Aktrisa Sona

Yaxud, həyatdakı səhnədəki ana obrazı

 

Sona Mikayılovanı tamaşaçılarOnun bəlalı sevgisifilmindən Xalidə obrazı ilə tanıyır. AktrisaYuğdövlət teatrında çalışır. Afaq Məsudun “Can üstəəsərinin tamaşasında oynadığı Xədicə psixoloji dramatik janrlı roluna görə  “Qızıl Dərvişmükafatı alıb. Əslində onunla görüşümüzün səbəbi bu deyildi. Aktrisa ilə bir vaxtlar Moskva Dövlət Kinematoqrafiya İnstitutuna seçilib göndərilən 15 nəfərdən biri kimi, onların uğursuz yaradıcılıq taleyi barədə danışmaq istəyirik

Mən 15 yaşımdan kinostudiyada çalışırdım. Adil İsgəndərovun aktyor kurslarında da təhsil alırdım, Muxtar Manıyev, Əbdül Mahmudbəyov, Elxan Qasımov bizə dərs deyirdi. 

Kinemotoqrafiya İnstitutundan müəllim gəlib tələbə seçməli idi, Həsənağa Turabov uşaqları seçib hazırlaşdırmağa başladı, onların arasında mən vardım.

Həmidə Ömərova, Ötkəm İsgəndərov, Fərhad İsrafilov, Ömür Nağıyev mən qaldıq sənətdə. Əksəriyyəti xarici ölkələrə köçdülər. Mikayıl Kərimov Finlandiya teatrında çalışır, Hamlet, Kral Lir kimi obrazlar yaradır. Çox güclü aktyorlardır. Bizim Kinematoqrafiya İnstitutunu bitirib gəlməyimiz Azərbaycan kinosunun dağılması ilə üst-üstə düşdü. Çox az çəkildik. Aramızda az-çox bəxti gətirən Həmidə Ömərovadır, yenə 5-6 filmə çəkildi. Mənim kinodan uzaq düşməyim bir az da öz günahımdır. “Onun bəlalı sevgisifilminə çəkilən kimi ailə qurdum. Bakıya gələn kimi artıq nişanlanmışdım, toyumuz filmdən sonra oldu. İki il işləmədim, uşaqlar dünyaya gəldi, başım qarışdı. Həmin 2 il dəvət dəvət arxasınca gəlirdi, yalnız bizim kinodan yox, xarici kinostudiyalar da dəvət edirdilər, gedə bilmirdim.

Axırıncı dəfə 2-ci oğluma 9 aylıq hamilə idim Vaqif MustafayevYaramazfilminə çəkilməyə dəvət etdi, dedi ki, elə bu görkəmdə çəkilmək lazımdır, utandım gedə  bilmədim. İşə çıxanda isə artıq çox az film çəkilirdi, onlara da ya rol ürəyimcə olmurdu, bu ya digər səbəblərdən yalnız dublyajla məşğul olurdum. Sonra da kinostudiyada  aktyor ştatı dağıdıldı, hərə bir tərəfə getdi.

- Ailə qurduğunuz adam da sənət adamıdır?

- Yox, hüquq-mühafizə orqanlarında çalışırdı.“Onun bəlalı sevgisi”ndən sonraKöhnə bərəfilminə çəkildim, əsas iki film oldu, qalanları epizodik rollar idi. Hələ kinostudiyada  işləyəndə Vaqif İbrahimoğlu kino aktyorları ilə tamaşa hazırlamağa dəvət olundu bir yerdə işlədik onunlaMən qət elədim ki, bu artıq mənim rejissorumdur, bundan başqa heç kimlə işləmərəm. Bu rejissorda sözlə ifadə edə bilmədiyim istədiyim nəyisə tapdım. Düşüncəsi onu həyat keçirmək üsulları maraqlı idi mənim üçün. Kinostudiyada ştatlar ləğv olunmasıYuğteatrının açılması ilə eyni vaxtda düşdü mən istədiyim rejissorla işləmək üçün qaça-qaça gəldim bura. Kinoda isə indi-indi rollar təklif olunur, imtina edirəm.

- Niyə?

- Bəzisini yaşıma görə uyğun hesab etmirəm, mənimki olmadığına görəRamiz ƏzizbəylininYalanfilminə çəkildim, kiçik rol idi.

- Kinoaktrisa teatrda özünü tapa bildimi?

- Kino institutunda əsasən elə tamaşalar hazırlayırdıq. Diplom işimiz tamaşa oldu, “Lyubov Yerovayatamaşasında baş rolla diplom işi təhvil verdim. Kurs rəhbərimiz Matveyev özü səhnələşdirmişdi. 18 yaşımdan ana obrazı oynayıram.

- Görünür, cizgiləriniz elə xarakterikdir. Sizi kinodan uzaqlaşdıran amil ana olmağınız olub, həm yalnız səhnədə yox, həyatda bir ana obrazınız var...

- İki oğlum var, uşaqlıqdan ikisi teatrda böyüyüblər. Bizim səhnədə oynadıqlarımızı onlar səhnə arxasında təkrar edirdilər. İstəmirdim  onlar sənətə gəlsinlər, uzaq saxlamaq istəyirdim, amma mümkün olmadı hər ikisi aktyor oldu. Ən böyük arzum komediyada oynamaqdır, amma mən bilirəm ki, içimdə bir komediya aktrisası var. Bizim teatr aləminin xəstəliyidir, bir aktyoru ştampladılar vəssalam, onu başqa cür görə bilmirlər.

- Həmin həmin ştamplama Matveyevdə var idi?

- O, da mənim psixoloji dramatik rolda görürdü. Məni tanımırlar, çünki teatra çox az tamaşaçı gəlir. Ən böyük reklam kinodur, o da bu gün yox dərəcəsindədir. Məni rayonlarda daha tez tanıyırlar, o da bir filmə görə, Xalidə deyib dururlar. İş ondadır ki, özümü heç cürə başqa teatrda təsəvvür edə bilmirəm. “Yuğbağlansa mən evdə oturasıyam. 

Mənim içimə yaxın yalnız Vaqif İbrahimoğlu kimi rejissor, “Yuğkimi teatrdır. Maraqlıdır, yəqin ki, mənim missiyam həm teatr aləminə iki aktyor bəxş etmək imiş.

 

 

Üç nöqtə.- 2010.- 7 dekabr.- S. 13.