Azərbaycan ədəbiyyatı Fransanın Milli Kitabxanasına yerləşdirilib

 

Fransanın Strasburq şəhərində fəaliyyət göstərən “Kəpəz” nəşriyyatının kitabları Fransa Milli Kitabxanasına yerləşdirilib.

Nəşriyyatın rəhbəri Nicat Kazımovun Kulis.az a bildirdiyinə görə, o, Fransa Milli Kitabxanasının direktoru ilə görüşüb, nəşriyyatın bütün kitablarını kitabxananın qeydiyyatına saldırıb. Milli Kitabxanada “Azərbaycan ədəbiyyatı” adında ayrıca bölmə yaradılacaq.

On gün içində Azərbaycan kitabları bütün Fransa Milli Kitabxanalarında və eləcə də Fransa universitetlərinin kitabxanasında mövcud olacaq.

Eyni zamanda Strasburq şəhərində yerləşən kitabxanada istənilən vaxt tədbir və konfranslar keçirmək imkanı əldə edilib.

N.Kazımov bütün bunlarla bağlı müvafiq müqavilə imzalandığını da bildirib. İndən belə nəşriyyatın bütün kitablarını milli kitabxana alacaq.

O eyni zamanda bu hadisənin Fransız mühitinə çıxmağımız üçün çox önəmli olduğunu vurğulayıb

 

Türküstan.- 2019.- 16-22 iyul.- S.16.