9-da Naxçıvan Muxtar Respublikasının Əliabad kəndində anadan olmuşdur.
Burada kənd məktəbində ibtidai, Naxçıvan şəhərinin 1 saylı məktəbində orta təhsil almışdır (1960-1970). Əmək fəaliyyətinə tikinti sahəsində fəhləliklə başlamışdır (1970-1973).
1973-1975-ci illərdə ordu sıralarında xidmət edib.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1976-1982).
Azreklam agentliyində qəzet və jurnal üzrə redaktor (1982-1985), kənd təsərrüfatı elmi xəbərləri jurnalında korrektor (1985-1986), "Yazıçı" nəşriyyatında redaktor (1986-1988), Azərbaycan Assosiasiyasında ədəbi-mədəni əlaqələr üzrə müavin (1989-1992), "Aydınlıq" qəzetində şöbə müdiri (1992-1995), "Xalq qəzeti"ndə baş müxbir (1995-1998), daha sonra isə "Ulus" qəzetində işləmişdir.
Bədii yaradıcılığa XX əsrin 60-cı illərindən başlamışdır.
İlk mətbu şeiri "Şərq qapısı" qəzetində dərc olunmuşdur. Dövri mətbuatda şeirləri, hekayələri və publisist yazıları vaxtaşırı işıq üzü görüb.
İlk dövrlərdə ədəbi-publisistik əsərləri və şeirləri Cavanşir Eloğlu imzası ilə, 1992-ci ildən isə Dərviş Cavanşir imzası ilə çap olunmuşdur.
Vətən
Qurban olum torpağına,daşına,
Qaldır məni Əlincənin qaşına.
Qoy dolanım,Vətən, sənin başına,
Deməsinlər pərvanəsi çatışmır.
AH ÇƏKMƏ, AHINA QURBAN
Nə xəlq edəydin Adəmi,
Nə də cənnət, cəhənnəmi.
Vermə
naşıya badəmi,
Salıb camımı sındırar.
Tövrat,
Zəbur, İncil,
Quran…
Yaranışdan Haqqa qulam.
Ah çəkmə,ahına qurban,
Ahın şamımı söndürər.
Cavanşir bir qoca dərviş,
Cənnət almasını dərmiş.
Ölümə qalsa,ölərmiş,
Qorxur,düşmən sevindirə.
1992
***
UÇURUM
Uçurum,uçurum gecənin
sonu,
Səhərin ağaran dan yeri uçurum.
Ömür xarabalıq içindən
keçir,
Ya irəli yeri,ya
geri uçurum.
Düşür can evinin kərpici
bir -bir,
Ömür sarayımın dirəyi uçur.
Qızıl zəmisində cavan
ömrümün,
Xəlbiri ələnir,kəpəyi
uçur.
Sən könül mülkümü
uçurub,onun
Yerində nə qurdun,Allah evi mi?!
18.10.1991
***
GƏRAYLI
Döndər
məni dağa-daşa,
Qoy yem olum qurda-quşa…
Haşa,
haşa, məndən
haşa,
Ömür ki,mənimdi,Allah.
Allah mənim,göy
özgənin,
Torpaq öyəmin,öskəmin.
Yaşaya
bilsəm,məskənim,
Ölsəm,Vətənimdi Allah.
Əcəl
gəlsə,göndər mənə,
Ölümdən yox xətər
mənə…
Beş arşın torpaq ver mənə,
Bezdim kəfənimdən,Allah!
20.06.1990
***
Salvador Dali
Gizlədərəm,
özgə bilməz,
Çəkərəm gizlicə, bilməz.
Min ağıllı çəkə
bilməz,
İndi bir dəli dərdimi.
Atın
dağlara,daşlara,
Verin qurdlara-quşlara…
Bükün ağca qumaşlara
Bir sümük-dəri
dərdimi.
Çəksin,qoy
şəhanə çəksin,
Ya dərvişanə
çəksin.
Tapsın
bir bəhanə çəksin
Salvador Dali dərdimi.
1994
***
AND VER, SORUŞ
Buludun dalında
ay bədirlənib,
Şöləsinə qızılgüllər
bələnib,
Gecə
gəlib dan yerinə dirənib,
Üfüqdən süzülür bal
şanı-şanı.
Dəli
bülbül,sənin çiçək mövsümün,
Ahın yandıracaq gülün köksünü.
İnnən belə viran qalan könlünü,
Xəzan
vurar,solar dal şanı-şanı.
Gülün
üzü qönçəlikdən gülməyib,
And ver,soruş,desin,Dərviş
ölməyib.
Öpüb ,qucub,halal-haram bilməyib,
Qalıb sinəsində xal şanı-şanı.
14.05.2000
***
Dağların
o üzündə
Gün batmış,hava qaranlıq,
Gedərəm ala -qaranlıq.
Ölüm dediyin ayrılıq,
Qaldı
o üzdə,o üzdə.
Dəryada
Nuhun gəmisi,
Eyləsin zühur gəmisi.
Mənim
ruhumun gəmisi
Qaldı
o üzdə,o üzdə.
Ölən öldü...qalan sağlar,
Qaraca bağrımı
dağlar.
Viranə
dağlarım ağlar,
Qaldı
o üzdə,o üzdə.
1988
***
Qanlı yuxular yozulmur
Deyirdin
yuxuda qan qovuşuqdu,
Mən görən yuxular yozulmur,ana.
Əksi
əlifbadı alın
yazım da ,
Əvvəli sonundan oxunur,ana.
Düzüymüş yazıya pozu yox sözü,
Yazdı
torpağıma,daşıma
yazdı.
Gördü mürəkkəbi quruyur,fələk
Batırıb gözümün yaşına
yazdı.
Qan qana qovuşdu,qan
da torpağa,
Torpaq çəkməyəni qan
çəkir,ana.
Qanlı
köynək oldum düşmən əlində,
O da yaxasını yan çəkir,ana.
Çoxda
ki,adımı od oğlu qoydun,
Mən pərvanə qanı tökmüşəm,axı.
Qan oyanan vaxtı bu nə yuxuydu?
Yuxuda pərvanə
görmüşəm axı?!
Kişilər
heç zaman tökülən qanı,
Tökdüyü qanlarla yerdə qoymayıb.
Allaha xoş gedər əl-ələ versək,
Allah əlsizləri darda qoymayıb…
Deyirdin
yuxuda qan qovuşuqdu,
Mən görən yuxular yozulmur,ana.
Əksi
əlifbadı alın
yazım da ,
Əvvəli sonundan oxunur,ana…
1990
Türküstan.- 2019.- 17-31 dekabr.- S.22.