“MÜASİR AZƏRBAYCAN TARİXİ-ETNİK

TORPAQLARIMIZIN ONDA BİRİNDƏ QURULUB”

 

Parçalanmış Azərbaycanı birləşdirmək XXI əsrdə əsas hədəfimiz olmalıdır!

 

Bütöv Azərbaycan Hərəkatını yaratmaq, Azərbaycanın bütün torpaqlarını birləşdirmək və Azərbaycanın bütün tarixi-etnik coğrafiyasında Azərbaycan dövlətçiliyini bərqərar etmək bir zərurətdir!

 

Xəzər-Qara dəniz-Kəngər (Bəsrə) körfəzi arasında yerləşərək Geostrateji baxımdan Turküstan (Şərq türklüyü) və Anadolu (qərb türklüyü) arasında bir bağ, körpü rolu oynayaraq Türk dünyasının etnik-cografi-kültürəl bütünlüyünu təmin edən Azərbycanın (1813-1828-ci illərdə Bütöv Azərbaycan sahəsi-410 000 kv.km olmuşdur.

Parçalandıqdan sonra Güney Azərbaycan ərazisi-280 000 kv.km olmuşdur. Quzey Azərbaycan ərazisi-130 000 kv.km olmuşdur) cənub-qərb bölgəsi olan Mosul, Ərbil, Kərkük, Süleymaniyyə şəhərləri 1534-cü ildə Səfəvi və Osmanlı dövləti arasında gedən müharibədə Osmanlı İmperiyasının tərkibinə qatılmış, 1926-cı ildə Türkiyə ilə İngiltərə arasında baglanan 5 iyun müqaviləsi ilə Mosul, Kərkük, Süleymaniyyə elləri Ərəb İraq dövlətinin müstəmləkəsi olmuş, burda bir ərəb assimilyasiya siyasəti uygulanmışdı. İraq Amerika Birləşmiş Ştatları Dövləti tərəfində işgal edildikdən sonra Azərbaycanın bu torpaqlarında Quzey İraq Kürd dövləti qurulmuşdur.

1736-cı ildə Borçalı Nadir Şah Avşar tərəfindən Gəncə bəylərbəyliyindən alınaraq Gürcü Kartli-Kaxeti çarlıgına bagışlanmış, 1801-ci ildə Rusiya ilə Gürcüstan arasında baglanmış "Georgiyevski Aktı" nəticəsində Gürcüstanla birlikdə Rusiya tərkibinə qatılmışdı. Sovetlər Birliyi dagıldıqdan sonra Gürcüstanın tərkibində qalmışdır. Hal-hazırda Azərbaycan türklərinin Borçalını tərk etməsi və Borçalının Gürcü torpagına çevrilməsi siyasəti uyğulanmaqdadır.

XIX əsrin birinci yarısında Türk Qacar imperatorluğu ilə Rusiya imperiyası arasında gedən savaşlar nəticəsində 1813 (Gülüstan), 1828 (Türkməncay) illərdə baglanmış müqavilələr əsasında Azərbaycan Araz çayı sərhəd olmaqla iki hissəyə – GüneyQuzey hissələrə parçalanmışdır.

Quzey Azərbaycanın parçalanması

Quzey Azərbaycan Rusiya imperiyasının müstəmləkəsinə çevrilmiş, burada ruslaşdırma xristianlaşdırma, soyqırım həyata keçirilmiş, sünni-şiyə ayrımçılığı salınmış, milli inkişafın qarşısı bütün shələrdə alınmışdir.

Çar Rusiyasında həyata keçirilən 1840-cı il islahatları zamanı Azərbaycanın Rusiya tərkibinə qatılan hissəsinin quberniyalara bölünməsi nəticəsində ərazisi 7 min kv.km.olan Dərbənd, Altıparın, Axtı, Doqquz Parın, Qaytaq və digər ətraf rayonlar Dagıstan viləyətinə birləşdirildi. Hazırda Dagıstan Rusiya müstəmləkəsidir və burda ruslaşdırma siyasəti bütün gücü ilə həyata keçməkdədir.

1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ümumi ərazisi 114 000 kv.km olmuşdur. Azərbaycan Respublikasının ərazisi 1919-cu ildə Paris Sülh Konfransına təqdim olunan Memorandum çərçivəsində təsbit olunmuşdu.

Azərbaycana yenidən sahiblənmək üçün Siyasi-Hərbi Doktrinaya sahib olmalıyıq. Bu doktrinanın əsasında 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayədə heyətinin Paris Sülh Konfransına təqdim etdiyi Memorandumda irəli sürülən on dörd bənddən ibarət “Qafqaz Azərbaycanı Respublikasının nümayəndəliyinin Paris Sülh Konfransından tələbləri” adlı sənəd əsas götürülməlidir. Azərbaycan Cümhuriyyətinin sərhədləri və torpaqlarrı bu Memorandumda əks olunmuşdur.

Bu tarixi-hüquqi sənədə əsaslanaraq Azərbaycan bu Memorandumda əks olunmuş torpaqlarımıza sahiblənmək iddiasını yenidən qaldırmalıdır. Bu sənəddə Azərbaycan Respublikasının əraziləri bütün Qafqaz ərazisinin 39 faizini təşkil edirdi. Memorandumda Qafqaz Azərbaycanın ərazisi Çar Rusiyası dövründəki inzibati-ərazi bölgüsü əsasında göstərilmişdi.

1.Bakı Quberniyası-Bakı şəhəri,Bakı,Cavad,Göyçay,Şamaxı,Quba,Lənkəran qəzaları:

2.Yelizeavetpol (Gəncə) Quberniyası-Gəncə, Cavanşir, Nuxa, Ərəş, Şuşa, Cəbrayıl, Zəngəzur, Qazax qəzaları:

3.İrəvan Quberniyası-Naxçıvan, Şərur-Dərələyəz, Sürməli qəzaları,Yeni Bəyazid, Eçmiədzin, İrəvan, Aleksandrapol qəzalarının bir hissəsi:

4.Tiflis Quberniyasında –Tiflis, Borçalı və Signaq qəzalarının böyük hissəsi:

5.Zaqatala qəzası:

6.Dagıstan regionunda Kurinə və Samur nahiyələrini əhatə edən ərazinin bir hissəsi,Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla Kaytaq-Tabasaran qəzzasının bir hissəsi:

7.İrəvan və Tiflis quberniyalarında və Zaqatala dairəsində bu momerandumda adı çəkillməyən bir sıra kiçik ərazilər də Azərbaycana daxildir.

Paris Sülh Konfransına təqdim olunan bu Azərbaycan torpaqları üzərində yüksəlmiş Azərbaycan Cümhuriyyətinin hüquqi ərazilərinə indi biz iddia etməliyik. Qərbi Azərbaycan və Qarabağ probleminin həllində bu Memorandum əsas götürülməlidir.

Lakin bu ərazilər SSRİ dövründə parça-parça edilmişdir. Bu Memorandumda əks olunmuş ərazilərin adlarını yuxarıda çəkdim.İndiki Ermənistan və Gürcüstan əslində bizim torpaqlar üzərində yaradılmışdır. Qoy oxucu yuxarıda sadaladdıgım, Memorandumda əks olunan ərazilərin necə bölüşdürülddüyünü müqayisə etsin.

"Türkmənçay" müqaviləsindən sonra Azərbaycanın tarixi ərazisində Ermənistan dövlətinin yaradılması və genişlənməsi prosesi baş vermişdir. Bu proses 3 mərhələdə və formada həyata keçirilmişdir.

1. Azərbaycanın Qərb torpaqlarında ( tarixi İrəvan xanlıgı) yerli türklərə qarşı etnik təmizləmə, soyqırım, siyasəti həyata keçirilərək Ermənistan dövlətinin yaradılması.

Əsası Rus çarı I Pyotr tərəfindən qoyulan ermənilərin himayə edilməsi siyasəti sonralar digər rus çarları və Sovet Rusiyası tərəfindən davam etdirilib. 1828-ci ilin mart ayının 21-də çar I Nikolayın əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının inzibatı ərazisində müvəqqəti “erməni vilayəti” yaradıldı və İrəvan (Yerevan) şəhəri paytaxt kimi ermənilərə “hədiyyə” edildi. 1876-cı ildə II Yekaterina ermənilərin xüsusi himayə edilməsi haqqında əmr imzalamışdır.

1828-1830-cu illərdə Azərbaycana İrandan 40 min, Türkiyədən 84 min erməni köçürülmüşdür

Beləliklə dünyanın hər tərəfindən ermənilər “erməni vilayətinə” köçürülmüş, türklərin əlindən torpaqlarıalınaraq ermənilərə verilmiş, himayə edilmiş, silahlandırılmış, təşkilatlandırılmış, Ermənistan dövlətinin qurulmasını hədəf alan bir millət kimi formalaşdırılmışdır. 1905-ci illərdən etibarən isə QafqazdaAnadoluda Türklərə qarşı Ermənilərin siyasi-hərbi-terror mübarizələri başlanmışdır.

2. SSRİ dövründə Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi.

1918-ci il mayın 29-da Anadolu ilə Azərbaycanı birləşdirən İrəvan xanlıgının torpaqları təxminən 9 min kv.km.olan ərazi Batum müqaviləsi ilə Ermənistanın Azərbaycanla konfederativ dövlət şəklində birləşdirilməsi şərtilə ermənilərə güzəştə gedilmişdir. Lakin Ermənilər bu şərti pozmuş, tarixi Türk torpaqları üzərində Ermənistan dövləti yaratmışlar. Nəticədə Şərq(Türküstan),Qərb(Anadolu) türklüyü arasında tampon xristian erməni dövləti yaradılmaqla Türk dünyasını cografi, kültürəl bütünlüyü pozulmuşdur.

Çar Rus İmperiyası dagıldıqdan sonra 1918-ci ilin 28 mayında Quzey Azərbaycanda qurulmuş Müstəqil Azərbaycan Demokrtik Cümhuriyyəti Rus Bolşevik Qızıl Ordusu tərəfindən 1920 –ci ilin aprelin 27-də işgal edildi.

Bundan sonara, Rus Sovet imperiyasının 1 dekabr bəyanatına əsasən, Zəngəzurun bir hissəsi (4505 kv.km)- Qafan ,Gorus, SisyanMehri bölgələri Ermənistana birləşdirildi.

1920-ci ildə Naxçıvanın Ordubad, Şahbuz, Şərur rayonlarının bir hissəsi, 1922-ci ildə Goyçə gölü hövzəsindəki Dərəçiçək, Kəvər və Basarkeçər bölgələri Ermənistana verilib.

1922-ci ildə Dərələyəz ərazisi, 1929-30-cu illərdə Əldərə, Lehvaz, Astazur, Nüvədi və.s. kəndlərin Ermənistana verilməsi və bu ərazidə Mehri rayonunun yaradılması nəticəsində Naxçıvan bölgəsi Azərbaycandan qoparılıb.

1938-ci il martın 5-də Sədərək və Kərki ətrafındakı ərazilər Ermənilərə verildi.

1946-cı ildə M.C.Bagırov tərəfindən 40 kv.kmlik meşə sahəsi Ermənilərə verilmişdir. 1969-cu ildə Vəli Axundov tərəfindən 7,6 kv.km-lik ərazi ermənilərə verilib. 1980-ci ilin ortalarında Ordubadın KotamKilid kəndlərinin bəzi hissələri Ermənistana verildi.

 

Ardı gələn sayımızda

 

Yasəmən Qaraqoyunlu

 

Türküstan.- 2021.- 21-27 sentyabr.- S.8.