Azərbaycan Türk bayrağının

mənəvi-ideoloji mənası

 

əvvəli ötən sayımızda

 

M.Ə.Rəsulzadə bu üç prinsipə sadiq qalaraq, onları Azərbaycan-türk bayrağında ifadə etmiş Parlamentin ilk iclasındakı çıxışında onun siyasi-ideoloji mənasını belə izah etmişdi: «Müstəqil Azərbaycanı təmsil edən üçboyalı bayrağı Milli Şura qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti müasir Avropa iqtidarı-əhraranəsini (özgürlüksevərliyini) təmsil edən bu üçboyalı baryaq daima başımızın üstündə ehtizaz (dalğalancaqdır) edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcək­dir. M.Ə.Rəsulzadə parlamentin növbəti iclasında isə milli bayrağın mənəvi-ideoloji mənasını bir qədər açmışdı: «Bizim yaxın məqsədlərmizdən biri olan Azərbaycan muxtariyyətini tələb edərkən həm sağdan, həm soldan hücumlara düçar olurduq. Sağdaklar bir nöqtədən Azərbaycan muxtariyyətini inkar edirdilər. Sağdan deyirdilər ki, Azərbaycan-Azərbaycan deyə müsəlmanları parçalayır, türklük bayrağı qalxızarkən - nəuzu billah (Allah eləməsin)- islama xətər vurursunuz. Soldan da iddia edirdilər ki, Azərbaycan davası bizi inqilabçı, hürriyyətpərvər Rusiya demokratiyasından ayırır, xan, bəy hökuməti düzəltməyə səbəb olurDaima Azərbaycan məfkurəsinin müdafiəçisi olan firqəmiz üçün bu gün o böyük məqsəd hasil olmuşdur. Çünki artıq gərək sağlar, gərəksə sollar Azərbaycanı inkar deyil, var qənaətlərilə isbat edirlər. Çünki artıq Azərbaycan fikri üzərində müsəlman firqələri arasında ixtilafi-nəzər yoxdur. Çünki cəmiyyətimizin zehnində Azərbaycan istiqlalı fikri yer tutmuş, yerləşmişdir. Çünki üçrəngli o məğrur bayraq artıq siyasətən hamımızı birləşdirmişdir».

M.Ə.Rəsulzadənin bu sözlərində inkarolunmaz elə bir həqiqət var idi ki, 70 illik SSRİ imperiyası belə milli bayraq fəlsəfəsini Azərbaycan-türk insanının şüurunda silə bilməmişdi. Əksinə, milli bayraqdakı üçboya səkkizguşəli aypara onların ruhuna mənəviyyatın əbədi həkk olunmuşdu. Hətta bu boyalar insanlar üçün o qədər doğmalaşmışdı ki, bəzən onlardan birinin digərini ifadə etməsi halları belə olmuşdu. Məsələn, 1919-cu ilin 28 mayında «Bir yaş» məqaləsində tanınmış ziyalımız Üzeyir Hacıbəyli qeyd edirdi ki, bayrağımızın mənəvi mənası olaraq al (qırmızı) boya türkçülüyə, yaşıl boya islamlığa, mavi boya isə mədəniyyətə işarədir. Deməli, Ü.Hacıbəyli qırmızı boyanı türkçülüyə aid edərək mavi rəngi mədəniyyət mənasında qəbul etmişdir. Biz burada Ü.Hacıbəy­linin nədən bayrağmızın boyalarına fərqli şəkildə yozmasını geniş izah etmədən, burada mavi rəngin mədəniyyət kimi yozulmasına diqqəti cəlb etmək istərdik. Fikrimizcə, mədəniyyət müasirlik anlayışları heç bir-birinə tamamilə yaxın istilahlar deyildir. Əgər «müasirlik» dar məna daşıyıb özündə yalnız bu günün dəyərlərini tələblərini əks etdirsirə, «mədəniyyət» anlayış daha geniş məna kəsb edərək nəinki bu günün, həm keçmişin gələcəyin nişanəsidir. Eyni zamanda «mədəniyyət» anlayışında milli dini dəyrlərlə yanaşı, Qərb-Avropa mədəniyyətinin mütərəqqi cəhətlərinin öz əksini tapması mümkündür: demokratiya mədəniyyət.

Bizə elə gəlir ki, bu baxımdan milli bayraqdakı boyaların fəlsəfi-ideoloji mənasını M.Ə.Rəsulzadə daha aydın ifadə etmişdi. Onun fikrincə, milli bayrağın məzmun mənası «müasir bir türk islam siyasi mövcudluğu» ilə bağlıdır. Burada qeyd edilən «müasir bir türk islam» kəlməsi göstərir ki, «müasirlik» dedikdə, ilk növbədə milli dini sahədə, yəni islamda türklükdə yeniləşmə, milli bəşəri mədəniyyətin bütövlüyü - dünyəvilik (layiqlik) nəzərdə tutulur. Bunu, M.Ə.Rəsulzadənin bayrağın mənası ilə bağlı, kitabda öz əksini tapmış xüsusi qeydi, açıqlaması da bir daha təsdiq edir. O yazır: «Azərbaycan bayrağındakı mavi rəng - türklüyü, yaşıl rəng - müsəlmanlığı, al rəng - təcəddüd (yeniləşmə - F.Ə.) inqilab rəmzi olmaq həsbilə əsrliyi tərmiz edər ki, möhtərəm Ziya Gökalp bəyin «türk millətindənəm, islam ümmətindənəm, qərb mədəniyyətindənəm» - düsturunu ifadə etmiş olur». Deməli, Rəsulzadə «qərb mədəniyyətindənəm» anlayışını yeniləşmə inqilab kimi başa düşmüşdür. Bu baxımdan «yeniləşmə inqilab» dünyəvilik (layiqlik) məfhumu ilə bağlıdır.

Bizə elə gəlir ki, Azərbaycan türk bayrağında öz əksini tapmış göy rəngin türklüyü ifadə etməsinin böyük mənəvi-ideoloji anlamı var. Bu boya ilk növbədə, qədim türk­lərdə mövcud olmuş dini inanc - Tanrıçılıq dini ilə bağlıdır. Qədim türklər Tanrıya «Göy Tanrı» deyə müra­ciət edirdilər. Türklərdə «göy» səmanın rəngini bildirdiyi üçün müqəddəs sayılırdı. Buna görə , göy boya müqəddəs göyün olduğu kimi, həm Tanrının  simvolu idi. Bir sözlə, mavi rəng əski türk inancları ilə bağlı olaraq türklüyün rəmzi, simvolu kimi Azərbaycan bayrağına daxil edilmiş, XX əsrin əvvəllərində milli tərəqqi milli istiqlalın siyasi doktrinası olan «türkləşmək, müasirləşmək, islamlaş­maq» ideoloji modelinin bir istiqamətini simvollaş­dır­mış­dır. Bu baxımdan türkçülüyün simvolu olan göy boya, eyni zamanda tanrıçılığın rəmzidir. Göy bo­ya türkçülüyü əks etdirdiyi qədər , tanrıçılığı - tək­al­lah­lı­lığı da ifadə edir. Bu anlamda türkçülük tanrıçılıq, yəni tək olan Allaha inam deməkdir. Deməli, islamda yaşıl boya, tan­rı­çılıqda isə göy boya tək olan Allahı əks etdirir hər ikisində dini-fəlsəfi məna vardır. Bu baxımdan türklərin tan­rıçılıqdan sonra islama tapınmalarını başa düşmək çətin deyildir.

Milli bayrağımızdakı boyaların mənəvi-ideoloji mənası ilə bağlı Əhməd Cavad, Cəfər Cabbarlı b. şair-mütəfəkkirlərmiz dəyərli fikirlər irəli sürmüşdü. Bu baxımdan Əhməd Cavadın yazdığı «Azərbaycan bayrağına» şeiri dövrünün ən gözəl incilərindən biri hesab oluna bilər. O, bu şeirində Türküstandan, Turandan, üç boyalı türk bayrağından, türklərin soykökündən, türk ellərinin birliyindən s. bəhs edir:

 

«Gedərkən Turana çıxdın qarşıma,

Kölgən Dövlət quşu, qondu başıma!

İzn ver gözümdə coşan yaşıma -

Dinlətsin dərdini aha, bayrağım!

 

Qayi xan soyundan aldığın rəngi,

Qocalmış Elxanla müsəlman bəgi.

Elxanın övladı, dinin dirəgi,

Gətirdin könlümə səfa, bayrağım!

 

Köksümdə tufanlar  gəldim irəli,

Öpüm kölgən düşən mübarək yeri!

Allahın yıldızı, o gözəl pəri,

Sığınmış qoynunda Aya, bayrağım.

 

Başqa tanınmış Azərbaycan türk ziyalısı Cəfər Cabbarlı 1919-cu ildə «Azərbaycan» qəzetində nəşr olunan «Azərbaycan bayrağına» şeirində isə üç boyalı-üç mənalı Azərbaycan türk bayrağının fəlsəfi-ideoloji izahını belə verir:

 

                                    «Kölgəsində ay əyilib bir gözəli qucmada.

                                    Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,

                                   Şu görünüş bir ananın şəfqətinə oxşayor.

                                   Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.

                                  Bu ay, yıldız, boyaların qurultayı demək?

                                               Bizcə böylə söyləmək!

                                    Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,

                                               Bir türk oğlu olmalı!

                                   Yaşıl boya islamlığın sarsılmyan imanı,

                                               Ürəklərə dolmalı!

                                   Şu al boya azadlığın, təcəddüdün fərmanı,

                                               Mədəniyyət bulmalı.

                                   Səkkiz uclu şu yulduz da səkkiz hərli OD YURDU!

                                   Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,

                                               Səhərlərə uçmuşdur.

                                   Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,

                                               Yurdumuzu qucmuşdur!

                                   Allah, əməllərim edib şu bayrağı intiqal,

                                   Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!

                                   Yürəyində bir dilək var, o da doğru kəsilsin,

                                   O gün olsun bir göy bayraq Turan üstə açılsın».

 

Bizə elə gəlir ki, Azərbaycan təhsilində tədrisində yuxarıda qeyd etdiyimiz bilgilər öz  doğru əksini taparsa, Azərbaycan-türk insan milli bayraq məfkurəsini daha yaxından mənimsəyər ona mənən sahib çıxar. Bunun üçün, bu gün yeni nəslə Hüseynzadələrin, Rəsulzadələrin, Cavadların, Cabbarlıların başqalarının milli ruhlu ideyaları aşılanmalı onlarda milli bayraq sevgisi yaradılmalıdır.

 

Faiq Ələkbərli

 

Türküstan.- 2019.- 19-25 noyabr.- S.6.