Tamerlan
hekayə
Əli Osman oğlu Süleyman Soğanlınski istəmədən
Taraqayın oğlu Teymurun ayağını sındırdı. Süleyman onu qarabaqara
izləyən bu sırtıq körpələrdən
yaxasını qurtarmaq
üçün əlindəki
çomağı onlara
təfər tolazladı
və çomaq Teymurun düz qıçından tutdu.
Taraqayın oğlu ağrıdan çığırdı, dayanmadan
qışqırmağa başladı. Deyərdin ki,
o, heç vaxt səsini kəsməyəcək.
- Birdəfəlik başını
kəs getsin, bəlkə ağlı başına gələ!
- Süleymanın qonağı
Mustafa ona məsləhət
verdi.
- Sən nə danışırsan, yazıqdı
axı!- ev sahibi kədərli
halda cavab verdi. Sonra o, Teymuru qucağına
götürdü, rəngbərəng
parçayla sınmış
ayağını sarğılayıb
onu eyvana qoydu.
- Sən bir bunun
gözlərinə bax!
Qan çanağına
dönüb! Əgər
qismətində böyümək
varsa, böyüyəcək,
əlbəttə, axsayacaq,
amma çətin ki, kiminsə ona gücü çata! - Süleyman əlavə etdi və qonağı içəri apardı.
- Levan!- səs
gəldi.
- Buyurun, Nutsa xanım! - Nanuli qonşu arvadın səsini tanıdı.
İçində məktəb dəftərləri
və qızıl güllər olan böyük çantalı
bir xanım qapıdan içəri dürtüldü və bambuk çardağın altında kölgələndi.
- Nə zəhmət çəkirsiz, Nutsa xanım, hər gün... Kış-kış,
başı batmışlar!
Hər gün qızıl gül, qızıl gül... Cəhənnəm olun burdan!
- Yox, əşşi... Kış-kış, ay toyuq!
Nə əziyyəti var, əzizim Nanuli?! Kış-kış! Bunları
bağlı saxlamaq lazımdı, yoxsa bütün göy-göyərtinin
axırına çıxacaqlar!
Cəhənnəm ol,
ay toyuq!
- Hə, bağlı saxlayıram, amma bir yol tapıb
aradan cırırlar...
Kış-kış!
- Əzizim Nanuli,
quyruqlarını gödəldib,
qanadlarını da kəsmək lazımdı. Rədd
ol! Hələ bir xoruzlarına bax! Sırtığın
biridir, amma yaraşıqlıdır ha!
- Eeh! Məndə vaxt hanı,
bunlarla əlləşim?!
– deyə arvadım əlini yellədi.
- Çətin ki, bu həftə alınsın, amma gələn bazar yatan yerdə onlara bir əl
gəzdirərəm...
- Kömək edin, Nutsa xanım, məni bu yaramazların
əlindən qurtarın!- Nanuli dil-ağız
etdi və həmin dəqiqə də nəzakətlə soruşdu - Bəs siz bütün gün məktəbdə yorulmursuz?
- Özü də necə!- Nutsa
xanım ah çəkdi-
siz Allah fikir verin, görün, nə qədər dəftər var! İndi gəl bütün bunların hamısını oxu və düzəliş et! Budur, Çiklauri
yazır ki, iki dəfə iki dörd də
edə dilər, beş də!
Apçiauri artıq dördüncü sinifə
gedir, amma axmaq bilmir ki,
yeddi dəfə beş neçə
edir. Di gəl ki, soruşsan, deyəcək, kosmonavt olmaq istəyirəm!
“Yeddi kərə beş neçə
edir ki?”- bu sual beynimdə fırlandı.
Qıpqırmızı oldum. “Biabırçılıq! Dayan-dayan! Üç dəfə beş
- on beş. On beş ilə on beş - otuz. Qaldı bircə dənə, yəni yeddinci beş.
Bu yeddinci beşi də otuzun üstünə gələndə
edir otuz beş... Yoxsa otuz
yeddi? Lap başım
şişdi ki! Yox e, nə otuz yeddi?!
Beş üstə gəl otuz - otuz beş
edir də!” Alnımdan axan soyuq təri
silib həyətə
çıxdım.
- Siz heç narahat olmayın, Nutsa xanım, lazım gəlsə, sizin Apçiauri hamısını lap yaxşı
hesablayacaq...
- Ooo! Nodar Vladimiroviç!
Salam! Necəsiz? Tfu, tfu,
göz dəyməsin,
keçən ilkinə
baxanda yaxşı görünürsüz! Düzünü
desəm, keçən
il biz hamımız sizə görə yaman narahat idik..
- Təşəkkür edirəm,
Nutsa xanım, indi babatam...
- Allah sizə can sağlığı
versin! Hə, indi gedirəm,
bazar günü isə, əzizim Nanuli, gəlib sizin toyuqlarınızla məşğul olacam.
- Çox sağ
olun, Nutsa xanım, Allah köməyiniz
olsun!
Qonaq ayağa
durdu, həyətdən
çıxdı və
alaqapını arxasınca
örtdü.
Onun haqqında
heç də xoş olmayan söz-söhbət gəzsə
də, Tamerlan bir elə də
ehtiraslı arvadbaz deyildi. Cəmi on ikicə arvad
Taraqayın oğluna bəs edirdi. Əmirlərdən, xanlardan,
sultanlardan və şahlardan kim
belə azsaylı hərəmxana saxlayıb?
Tamerlanın cəmi on ikicə
arvadı var idi - ay üzlü, qələm qaşlı, amma yenə də cəmi on ikicə arvad. Onlardan səkkizi pasanaur bazarından alınmış təmizqanlı
gürcü idi; doqquzuncu- “urus ölkəsi”ndən gətirilmiş
Nina Kurkotkina; onuncu- Kiyev getmanının varisi Yana Kuritsa; on birinci- monqol nəslini davam etdirmək üçün
uzaq Çindən gətilirlmiş, uzunboğaz,
qabarıq sinəli gözəlçə De-Da-Li
və on ikinci- Hokkaydo adasından olan yapon samurayların
xələfi, miniatür,
göyçək və
mehriban, qıyıqgöz
Çi-Çi-Li.
Vəssalam. Son nəfəsinədək
Tamerlanın bunlardan başqa arvadı olmadı, heç özü də başqa arvad istəmədi, istəsəydi,
guya kim
qüdrətli Tamerlanın
ehtirası qarşısında
tab gətirə biləcəkdi
ki.
Tamerlan- bu türkləşmiş monqol
İblisi, doğrudan da, qaniçən idi. Söz yox ki, bu topal yadelli
qansız və müharibəsiz qızıl
və mirvarinin, var-dövlətin içində
üzən, ay üzlü
on iki gözəldən
ibarət, çiçəklənən
hərəmə sahiblənə
bilməzdi.
O, on qonşu ölkədən
dördünün hökmdar
və sərkərdələrinin
axırına çıxdı.
Dörd şahın tacını başından şəxsən
özü çıxardı,
ülgüc kimi iti, böyük qılıncla qarınlarını
qəddarcasına yırtıb,
uşaqkən sındırılmış
ayağının üstündə
dikələrək, məğlub
olmuş düşmənlərinin
gözlərindəki son həyat
işartıları sönənə
qədər, içalatları
tökülə-tökülə tozlu çöldə süründürdü.
İndi Teymur Araqvin dərəsində düşərgə
salmış, sevimli arvadlarının əhatəsində,
zümrüdü ipək
çadırların qabağında
özünü Gürcüstanın
isti və zərif Günəşinə
verə-verə növbəti
qanlı hücumu gözləməkdəydi.
Həmin bazar günü çox tanınmış
bir rus şairi
hansısa şəxsi
və ictimai işlərlə əlaqədar
Saquramoya- mənim yanıma gəlmişdi. Günortayadək biz İlya Çavçavadzenin
bağ evinin həyətində gizişdik
və fürsətdən
istifadə edib bütün dünya ədəbiyyatını ələk-vələk
elədik.
Nanuli bambuk çardağın altına
narah süfrəsi açdı. Mənin rus dostum “odesa” sortunu yaman xoşlayırdı və indi o, bu məşhur içkini böyük ləzzətlə sümürürdü,
mənsə həkimlərin
mənə lütf etdiyi bir-iki qurtum çex pivəsi ilə kifayətlənməli idim.
Birdən bizim nəhəng xoruz hardansa peyda olub masanın
üstünə hoppandı. Mən, əlbəttə,
belə şeylərə
öyrəşdiyimdən buna
bir o qədər də əhəmiyyət vermədim, amma qonağım təəccübdən
diksindi. Xoruz qonağa baxdı, sonra isə üzünü mənə
çevirib soruşdu:
- Bu kimdi?
- Mənim dostum, rus şairi Yevgeni.- qonağı
təqdim etdim.
Xoruz bir daha onu
diqqətlə süzüb
qanadlarını elə
bərk çırpdı
ki, masanın üstündəki kağız
salfetlər havaya uçdu, çıxış
edəcəkmiş kimi
boğazını arıtladı,
boynunu gərərək
var gücü ilə banladı, Yevgenini göstərərək
onun bütün yaradıcılığını əzbər bilirmişcəsinə
mənə göz vurub “Bir buna
bax!” dedi. Sonra qabdan ən yekə, ən ləzzətli kabab tikəsini götürüb
masadan yerə tullandı və axsaya-axsaya asfalt çığırla çıxıb
getdi.
Nodar Dumbadze
Türküstan.- 2019.- 10-16 sentyabr.- S.22.