Cərrah xərçəng xəstəliyi

haqqında vacib sirləri açdı

 

Sosial şəbəkələrdə Aprel döyüşlərində onlarla əməliyyat həyata keçirən həkim qəhrəman kimi tanınan "Leyla Medical Center"in (Leyla Şıxlinskaya Klinikası) Cərrahiyyə Şöbəsinin Rəhbəri, Op.Dr. Ümumi Cərrah və onkoloq Elgün Səmədov bu yaxınlarda Türkiyədə keçirilən Avrasiya Tibb Günlərindən qayıdıb.

Konfrans haqqında təəssüratlarını Publika.az-la bölüşən mütəxəssis bildirib ki, əsas müzakirə mövzusu onkoloji xəstəliklər və onların müasir müalicə metodları olub. Xərçəng xəstəliyinin müalicəsi ilə bağlı mühüm açıqlamalar verən cərrah, Aprel döyüşləri ilə bağlı xatirələrini isə ilk dəfə bizimlə paylaşıb.

 

- Elgün bəy, Türkiyədə keçirilən Avrasiya Tibb Günlərindən hansı təəssüratlarla qayıtmısınız?

 - Bəli, bu yaxınlarda Ankarada keçirilən Avrasiya Tibb Günlərinə dəvət olunmuşdum. Belə tədbirlərin təşkil olunması imkan verir ki, həkimlər öz təcrübələrini bir-biri ilə bölüşsün, müzakirələr aparsın. Ümumiyyətlə tibb işçiləri ömrünün sonuna qədər öyrənməyə məhkumdur, xüsusilə tibbi yeniliklər belə konfranslarda açıqlanır. Odur ki, il ərzində 5-6 dəfə dünyanın müxtəlif ölkələrində keçirilən belə konfranslara qatılırıq.

 - Tədbirdə müzakirə olunan əsas mövzular hansılar oldu?

 - Tədbirdə onkoloji xəstəliklərin əsasən Türkiyədə həyata keçən müalicə imkanları müzakirə olundu. Öz elmi məlumatlarımızı bu konfransda yenilədik.

 - ilə yadda qaldı?

 - Xoş təsir yaradan o oldu ki, buraya Şimali Afrika, Orta Asiya Şərqi Avropanın inkişaf etməkdə olan ölkələri qatılmışdı. Müzakirələrdə gördük ki, Azərbaycan səhiyyəsi bu gün onların səhiyyə sistemindən çox-çox öndədir, həkimlərimiz isə onlardan daha təcrübəli məlumatlıdır.

 Türkiyəli həmkarlarımız da öz növbəsində hər zamankı kimi, təcrübələrini bizimlə bölüşdü. Sirr deyil ki, Azərbaycan səhiyyəsinin inkişafında Türkiyədə təhsil alan məzunların böyük rolu var.

 - Xərçəng hələ qorxulu xəstəlik olmağa davam edəcək, ya müalicəsi mümkündür?

 - Bu xəstəliyə tutulan insan təbii olaraq vahiməyə qapılır, bəli, xərçəng günümüzün aktual problemidir. Lakin istər ölkəmizdə, istərsə , dünyanın statistik göstəriciləri göstərir ki, məişət travmalarında, avto qəzalarda ürək xəstəliklərindən ölənlərin sayı xərçəng səbəbilə həyatla vidalaşanlardan qat-qat çox imiş.

 Ümumiyyətlə, hər hansı xəstəlik düzgün müalicə olunmayanda xəstə həkimə gec müraciət edəndə, onun sağalmaq şansı aşağı düşür. Adi qrip ya bağırsaq infeksiyasından da ölənlər var.

 - Mütəxəssislər xərçəng şişlərini kimyəvi üsulla yandırır, cərrahi yolla kəsir, radiasiya ilə işığa verir dərmanlarla topa tutur, bununla belə tam müalicəsi hələ mümkün deyil. Bu sahədə ümidverici irəliləyişlər varmı?

 - Dediyiniz kimi, müalicələr müxtəlif üsulla aparılır. Bütün orqanların xərçəng xəstəliyi ola bilər, hər bir orqanın da özünəməxsus müalicəsi var. Bir şey unudulmamalıdır ki, xərçəng xəstəliyi ilkin mərhələdə tam müalicə olunan xəstəlikdir. Erkən mərhələdə tapmaq, aşkar etmək çox önəmlidir, amma bu, hər zaman mümkün olmur. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə problemə çevrilir. Səhiyyə sığortasının olmaması, xəstələrin məlumatsız olması bu xəstəliyin gecikmiş mərhələdə ortaya çıxmasına səbəb olur. Bu da çox vaxt vəsait tələb edir.

 Məsələn, əgər ailədə xərçəng xəstəliyi olubsa, 30-35 yaşlarda müayinələrin aparılması tövsiyə olunur. Dediyim kimi, ilkin mərhələdə müalicə etmək müvəffəqiyyət vəd edir. Gecikmiş mərhələdə isə xərçəngi sağaltmaq sual altına düşür.

 - Ümumiyyətlə, elm xərçəng xəstəliyinin yaranmasının səbəbini ilə izah edir? Alimlər bu barədə yekdil qərara gələ bilibmi?

 - Müzakirəli mövzudur, hər bir orqanın xərçəngə yoluxma səbəbi müxtəlifdir. Məsələn, siqaret ağciyər xərçənginin yaranma səbəbi kimi göstərilirsə, qida vərdişlərinin pozulması, qeyri-sağlam qidalanma mədə xərçənginin səbəbi kimi görülə bilər. Orqanların risk dərəcəsi fərqlidir. Qalxanvari vəzin xərçəngi isə həddən artıq şüalanmaya məruz qaldıqda baş verir. Genetik faktor ölkəmizdə yüksəkdir. Xəstədə mədə xərçəngi varsa, qohumlarında da təsadüfən eyni xəstəliyi aşkarlaya bilirik. Ailəvi risklər izah oluna bilir.

 Yaranma səbəbi odur ki, həyatımızda bəzi vərdişləri tərgidə bilmirik. Səbəbdən asılı olmayaraq, müalicə xəstəliyin mərhələsinə əsasən təyin edilir. Təbii ki, risk qrupu varsa, peyvənd və ya erkən diaqnozla müalicə etmək olar.

- Xərçəng xəstəliyinin yaranmasında qidaların təsiri nə qədərdir? İnternetdə bu barədə çox sayda material və siyahı var. Demək olar ki, istifadə etdiyimiz bir çox məhsulların tərkibində kanserogen maddələrin olduğu göstərilir.

 - Yeməklər əsasən qida borusu, mədə və yoğun bağırsağa təsir edir. Çox turşu yemək, yeməklərdə ədviyyatların olması, o cümlədən hisə verilmiş qidalar və alkoqol, ümumiyyətlə sintetik tərkibli məhsullardan tez-tez istifadə xərçəngin yaranmasına yol açır. Amma burada da ümidsiz olmaq lazım deyil, sadəcə bizim ölkədə diqqətli olmaq tələb olunur.

 - Azərbaycanda xərçəngin hansı növü daha geniş yayılıb?

 - Xüsusilə mədə xərçənginə çox rast gəlinir. Dünyada kişilər arasında da ən çox rast gəlinən xəstəliklər siyahısında 17-ci yerdədir.

 - Belə bir inanc yayılıb ki, xərçəng, iradəsi zəif olan insanların qatilidir. Mübariz və iddialı insanlar bu məsələdə daha şanslıdır, onların sağalmaq ehtimalı daha yüksəkdir. Həqiqətənmi belədir, düşüncə və stress xərçəngin yaranmasında nə dərəcədə rol oynayır?

 - Bu, riski azaltmasa da, pozitiv düşüncə, həkimə inam, onun yazdığı müalicələrə inanmaq, həqiqətən effektiv nəticə göstərir. Əvvəllər bu barədə kitablardan oxuyardım, indi öz təcrübəmdə görürəm ki, müsbət xarakterli insanlarda müalicə sanki daha yaxşı nəticə verir. Bədbin düşüncəli insanlarda isə tam tərsi görünür. Üstəlik başqa problemlərin də yaranmasına yol açır. Odur ki, müsbət düşüncə və xoş ovqat müalicədə dərmanlar qədər mühüm rol oynayır.

 - Sizcə, xərçəng səhv həyat tərzinin nəticəsidir?

 - Xərçəng xəstəliyi uzun illərdən bəri var, odur ki, konkret olaraq stressin və səhv həyat tərzinin nəticəsi kimi qiymətləndirə bilmərik. Əgər yaşadığımız mühitdə hava çirkliliyi və radiasiya varsa, xərçəng xəstəliyinin yaranmasına gətirib çıxara bilər. Xoşbəxtlikdən ətraf mühitin çirklənməsi problemi sosial təbdirlər nəticəsində tənzimlənir və artıq risk qrupu olaraq hesaba alınmır.

 - Köklüyün xərçəngə səbəb olması iddialarının neçə faizi həqiqətdir?

 - Həm bariatrik cərrahiyə ilə məşğulam. İstər Türkiyədə, istərsə də Azərbaycanda olan təcrübəmdə kök xəstələrlə qarşılaşmışam. Dünyada isbat olunub ki, siqaretdən sonra piylənmə, xərçəng xəstəliyinin ən böyük risk faktorlarından biridir. Piylənmə zamanı gedən metabolizma pozğunluqları xərçəng xəstəliyinə gətirib çıxarır. Piylənmə varsa, xərçəng xəstəliyinə yoluxma ehtimalı yüksəkdir. Bu, statistik olaraq sübut edilib.

 İkinci vurğulamaq istədiyim məsələ odur ki, köklük onu narahat etməsə belə digər səbəblərdən dolayı xərçəngə tutularsa, müalicədə istifadə olunan dərmanlar nəticə verməyəcək. Bu gün piylənməyə qarşı aparılan mübarizənin əsas səbəbi xərçəng riskini azaltmaqdır.

 - Bildiyim qədəri ilə kimyaterapiyada istifadə olunan dərmanların tərkibi açıqlanmır. Bu gizliliyin səbəbi nədir?

 - Xeyr, kimyəvi müalicədə istifadə olunan hər bir molekul və dərmanların tərkibi açıqlanır, bunları internetdən də tapmaq olar, dərman kağızlarının üzərindəki annotasiyalarda da qeyd olunur. Kimyaterapiya onkologiyanın ayrılmaz müalicə hissəsidir, elə xəstəliklər var ki, onu yalnız kimyaterapiya ilə sağaltmaq olar, əməliyyata da ehtiyac qalmaz. Xərçəngin elə növləri də var ki, müalicə kompleks şəkildə həyata keçirilir. İnsanlar kimyaterapiyadan qorxur. Halbuki, ölkəmizdə kimyaterapiya müalicəsi keçən yüzlərlə insanla qarşılarıq. Əslində kimyaterapiya xərçəng müalicəsinin kiçik dövrünü əhatə edir və həqiqətən onun sayəsində bir çoxları tam sağalmaqdadır.

 - Statistikalara inansaq, İsraildə xərçəng xəstəliyinin çox aşağı səviyyədə olduğu deyilir. Bu, həqiqətənmi belədir? Almaniya da bu məsələdə nümunə çəkilir. Yeri gəlmişkən, onlarla digər ölkələrin müalicə protokolları arasında fərq varmı? Varsa hansılardır?

 - “Bəzi ölkələrdə xərçəng yoxdur”, “Xərçəngin müalicəsi var, amma kimyaterapiya firmaları buna imkan vermir” kimi fikirləri dünyada xərçəng yalanları deyilən terminlərdir. Amma biz elm adamıyıq və real statistikalara inanırıq. Almaniyada və İsraildə xərçəngin minlərlə statistikası aparılıb və onlar haqqında məqalələr yazılıb. Onların əməliyyatları, müalicə protokolları və dərmanları tövsiyə olunub. Bu da o deməkdir ki, Almaniya və İsraildə xərçəng xəstəliyi var ki, mübarizə üsulları geniş şəkildə araşdırılıb. Soruşa bilərsiniz ki, niyə mübarizə üsulları və inam onlarda güclüdür, bizdə yox? İnkişaf etmiş ölkələrdə skrininq proqramları var. Skrininq proqramları iki cürdür: biri normal, digəri isə yüksək risk qrupu olan əhaliyə tətbiq edilir. Yüksək risk qrupuna qohum-əqrəbasında daha öncə xərçəng olmuş və ya yüksək radiasiyaya məruz qalmış yerlərdə çalışan insanlar daxil edilir. Skrininq metodlar sayəsində xəstəlik ilkin mərhələdə tapılır. İlkin mərhələdə müalicə xəstəliyi gizli dövrə sala bilər. Bəzi xərçənglər vaxtında aşkarlanarsa, kiçik cərrahi müdaxilə və ya başqa metodlarla ondan qurtulmaq mümkündür. Bu halda kimyaterapiyaya da gərək qalmır. Erkən diaqnostika sayəsində xəstənin irihəcmli əməliyyatlara da, əlavə müayinə metodlarına, şüaya da ehtiyac qalmır.

 

Ardı gələn sayımızda

 

Aytən Məftun

 

Türküstan.- 2019.- 17-31 dekabr.- S.15.