"Yuxu
adamlar və mən"
(esse)
Dərin
bir mavilik döyünürdü göz bəbəklərimdə...Döyüntüsünü
eşidirdim. Bütün rəsmlərdə adamlar nəfəsiylə,
qoxusuyla salamat idi. Gözlərimin nəvazişi ilə
gerçəkliyi qucaqlamaq istəyirdilər. Bu doğmalıq
mənə gözlərimdən bətniməcən var
olduğumu xatırladır.
Gözlərimdən
köksümə axan yuxu adamlar var idi...Tam gözlərimi
açıb "eyy, işıq sən gözlərimin əbədi
səsisən!" deyəcəkdim yuxu adamlardan biri
çağırdı:
-
Eyy...Bilirsənmi yarpaqlar yaşılı ilə sağdı.
Gülümsədim.
O isə davam etdi:
-Eyy...
Bilirsənmi bütün var olanların
pıçıltıları ağappaqdı.
Rənglə
içindəki Göyü. Sonra de ki;
-Eyy,
ruhumun əzizi sükut. Varlığımın səsi ol,
döyün.
Ağappaq
pıçıltılar həmişə özü ilə
ümid gətirər. Get o pəncərəni aç. Rənglər
kimi məsud olacaqsan. Sonsuzluqda, zamansızlıqda əriyib
günəşə hopacaqsan.
Dərviş
misalı, yolunu, yolçunu, qürubunu, sübhünü
özünə sarı yola çıxanda tanıyacaqsan. Sən
rənglərin gözlərinə gəldiyi yolu bildiyin kimi rənglər
səni anlamışdı.
Yuxu
adamların dediyi kimi: - Quşlar darıxır, çünki
qanadlarında mavinin izi var. Onlar uçuşunu mavinin
ixtiyarına buraxıblar. Azadlıq və həsrət qoxulu
duru, dərin, ilıq mavinin.
Yuxuma
gələn mavi ev, mən qeybə çəkilənə
qeder itmə gözümdən.
Bir də
gel.Gəl ki, uşaqlığım hər yuxudan oyananda
boynumu qucaqlasın. Yuxuna gəlmişdim -desin.
Gördünmü məni? Yaşadınmı məni?
Doydunmu
məndə?- desin.
...və
büsbütün rənglərə həkk etsin məni...
Susub,
bütün uşaqları yarasından tanıyıb,
yarasını öpüb getməsin, qalsın mavi kimi.
Aydan Ay
Türküstan.-
2019.- 29 oktyabr – 4 noyabr. S. 22.