Vurğun Əyyub üçün dua

 

92-də sənəd verən kasıb uşaqların içində mən də vardım.

Onda Laçın yenicə dağılmışdı...

Evsiz-eşiksiz, düzlərdə sərgərdan qalan bir gəncin ali məktəbə daxil olması təsəvvürə gəlməz hadisə idi.

Sonralar hansısa yazımda bunu bataqlıqda batan bir adama qeybdən əlin uzanması ilə təşbeh edəcəkdim.

dediyim kimi, mən tək deyildim.

Mənim kimi minlərlə gənc vardı.

Heç kim o qarışıqlıqda həqiqətin bu səviyyədə təntənəsinə inanmırdı.

Bizi gələcəyə inandırdınız!

Adam olacağımıza, xalq olacağımıza, ölkə olacağımıza ümidimiz artdı.

Bunu siz etdiniz...

Testdən keçə bilməyənlərin içində doğma bacınız qızı da vardı.

Onu haqqı olan heç kimin yerinə qoymadınız.

Həqiqəti qohumluqdan, qardaş-bacı təəssübündən üstün tutdunuz.

Sizə heyran olduğum günlərin birində yeni yazdığımŞəkilhekayəsi haqqında məqalənizi oxudum.

O hekayə mənə əl uzatdığınız o ağır illərdən bəhs edirdi.

Sizə heç vaxt demədim ki, hekayədə təsvir olunan o ümidsiz günlərdə məni həyata bağlayan ən böyük səbəb siz idiniz.

ən maraqlısı: 60 yaşınız tamam olanda dəvətlilərin arasında mən vardım.

Bu, həyatım boyu dəvət aldığım ən şərəfli yubiley mərasimi idi.

Ölməyin, hocam...

Yandırdığınız elə bir işıqdır ki, sizin öz ölümünüz belə onu söndürə bilməz.

Amma yenə ölməyin.

İşıq yandıran insanın yaşadığı hər saniyə kardır.

Məmləkətə, xalqa, bataqlıqda qeybdən əl gözləyən hər kəsə...

Ölməyin...

Yaxşıların yaxşılıqların xatirinə...

Allahın xatirinə...

Bizim xatirimizə...

Ölməyin...

Yaxşılıqları yetim qoymayın.

 

Şərif Ağayar

 

Türküstan.- 2019.- 24 sentyabr.- 7 oktyabr.- S.24.