Qımır kəndinin fəxarətli oğlu...

 

Düşmənin hərbi vertalyotunu məhv edən Musa Nuhiyev...

 

Bizim xalqımız tarixlər boyu yadelli işğalçılara qarşı mərdliklə mübarizə aparıb, yurdumuza, ellərimizə, obalarımıza göz dikənlərin layiqli cavablarını vermişik. Havadarlarının köməyi ilə üstümüzə şığıyıb gələn düşmənlə son damla qanadək döyüşmüşük. Yəni, düşmən qabağından dönmək bizə yaraşmayan sifətdir: ya üstümüzə ayaq açan bədxahlara qarşı qılınc çəkib döyüşməli, qalib gəlməli, qazi olmağa hər zaman hazır olmalıyıq, ya da öz qeyrətimiz, namusumuz, torpağımız uğrunda şəhid olmalıyıq. Bu ulularımızdan bizə yetən ən böyük nəsihət və öyüddür...

...Həyatda qəhrəmanlıq, şücaət göstərmək məqamı kifayətdir. Bunun üçün isə ürək lazımdır, döyüş əməliyyatlarının ən qızğın məqamlarında ağıl-düşüncə, götür-qoy etmək lazımdır. Elə məqam yaranır ki, həmin anda düşüncə ilə hərəkət etsən artıq qəhrəmana çevrilirsən... İkinci Vətən müharibəsində məhz Azərbaycanımızı Vətən cəfakeşini ulularımızın öyüd-nəsihətlərinə əməl edərək, ağıl və düşüncə ilə döyüşə atılıblar və məqsədlərinə nail olublar...

...Azərbaycan – Ermənistan arasında 27.09.2020 –ci il tarixində başlanan və 44 gün dava edən savaşda bizim hərbiçilərimiz hansı hünərlər göstərmədilər...

...Həmin gün danışılacaq, xatırlanacaq, igidliklər, qəhrəmanlıqlar İkinci Vətən Müharibəsində belə hünərlər göstərən, tarix yazanlarından biriZaqatala rayonunun Qımır kəndinin 3 – şəhid oğlu Musa Nüsrət oğlu Nuhiyevdir – növbəti yazı-oçerkimin qəhrəmanı...

...Etiraf edim ki, Musa haqqında, onun döyüşlərdə göstərdiyi mərdliklərlə yanaşı, xoş xasiyyətin, gənc olmasına baxmayaraq uzaq görənliyindən, ağıllı olmasından, böyüyün, kiçiyin hörmətini qazanmasından, mehribançılığından və nəhayət onunla çiyin-çiyinə vuruşmuş, döyüşçülərin Musanın necə qorxmaz etibarlı, düşmənin gözlərinə od püskürən olduğundan danışırlar...

Həm də, Azərbaycanımızın bütövlüyü uğrunda ömrünün bulaq kimi çağlayan vaxtı İkinci Vətən Müharibəsində həlak olan 23 yaşlı Musa Nüsrət oğlu Nuhiyev Qımr kəndinin, hətta Zaqatalanın bütün gəncləri sayıb seçilmiş bu igidlə fəxr və onun göstərdiyi igidliklərə qibtə edirlər...

...Onun haqqında ətraflı məlumat toplamaq üçün Qımır kəndində olanda, kənd sakinləri bildirdilər ki, “Bizim gənc qəhrəmanımızın, qürurumuz Musa Nüsrət oğlunun yaşadığı ev kəndin mərkəzindəki ziyarətgah –qəbristanlığı, məscid olan küçədədir...

...Nuhiyevlərin yaşadığı döngəyə çatanda, üstündə üç rəngli al bayrağımız dalğalanan darvazanı görəndə öz-özümə “yəqin ki, şəhidin dünyaya gəldiyi ev budur...” fikirləşdim. Yanılmamışdım... Çöl qapıda məni şəhidin atası Nüsrət kişi qarşıladı. Həyətə daxil olanda, yenə də , o gözəlliyin, səliqə-səhmanın, yaşıllığın və gül-çiçəyin şahidi oldum. Nuhiyevlərin yaşadıqları kürsülü, sadə, ortabab təmirli evə yaxınlaşanda, Nüsrət kişi həyətə girəndən bəri bizi qəmli-qəmli süzən boz rəngli iti göstərərək dedi: “Musanın itidir. O, şəhid olandan sonra eyni açılmır, gözlərini daima darvazaya zilləyir, elə bil kimisə gözləyir... gecə düşəndə isə zingildəyərir. Musa həmişə sevimli atıyla meşəyə gedəndə itdaima onun yanından əl çəkmirdi... İndi isə mən oğlumun qəbrinin üstünə ziyarətə gedəndə it də mənimlə gəlir, oğlumun qəbrinin yanında onun şəklinə baxaraq gözlərinin yaşını axıdır... Gör necə etibarlı heyvandır. Hələ, oğlumun bir köhlən atı vardı – ölümündən bir neçə gün əvvəl yoxa çıxdı və bir daha qayıtmadı... Bu elə bil oğlumun şəhid olmasına bir işarə idi... bir az fikrə daldı – eyvana çıxınca əvvəl siqareti yandırdı və fikirlifikirli: “oğlum Musa bu pilləkənləri qaça-qaça çıxardı”. Sonra üzünü eyvanın kəndarında dayanıb, bizi qarşılamağa hazırlaşan həyat yoldaşına tutub: “Arvad bu yoldaş jurnalistdir, Elman müəllimdir, oğlumuzun keçdiyi qısa, şərəfli ömür yolunu işıqlandırmağa gəlib. Eyvanın tən ortasındakı iri masanı əli ilə göstərərək: “qoy Elman müəllim otursun, mən də siqareti söndürüb, qalxıram yuxarı...”

Şəhidin anası məni qarşılayanda: “Musanı, məni, bacısı kim sayıb gəlirsə, onun gəldiyi ayaqlarına qurban olum. Görün mənim şəhid oğlum necə hörmətli olub, qəhrəmanlıqlar göstərib ki, jurnalistlər də nə yaxşı ki, oğlum haqqında maraqlanırlar. Şəhid balalarımıza, içi Musa olmaqla yanaşı, dastanlar, romanlar, xatirələr nə qədər yazılsa da, mahnılar bəstələnsə də, yenə də azdır... Çünki, indi azadlıqda olan, gəlin-gəlin deyən Qarabağ torpaqlarımız onların qanı ilə yoğrulub, bizim mərd oğullarımızın ayaq izləri erməniləri darmadağın edərək, təmizlənmiş həmin torpaqlara ləpir salıblar, tarixi izlər qoyublar, o bədxah qonşular bir daha dilə gətirə bilməzlər ki, cənnət Qarabağımız Hayıstanın tərkib hissəsidir. Qurban olum Sizlərə, Siz də yaxşı bilirsizgörmüsünüz, dəfələrlə yazmısınız. Erməni daşnakları azmı zülüm veriblər, işgəncələr, qətlmanlar törədiblər Azərbaycanımıza. Günahsız qanlar töküb, ellərimizi, obalarımızı viran qoyublar, talan ediblər. Tarix boyu ancaq bağışlanmaz düşmənçilik ediblər... Görəsən bu xainlər anlamayacaqlarmı?!.. Ay qan içən düşmən bəsdir – bizim gül balalarımızı qırdız, biz anaların qəlblərini sındırdınız, ürəklərimizə yara vurdunuz, bizi qara libasa bürüdünüz...” bu sözlərlə söhbətə başladıq.

Şəhid anası doluxsundu, göz yaşlarını saxlaya bilməyib, dedi: “...Qardaş ürəyim doludu, oğlum haqqında xatirələr qalaq-qalaqdır. Doğurdan da təsadüflər reallıqdır. Taleyin qismətinə bir baxın... nəslim, köküm Qarabağlıdır. Ağdam rayonunda doğulmuşam... Şəhid oğlumun mərd döyüşçüləri düşməndən azad etdikləri dədə-baba yurdlarımızdır. Mənim Vətən xilaskarım da Ağdam da şəhidlik qazandı – Ağdam rayonunun Hüsənli kəndində.

Şəhid Nuhiyevlər ailəsi ilə tanışlığım elə kəndə qədəm basandan başladı. 2 övladbir oğulbir qız atası olan Nüsrət kişisakit təbiətli, qabarlı əllərinin zəhməti ilə ailəsinə çörək qazanan insandır – dedilər, Qımır kəndində... Onun həyat yoldaşı Ağdam rayonundandır. Zaqatala rayonunun Qımır kəndinə gəlin gəlib.

...Bir oğul – Musanı, bir qız Gülnarı böyüdüblər. Ağıllı, kamallı, Vətənə bağlı, uzaq görən və elin gözündə ucalan qardaş-bacı...

...Musa Nüsrət oğlu Nuhiyev – 02.10.1998 –ci il tarixində Zaqatala rayonunun Qımır kəndində dünyaya gəlib. Kənddəki şəhid İsgəndər Məmmədovun adını daşıyan tam orta məktəbini 2006 –cı ildə müvəffəqiyyətlə bitirib və 2007 –ci ilin oktyabr aynda isə Naxçıvan Muxtar Respublikasının Sərhəd Qoşunlarına xidmətə çağırılıb...

...Artıq Musanın bacısı Gülnarda işdən qayıtmışdı...

Atası Nüsrət kişi: “Onlar bir-birilərinə çox bağlı idilər. Uşaqlıqdan bir yerdə olardılar. Can deyib, can eşidərdilər... İş mövsümündə mənimlə bağlara-bağçalara, tarlaya həvəslə gedərdilər, böyüdükcə onlar daha da saflaşdılar, oğlum həmişə deyərdi ki, “ata mən böyüyəndə hərbiçi olacağam, özü əlaçı, qorxmaz... hərbiçi, döyüşçü düşməni məhv etmək qabiliyyətinə malik, sərrast atıcı... Qızım belə deyərdi, mən tibb bacısı olacağam əsgərlərimizi sağaldacağam...”

Bəli, Musa Gülnar böyüdülər, böyüyüb ərsəyə çatdılar, pərvazlandılar.

Onu da bildirək ki, Nuhiyevlər İki Vətən Savaşında 2 şəhid verib. Birinci Qarabağ Savaşında şəhidin atası Nüsrət kişinin əmisi oğlu haqq dünyasına qovuşub. Aldığım məlumata həmin şəhid Elşənin adını daşıyan qardaşı oğlu Elşən isə İkinci Vətən Müharibəsində döyüşlərin birində ağır yaralanaraq, qazi olub. Bu müharibələr Nuhiyevlər nəslinə çox yaralar vurub...

Şəhidin bacısı Gülnar çox narahat görünürdü, hiss olunurdu ki, qəlbi sanki söz boğçasıdır... Mənə izin versəydilər, mən kəndimin hər tərəfində, girəcəyində, Zaqatala şəhərində heykəllər qoyardım. Mən bizim yolumuzda həlak olan, al qanı ilə adını tarixə yazdıran mənim şirinim, şəkərim qaqaşım Musa digər şəhidlərimiz üçün... Bizi özündən doydurmadan getdi, həsrətdə, intizarda qoydu, gözümüzü yollarda, qulağımızı səsdə qoyub, getdi... Arxasınca su atdıq, lakin qayıtmadı, öz ayaqları ilə dönmədi, çiyinlərdə, tabutlarda döndü, mənim əziz qaqaşım Musa, ay Elman müəllimdeyərək söhbətini davam etdirir: “Bir qardaş, bir bacı idik, sanki bizə göz dəydi, fələk bizi ayırdı, hər həyətimizdəki, balaca itimiz zingildəyəndə, küçədə at kişnərtisi eşidəndə elə bilirəm ki, mənim Musa qaqaşım gəlir.

 

Davamı gələn sayımızda

 

Elman Maliyev

Azərbaycan Jurnalistlər Birliyini üzvü

 

Türküstan.- 2021.- 21-27 sentyabr.- S.12.