​TÜRK TOPLUMLARINDA

KADININ YERİ VƏ ÖNƏMİ

 

Azərbaycan Türk Oğuz yurdudur və biz qədim tarixə malik olan Oğuz Türkləriyik. Biz Türklərin tarixində qadın, xatun və ya xanım dəyərli və əvəz olunmazdır. Dünya tarixinin səhifələrini aramla incələsək türklər qədər qadına dəyər vərən, qadını ucaldan ikinci bir millətin olmadığını açıq aydın görərik. Bu gün bu yazımda sizə digər toplumlarda, millətlərdə qadının yeri ilə türk millətində və türk toplumunda qadının yerini müqayisə edəcəyəm. Öncəliklə onu qeyd etmək istərdim ki, ailə bu gün olduğu kimi əski türklərdə də önəmli və önəmli olduğu qədər də dəyərlidir. Türklərdə ailənin təməlini qadın təşkil edir. Türk qadını ailəsində söz sahibi olmuş və ərinə igidinə daima dəstək olmuşdur. Bu hələ milatdan öncə də belə idi. Avropada, Afrikada, Ərəbistanda qadınlar kölə kimi satılsa da türk qadını daima hürr azad olmuşdur. Qədim türklərdə qadın ailədə söz sahibi olduğu qədər siyasi və iqtisadi əlaqələrdə, dövlətin idarəsində də söz sahibi olmuşdur. Qadınlar gözəl qılınc oynadar, at minər və güləşərdilər. Qadınlar savaşda da iştirak edərdi. İndi bunu oxuyanların çoxu mənim irqimi övdüyümü zənn edəcəklər, amma bu gərçəkdir və bu gərçəkləri mən sizə tarixi qaynaqlarla bildirəcəyəm.

Qədim Türk atalar sözündə belə deyilir: "Birinci zənginlik sağlıq, ikinci zənginlik yaxşı qadındır".' Türklər qadına yüksək dəyər verir demişdik ve bunu qədim türklərin tək evlilik etməsində də görürük. Yəni bir qadınla evli olduqları zaman ikinci bir qadın almazlardı. Hun tükləri dönəmindən başlayaraq qadın kişi ayrımı edilməzdi. Hunlarda qadını kişinin tamamlayıcısı sayılır və qadınsız heç bir şey edilməzdi. Hətta elə ki, Kağanın əmirnamələrində "Xaqan buyurur" ifadəsi yalnız yer alırdısa və Xaqanın Xatununu, yəni xanımının adı qeyd edilməsə o, əmirnamə keçərli olmazdı, qəbul edilməzdi. Yabancı ölkələrin elçiləri yalnız xaqanın hüzuruna çıxmazdılar. Elçilərin qəbulu əsnasında xatunun da xaqanın yanında olması mütləq idi(1). Bəzən də xatunlar tək başına elçiləri qəbul edirdilər. Örnək olaraq Avropa Hun ölkəsinə gələn elçilər Atillanın xanımı Arıq Han tərəfındən qəbul edilir və dövlət işləri ilə əlaqədar görüşürdülər. Qəbul törənlərində, ziyafətlərdə, şölənlərdə xatun xaqanın sol tərəfində otururdu. Siyasi və idarə görüşləri dinləyər və fikirlərini söyləyərdi. Türkiyəli yazar Gökalp bu mövzunu belə qeyd edir "Əski irqlərin heç biri türklər qədər qadına haqq verməmiş və sayqı göstərməmişdir"(2). Göktürk və Uyğurlarda da xaqanın xanımı xatun dövlət işlərində əri ilə bərabər söz sahibi olmuşdur. Hunlarda olduğu kimi onlarda da əmirnamələr yalnız xaqanın adına deyil, "Xaqan və Xatunun namına" deyə ortaqlaşa imzalanmaqdadır. Ailə içində də qadın yüksək söz sahibi olmuşdur(3). Asiya Türklərində Göktürklərin tarixi və yaşamları ilə əlaqədar ən önəmli qaynaq Orhun kitabələridir. VII yüz ildən başlayaraq Orhun Kitabələrində dövlət işlərini bilən "Katunlardan" yəni xatunlardan söz edilir. Orhun kitabələridə də Xaqan ve Xatun buyurur sözləri ile başlayır. İslamdan öncə də Türk qadınlarına verilən önəmlə əlaqədar çox mənbələr var, bunlardan biri də hələ İslamdan öncə İtil (Volga) Bulqarlarını səyahət edən İbni Fadlan, öz əsərində türk toplumunda qadının yerinin heyrətləndirici olduğunu etiraf etməkdə və heyrətləndiyini gizlətməməkdədir. Fadlan, xatunun hökümdarın yanında oturduğunu bunun türklərin adəti olduğunu qeyd edir. Türk qadınının əsla kişilərdən qaçmadığını qeyd edir. Başqa biz ərəb səyyahı İbn Batu belə yazır "Burda qəribə bir hala şahid oldum ki, o da Türklərin qadınlarına göstərdiyi hörmətdir. Burda qadınların qiyməti və dərəcəsi kişilərdən daha üstündür"(4).

Eyni zamanda bu yazdıqlarımı qədim Türk dastanlarında da açıq aydın görə bilərik. Dastanlarda qadın kişinin güc və ilham qaynağı olduğu bildirilir. Bizim milli dastanımız olan Kitabi -Dədə Qorqud hekayələrində də buna rast gəlirik. Örnək olaraq "Dəli Domrul hekayəsində" Domrul canının yerinə öz canını verməyə razı olacaq birini bulmağa çalışır və bunu qadında tapır, qadını ona heç çəkinmədən " canını verəcəyini" söyləyir. Eyni zamana qədim Türklər öz soylarından olan qadınlarla evlənməyə üstünlük verərdilər və bu Türk ata sözümüzde belə qeyd edilir "Ey Türk oğlu Suyu çaydan qızı soydan al(5). Bunun səbəbi yazının əvvəlində də qeyd etiyim kimi Türk qadının cəsarəti ve şərəfli olmasıdır. Türk qadını daima at belində əlində qılınc və savaşda birincidir. Yenə Dədə Qorqud dastanımıza baxsaq, hekayələrdən "Bamsı Beyrək" hekayesinde yer alan Banu Çiçək ,bunun ən gözəl örnəklərindən biridir(6). Bir başqa örnək Selcan Xatundur. Selcan xatun düşmənin gecə ərinə basqın etməsindən şübhə etməkdədir. O ərinə xəbərdarlıq edər və savaş başlayar. Mücadələ sırasında ərinin atı yaralanar. Savaşa hazır bir şəkildə kənarda gözləyən Səlcan Xatun atını düşmənin üstünə sürər və onu qılıncından keçirər(7).

 Türk qadınının qəhrəmanlığı yazmaqla bitməz. Türklərin xatunlarına verdiyi dəyəri sizlərlə tarixi bilgilərə əsaslanaraq bölüşdüm. İndi gəlin digər irqlərin qadınlara verdiyi dəyəri incələyək. İlk öncə İngilislərlə başlayaq. İngiltərdə XI. yüzilə qədər ərlər arvadlarını sata bilirdi. Xiristiyanlar isə qadına şeytan gözü ilə baxmşlar. Yenə İngiltərədə qadın murdar varlıq sayıldığı üçün, İncilə əl vurmurdu. Qadınlar İncirloxumaq haqqına Hanri dövründə (1509 1547) sahib oldular. İngilis keşişi Dourun Westminister kilsəsindəki nitqindən "Bundan yüz il öncəsinə qədər qadın kişinin süfrəsində oturmaq haqqına sahib olmadığı kimi, söz soruşulmadan danışması da qadağan idi. Kişi başının üstündə böyük odun parçası asardı, lazım gəlsə qadını cəzalandırmaq üçün onu istifadə edərdi. Oğlan uşaqları isə analarına ev içində xidmətçi qadından yuxarı dəyər verməzdilər. Çinlilərdə qadın insan sayılmazdı və ona ad belə verilməzdi . Qız uşaqlarına ad verilməz, bir iki üç deyə çağırılırdı(8). Həyatı boyunca bir kişinin yönətimində yaşamalı idi. Qadın xidmətçi sayılır əri və uşaqları ilə eyni süfrədə otura bilməzdi. Ayaqda durub onlara xidmət etməli idi(9). Farslarda qadın kişiyə itaət etməyə məcbur edilirdi. Bir kişinin birdən çox qadinla evlənməsi normal idi. Qan bağlılığının nigaha mane olmaması səbəbi ilə Sasani İranında farslar anaları və bacıları ilə nigaha girə bilirdilər, hətta buna təşviq edilirdi(10). Cahiliyyə ərəblərin də qız uşağı diri-diri gömülməsi bir gərçəkdir. Qız uşağına sahib olmaq şərəfsizlik hesab edilirdi. Buddizmin qurucusu budda isə ik başlarda qadınları dinə qəbul etməmişdir. Əski yunanalarda qadının bir dəyəri yoxdur. Əşyalardan fərqsiz olan qadın digər mallar kimi satıla ve miras kimi bağışlana bilirdi(11). Slavyanlarda (ruslarda) qadın əşya kimi qiymətləndirilir. Zodruga deyə adlandırılır. Slav ailəsində uşaqlara da əsir kimi baxılır. Ruslarda qadı əri ilə bərabər gömülür. Rus hökümdarlarının, yaxın adamlarının gözü önündə xalqdan cariyələrlə münasibət yaşayırdı.

Sizinlə digər millətlərdə qadına verilən dəyəri paylaşdım. İndi əminliklə hər zaman Türk milləti qədər qadına dəyər verən ikinci bir millətin olmadığını çəkinmədən yenidən qeyd edə bilərik. Azərbaycan Türk yurdunda və bütün Türk məmləkətlərindəki igidlər atalarımızın xatunlarına,x anımlarına verdiyi dəyəri yenidən qadınlarına verməli və Türk qadınını uca tutmalıdırlar.

 

AYNUR TALIBLI

İstanbul Sabahattin Zaim Üniversiteti, Yüksək

Lisans,Tarix və Mədəniyyət araşdırmaları bölümü.

 

Türküstan.- 2019.- 15-18 noyabr.- S.18.