Yoldaşlarından heç biri sağ qalmadı ki, son sözünün nə
olduğunu bilək - Şəhid Qorxmaz Mirzəyevin son günü
Bu
yazı Birinci Qarabağ müharibəsi şəhidi Qorxmaz
Mirzəyevə həsr olunur
Məlumdur ki, Birinci Qarabağ müharibəsi zamanı insanların mobil telefondan aktiv istifadəsi yox idi. Həmin dövrlərdə əsgərlər ailələri ilə məktub vasitəsi ilə əlaqə saxlayıb, amma bəzən bu belə mümkün olmayıb. Məhz buna görə də Qorxmaz Mirzəyevin son günü, ailəsi ilə son xatirələrindən danışacağıq.
Qorxmaz Mirzəyev 2 may 1974-cü ildə Goranboy rayonun Xanqərvənd kəndində dünyaya gəlib. Qorxmaz Mirzəyev orta məktəbi Mirzə Məmmədov adına Xanqərvənd kənd orta məktəbində başa vurub.
Qorxmaz Mirzəyev 9 may 1994-cü ildə qəhrəmancasına şəhid düşüb.
Modern.az-ın Qorxmaz Mirzəyevlə bağlı suallarını şəhidin anası Əfruzə Mirzəyeva cavablandırıb.
Bala dərdi
ağır olur, unudulmur deyirlər. Qorxmazın
ölümündünən 25 il keçməsinə
baxmayaraq, şəhidin
anası oğlunun adını eşidən kimi sanki bu
andan çıxıb
həmin dönəmlərə
qayıtdı. Səsindəki
titrəmədən anlamaq
olurdu qəlbindəki
yanğının hələ
də sönmədiyi...
Şəhid anası Əfruzə
Mirzəyeva:
Qorxmaz
1974-cü il təvəllüdlüdür. O, çox tərbiyyəli, mehriban, valideynini düşününən uşaq
idi. Mənim dörd oğlum
var idi, oğlanlarımın heç
biri ona bənzəmir. O, bir
ayrı uşaq idi, seçilmişlərdən
idi sanki. Qorxmaz evin üçüncü
oğulu idi. O, orta məktəbi Xanqərvənd kənd orta məktəbində yaxşı qiymətlərlə
başa vurub. Məktəbi bitirdikdən
sonra sənədlərini
Gəncədəki Kənd
Təsərrüfatı İnstitutuna
(indiki Azərbaycan Dövlət Aqrar Universiteti) vermişdi, lakin ora daxil ola bilmədi. Həmin dönəmlərdə Bakıda
Hacı Zeynalabdin Tağıyev adına
Ziya hazırlıq kursu var idi,
Qorxmazı ora göndərdik. Hazırlıqdan
sonra Qorxmaz Türkiyədə ali məktəbə qəbul olundu. Orada həkimlik oxuyacaqdı.
Amma
1993-cü ildə Gəncədə
hərbi qiyam baş verəndən sonra uşaqlar hamısı ortalıqda qaldı. Türkiyəyə oxumağa gedəcəkdi
deyə, Qorxmaz xarici pasportunu və digər bütün sənədləri
hazır etmişdi.
Lakin Sürət Hüseynovun hərbi qiyamından sonra ölkədə aləm qarışdı,
vətəndaş müharibəsi
təhlükəsi, qarşıdurmalar
oldu. Ona görə də Qorxmaz və bir neçə nəfər Türkiyəyə
oxumağa gedə bilmədi.
Əfruzə ana deyir ki,
Qorxmazın ən böyük arzusu ürəyində qaldı.
Qorxmaz ali təhsil
almağı çox
istəyirdi. Hətta deyərdim ki,
bu, onun da, bizim də
ən böyük arzumuz idi. Universitetə qəbul oluna
bilmədi deyə,
1993-cü ilin payız
çağırışında oğlum əsgər getməli oldu. Qorxmazgilin dəstəsini əvvəl
Füzuliyə apardılar.
Hərbi
xidmətinin üç
ayını Füzulidə
çəkdi. Lakin sonra
Goranboyun Tap Qaraqoyunlu kəndinə aparıblar,
həmin vaxt bizim bundan xəbərimiz
olmayıb.
Anasının sözlərinə görə
Qorxmaz hərbi xidməti dövründə
bir dəfə də olsun məzuniyyətə
gələ bilməyib.
Bir
dəfə əsgərlərə
dizenteriyaya qarşı
iynə vurulanda Qorxmaz bir günlük
evə gəldi, iynəsini vurdurduq. İkinci oğluma dedim ki, bala
hələlik Qorxmazın
əvəzindən sən
get yeri boş qalmasın. Qorxmazın silahını götürüb
ikinci oğlum döyüş bölgəsinə
yollandı. Orada
komandir həmin oğluma deyib ki, sən get, qardaşın gəlsin, onun kimi vuruşa
bilməzsən. Atası
da Qorxmaza deyirdi ki, get qulluğunu başa vur. Balam o gedən getdi.
1994-cü ilin may ayının
9-da şəhid oldu. Döyüş yoldaşlarından
bir nəfər belə sağ qalmadı ki, son sözü, istəyi nə olub bilək.
Həmin dönəmlərdə telefondan
aktiv istifadə yox idi, əsgərlər
evlərinə ürək
sözlərini ya məktub, ya da kimlərinsə vasitəsilə çatdırırdılar.
Şəhidin anası:
Bizim
Qorxmazın yanına getməyə imkanımız
olmurdu, çünki
o vaxtlar əfqanlar bizim əsgərlərə
döyüşməyi öyrədirdilər,
onlar görüşə
icazə vermirdilər.
Mənim
böyük oğlum zabit idi, Qorxmazı
ara-sıra o gedib yoxlayırdı. Qorxmazgili Füzuliyə
aparanda o, evə avtobus sürücülərindən
birininin vasitəilə
xəbər göndərdi
ki, artıq Füzulidədir.
Əfruzə Mirzəyeva məktəb
vaxtı yoldaşlarının
Qorxmaza yazdığı
yazıları hələ
də saxlayır.
Bəzən
keçmiş vaxtları
yad etmək üçün Qorxmazın
xatirə dəftərini
açıb oxuyuram.
Məktəb yoldaşları Qorxmaza
o qədər gözəl
sözlər yazıblar,
hər oxuyanda göz yaşımı saxlaya bilmirəm.
Füzulidəki əsgər yoldaşları
da bizə deyirdi ki, Qorxmaz
çox igid, tərbiyəli və məsuliyyətli biri idi. Yoldaşları bir dəfə
Qorxmaza deyib ki, gəl gedək
burdan, o, isə Siz gedin, mən
qalıram, qardaşımın
başını aşağı
edə bilmərəm
deyib.
Əfruzə ana oğlu şəhid olanda bunu hiss edibmiş.
Bir
gecə qəfildən
atışma başladı.
Ürəyim qəfil titrədi,
hiss etdim ki, nəsə baş verib. Sonra xəbər tutduq
ki, Qorxmaz şəhid olub. Balamla birlikdə 9-10 nəfər
də şəhid olmuşdu. Ayın 10-da bizə xəbər
verdilər və rayon
mərkəzinə yola
düşdük. Allaha yalvarırdım
ki, heç olmasa əli-qolu üstündə olsun.
Yoldaşlarının hərəsinin qolu,
ayağı bədənindən
ayrılmışdı, amma
Qorxmaz sadəcə başından yara almışdı.
Qorxmaz indiyə
qədər sadəcə
bir dəfə yuxuma girib. Şəhid olmağının
təzə vaxtları
idi, mən dayanmadan ağlayırdım.
Bir gecə yuxuma girdi, gördüm ki, körpünün üstündə əlində
silah dayanıb. Körpünün altından çay
çox gur axırdı. Mənə dedilər
ki, sən çox ağlayırsan deyə o, narahat olur, ona görə
də yuxuna elə girib. Ondan sonra bir dəfə
belə yuxuma girmədi.
Şəhid anası deyir ki, Qorxmaz 10 rəqəmini çox sevirdi, ayın 10-da da torpağa tapşırlıdı...
Qorxmazın dərdinə dözməyən
atası Hüseyn Mirzəyev də dünyasını dəyişib. Çox
çətinliklər çəkib Əfruzə xanım.
Şəhid anası hazırda xəstədir və gözləri
demək olar ki, görmür. O deyir ki, 24 ildir Goranboy
rayonunda ev növbəsinə
dayanıblar, amma bu
günə qədər heç bir səs-soraq olmayıb. Əfruzə
xanım hazırda tək yaşayır...
Türküstan.-
2019.- 5-11 noyabr. S. 9.