Xorvatiyanın
Bakıdakı səfiri: “Ölkəmizə getmək istəyən
Azərbaycan vətəndaşlarına vizalar 20 dəqiqəyə
verilir”
Xorvatiya
Respublikasının Azərbaycandakı Fövqaladə və
Səlahiyyətli səfiri Branko Zebic Modern.az saytına
müsahibə verib.
Hörmətli
Branko Zebic, artıq bir ildir ki, Bakıdasınız. Bizdə
olan məlumata görə Xorvatiya Respublikasının Azərbaycandakı
ilk səfiri də, məhz sizsiniz. Bu barədə daha ətraflı
cənab səfirin özündən eşitmək maraqlı
olardı.
Bəli.
Doğrudur. Mən 2019-cu il Sentyabrın 24-də öz etimadnaməmi
Azərbaycan
Respublikasının prezidenti İlham Əliyev cənablarına
təqdim etdim və Xorvatiya Respublikasının Azərbaycandakı
ilk rezident səfiri oldum. Bu vəzifə borcu mənim
üçün böyük bir şərəfdir. Məlumat
üçün bildirmək istərdim ki, Xorvatiyanın
Bakıdakı səfirliyinin rəsmi açılış mərasimi
2019-cu ilin Aprel ayında oldu və demək olar ki biz diplomatik
korpusda yeniyik.
Səfirliyin
Azərbaycanda fəaliyyət müddəti ərzində hansı işlər
görülüb?
Bu
müddət ərzində ölkələrimiz arasında
ikitərəfli əlaqələrin güclənməsi
üçün çalışmışıq. Səfirliyin
bəzi işçiləri Azərbaycana yenicə gəlməyə
başlayırlar. Konsulumuz Bakıya 14 gün əvvəl gəlib.
2019-ci ilin Aprel ayından etibarən Xorvatiyaya getmək istəyən
Azərbaycan vətəndaşları vizalarını almaq
üçün daha İstanbula və ya Ankaraya getmək məcburiyyətində
qalmadılar. Birbaşa olaraq Bakıdakı səfirliyimizə
müraciət edərək vizalarını ala bilirlər. Səfirlik
öz fəaliyyətinə başlayandan bir çox Xorvat və
Azərbaycan şirkətləri arasında əlaqələrin
qurulmasına töhvə verdi, “BakuTel” sərgisində(2018-ci
və 2019-cu illərin noyabr aylarıda) iştirak edən
Xorvat Şirkətlərinə bütün lazimi köməkliyi
göstərdik. Biz Xorvatiyanın Azərbaycandakı səfirliyi
olaraq nəinki siyasi, sosial və biznes sahələrində, eləcə
də, mədəni sahədə əlaqələrin
qurulmasında maraqlıyıq. “Müxtəliflik
qığılcımı” (“Flash of Diversity”) adlı
böyük bir foto sərgisini keçirdik. Həmçinin
“Ad Gloriam Brass” adlı Xorvatiyanın nəfəsli musiqi alətləri orkestrini Bakıya gətirdik və
onlar Xorvatiya müstəqilliyinin 27-ci il dönümünə
həsr olunmuş tədbirdə uğurlu performansla
çıxış etdilər. Xorvatiya Hökümətinin
vitse-prezidentinin və həmçinin Xarici və Avropa işləri
nazirinin və daha sonra Azərbaycan-Xorvatiya Parlamentlərarası
dostluq qrupunun Azərbaycana rəsmi ziyarətini təşkil
etdik. “Cənub Qaz Dəhlizi” üçün təşkil
olunan Məşvərət Şurasının iclasında bu
layihənin bir üzvü kimi Xorvatiya Energetika Naziri də fəal
iştirak etdi.
Cənab
səfir, Xorvatiyanın Bakıda yeni açılmış səfirliyindən
vizaların alınması hansı müddətə
aparılır? Mümükünsə Azərbaycan vətəndaşlarının
Xorvatiyaya viza almaq üçün ödəyəcəyi
rüsumu açıqlaya bilərsiniz?
Çox
maraqlı bir məqama toxundunuz. Yəqin ki, bir çox Azərbaycan
vətəndaşı Xorvatiyanın Azərbaycanda səfirliyinin
olmasından və onun fəaliyyət göstərdiyindən
xəbərsizdir. Səfirliyimiz məhz vizaların verilməsini
maksimal dərəcədə diqqətdə saxlayır.
İndiyədək viza üçün müraciət edənlərin
sayının az olmasına görə Xorvatiyaya getmək istəyən
Azərbaycan vətəndaşlarına vizalar bugün, səfirliyimiz
tərəfindən 20 dəqiqəyə də, verilə bilər.
Yayda isə bu proses 1-3 gün təşkil edə bilər.
Vizanın bir nəfər üçün olan qiymətinə
gəlincə isə bu 35 Avro və ya 68 manat 60 qəpik təşkil
edir.
Xorvatiya-Azərbaycan
əlaqələri son illərdə sürətlə
inkişaf etməkdədir. Xorvatiyanın hazırdakı
Prezidenti xanım Kolinda Qrabar- Kitaroviçin Azərbaycana səfərindən bir müddət sonra, Azərbaycan
Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri
baş tutdu. Qarşılıqlı səfərlər çərçivəsində
hansı sahələrdə əməkdaşlıq əldə
olundu?
Doğru
vurğulayırsınız. 2016-cı ildə xanım
Kitaroviçin , daha sonra 2018-ci ilin Sentyabr ayında cənab
İlham Əliyevin
qarşılıqlı səfərləri hər iki
ölkənin ikitərəfli əlaqələrinin güclənməsinə
təsir göstərdi. Sonuncu ziyarətdən sonra Mədəniyyət
və Kənd Təsərrüfatı sahəsində iki rəsmi
sənəd imzalandı. Ölkə
başçılarının yüksək səviyyədə
keçirilən rəsmi ziyarətləri bizim strateji və
siyasi əməkdaşlığın yüksək səviyyədə
olduğunu təsdiqləyir. Qeyd etdiyim kimi prezidentlərin
qarşılıqlı səfərlərindən sonra,
Xorvatiya Hökümətinin vitse-prezidentinin və həmçinin
Xarici və Avropa İşləri Nazirinin Azərbaycana rəsmi
səfəri baş tutdu. Xorvatiyanın Xarici və Avropa
işləri naziri, Bakıda səfirlik açmaqdan başqa,
rəsmi səfər çərçivəsində buradakı rəsmi dövlət məmurları
ilə görüşlər keçirdi. Eyni zamanda Biznes Forum
təşkil olundu və hər iki tərəfin şirkətləri
bu forumda iştirak etdi. Bu rəsmi səfərlər bizim ikitərəfli
əlaqələrin bir neçə istiqamətini yaratdı.
Bu görüşlərin konkret nəticələrin biri də,
Xorvatiyanın Azərbaycandakı nümayəndəliyinin
genişləndirilməsi və ilk rezident səfirin təyin
olunmasıdır.
Hörmətli
cənab səfir, ölkələrimiz arasında ümumi
ticari və iqtisadi dövriyyənin həcmini açıqlaya
bilərsiniz?
Ölkələrimiz
arasında ixrac-idxal dövriyyəsinin aparılması və
yüksəlməsi bizim əlaqələrin inkişafı
üçün çox vacibdir. Bu məbləğ son
hesablamalarımıza görə 370 milyon dollardan çoxdur.
Buna baxmayaraq bu rəqəmdə balans pozulur.
Çünkü bu məbləğdə əsas
üstünlüyü Azərbaycandan Xorvatiyaya idxal olunan xam neft təşkil edir. Biz bu
dövriyyəni şaxələndirməli və inkişaf
etdirməliyik. Xüsusilə də qeyri-neft sektorundakı
mübadiləyə diqqət yönəltməliyik. Biz
iqtisadi cəhətdən ikitərəfli investitsiyaların
sayını artırmalıyıq. Düşünürəm
ki, İnformasiya Texnologiyaları, Gəmiqayırma, dərman
istehsalı və turizm sahələrində əməkdaşlıqlarımızın
qurulmasında potensial daha çoxdur.
Bakı
ilə Xorvatiya paytaxtı Zaqrebi müqayisə etsək
hansı oxşarlıq və fərqləri görərik?
Öncə
onu qeyd etmək istərdim ki, hər iki şəhər turistləri
cəlb edəcək qədər gözəldir. Həmçinin
oxşar cəhətlərə qonaqpərvərliyi də, əlavə
etmək olar. Əsas fərq isə odur ki, Bakı daha
böyükdür. Eneji və intuziazm Bakıda daha çoxdur. Siz
Bakıda dünyanın bütün mətbəxlərini,
böyük biznes qüllələri və böyük
tıxaclar tapa bilərsiniz. Zaqreb isə Mərkəzi
Avropanın tipik şəhərlərindən biridir və bir
milyondan az sakini olan və həmçinin öz tarixi mədəniyyəti
olan mədəni müxtəlifliyi ilə nisbətən sakit
şəhərdir.
Cənab
Branko Zebic, qədim tarixə malik olan Xorvatiyanın hazırda əsas
gəlir mənbəyi nədir?
Xorvatiyanın
əsas gəlir mənbəyi
turizm sektorudur. Ölkəmizin Ümumi Daxili Məhsulunun
25%-ni məhz turizm təşkil edir. Əgər ÜDM-a
baxsaq, orada şirkətlərin çoxunun KOB-lar (kiçik və
orta səviyyəli sahibkarlıq) təşkil edir. . Bu sahə
bizdə də, digər avropa ölkələri kimi ən
çox gəlir verən sahələrdən biridir.
Bildiyimiz
kimi Xorvatiya Mərkəzi Avropann ən məşhur turistik
ölkəsidir. Bəs il ərzində Azərbaycan-Xorvatiya və
əks istiqamətdə gedən turistlərin sayı nə qədərdir? Bu say sizi qane edirmi?
Xorvatiya çox məşhur turistik
yerdir. Son illərin statistik nəticələrinə əsasən Xorvatiyaya 20 milyona qədər turist
gəlib. Nəzərə alsaq ki Xorvatiyanın 4,2 milyon əhalisi
var, bu çox böyük bir rəqəmdir. Azərbaycandan gələn
turistlərin sayına gəlincə isə bu say getdikcə
artmaqdadır. 2019-cu ilin ilk 11 ayında Azərbaycandan
Xorvatiyaya gedən turistlərin sayı 1597 olub. 2018-ci ildə
isə bu say 1154 təşkil edirdi. Maraqlıdır ki,
Xorvatiyadan Azərbaycana gələn turistlərin sayı, Azrərbaycandan
Xorvatiyaya gedən turistlərin sayından çoxdur.
Düşünürəm ki, bu rəqəm daha da
artmalıdır. Bunun üçün də ən
yaxşı həll yolları vizaların verilməsini
asanlaşdırmaqdır ki, biz bunu artıq etmişik. Xorvatiya
turizminin Azərbaycanda təqdimatının keçirilməsi
və həmçinin Bakı ilə Xorvatiyanın bəzi
turistik şəhərləri arasında çarter
uçuşların açılması
planlaşdırılır.
Xorvatiya
futbolunun son illərdəki sürətli inkişafı və
qazandığı tarixi qələbələrin təməlində
sizcə nə dayanır?
Xorvatiya
futbolunun inkişafı yalnız son illərə aid deyil.
2018-ci il Dünya Kuboku üçün gedən
yarışlarda millimiz ikinci yeri tutdu. 1998-ci ildə Fransada
keçirilən futbol
yarışmasında isə millimiz üçüncü yeri
tutmuşdu. Sizin sualınızın konkret cavabı,
Xorvatiyanın yaşı uzun illərə söykənən
futbol ənənələrinin olması və bu idman
növünün ölkəmizdə böyük marağa
sahib olmasıdır.Ölkəmizdə yaşayan hər
oğlan demək olar ki,
futbolçu olmaq istəyir. Bizim minlərlə hər səviyyəyə
aid futbol klublarımız var. Buna görə də seçim
böyükdür və cavan və azyaşlı
futbolçularımızla görülən işlər uzun
illərdir ki, sistematikdir . Daha bir səbəb kimi isə
Xorvatların daha yaxşı və fiziki cəhətdən
daha güclü idmançı olmalarıdır.
Cənab
səfir bildirdiniz ki, Xorvatiyada yaşayan hansı
uşaqdan soruşsaq
futbolçu olmaq istədiyini söyləyəcək. Bəs
siz özünüz necə, uşaqlıqda futbolla məşqul
olmusunuz?
Əlbəttə
ki, mən də uşaq yaşlarımdan futbolu çox sevdim
və futbolla məşqul
olmağa başladım. Zaqreb- Dinomo və Zaqreb-Lokomotiv futbol klublarının üzvü
idim. 21 Yaşımda çox təəssüf ki,
yarışlardan birində ayağımdan dərin zədə
aldım və futbolla əbədi olaraq vidalaşmaq məcburiyyətində
qaldım.
Son
illərdə Azərbaycan Milli Futbol Komandasının baş
məşqçisi Xorvatiyalı mütəxəsis Nikola
Yurçeviç oldu. AFFA-nanın son qərarı ilə isə
Yurçeviç tutduğu vəzifədən azad olundu. Yəqin
ki, bu barədə məlumatınız var. Sizə görə
həmyerlinizin vəzifəsindən
azad olunması nə ilə bağlıdır?
AFFA-nın
qərarına gəlincə düşünürəm ki, bu
qərar Azərbaycan millisinin
2020 Avropa çempionatının seçmə mərhələlərində
sadəcə bir xal qazana bilməsi ilə bağlıdır.
AFFA-nın bu qərarı çox da böyük bir təəcübə
səbəb olmadı. Lakin mən düşünürəm
ki, AFFA-nın verdiyi bu qərar təkcə məşqçi
ilə bağlı deyildir. Azərbaycan futbolunun struktur dəyişikliklərinə
ehtiyac var. Bu gün Azərbaycan futbolu dəyişikliklər
üçün düzgün istiqamətdədir. Azərbaycanda
uşaq futbolçularla xüsusi işlər görülməyə
başlanıldı. Həmçinin düşünürəm
ki, uşaq futbol akademiyalarına bu sahədə investisiya
yatırılması çox yaxşı olardı. Bu dediklərimə
gözəl nümunə kimi “Dinomo-Zaqreb” və “Sabah” futbol
klubları arasında əməkdaşlıq müqaviləsinin
imzalamaları oldu. Azərbaycanda uşaqlarla və gənc
futbolçularla işləmək üçün gənc məşqçilər
gətirilib və onlar gənc futbolçularla işləyirlər.
Mən düşünürəm ki, futbol sahəsində
Azrbaycan daha yaxşı nəticələrə əldə
etmək üçün struk dəyişiklikəri etməli
və cavanlarla xüsusi işləməlidir.
Sizcə
ölkələrimizin futbol sahəsindəki
yaxınlığı siyasi müstəvidəki
yaxınlığına təkan verə bilərmi?
İdman bütün cəmiyyətlərdə
ən vacib fəaliyyətlərdən biridir və bir
çox sahələrdə körpünün yaranmasına
köməklik edir.
Azərbaycan-Xorvatiya
mədəni əlaqələrinin inkişafında hansı tərəf
daha çox maraqlıdır? Azərbaycan, yoxsa Xorvatiya? Bu barədə
nə kimi planlarınız var?
Hər
iki tərəfi bu məsələ maraqlandırır. Mədəniyyət,
idman, turizm – bütün bu sahələri insanlararası əməkdaşlıq
adlandıra bilərik. Bu hal hazırda ölkələr
arasında ən vacib əməkdaşlıq
formasıdır. Mən həmişə insanlararası əməkdaşlıq
tərəfdarı olmuşam və bir birimizi daha yaxından
tanımaq gələcəkdəki
əməkdaşlıqlar üçün yeni fürsətlərin
yaranması istiqamətində çalışacağam. Bizim
xalqların yaxınlaşması üçün mən bir
ildən artıqdır ki çalışıram və demək
istərdim bu müddətdə Xorvatiya Səfirliyi iki
böyük mədəni tədbir təşkil etdi: “Müxtəliflik
qığılcımı” (“Flash of Diversity”) adlı
böyük bir şəkil sərgisi və “Ad Gloriam Brass”
adlı Xorvatiyanın nəfəsli musiqi alətləri
sekstetinin Azərbaycan Dövlət Filarmonyasında konserti oldu
və onlar uğurlu performansla çıxış etdilər.
Biz həmçinin planlaşdırıq ki, Xorvatiya milli
musiqinin ifa edən Vokal ansamlının Azərbaycanda konsertini
təşkil edək, həmçinin sərgi keçirək.
Branko Zebic.
Türküstan.– 2020.–
7-13 yanvar. S. 15.