Böyük Dəmirçinin geri dönüşü
əvvəli ötən sayımızda
Rəsulzadənin bəhs etdiyi İran təsiri burada pozitv anlamdadır,
halbuki o özünün
“ İranlı Türklər”
əsərndə fars
şovinizmini yerlə
bir edir,yazılı Azərbaycan dilinin fars dili tərəfindən
assimilyasiyasından ürək
ağrısıyla bəhs
edir. Ümumyyətlə
Rəsulzadənnin “ Əsrimizin
Səyavuşu” əsəri
gələcək nəsilllərə
ünvanlanmış bir
əsərdir, burada Gəncliyə müraciət
bölümü tarixi-tərbiyəvi
əhəmiyyətinə və
syasi, ideoloji uzaqgörənliyinə görə
olduqca heyrətamizdir.
Azərbaycan Gəncliyinə
vəd olunan, ona ötürülən mesayların ana qaynağı
İstiqlal Məfkurəsidir.
Hər iki qədim mifologiyanın xəmirmayasında yatan hüriyyət, azadlıq şövqünün Milli İstiqlaliyyət
ideyasına sosioloji tarix üslubuyla ustaca transformasiyasıdır.
Rəsulzadəyə qədər
kimsə bunu beləsinə uğurlu biçimdə ortaya qoymamışdır. Əslində
mifologiyada bəhs olunan Böyük Dəmirçi elə Rəsulzadənin özü
və məfkurədaşlarıdır.
Ortada bolşevizmin dəmir və qanlı pərdəylə
əsir etdiyi, giriftar buraxdığı
Azərbaycan xalqının
düşdüyü durumla
hər iki qədim əfsanədə
azadlığına qovuşmaq
istəyən xalq arasında elə bir fərq yoxdur.
Sadəcə məkan
və zamanın tədrici təkamüllə
dəyişməsinə təhəmmül
edəcək səbrə
qatlaşmaq işin ən kilid nöqtəsidir.
Burada artıq nağıl dili yüyrək deyildir. Ortada olduqca böyük məşəqqətllər,çilələr
çəkmiş 27 Aprel
işğalına qarşı
Azərbaycanın az qala hər yerində
baş verən üsyanlar, bu üsyanları ən zorakı, qəddar metodlarla basdıran bolşevik-kommunist rejimi, “
Təbiətin qanlı,zalım
ÇEKASI Sibiryaya” (Əmin
Abid), Solovki ölüm
düşərgəsinə, “ Buzlu cəhənnəmə”
ölümə məhkum
edilən fədai bir Müsavatçı nəsli var. Hələlik
qanın su kimi axdığı Zöhhak-Stalin istibadı vaxtı, zamanı yedəyinə alıb at oynadır.
Ergenekon əfsanəsində dəmir
dağı əritmək
üçün iti zəkalara , gavələrə
( dəmirçilərə-M.İ.) ehtiyac vardır. Və bunun ustalığını
yapacaq kişi də Böyük Dəmirçi və onun yetişdirəcəyi
dəmirçilərdir. Xalqın
oğurlanmış İstiqlalını
yenidən geri qaytarmaqda ən böyük güc qaynağı gənclikdir.
Bu üzdən əfsanədən
həqiqətə keçid
edərək Rəsulzadə
yazırdı ki: “Oğurlanan
istiqlalımızı qaytarmaqda
ən güvəndiyimiz
nəsil gənclikdir.”
Əmin Bəy “ Yeni Kafasya” jurnalında özünün “ Böyük
faciə” adlı məqaləsində bunu daha da sərrast bir şəkildə ifadə edir: “Bəli, əfəndilər!
Şübhə etməyəlim,
27 Nisan (Aprel-M.I.) faciəsi
Azərbaycan Cümhuriyyətində
“ 23 Nisan” zəfərini hazırlayacaq
o böyük müqəddəs
qəzanın qəhrəmanlarını
doğurmuşdur.Azərbaycan istiqlalı felən (de-fakto) yıxılmışsa
da düşüncə olaraq
dimdik ayaqdadır. / Yaşasın Azerbaycan’ın
istiklâli!”
Burada Rəsulzadənin “23 Nisan zəfəri”
örnəyi 27 Aprel işğalının doğurduğu
bolşevik müstəmləkəçiliyinə
qarşı gələcək
nəsillərin də
mübarizə missiyasına
daxil olacağına vurğu edir. 23 Nisan tarixi eyni zamanda
Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə Türkiyə Böyük
Millət Məclisinin
yarandığı, imperial güclərə qarşı
ən mütəşəkkil
bir şəkildə Türk Xalqının uca iradəsini ortaya qoyduğu gündür. Əmin Bəy bu məsələdə
olduqca optimist idi: 1920
ci il 23 Nisanda təvəllüd
etmiş nəsil Azərbaycan Xalqına 27 Aprel faciəsini unutduracaq böyük günü mütləq gətirəcəkdir bir gün. Bu Rəsulzadə və məfkurədaşlarının
vazkeçilməzi idi.
Amma bu qutsal görəvi 1920-ci ldə
təvəllüd edənlərin
övladları edəcəkdi.
XX əsrin sonunda
SSRİ-nin dağılmasının
ən böyük təkan verən səbəblərdən biri
də Sovet zülmünə gizli təşkilatlanaraq mübarizə
aparan dissident ruhlu gənclərin açdığı
cığır oldu.Azərbaycanda
da bu cığırı
açanların bir çoxu Azərbaycana qara günlər gətirmiş 27 Aprel 1920 lərdə dünyaya gəlsələr də heç bir zaman bolşevik-müstəmləkə ruhunu daşımadılar.
Bunu bizə Sovet quruluşuna yenlməyən ədəbiyyatımız,
publisistikamız diqtə
edir. Hüseyn Cavidlər,Əmin Abidlər,
Əhməd Cavadlar, Ümgülsümlər şeirləri
orduya bərabər olan İstiqlal ruhlu şairlər, ədiblər. Bu Ordunun yaranması hələ
zaman alacaqdı. Amma cığır
o böyük Yola vəsilə
olacaqdı. Və zamanla bu cığır
Sovetlərin tifağını
dağıdan böyük
bir Yola dönuşdu və ən əsası bu işi yapanlar Sovet quruluşunda böyüyüb başa çatsalar da müstəmləkə
həyatı qəbul
etməyərək, öz
xalqlarına istiqlaliyyət
qazandırmağın yolunu
seçdilər və
sonunda buna müvəffəq
oldular. 27 Aprel ruhunu daşıyan bir nəsil əsla bunu edə bilməzdi, yalnız 23 Nisan Zəfərinin
qan yaddaşı belə bir nəsli
yetişdirməyə qabil
ola bilərdi. Rəsulzadənin
qardaş Türkiyənin
əsarət zəncirlərini
qırdığı bu
tarixi Azərbaycan həyatına, tarixinə
modelləməsi həm
də uzaqgörən
geostrateji təfəkkürün
məhsulu idi. Azərbaycan Xalqının
istinadgahının yalnız
qardaş Türkiyə
olacağına sarsılmayan
bir inamın ifadəsidir. “Rus qardaş,
böyük qardaş”
artıq tarixin zibillyndədir! Artıq 28
Maydan sonra 27 Aprel gəlmir. 23 Nisan Zəfəri 28 Mayıs İstilaliyyətiylə eyni
ruhda, eyni ovqatdadır.
Həqiqətən də zalım və qəddar Zöhhakın prototipləri
olan Lenin,Stalin və onların əliqanlı əlaltıları
Azərbaycan İstiqlalını
ruhən xalqın yaddaşından silə bimədilər. İstiqlal
xaricində Azərbaycan
yoxdur deyib bütün mümkün mübarizə yollarına
baş vuraraq Böyük Dəmirçi
səbriylə oğurlanan
İstiqlalımızı geri
qaytaran Gənclik nəhayətində yetişdi:
Ey gənclik!
Ey əsrimizin Səyavuşunun
böyümüş oğlu!
Sənin
öhdəndə böyük
bir vəzifə var. Səndən əvvəlki
nəsil yoxdan bir bayraq, müqəddəs
bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq
dedi ki: — Bir kərə
yüksələn bayraq
bir daha enməz!
Bunu deyərkən o, bu günkü öksüzanə
mənzərəni hesaba
almamış deyildi.
Bu onun tərəfindən
təsəvvür olunmuşdu.
O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb
məsumanə bir tərzdə küçə-küçə
dolaşaraq: "Irəli,
irəli Azərbaycan əsgəri" - deyə
əsgər kimi addım atmağını
görmüşdü və
bu sözü cəsarətlə söyləmişdi.
Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən
Azərbaycan türklərinin
yanıqlı türkülərinə
mövzu olmuş, ürəklərinə enmiş
bu bayrağı təkrar o bina üzərinə dikəcək,
Böyük Dəmirçinin
geri dönüşünü
görüncə onun
tərəfinə keçəcək,
bu yolda ya qazi, ya
şəhid olacaqsan".
Bu dəfə Səyavuşun
qanlı röyası
gerçək olmadı,
Böyük Dəmirçinin
yetişdirdiyi fədailər
ordusu Zöhhakların
mülklərini başlarına
çevrərək, onları
əbədi pərişan
etdilər. . Vaxt gəldi, dəmirçi *Gavənin bayrağını
bir ağac başına elə böyük şövqi-həyəcanla
taxdı ki, bütün
xalq onun arxasınca gəldi.
Artıq
Böyük Dəmirçi
ən böyük yaxşılığını yapmışdı, Onun öndərliyində xalq dəmir dağları əridib, qırmızı
qanlı pərdəni
aradan qaldırıb genş dünyaya çıxmışdılar...
Və
son olaraq...
M. Ə. Rəsulzadənin tarixi-sosioloji
təsbitləri demək
olar ki, qüsursuzdur hətta bu günlə
müqayisə edərkən
belə heyranedicidir. Onun “Əsrimizin Siyavuşu” əsərində:
“Azərbaycanlılar Mehdi zühuruna
inanırlar. Azərbaycan
Mehdisi xalqın istiqlalından, idealından
doğacaqdır” fikri
bu gün “armud biş, ağzıma düş”, yalnız sosial şəbəkələrdə “vətəndaş-patriot olmaq”
kimi söz yarışına ən böyük ironiyadır. Yəni Əmin Bəyin qeyd etdiyi Mehdi kütlələrin
heç bir mübarizə vermədən,
yorğanı başına
çəkib xorul-xorul
yatan “bizlərə” ağ atın üzərində qurşağına
polad üzlü qılncla zühur edəcək Sahibi əz-zaman anlayışını
tamamilə darmadağın
edərək kollegial düşüncə tərziylə
hürriyyət, cümhuriyyət
ideyalarına sahib çıxmağımızın
savaşını verin
deyir. Rəsulzadənin
vurğuladığı Mehdi, bizim bildiyimiz Mehdi deyil əsla! Qısacası ətalətdən
deyil, ədalətdən,
ölənədək hürr
bir məmləkətdə
var olmağın düsturunu
verir bu böyük fikir Adamı.Və bu düstur əsla əzbər üçün
deyil əksinə məsələnin çoxkombinasiyalı
həlli üsullarını
çozüb gözəl
nəticəyə varmağın
intellektual, siyasi, mədəni mübarizəsidir,
tər tökməsidir
yorulmadan hamımız
adına.
“Gələcək - millətləri
süngü gücü
ilə yapma rejimə boyun əydirmənin deyil, milli
hakimiyyətə, haqqa
və hüriyyətə
dayanan istiqlalçılığındır.
İnsanlara hürriyyət,
millətlərə istiqlal!”.
(M. Ə.
Rəsulzadə, 1923 cü
il.)
Mühüm qeyd. Məqalənin
başlığında Ziya
Paşanın “ Terkibi-bend”
şeirndən parçadakı
bəhs olunan Dəhhak, Rəsulzadənin
“ Əsrimizin Səyavuşu”
əsərində bəhs
etdiyi Zohhakla eyni kökdəndir. Osmanlı ədəbiyyatında
bu ad Dəhhak,
İran ədəbyyatında isə Zöhhak olaraq keçir.
*Gavə- Zöhhakın zülmünə qarşı
xalqı ayağa qaldıran məşhur iranlı dəmirçi.
Məhəmməd İsrafiloğlu
Almaniya
Türküstan.- 2024.-
6-12 fevral, ¹5.- S.16.