BU TORPAQ
BÜTÖVLÜK TANIMAYACAQ …
Bu torpaq bütövlük tanımayacaq,
Hər kəsin
canında o MƏN yoxdusa.
Hər evin içində Vətən havası,
Hər evin içində Vətən yoxdusa...
Elə həsrət-həsrət baxıb
uzaqdan
Gözü yaşaracaq, əsir yurdların.
Hər gün yaraları təzələnəcək,
Sahibsiz yurdların,
yesir yurdların.
Bu qaçqın taleli, köçkün taleli,-
Millətin qəddini dərdi əyəcək.
Biz girov qaldıqca qul əxlaqında,
Təpər canımızda gecələyəcək.
Bilmirəm, qanımız harda
qarışıb,
Ruhumuz yad düşüb, yurd havasına,
Ekranı
bürüyən gədalara
bax,
Qol açıb
oynayır Vətən
yasına.
O qədər boğazdan asılmışıq ki,
Daha hamımızı
tamah aldadır.
Baxırıq əlinə yadellilərin,
Bu gün yola verir,
sabah aldadır.
Gərək könlümüzdən alov püskürə,
Yolumuz savaşa
açıla, doğru.
Daha ürəklərdən yol
da tükənir,
Kəlbəcərə doğru, Laçına doğru.
Bu nə biganəlik,
bu nə soyuqluq?
Bu acı sualın
cavabı varmı?
Əriyib
gedirik, düşmən
əlində,
Yada qul olmağın savabı varmı?
Hər gün bir ümidin
yelinə verib,
Elə yüz illərdi yorurlar, bizi.
Dünən Savalandan topa tutdular,
Bu gün də Şuşadan vururlar, bizi.
Bölünür beləcə Vətən
torpağı,
Sərhədi kiçilir, canı kiçilir.
Kimsə
sinəsinə döyməsin
əbəs,
Vətən bölünəndə hamı
kiçilir.
YAXŞI Kİ,HƏSRƏTİN
VAR
Yenə
üzür canımı,
Gecənin üzü qara.
Məni
xəyala çəkir,
Səni uzaqlıqlara.
Göy üzü ulduz-ulduz,
Hər ulduzun öz qəmi.
Elə bil həsrət gəlib,
Tutub bütün
aləmi.
Çöldə bir az
sazaq var,
Bir az da yaz havası.
Göydə hələ bitməyib,
Buludların davası.
Çiçəklər də gecikib,
Görüşə gecikən tək.
Budaqlar puçur-puçur,
Ümidə göz tikən tək.
Hər şey sükuta dalıb,
Soraq da yoxdur Aydan.
Bu axşam da son ümid,
Keçirir məni çaydan.
Mənim
yaşadığımı,
Duyursanmı bir azca.
Xəyalımdan qaçma tez,
Gəlibsənsə,dur azca.
Yuxusuz bir gecədə,
Qəminə köklənmişəm.
Səsimə səs versənə,
Görürsən təklənmişəm.
Bəlkə ölə bilərdim,
Həyat
ağır,ömür
dar…
Qapısını döyməyə,
Yaxşı ki,həsrətin
var.
AYAZ ARABAÇIYA
Atıb
özlərini dərdin
içinə,
Yenə
də salıblar dərdi “biçin”ə,
Qoşulub gedirlər fikir
köçünə,
Şeir yazmaq deyil şairlərinki.
Sözdən dünya boyda xana qururlar,
Atıb
ömrü-günü yana, qururlar,
Dərdin
təpəsində bina
qururlar,
Şeir yazmaq deyil şairlərinki.
Fikir ömür yükü, əzab həmdəmi,
Canına
yük olur dünyanın qəmi,,
Çəkir sinəsinə bütün
aləmi,
Şeir yazmaq deyil şairlərinki.
Nə qədər çəkilər,
elin qayğısı,
Çəkdikcə çoxalır gülün qayğısı,
Başına bəladı, dilin
qayğısı,
Şeir yazmaq deyil şairlərinki.
Düşüb ortalıqda qalır
öz qəmi,
Dördcə divarı var, bir də öz
dəmi,
İçi özünündü, çölü özgənin,
Şeir yazmaq deyil şairlərinki.
Çörəyi duyğudu, mayası
sözdü,
Sevgisi ocaqdı, ilhamı közdü,
Zamana əyridi, Tanrıya düzdü,
Şeir
yazmaq deyil şairlərinki…
BİR HAQQ AŞİQİNƏ
Sənin
inandığın həqiqət
yoxdu,
Mənim aradığım həqiqət
kimi.
Bizi hər addımda aldanış yeyib,
Hopub canımıza
düz niyyət kimi.
Havası
azadlıq qoxumur, daha,
Elə sən deyənə təşnədi
dünya.
Üstündə nə qədər
qanlar töküldü,
Haqqın körpüsündən keçmədi
dünya.
Bir bax, dörd tərəfin düşmən
çəpəri,
Hamı səndən kəsib, vətən düzəldib.
Dünyada ədalət deyilən
buysa,
Soruş,
ədaləti nədən
düzəldib…
Sənin
dediklərin səndən
alınıb,
Açarı yad əldə din-imanın da.
Tarix yaranandan üyüdür bizi,
Zaman özgələrin
dəyirmanında.
Sıxıb içimizə son ümidləri,
Vaxtı ötürmüşük odlar
içində.
Nə dərddir,
götürüb qapı-bacanı?
Silir adımızı
adlar içindən.
Hamı
öz işində, öz bazarında,
Əyib
insanlığı can savaşları.
Dünyada gör neçə
qütbə bölünüb,
Sən sevgi umduğun qan qardaşların.
Sənin
inandığın həqiqət
yoxdu,
Mənim aradığım həqiqət
kimi.
Bizi hər addımda aldanış yeyib,
Hopub canımıza
düz niyyət kimi.
Elbariz Məmmədli
Turkustan.- 2019.- 15-21
oktyabr.- S.16.