Sevgi məktublarını

xanımından gizləyən Xalq şairi

 

Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür. Kulis.az bu münasibətlə şairin həyatından maraqlı faktları təqdim edir.

Pedaqoji təhsil alıb. Müəllim kimi bir neçə yerdə işləyib. İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbi dərnəyə gedib-gəlirmiş. Və elə ilk ordan kəşf edilməyə başlanıb

 

***

 

Qızı, tanınmış yazıçı-publisist İradə Tuncay deyir ki, ağır xasiyyəti varmış. Evdə ciddi nəzarət olurmuş: “Həmişə deyirəm, mən həbsxana şəraitində yaşamışam. Heç yerə getməyə icazə vermirdilər. Ancaq dərs-ev, ev-dərs”.

 

***

 

Məmməd Arazın işləyə biləcəyi ayrıca otağı – yazı masası olmayıb. Bir neçə dəfə ev dəyişdiriblər. Buna baxmayaraq, hər dəfə yazmağa macal tapırmış.

 

***

 

Qardaşı APİ-də oxuyurdu. Məmməd Araz universitetə gedib-gələndə gələcək xanımını görürxoşuna gəlir. Onları Kələntər Kələntərli tanış edir. İlk görüşlərində, bulvarda gəzəndə qadın onun şeirlərini əzbər deyib. Beləcə, bir-birilərini sevirlər ailə həyatı qururlar.

 

***

 

İki qızı vardıonların arasında dünyaya gələn üç uşağı isə vəfat etmişdi. Oğlunun olmağını istəyirmiş həmişə. Hətta şeirində buna vurğu edib: “Qızlarım taleyin ulduz töhfəsi, oğul da görəydim gərək yuxuda”.

 

***

 

Oxucular ona saysız-hesabsız məktublar göndərirmiş. O məktubların içində sevgi məktubları da vardı. Lakin Məmməd Araz xanımı onu görməsin deyə gizlədibmiş:

Xanımı o günləri belə xatırlayır: “Bildim ki, ona sevgi dolu məktublar da yazılırmış. Ancaq Məmməd məndən onları gizlətmişdi. Demişdi ki, sənin ürəyində xal düşməsin deyə, həmin sevgi məktublarını əlyazmalara verdim. Ancaq indi fikrim var ki, o məktubları arxivdən tapıb üzə çıxarım. Bu həm onun öz istəyidir”.

 

***

 

Ədəbiyyat qəzeti”nin baş redaktor müavin idi. Nəriman Nərimanovun 100 illiyinə görə qəzetin həmin nömrəsini ona həsr etmişdilər. Səhifəyə xatirələri, onun haqqında yazılar, açılmamış heykəlin şəklini qoymuşdular. Bu, ciddi narazılıq yaratmışdı, deyirdilər, xalq düşməninə niyə qəzetdə geniş yer verilib. Yazıçılar İttifaqında müzakirələr olub. Məmməd Araz həmin vaxt ezamiyyətdəymiş. İclas keçirilir, Məmməd Arazı işdən çıxarırlar, hamı əl qaldırır, bircə Sabir Əhmədov etiraz edir ki, adamın özü burda yoxdur, özü haqqında heç deyə bilmir, siz onu işdən çıxarırsınız. Hətta partiyadan çıxarılma söhbəti olub. Ancaq bu, elə söhbət olaraq qalıb.

 

***

 

Məmməd Araz bundan sonra iki il işsiz qalıb. ailə yalnız Ədəbiyyat Fondundan gələn cüzi gəlirlə dolanıb.

***

 

Məişətdə çox bacarıqsız adam imiş. Qızının dediyinə görə, bir dənə mıx da vura bilmirmiş.

 

***

 

Yəhudi əsilli sovet şairi Mixail Svetlovun şeirlərini tərcümə etdiyi vaxt ilk dəfə əlləri titrəməyə başlayır. Evdəkilər təşvişə düşür, həkim yanına aparırlar, lakin diaqnoz qoymaq mümkün olmur. Moskvaya gedir. Orada diaqnoz qoyulur ki, bu xəstəlik parkinsondu (mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması).

 

***

 

Ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Deyilənə görə, xəstə vaxtları, yerişi çətinləşəndə işə gedib-gəlirmiş.

 

***

 

Jurnalın bağlanması məsələsi ortalığa çıxanda Məmməd Araz yuxarılara məktublar yazır. Məktubların birində yazıbmış ki, bu jurnalMolla Nəsrəddinjurnalı qədər lazımlı nəşrdir. Onu bağlanmağa qoymayın! O, coğrafiyə fakültəsini qurtardığı üçün təbiəti bilir çox sevirdi. Bu, onun şeirlərində hiss olunur.

 

***

 

Danışığını, hərəkətini, yerişini itirmişdi. Əlil arabası barəsində nəsə danışanda çox əsəbi haldaÖzüm gəzirəmdeyirmiş. Ancaq yeriməyi asan deyildi. Bəzən bütün bədəni titrəyirdi. Bəzən körpə uşaqlar əllərini, ayaqlarını idarə edə bilmədiyi kimi o da öz bədənini idarə edə bilmirdi. Bütün bədəni əsəndə evdəkilər onu tuturmuşlar ki, sakitləşsin. Son vaxtlar deyirmiş, istəyirəm yatım-qalım yazılarımın içində...

 

***

 

Öldüyü gün xəstəxananın həyəti adamlarla doluymuş. Şairi tanıyanlar ora yığışmışdı.

 

***

 

Ailəsinə xəstəxanadan "24 “şirvanpul ödəməlisiniz" demişdilər. Məmməd Arazın bu xəstəxanada öldüyünü təsdiqləmək üçün

 

Türküstan.- 2019.- 15-21 oktyabr.- S.24.