Qan gölü, əmirə kəllə hədiyyəsi, yerlə yeksan olan tarix...

 

Ötən yazılarımızda türklərin qədim zamanlardan islamaqədərki dövr arasında yaşadıqları inanclar, qəbul etdikləri dinlər və gündəlik mədəni həyatlarına təsiri haqqında məlumat vermişdik. Məlum oldu ki, inanclardan, inancların ən alisi olan Tanrıçılıqdan digər dinlərə keçmək çətin olmayıb. Bunun əsas səbəblərindən biri fərqli coğrafiyalara köç edərək qonşu xalqların dünyagörüşündən, mədəniyyətindən və inanclarından yararlanmaqları idi.

 

İstər türk dünyası alimlərinin inanclar haqqında yazdıqları ümumi kitablarda, istər də bizə öyrədilən dərsliklərdə islam dininin yaranması, qısa zamanda yayılması və türklərin də öz dinlərindən çıxaraq, islam dinini rahat və kütləvi şəkildə qəbul etmələri təbliğ edilməkdədir. Qüdrətli türk dövlətlərinin uzun əsrlər boyu islam bayraqdarı rolunu oynamasını da fakt kimi göstərmələri iddiaları daha da qüvvətləndirir. Türk-islam birliyini möhkəmlətmək üçün daha bir nümunə Çinlə Abbasi xilafəti arasında baş verən Talas döyüşündəki qələbə, bu döyüşdə türklərin ərəblərə könüllü yardım etməsi yazılmaqdadır. Bu anladılanlar türk-islam birliyinin möhkəmlənməsi üçün siyasiideoloji baxımdan uyğun təbliğat sayıla bilər. Lakin türk tarixində 670-740-cı illəri əhatə edən 70 illik qeyb olmuş bir mərhələ var. Kitablarda bu dövrün siyasi tarixindən qısa arayış verilməklə üzərindən keçilməkdədir. Maraqlı olan odur ki, Taləqan və Gürqan qətliamlarının baş verməsi haqqında qaynaqlarda məlumatlar varkən, bunu türk dünyası tarixçiləri islam adına gizlətməkdədir. Türklər qətl edildilər, şəhərlər viran qaldı, sərvətləri talandı, abidələri dağıdıldı, böyük köç dalğası başlandı və minlərlə insan kölə edildi. Necə oldu ki, bütün bunlar varkən türklər islamı qəbul etdilər? Sual yaranır, necə olur ki, Turan coğrafiyasına hökm edən, böyük ticarət yollarını nəzarətə alan, mədəniyyət yaradan, xalqlara döyüş dərsi verən bir imperatorluq, xanədan soyu birdən-birə Ərəbistan yarımadasından gələn atlılara boyun əydi?

 

Türklər necə müsəlman oldular?

REKLAM

 

www.mazdacx5.az

Daha ətraflı

 

İslam dininin yaranmasından bu günə kimi elə mənbələr qalmaqdadır ki, orada türklərin başına gətirilən bütün hadisələr, qətliamlar öz əksini tapıb. Bu mənbələr həm kənardan müşahidə edən müəlliflərin, həm saray tarixçilərinin, həm şairlərin yazdıqlarıdır.

 

İslam dini VII əsrin əvvəllərində Ərəbistanda meydana gəlmişdi. Yaradıcısı Məhəmməd Qureyşi adlı şəxs idi. Digər dinlərdəki kimi, burada da kitabın, ayələrin Allah tərəfindən mələklər vasitəsi ilə nazil olduğu iddia edilir insanlara təbliğ edilirdi. İlk dövrlərdə insanlar dinə dəvət edilir, qəbul edənlərin əvvəlki inancları ilə bağlı bütləri, ayin əşyaları məhv edilirdi. Dini qəbul etməyən toplumlarla isə ciddi qarşıdurmalar yaranırdı. İslam dinini yayan peyğəmbərin nəsli Rəşidilər xilafəti adı ilə tarixə keçən dövləti 630-cu ildən Məkkə ətrafında yaratdılar. Bu xüsusla dini tək ölkələrində deyil, qonşu bölgələrə yaymaq qərarına gəldilər. Bunun üçün işğal əsas idi. Çünki qonşu xalqların da öz inancları var, asanlıqla yeni dini qəbul etməyəcək, onlarla savaşacaqdılar. İşğal həm dövləti ayaqda saxlamaq üçün ticarət yollarının açılması, sərvət, kölə qazanmaq idi. Əsas hədəfləri cənub-qərbi Asiya, Mərkəzi Asiya İran idi. Sasani dövləti bu istiqamətdə böyük maneə idi. İlk hücumları da Sasanilər üzərinə oldu. 633-cü ildən 651-ci ilə kimi davam edən döyüşlərdə Rəşidilər xilafəti Sasaniləri bir neçə dəfə məğlub edərək, onların hakimiyyəti altında olan bütün torpaqları işğal etdilər dövlətin varlığına son qoydular. Bu yerlərin tarixi, mədəni abidələri, ehtişamlı sarayları islama zidd bütlər, abidələr adlandırılaraq məhv edildi, sərvətlər ələ keçirildi, işğal edilmiş ərazilər əmirliklərə bölünərək ərəblərə iqta (hərbi xidmət müqabilində torpaq) olaraq verilirdi. 661-ci ildən xilafətdə sülalə dəyişikliyi oldu hakimiyyətə Əməvilər gəldilər. Xilafətin başına keçər-keçməz bütün ucqarlara ərəb ailələri yaxud da hərbiçilərlə birlikdə ailələrini köçürməyə başladılar. Bu, həm bölgələrə nəzarət, həm islam dinini yaymaq, həm talançılıq məqsədi daşıyırdı.

 

705-ci ildə isə Azərbaycanın şimalında yerləşən Albaniya dövləti işğal edildi ərəb əmirlərinin idarəçiliyinə verildi. Beləliklə, şərqdə Seyhun çayına, şimalda isə Qafqaz dağlarına kimi bir coğrafiyanı əhatələyən dövlətin böyüməsinə nail oldular. Burada atəşpərəst əhaliyə islam dini qəbul etdirilir, xristianlardan isə sadəcə cizyə adlanan can vergisi almaqla kifayətlənirdilər. 725-ci ildə xilafətdə böyük siyahıyaalmadan sonra vergi tətbiq edildi vergilər məhsula görə deyil, torpağın sahəsinə görə alınırdı. Bu, kəndlilərlə yanaşı, feodalları da müflisləşdirdi xilafətə qarşı yerlərdə etriazlar başlandı. Bununla kifayətlənməyən ərəblər fərqli bölgələrə ərəb ailələri köçürərək, burada özlərinə həm etnik, həm dini dayaq yaratmış oldular.

 

Dini qəbul etdirmək adı altında ikinci işğal yolu Şimali Qafqazda qüdrətli dövlət olan Xəzərlər üzərinə açıldı. Ərəblər onları hələ albanlarla müharibələrdən tanıyırdılar xilafətin şimal sərhədi üçün təhlükə görürdülər. Onlar xəzərlərə islam dinini qəbul etdirib, Qara dənizə çıxış əldə etməklə, Bizansa həm dəniz yolu ilə zərbə vurmaq niyyətində idilər. Uzun sürən müharibələr, qərbdə Bizans həmlələri Xəzər dövlətini zəiflətdi onlar xilafətə məğlub oldular. Lakin ərəb qoşunları Mərkəzi Asiyada yürüşlərdə olduqlarından burada sadəcə ordu yerləşdirib, vergilər almaqla məşğul oldular. Moisey Kalankatlı yazır ki, xəzərlər üzərində qələbədə artıq müsəlman olmuş Alban hakim Aranşah Vaçaqan da öz ordusu ilə iştirak etmişdi.

 

Asiyada islam dininin yayılması

 

İslam dininin meydana gəldiyi dövlətin yarandığı dövrdə birinci Göytürk dövləti dağıldı türklər arasında bir ayrılıq dalğasının əsası qoyuldu. Onlar qollara ayrılaraq, öz xanlarını elan edir, ticarət karvanlarına qoşulur, yeni qazanc yerləri axtarırdılar. Mərkəzi Asiyadakı türklər isə soqdların köməyi ilə maniliyi qəbul edərək, oturaq həyata keçmişdilər. Onlar pambıq əkir, becərir İpək Yolu vasitəsi ilə İrana, oradan da Bizansa satırdılar. Göytürk imperatorluğunun zəiflədiyi bir dövrdə ərəblər Asiyada fəallaşmağa başladılar. ƏrəblərinƏt-tariku-l-həririadlandırdıqları İpək yolu ticarəti o bölgə xalqları üçün böyük qənimət demək idi. Ona görə bölgədə fəallaşan siyasi birliklərin ilk səfəri İpək yolu üzərindəki nəzarəti ələ keçirməklə, ticarəti tənzimləmək, gəlir əldə etmək idi. Ərəblər bu məqsədlə dövlət yaranan gündən Ceyhun ətrafına azsaylı ordular göndərmişdilər. Lakin bölgədəki güclü türk birliklərinin olması onları geri qayıtmağa vadar etmişdi. Beləliklə, ərəblərin türk yurdlarına hücumunun əsas üç məqsədi vardı: Yeni dini yaymaq, qənimət ələ keçirmək, dövlətin yaşaması üçün ticarət yollarını ələ keçirməklə onlara nəzarət etmək. Dini yaymaq digər ikisindən daha vacib idi. Çünki türkləri ancaq bu yolla ram edərək, birliyə dəvət edə bilərdilər.

 

İslam dininin türklər arasında yayılması 5-6 əsr çəkdi. Dini onlar arasında yaymaq üçün Rəşidi xəlifə Osmanın dövründə üç minə yaxın ordu Ceyhun çayı ətrafına gəlsə də ərazidəki türk bəylikləri onları məğlub edib, geri qaytara bilmişdilər. Əsas islamlaşdırma siyasəti Əməvilərin dövründə baş vermişdir. Xəlifə Müaviyənin əmri ilə bütün maneələri aşaraq Mərkəzi Asiyanı ələ keçirmək uğrunda mübarizəyə başlayan Əmir Həccac tərəfindən Xorasan valisi təyin edilən Kuteybə İbn Müslüm bölgədə islamlaşdırma adına olmazın qətliamlar törətmişdir.

(ardı var)

 

Şəhla Cabbarlı

Türküstan.- 2020.- 6-10 fevral. S. 9.