Böyük Dəmirçinin geri dönüşü
“ Azərbaycanlılar, Mehdi zühuruna inanırlar. Bolşeviklərin
bütün sərvət
və zənginliyi dağıdaraq hər kəsi, bir loxma çörəyə
möhtac etmək siyasətinin, bir əlində silah, bir əlində çörək tutan bir şeytani siyasətin xalqı nə kimi vasitələrlə
bolşevik etdiyini görüncə, Azərbaycan
xalqı həmin Dəccalın gəldiyini
görür, bundan sonra tab edib
Mehdinin kəlməsini
gözləyir. Azərbaycan
Mehdisi xalqının idealından, milli istiqlalından ibarətdir.
Bolşevik Dəccalının müdhiş
zalımlığından bezən
xalq, duyuram ki, yanaq bir
ürəklə: — Ah,
bu Mehdi nə vaxt gələcək?
— deyə soruşur. Çox diqqətlə dinləyirəm, yuxarıdan
ilahi bir səs cavab verir ki: — Azərbaycan
bayrağı təkrar
açıldığı, təkrar dalğalandığı
gün! Əvət, o
gün, o böyük
gün! Fəqət indilik biz ümidimizi
qırmayaq, o bayrağı
qaldıracaq başından
keçən dəmirçiləri
hazırlayaq.”
M.Ə. Rəsulzadə “ Əsrimizin
Səyavuşu.”
Bir abd-i Habeş dehre olur baht ile sultân,
Dahhâk’ın eder mülkünü bir Gâve perîşân.
Bir Həbəşli kölə
taleyi ( bəxti) sayəsində dünyaya
sultan olur.
Bir Gavə ( Dəmirçi-
M.İ.) gəlir, Dəhhak’ın
mülkünü pərişan
edər.
Ziya
Paşa (1825- 1880)
“ Terkibi-bend”.
Azərbaycan Cümhuriyyətinin qurucularından
M.Ə. Rəsulzadənin 140 illiyidir. Ortada Cümhuriyyətə, Rəsulzadəyə
qıcıq qapan bir bolşevik zehniyyəti var ki, sürəkli
Əmin Bəyi arxa plana sığdırmaq
üçün əllərindən
gəldiyi qədər
şər, şamata yaparlar, tarixi gerçəkləri keyfi
bir iradəylə sağa-sola xərclərlər,
böyük bir çaşqınlıq yaradıb,
bulanıq suda balıq tutmaq sevdasına qapılarlar. Fəqət bütün əməkləri bihudəyə
gedər bolşevik sələfləri kimi. Ən çox dilə gətirdikləri cılız arqumentləri
isə budur ki, nədən Rəsulzadəni
Cümhuriyyətin qurucusu
hesab edirsiniz? Bəs başqaları? Gah
Nəsibbəy Yusifbəylini,
gah da Ə. Topçubaşvu Rəsulzadəyə qarşı
bir tülkü qurnazlığıyla qarşı
qoyarlar. Amma heç vaxt da qarşı qoyduqları bu parlaq şəxsiyyətlərin
Əmin Bəy haqqında yüksək, lderi övən fikirlərini dilə gətirməzlər. Rəhmətlik
Şirməmməd Hüseynov
bir dəfəsində
Filarmoniyada bu qəbildən olan tutuquşuların sürəkli
Rəsulzadəni arxa
plana atmaq məqsədilə
Rəsulzadə də
Cümhuriyyəti quranlardan
biri olub epizodik fikrinə dözməyərək tribunadan:
- A kişilər nə
danışırsınız, necə yəni Cümhuriyyəti quranlardan
biri olub,
BİRİNCİSİ olub. Bu haqlı etiraza heç bir etiraz olmayıb, əlbəttə məlum
bolşevik zehniyyətindən
dolayı heç alqış da olmayıb.
Amma qurbağa gölünə
daş çox sərrast atılıb
salon çox dərin
sükuta varıb. Və bu sükut
da Rəsulzadənin Əməl-Fikir
birlyindən doğan uca Şəxsiyyətini öz diliylə alqışlayıb. Həqiqəti
hayqıran lal sükutlar misalı. Azərbaycan Cümhuriyyəti
ayrı-ayrı şəxsiyyətlərin
intriqa və qısqanclıqlarından təşəkkül
tapmamışdır, əksinə
xalqı ilk dəfə
siyasi cəhətdən
təşkilatlandıraraq maarifləndirmə
yolu tutan , mill vicdan hissini demokratik dəyərlərlə
bütövləşdirən fədakar, unikal bir nəslin kollektiv iradəsindən ərsəyə gəlmişdir.
Rəsulzadə siyasi təşkilatlanmanın
necə zəruri olduğunu belə ifadə edirdi:
“ Siyasi firqələri olmayan bir millətin
siyasi duyğusu, siyasi düşüncəsi
olamaz.
Siyasət meydanına hər
milləti siyasi firqələr çıxarar,
siyasi fikirlər siyasi firqənin timamı ilə (səyilə) xalq arasında intişar tapar. . Fəqət bir firqə xalqın hüsni-rəğbətini
o vaxt qazanar, milləti öz başına o vaxt toplaya bilər ki, cəmaətin milli amal və arzularına müvafiq proqramı yürüdərək təşkili
təbiətə (həyata)
yaxn olsun”. (“Açıq söz” 1917,
Ne 599).
Bu baxımdan Difaidən- Müsavat- Müsavatdan Azərbaycan Cümhuriyyəti
yaranmışdır. ( “ Hümmət”
müsəlman sosial-demokrat
təşkilatını da bu sıraya qatmaq lar-M.İ.) Bütün
proses hər zaman Milli bir
təkamüllə öz
məqsədinə, amalına
doğru yürüyüb.
Təsadüfi deyil
ki, Rəsulzadə bu dövrə Azərbaycan dövrü deyib. Hətta bu məsələdə
firqəçiliyi qınayaraq
münasibətini aşağıdakı
möhtəşəm fikirləriylə
izhar edib:
Azərbaycan dövri-istiqlalına bolşeviklər «MÜSAVAT DÖVRÜ» deyirlər. Fəqət, xalq bu dövrə
AZƏRBAYCAN DÖVRÜ deyir. ...Xalqın düşüncəsində
AZƏRBAYCAN məfhumu coğrafi
bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm
ediyor. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur.
Bir də çağdaş dövrümüzün siyasi
partiyalarına və şöhrəti Biləcərini
keçməyən liderlərinə
nəzər salın lütfən. Hər birinin özlərinə bənzər yaratdıqları
firqəbazlıqla məşğul
olan “dövrü “var Azərbaycan Dövrünə
dəxli olmayan. Yuxarıda Əmin Bəydən gətirilən
sitat ona məxsus olsa da, əslində həmin dövrdəki bütün
Cümhuriyyət ideyasıını
daşıyanların ortaq
fikri və qənaəti idi. Rəsulzadə apardığı
mübarizədə, ictimai-siyasi
zəmində hər
zaman haqqaniyyətlilik nümayiş
etdirdi və hər zaman məfkurədaşları
tərəfindən rəğbətlə
qarşılandı. Bu onun
günahı deyildi, əksinə yüksək
Liderlik keyfiyyəti idi. Vaxtilə dost olduğu, İranda Məşrutə hərakatında
birgə mübarizə
apardığı , İranın
dövlət xadimi S.H.Tağızadə onun haqqında : “ Onun imanının qüvvəti,
bəyanının qüdrəti
heyrətamiz idi. O rəhbər üçün
bütün səciyyələrə
sahib kamil bir lider idi.”sözlərini
deyərkən heç
də “ Müsavat” mənsubu deyildi, İranın Xarici İşlər Naziri idi. S.H. Tağızadənin
səmimiyyəti Rəsulzadəyə
daş atanlara qənim olsa kaş ki...
Biz bu yazımızda məsələnin tamamilə
başqa istqamətlərinə
yönəlməyə çalışacağıq,
Rəsulzadənin uzaq
mənzilli fikir və ideyalarının tarixin gedişatında necə də möhtəşəm tədrici
təkamüllə qalib
gəlməsinin qarşısı
alınmaz prosesinə.
Əlbəttə bu qeyd etdiyimiz kimi bir gündə
baş verməmişdir,
öz zaman və vaxtını yetişdirərək
, uzun bir Yol alaraq məsafə
qət etmişdir. Əmin Bəy özünün “ Əsrimizin
Səyavuşu” əsərində
qədim bir İran əfsanəsindən bəhs
edərək yazır
ki:
“ Azərbaycanda İran təsiri
vardır: İran Zöhhak
bəlasına uğramışdı.
Öz hakimiyyət və istiqlalarının qədrini bilməyən xalq cənabi-haqqın qəzəbinə gəlmişdi.
Zöhhak adında bir hökmdar İranı cana doydurmuşdu. Bu hökmdar
ilanlara tapınırdı.
Gündə iki uşaq beynini o pis heyvanlara yedirirdi. Zöhhakın zülmündən bezən
xalqın fəryadı
göylərə çıxmışdı.
Xalqın şərəfi,
namusu, dini, milliyyəti, tamamilə alçaldılırdı.
Şəhərlinin varı, kəndlinin mal- davarı əlindən alınırdı.
Burada Cəmşid dinində olan nə qədər iranlı varsa qanundan kənar elan edilmişdi. Yaxalananların
özləri həbs olunur, mallarına əl uzanır və uşaqları ilana yedirilirdi. Xalq qorxudan Zöhhak
dinini görünüşündə
qəbul etmişdisə
də, təriqətlərinə
mənsub olan adamlarla gizlicə toplanıb ibadətlərini
yapırdılar. Fəqət
bütün bu zülm və təhlükələr qarşısında
iranlıların tək
bir ümidi vardı. O ümidlə yaşayır, imanlarını
gələcəkdə doğacaq
o parlaq günəşin
hərarəti ilə
isidirlərdi.
Bu ümid Firidun idi. Cəmşidin anasız oğlu dağlara çəkilmişdi.
Zöhhakın sui- qəsdindən
qorunurdu.
Firidun, hər nə qədər dağlarda xalqdan uzaq və
gizli bir yerdə qalırdısa
da, xalqın qəlbi onun eşqi ilə çırpınır,
gözünə daima
onun şəkli görünürdü. Onlar
görünüşdə Zöhhakın ilanlarına
səcdə qılır,
ürəklərində isə
Firidunun meydana çıxması üçün
dua edirdilər. Vaxt gəldi, dəmirçi *Gavənin
bayrağını bir
ağac başına taxması kifayət idi ki, bütün xalq onun arxasınca
gəlsin. Firidunu dağlarda arayıb tapsın və götürüb öz taxtına oturtsun!
Azərbaycanlılar türkdürlər:
türklər də Ergenokon tilsimində iki yüz il qaldılar. Nə qədər çalışdılarsa
da bir tərəfə
çıxmadılar. Geniş
dünyaya həsrət
qaldılar. Fəqət
yenə bir dəmirçinin yaxşılığı
kifayət idi ki, türklər dəmir dağları əridib geniş dünyaya çıxsınlar.
Əsrimizin Siyavuşu ölmüşsə
də onun doğurduğu istiqlal fikri ölməmişdir—
Bu fikrin tərəfdarları
indiki halda dağlarda, vətənlərindən
uzaq məmləkətlərdə,
həbsxanaların qaranlıq
və rütubətli
guşələrində qaçaq,
qaçqın, köməksiz
bir halda yaşayırlar. İstiqlal
və hürriyyətimizin
kövrək əlaməti
o üç rəngli
istiqlal bayrağı zahirən yoxsa da, qorxudan bolşeviklik ifadə edən gözlərin önündə
olub, ürəklər
onun eşqi ilə çırpınmaqdadır.
“
Əmin
Bəyin Azərbaycan coğrafiyasında baş
verənləri qədim
İran və qədim
türk “ Ergenokon” əfsanəsiylə paralel
boyutlarda istfadə etməsi möhtəşəm
bir üslub və tapıntıdır.
Mifdən həqiqətə
keçid etməyin bundan gözəl ifadəsi mümkün deyildir. Həm də bu olduqca
təhlükəli və
risqli bir addımdır, amma məsələnin ən maraqlı tərəfi də ondan ibarətdir
ki, Rəsulzadə hər
iki mifin ən dərin qatlarında olan həqiqət işığını
taparaq sosioloji tarix şüuruna obyektiv bir şəkildə
yükləyə bilmişdir.
“ Əsrimizin Səyavuşu”
əsərinin ən mühüm, sirrli tərəfi də məhz bu amildir.
Azərbaycan ictimai fikrinin ana sütunlarından
hesab olunmalıdır
bu əsər…
Ardı gələn sayımızda
Məhəmməd İsrafiloğlu
Almaniya
Türküstan.- 2024.- 30 yanvar-5 fevral,
¹4.- S.16.