"Müasir
Azərbaycan tarixi-etnik
torpaqlarımızın onda birində
qurulub"
Azərbaycan necə parçalanıb,
Ermənistan necə yaranıb?
Bütöv Azərbaycan Hərəkatını
yaratmaq, Azərbaycanın
bütün torpaqlarını
birləşdirmək və
Azərbaycanın bütün
tarixi-etnik coğrafiyasında
Azərbaycan dövlətçiliyini
bərqərar etmək
bir zərurətdir!
Parçalanmış Azərbaycanı birləşdirmək
XXI əsrdə əsas
hədəfimiz olmalıdır!!!
(Bu məqalə Azərbaycan Cümhuriyyətinin
yüz illiyinə həsr olunub)
Azərbaycan necə parçalandı?
Xəzər-Qara dəniz-Kəngər (Bəsrə) körfəzi
arasında yerləşərək
Geostrateji baxımdan Turküstan (Şərq türklüyü) və Anadolu (qərb türklüyü) arasında
bir bağ, körpü rolu oynayaraq Türk dünyasının etnik-cografi-kültürəl
bütünlüyünu təmin
edən Azərbycanın
(1813-1828-ci illərdə Bütöv
Azərbaycan sahəsi-410 000 kv.km olmuşdur.
Parçalandıqdan sonra Güney Azərbaycan ərazisi-280 000 kv.km olmuşdur. Quzey Azərbaycan ərazisi-130 000 kv.km olmuşdur) cənub-qərb
bölgəsi olan
Mosul, Ərbil, Kərkük,
Süleymaniyyə şəhərləri
1534-cü ildə Səfəvi
və Osmanlı dövləti arasında gedən müharibədə
Osmanlı İmperiyasının
tərkibinə qatılmış,
1926-cı ildə Türkiyə
ilə İngiltərə
arasında baglanan 5 iyun müqaviləsi ilə Mosul, Kərkük,
Süleymaniyyə elləri
Ərəb İraq dövlətinin müstəmləkəsi
olmuş, burda bir ərəb assimilyasiya siyasəti uygulanmışdı. İraq Amerika
Birləşmiş Ştatları
Dövləti tərəfində
işgal edildikdən sonra Azərbaycanın bu torpaqlarında Quzey İraq Kürd dövləti qurulmuşdur.
Qazagın Kəmərli, Aslanbəyli
və Qaymaqlı kəndlərinin örüşlərinin
bir qismi Ermənistan ərazisinə
qatılıb. 1988-ci ildə
Quzey Azərbaycanın
ərazisi 86,6 000 kv.km olmuşdur.
Qarabağın Ermənistana birləşdirilməsi
məqsədilə 1923-cü il iyulun
7-də “Dağlıq Qarabağ
Muxtar Vilayətinin yaradılması haqqında”
dekret verildi. Həmin dekretdə Xankəndi vilayətin mərkəzi elan olunurdu. Az sonra
şəhər türklərə
qarşı soyqırımın
təşkilatçılarından biri olan Stepan
Şaumyanın adı
ilə “Stepanakert” adlandırıldı.
Bu qərardan on gün sonra Şuşa
şəhəri də
vilayətin tərkibinə
daxil edildi. Qarabağ bir neçə yerə parçalandı.
Onun bir hissəsi ayrılaraq Ermənistana verildi. Digər bir hissəsində
isə “Dağlıq Qarabağ Muxtar Vilayəti” deyilən qondarma qurum yaradıldı.
Qarabağın tarixi torpaqlarından Azərbaycana Dağlıq
Qarabağ Muxtar Vilayəti də daxil olmaqla 16 min.kv.km ərazi qaldı. Qarabağın
tarixi torpaqlarına
aid olan Zəngəzur
qəzasının Azərbaycana
qalmış hissəsində
az sonra
Zəngilan, Qubadlı,
Laçın rayonları
yaradıldı.
Ağdam və Cəbrayıl qəzalarının ərazisində
isə Ağdam, Cəbrayıl, Bərdə,
Tərtər, Ağcabədi
rayonları təşkil
edildi.
Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi yaradılarkən 4.160 kv.km (sonradan
bəzi inzibati dəyişikliklər etməklə
vilayətin ərazisini
4.400 kv.km çatdırmışdır) olmuşdur. Vilayətə Cavanşir, Cəbrayıl,
Qubadlı qəzalarının
kəndləri daxil edilmişdir. İlk dövrdə beş
rayondan – Dizaq (48 kənd), Vərəndə
(46 kənd), Şuşa
(12 kənd), Xaçın
(53 kənd), Ceraberd
(53 kənd) rayonlarından
ibarət olmuşdur.
1930-cu illərdə ermənilər
rayonların adlarını
dəyişdirdilər. Vərəndə
Martuni, Ceraberd Mardakert, Dizaq Hadrut adlandırılmış,
Xaçın rayonu ləğv edilmiş və ərazisi Stepanakert rayonuna birləşdirilmişdir. İki
il sonra
Şuşa rayonu yenidən bərpa olunmuşdur. 1978-ci ildə Stepanakert rayonu əsasında Əsgəran rayonu yaradılır.
Beləliklə, Qarabağ iki hissəyə bölünmüşdür
və dağlıq hissəsinə erməni muxtariyyətinin verilməsinə
nail olunmuşdur. SSRİ nin çöküşü
ərəfəsində 1985-ci illərdən etibarən Ermənilər Qarabağ muxtarlığının Ermənistana
birləşdirilməsi uğrunda
mübarizəyə başlamışlar.
3. Azərbaycan Respublikasının
Qarabağ və ətraf yeddi rayonunun Ermənistan və Rusiya tərəfindən işğal
edilərərk oyuncaq
“Dağlıq Qarabağ
Artsax Respublikasının”
yaradılması və
Ermənistan Respublikasina
birləşdirilməsi.
1988-1994-cü
illərdə Ermənistan
Azərbaycana müharibə
elan edərək Daglıq Qarabagı və ətraf rayonlarını -Xankəndi,
Xocalı, Şuşa,
Laçın, Xocavənd,
Kəlbəcər, Agdərə,
Agdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilanı işgal etdi. Bu dövrdə
işgal edilmiş ərazilərin sahəsi
17000 kv.km-dir.
İstər Çar Rusiyası dövründə, istərsə
də SSRİ dövründə
“Qafqaz Ermənistanı”
yaratmaq məqsədilə
yerli türklərin soyqırımı, etnik təmizləməsi və
deportasiyası həyata
keçirilmişdir. Qafqaz Ermənistanı”dövlətinin
yaradılması məqsədilə
Qərbi Azərbaycan Türkləri etnik təmizləmə və soyqırıma uğradılmışdır.
Azərbaycan türklərinin Qərbi Azərbaycandan deportasiyası
köçürülməsi və bu torpaqlarda
Ermənistan dövlətinin
qurulması planı hələ XVIII əsrdən
Rusiya imperatorluğunun
rəhbərliyi altinda
həyata keçirilməyə
başlanılıb.
Qərbi
Azərbaycandan türk-müsəlmanların
etnik təmizlənməsi
və soyqırımı
dörd mərhələdə
həyata keçirilib:
Birinci mərhələ
1905-1907-ci illər; İkinci
mərhələ 1918-1920-ci illər; Üçüncü
mərhələ 1948-1953-ci illər ;
Dördüncü mərhələ
1988-1992-ci illər.
SSRİ dövründə Azərbaycan
türklərinin Qərbi
Azərbaycandan (Ermənistanın
indiki ərazisindən)
kütləvi köçürülməsi
məqsədi ilə
23 dekabr 1947 – SSRİ Nazirlər
Soveti “Ermənistan
SSR-də yaşayan Azərbaycan türklərinin
Azərbaycan SSR-nin Kür-Araz ovalığına
köçürülməsi haqqında” 4083 saylı qərar qəbul edib. Qərara görə, türklərin
yerinə xaricdən ermənilər köçürülməli
və onlar sovet dövlətinin rifahı üçün
çalışmalı idilər.
10 mart 1948 – SSRİ Nazirlər
Soveti Ermənistandakı
azərbaycanlı əhalinin
Azərbaycana deportasiyası
haqqında ikinci qərar qəbul edib. Bununla bağlı
SSRİ Nazirlər Sovetinin
ilk qərarı 1947-ci il dekabrın 23-də
qəbul olunmuşdu.
Qərara görə, Azərbaycan turklərinin boşaltdığı
ərazilərə xaricdən
ermənilər köçürülməli
idilər. 1948-1953-cü illərdə 100 minə yaxın azərbaycan türkü Ermənistandan
deportasiya edildi. 1948-1953-cü illər deportasiyası nəticəsində
Ermənistanda 476 azərbaycanlı
kəndi boşaldılmışdı.
1948-1953-cü illərdə
Azərbaycan türklərinin
Ermənistan SSR ərazisindəki
tarixi-etnik torpaqlarından
kütləvi surətdə
deportasiyası son 200 ildə
soydaşlarımızın başlarına gətirilən
faciələr silsiləsinin
bir həlqəsidir.
Bununla yanaşı
SSRİ Nazirlər Kabinetinin
çoxlu sayda sərəncamları ilə
Ermənistanda 2 mindən
çox yer adı dəyişdirilib, bu torpaqların türklərə məxsus
olmasını təsdiq
edən tarixi-etnik izlər silinib.
1988-ci ilin yanvarından
etibarən “türksüz
Ermənistan” siyasəti
planlı şəkildə
həyata keçirilməyə
başlanmışdır. Ermənistan hökuməti,
“Qarabağ” və “Krunk” komitələri, Eçmiədzin kilsəsinin
nümayəndələri SSRİ rəhbərliyinin himayəsi
ilə Azərbaycan türklərinin qovulması
prosesində minlərlə
qanlı aksiyalar törətmişlər.
Etnik təmizləmə nəticəsində
Ermənistanın türklər
yaşadıgı 185 yaşayış
məntəqəsi boşaldılmış,
250 mindən artıq azərbaycanlı və 18
min kürd öz ev-eşiyindən zorla qovulmuş, 217 azərbaycanlı
ermənilər tərəfindən
qətlə yetirilmişdir.
Bunlardan 49 nəfəri
ermənilərin əlindən
qaçarkən dağlarda
donmuş, 41 nəfər
qəddarlıqla döyülərək
qətlə yetirilmiş,
35 nəfər işgəncələrlə
qətlə yetirilmiş,
115 nəfər yandırılmış,
16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə
dözməyərək infarktdan
ölmüş, 2 nəfər
xəstəxanada həkimlər
tərəfindən öldürülmüş,
digərləri isə
suda boğularaq, asılaraq, elektrik cərayanına verilərək,
başları kəsilərək
qətlə yetirilmişdir.
1988-ci ilin deportasiyası
azərbaycanlılara qarşı
etnik təmizləməni
başa çatdırdı. Bu proseslər
zamanı ermənilər
Ermənistanda(Qərbi
Azərbaycanda) yaşayan
Azərbaycan türklərinin
yüzlərlə yaşayış
məntəqəsini yerlə-yeksan
edib, 30 minə yaõın
evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daõil olduğu 140 min insanı vəhşicəsinə
qətlə yetirib,
750 mindən artıq azərbaycanlı Ermənistandan
didərgin salınıb.
Sonuncu deportasiyada –1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı
erməni vəhşiliyinə
tab gətirə bilmədiyindən
doğma yurd-yuvalarını
tərk edib. Bundan sonra ermənilər Ermənistandan Azərbaycan
türklərinin izini
itirmək məqsədilə
buradakı qəbiristanlıqları,
tariõi,
mədəni abidələri,
dini müəssisələri,
məktəb, õəstəõana və
digər binaları darmadağın edib.
Təkcə 1988-ci ildən sonra Ermənistanda ermənilər
azərbaycanlılara məõsus 2000-dən artıq qəbiristanlığı
dağıdıb. Bu gün Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarında
bir türk belə yoxdur. Qərbi Azərbaycan türkləri
kütləvi şəkildə
etnik təmizləmə
və soyqırıma
uğradılıb.
Güney Azərbaycanın parçalanması
Parçalandıqdan sonra Türk Qacar İmperatorlugunun tərkibində
qalan Güney Azərbaycan 1925-ci ildə
Qacarların fars
Rza Xan Pəhləvi
tərəfindən devrilməsi
və farsların hakimiyyətə gəlməsi
ilə fars İran müstəmləkəsinə
çevrilmişdir. Pəhləvi Rejimi Güney Azərbaycan ərazilərini
parçalayaraq İranda
yaşayan digər etnik qrupların ərazisinə qatmış,
etnik cografiya və milli ərazi
vahidi pozulmuşdur.
Zəncan, Həmədan,
Astara, Ərdəbil, Savə, Bicar əraziləri Azərbaycandan
təcrid edilmiş, qalan torpaqlar Şərqi və Qərbi Azərbaycan adı ilə iki hissəyə bölünmüşdür.
1943-cü
ildə Azərbaycanda
başlayan Milli Azərbaycan hərəkatından
yararlanan kürdlər
Maraga, Sınıqqala,
Həmədan, Sənəndəc
və digər Azərbaycan ərazilərində
müstəqil Mahabat kürd dövləti yaratdılar.İnqilabın süqutundan
sonra bu ərazidə Kürd ostanlıgı yaradıldı
ki , hazırda bura İran Kürdüstanı adlandırılmqdadır.
Ardı
gələn sayımızda
Yasəmən Qaraqoyunlu
Türküstan.- 2021.- 28 sentyabr-4
oktyabr.- S.8.