AZƏRBAYCAN
BAYRAĞI
Milyonlara müjdəsən Şah Xətai elindən,
Səni təbrikə gəldim Şəhriyarın dilindən.
Göylər əyilib
öpür dalğalanan
telindən,
Sən ey azadlığımın gülümsəyən
dodağı,
Azərbaycan bayrağı!
Səni görmək
eşqinə çox
ümidlər qocaldı,
Bir canda ünvan etdin üç hikməti, üç adı.
Sən ucalan ucalıq şəhidlikdən
ucadı,
Hürriyyət kitabımın
ilk mübarək varağı,
Azərbaycan bayrağı!
Üç rənginlə
Tanrıya üç
köynək yaxın
oldun,
Milyonları isitdi bu hənirin,
bu odun.
Neçə adsız
səhidin arzusundan doğuldun,
Sən bölünmüş
yurdumun bölünməzlik
sorağı,
Azərbaycan bayrağı!
Ey iman işığından köynək
geymiş hilalım,
Sənin ucalığınla qanadlanır
xəyalım.
Təbrizdən – Dərbəndəcən
göz oxşayan amalım,
Əbədiyyət ətirli
həqiqətin duvağı
–
Azərbaycan bayrağı!
Zəngəzurun, Göyçənin
yuxusunda dalğalan,
Qarabağsız həsrətin qorxusdunda dalğalan.
Sən Şuşanın,
Laçının qoxusunda
dalğalan,
Ey milli qeyrətimin ən ovxarlı yarağı,
Azərbaycan bayrağı!
Rənglərinlə yoğurdum
şeirimin hər sətrini,
Ürəyimdən asmışam hörmətini,
xətrini.
Dalğalan, duysun ellər azadlığın
ətrini,
Milyon-milyon ürəkdə
istiqlalın növrağı,
Azəbaycan
bayrağı!
Balayar
Sadiq
Türküstan . -2019.- 5-11 noyabr.- S.21.