Ormandan Ermənistana: 18 yaşlı terror
yetirməsinin gözlərinə diqqətlə baxın
Düşmən ölkənin
tarix dərsliklərinin əhəmiyyətli hissəsi
anti-türk təbliğatı və böyük saxtakarlıqlara
həsr olunub
Bu gün dünyanın başı üzərindəki
əsas təhlükə terrorizmdir. Tarixi qədimlərə
kimi gedib çıxan bu məhvetmə prosesinin müasir
dövrdə bir çox formaları mövcuddur: Siyasi
terrorizm, iqtisadi terrorizm, dini-ideoloji terrorizm və s. Terrorun
bütün bunlar arasında daha dəhşətlisi və
qadağan olunmuş forması var ki, bu gün bir çox
dövlətlər tərəfindən həyata keçirilməkdədir
- dövlət terrorizmi.
1988-ci ildən başlayaraq Ermənistan dövləti
Azərbaycana qarşı terror hərəkatlarına
başladı və 90-cı illərdə bu, dövlət
terrorizmi həddinə çatdı. Terrorçu olmaq
üçün ermənilər hansısa bir ideologiyanı
sonradan qəbul etmirlər. Elə dünyanı dərk edəndən
bu ideologiya onların beyinlərinə yeridilir. Beşikdən
başlayan “türk sənin düşmənindir” təlimi
orta məktəblərdə də davam edir. Bugünkü
mövzumuz da Ermənistanda dövlət səviyyəsində
orta məktəblərdə terrorizmin şagirdlərin beyninə
açıq şəkildə yeridilməsi, dərsliklərdə
xüsusən Türk millətinə qarşı faşist
xarakterli “araşdırma”ların yazılmasıdır.
Ermənistan yaradıldığı gündən
qonşu dövlətlərin torpaqlarını işğal
edir, edə bilmədiyini də “qədim Ermənistan” adı
altında saxta xəritələr tərtib etməklə, təzyiq
altında saxlamağa çalışır. Bu xalq həm də
bütün Qafqaz xalqlarının dəyərlərini, mədəniyyətindən
oğurladıqlarını bir yerə yığıb mədəniyyət
düzəltməyə çalışır.
Acınacaqlısı da odur ki, bunu açıq-aşkar, edirlər.
Bütün bunlar azmış kimi, orta məktəb tarix fənni
dərsliklərini də qondarma məlumatlarla doldurublar.
5-6-cı sinif tarix kitablarında
özlərinin uydurduqları qədim tarixlərindən
uzun-uzadı yazırlar. İkiçayarasından, Aralıq dənizinə,
ordan isə Xəzər dənizinə kimi böyük əraziləri
əhatələyən “böyük Ermənistan” adlı xəyali
xəritələr yayımlayırlar. Bu, həmin ərazilərdə
yaşamış qədim xalqların, etnosların
varlığına, tarixinə təcavüz və həqarətdir.
Onların bu yalanını aşkara
çıxarmaq üçün aşağıdakı izaha
diqqət:
Ermənistan adı son dönəmlərin
sözüdür. Belə ki, Azərbaycanın qərbində Zəngəzur,
Göyçə bölgələri o qədər
füsünkar təbiətə, sıx meşəliyə
malik idi ki, Parfiya dövlətinin zamanında albanlar da, parflar
da buraya “orman”, yəni meşəlik ərazisi deyirdilər. Bunlar qədim mənbələrdə, kitabələrdə
öz əksini tapıb. Şahənşahlar,
adətən ormana ovçuluq üçün gedərlərmiş.
Sonralar Sasani dövləti, zamanı da buraya
ormanlıq, Orman Parfiyası deyilirdi.
Ərəb işğalından sonra ərazinin adında
dəyişiklik oldu. Ərəb dilində “a” və “o” hərfləri bir sait
hesab edildiyindən, ad birbaşa “orman” deyil, “armən”, “ərmən”
sözləri kimi dilə uyğunlaşdırıldı və
elə tələfüz olundu. Vergi
siyahıyaalması zamanı da, ərəb müəlliflərinin
qeydlərində də əmirliyin adı Ərmən, Ərməniyyə
kimi yazıldı. Bu zaman hay tayfaları Ərməniyyədə
yox, qeyri-dəqiq məlumatlara görə, İranın cənubunda
kiçik tayfa halında yerləşmişdilər.
Qaraqoyunlu dövlətinin varlığından Səfəvilər
dövrünə kimi ticarət və bəzi məqsədlər
üçün Ərməniyyəyə yəhudi və
hayların saya gələcək qədər bəzi tacirləri
ailələri ilə birlikdə köçürüldülər. Onlara
Üçmüədzin (Üçkilsə) deyilən yerdə
kilsə tikmək icazəsi verildi. Beləliklə,
zaman keçdikcə həm İranda yaşayan, həm də
Osmanlıda yaşayan haylar, fərqləndirmək
üçün Üçmüədzin ətrafındakı
haylara ərməniyyəlilər, ərmənlər dedilər.
200 illik
işğal və 2016-cı ildə AŞPA-da təsbit olunan
işğal faktı –
AZƏRBAYCANDA VƏTƏNDAŞ
CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM
ASSOSİASİYASI
Rus işğalları zamanında isə bölgəyə
Armeniya adı ilə müraciət edildi. Bu da ruslarda “ə”
hərfinin olmaması ilə bağlı idi. 1828-ci ildə “Türkmənçay” müqaviləsi
bağlandı, Azərbaycan torpaqları Rusiya və İran
arasında bölüşdürüldü və təsdiqləndi.
Bundan dərhal sonra Osmanlı və İrandan
köçürülən bütün hay ailələri erməni
adı ilə əraziyə yerləşdirildilər və
Rusiya imperiyası bölgədə onlara Ermənistan
çarlığı, sonra Ermənistan dövləti
yaradaraq, ərazilərimizə tam məskunlaşdırdı.
Dünyaya səpələnmiş onların soyundan olan
azsaylı haylar da erməni adlanmağa başladılar. Buna görə də son
dövrlərin adı olan “Ermənistan” sözünü 3 min
il əvvələ aid edib, qədim xəritə
uydurub “böyük Ermənistan” yazmalarına haqları yoxdur
və məntiqsizdir. Əgər “böyük
Ermənistan” var olmuşdursa, indi dünyada milyonlarla erməni
olmalı idi. Sual yaranır: O xalq hara getdi? Əgər soyqırım edilibsə, kütləvi
məzarlıqlar, qalıqar tapılmalı idi. Assimilyasiya olunublarsa, bu, Qafqazda yaşayan digər
xalqların da antropoloji quruluşunda əks olunmalı idi.
Lakin bu halların heç biri baş verməyib
və ermənilərin Qafqaz tipli etnos, xalq olmadıqları
sübut olunub.
7 və 8-ci sinif dərsliklərində bütün
yalanlarını davam etdirir, Naxçıvan, Qarabağ və
Gəncə əraziləri Şərqi Ermənistan kimi təqdim
edilir. Bu ərazilərin azad edilməsi gələcək nəsilə
tövsiyyə olunur. Onlar kitablarında
anti-türk siyasətini olduqca dərindən həyata
keçirirlər. Onların
yazdıqlarına görə, ermənilər ilk dəfə
Qafqaza işğala gələn Hun türkləri ilə
qarşılaşıblar, ikinci qarşılaşma, guya XII əsrdə
Qafqaza gələn oğuz-səlcuqlarla olub.
Ermənilər bunu dərslikdə
işğalçılıq, talançılıq, vəhşilik
kimi, türkləri isə yad, düşmən olaraq
yazıblar. Türklərə qarşı 1071-ci ildə Malazgird
döyüşündə bizanslılara dəstək olaraq
iştirak etmələrini böyük qəhrəmanlıq
kimi təsvir edirlər. Daha sonrakı
dövrlərdə Azərbaycan dövlətlərindən bəhs
edilmir. Yalnız türklərin erməniləri “əzməsi”,
“yox etməsi” ərazilərinin işğal edilməsi və
s. uydurma tarix yazıblar.
Erməni tarix kitablarında Azərbaycan Səfəvi dövlətinin
adı İran dövləti kimi qeyd edilir. Şahlardan
yalnız Şah I Abbasa sayğı duyulur. Onun dövründə Tehran və İsfahanda erməni
kilsəsinin tikilməsinə şahın icazə verməsi
İran ilə Ermənistan dostluğunun qədimliyini göstərmək
kimi yazılmaqdadır. 9, 10, 11-ci sinif tarix dərsliklərində
isə rusların gəlişini xilaskar dost kimi qələmə
veriblər. 1827-ci ildə İrəvan ətrafında
gedən döyüşlərdə ruslara kömək etməkləri
sədaqət rəmzi olaraq qiymətləndirilir.
Ãðóïïà êàðàáàõñêèõ àðìÿí âûñòóïèëà â ïîääåðæêó èññëåäîâàíèé
ïî ðàçîáëà÷åíèþ àðìÿíñêèõ ôàëüñèôèêàöèé
èñòîðèè — Íîâàÿ Ýïîõà
Ermənistan dərsliklərində anti-türk
siyasəti ilə yanaşı anti-islam siyasətinə də
geniş yer verilir. Onlar kilsələrin köməyi ilə
türklərə qarşı müharibə aparmalarından,
daim kilsənin xidmətlərini erməni xalqı üzərində
hiss etmələrindən uzun-uzadı bəhs etməkdədirlər.
XX əsrin əvvəllərində, guya
Osmanlı dövləti tərəfindən ermənilərə
qarşı törədilən uydurma “soyqırım” hadisəsinə,
bəlkə bir kitab həsr ediblər. Özlərini öz
torpaqlarında yaşayan sadə ermənilər kimi məzlumcasına
təqdim edir, ardınca məkrli ideologiyalarını
elan edirlər. Bu qisasın erməni xalqının
ömürlük qan davası olduğunu yeniyetmələrə
aşılayırlar. Zaqafqaziya Komissarlığı və
Seymin fəaliyyətindən də bəhs edir, guya tarixi Ermənistan
torpaqlarının böyük hissəsi Osmanlıda qalmaqla,
qalan hissəsində isə ingilislər Azərbaycan və
Gürcüstan adlı dövlət qurublar.
Sovet dövründə də Qafqazda ermənilərə
xüsusi imtiyazlar verildi. Qondarma “erməni soyqırımı”
məsələləri gündəmə gətirildi. Bizlərə
farsdan dönmə, azəri deyilərkən, ermənilər
Qafqazın ən qədim xalqı kimi təqdim edildi. SSRİ
Elmlər Akademiyasında “yan” soyad sonluğunu “ov”, “yev”ə dəyişərək,
rus imişlər kimi fəaliyyət göstərən ermənilər
tarixi ərazilərimizi saxtalaşdırmağa başladılar.
Qafqaz Albaniyasının Şirvan da daxil, Bakıya, Xəzər
dənizinə kimi xəritəsi cızıldı, əvəzində
Qarabağın Arsak vilayətini ayıraraq məqsədyönlü
şəkildə erməniləşdirdilər. Ermənilərə
etiraz edən azsaylı azərbaycanlı alimlərə isə
hədə-qorxularla, elmi işləri, adları əllərindən
alınacaq deyib, susdurdular. Eyni zamanda “ov”, “yev” soyadlı “rus”
alimləri misal çəkdilər ki, “o yerlərin tarixini biz
ermənilər yox, rus alimlər araşdırıblar”.
Mənfur qonşuların 80-ci illərdən
yenə də Azərbaycan torpaqlarına iddiaları baş
qaldırmışdı. Onlar Qazax, Gədəbəy, Tovuz
rayonlarına iddialı idilər. 1987-ci ildə anti-türk
siyasəti açıq şəkildə nümayiş
etdirildi. Onlar İrəvanda yaşayan azərbaycanlıları
deport etməklə yanaşı, Qarabağ üçün də
kütləvi mitinqlərə başladılar. Adını isə
“Qarabağ Azadlıq Hərəkatı” qoydular. Xocalı
soyqırımını isə erməni xislətinə
uyğun olaraq, “vətənin azadlığı”, “qəhrəmanlıq
dastanı” kimi orta məktəb dərsliklərində
yayımlamaqdan çəkinməyiblər.
Terrorizmi, anti-türk ideologiyasını
özünü dərk edəndən və orta məktəb
dövründə uşaqların, yeniyetmələrin
düşüncələrinə o dərəcədə yerləşdirirlər
ki, onlar beyni yuyulmuş şəkildə bizlərə nifrət
edirlər. Nifrət o qədər güclü
aşılanır ki, Qarabağda, Göyçədə,
İrəvanda dağıdılan abidələrimiz o gənclərə
maraqlı olmur, görmürlər. Halbuki, həmin abidələr
ermənilərin bizim Qafqaza gəlişimizi təqdim etdikləri
XII əsrdən də yüzilliklər əvvələrə
aparır.
Hərdən cəmiyyətimizdə müxtəlif
siyasi ideologiyalara mənsub şəxslərin səngərdəki
əsgərimizlə üz-üzə dayanan, 18 yaşlı
erməni əsgərinin heç bir günahı
olmadığını səsləndirirlər. Lakin onlar dərindən
araşdırsalar, görərlər ki, həmin 18
yaşlı erməninin oxuduqları, bizə nifrəti o qədərdir
ki, biz ermənilərə qarşı yüz ildə xalq
olaraq o qədər nifrət yarada bilmərik. Həmin erməni
əsgəri səngərdə keşik çəkmir. Onun
ideyası torpaqlarımızı, ta Bakıya qədər
işğal etməkdir!
Erməni əsgər
qarın boşluğundan aldığı güllə
yarasından ölüb
Müəllif:
Şəhla Cabbarlı
Türküstan.- 2020.- 29 sentyabr.-
S.8.