Cəsur kəşfiyyatçının
xatirələri
85 yaşlı qadın mərhum ərinin
döyüş yolu barədə qiyməli sənədlər
toplayıb
Böyük Vətən müharibəsində məşhur
107-ci atıcı diviziyanın
kəşfiyyat rəisi
olmuş Məmmədəli
Həşimov şanlı
döyüş yolu keçib. Onun faşistlərlə
ağır döyüşlərdə şücaətləri
barədə vaxtilə
Rusiya mətbuatında
çox yazılıb.
Bakılı cəsur
kəşfiyyatçı barədə
hətta məşhur
yazıçı İlya
Erenburq “Pravda” qəzetinə məqalə
yazıb. Lakin həmyerlimizin qəhrəmanlıqlarından
yazmaqda respublika mətbuatı bir qədər xəsislik göstərib.
2002-ci ildə dünyasını dəyişmiş
keçmiş kəşfiyyatçının
M. Həşimovun sədaqətli həyat
yoldaşı, qocaman hüquqşünas Nuriyyə
Əhmədova uzun illərin gərgin axtarışlarından sonra
mərhum həyat yoldaşının cəbhə
xatirələrini, dostları
və komandirləri ilə yazışmalarını,
Rusiya, Ukrayna və Belarus arxivlərindən topladığı qiymətli sənədləri bir yerə toplayaraq nəfis kitab şəklində nəşr etdirib.
“Təknur” nəşriyyatında
bu günlərdə rus dilində işıq üzü görən bu kitab “Razvedka boem (Vospominaniya o voyne)” adlanır.
Bu kitab artıq geniş oxucu kütləsinə böyük maraq doğurub. Nuriyyə xanım indi kitabı doğma dilimizdə nəşr etdirməyə hazırlaşır.
Bir məqamı da qeyd edim
ki, N. Əhmədova bu kitabı şəxsi pensiyası hesabına nəşr etdirib. O hesab edir ki, həmyerlilərimizin
qəhrəmanlığından bəhs edən belə kitablar doğma Qarabağı işğal altında olan bir məmələkətdə
gənclərin vətənpərvərlik
ruhunda tərbiyəsi
üçün çox
gərəkli vəsaitdir.
Keçmiş Sovet
ordusunun mayoru kəşfiyyatçı M. Həşimov
Böyük Vətən müharibəsinin şəksiz
qəhrəmanlarından biri olub. O, 1936-1939-cu illərdə Tbilisi hərbi artilleriya məktəbində təhsil
alıb, sonra iki il məşhur Frunze adına Moskva Hərbi Akademiyasında kəşfiyyatçı
kurslarını bitirib.
Böyük Vətən
müharibəsi başlayanda
Zakavkaziya qoşunlarında
xidmət edən gənc zabit M. Həşimov döyüşən
orduya can atırdı və tezliklə onu Qafqazın müdafiəsində
iştirak edən hərbi hissələrin birinə göndərdilər.
O
dövrdə orduda hərbi kəşfiyyatçılara
böyük ehtiyac vardı. Məmmədəli
kəşfiyyatçı qrupları
hazırlayaraq düşmən
arxasına göndərir,
özü də tez-tez bu qruplara
başçılıq edirdi.
Bunlar çox riskli, lakin olduqca
vacib əməliyyatlar
idi. Hər an mühasirəyə düşmək qorxusu vardı. Dəfələrlə
faşistlərlə üzbəüz
gəlmişdilər. Lakin
M. Həşimov ən
ekstremal vəziyyətlərdə
belə özünü
itirmir, ən düzgün qərarlar qəbul edir, cəld və qətiyyətli tərpənirdi.
Komandirləri azərbaycanlı kəşfiyyatçının
parlaq istedadı, mərd, qorxmaz xarakterinə görə ona etimad göstərirdilər.
M. Həşimovu əvvəlcə
107-ci diviziyanın kəşfiyyat
şöbəsi rəisinin
müavini, qısa müddətdən sonra şöbənin rəhbəri
kimi məsul vəzifəyə təyin
etdilər. Diviziya komandiri Sovet İttifaqı Qəhrəmanı
general Vasili Petrenko M. Həşimova çox etibar edir, ən mühüm
əməliyyatlar qarşısında
onunla məsləhətləşərdi.
Sonralar onlar uzun illər dostluq etdilər. General müharibədən
sonrakı illərdə
dəfələrlə M. Həşimovu
xanımı ilə birlikdə Kremlin yaxınlığınadakı şəxsi mənzilinə
qonaq çağırmışdı.
Yeri gəlmişkən,
V. Petrenko memuarlarında
azərbaycanlı kəşfiyyatçının qeyri-adi qəhrəmanlığından dəfələrlə söz
açmışdır.
M. Həşimov Qafqazdan
Polşaya qədər
çoxlu sayda ağır döyüşlərdə
iştirak edib. Onun kitabda
dərc olunmuş gündəliklərini oxuyanda
faşistlərə dərin
nifrət bəslədiyi,
onlardan qisas almaq arzusu aşkar
hiss olunur. Məmmədəli faşistləri
Berlinə qədər
qovaraq qələbəni
öz gözləri ilə görmək arzusunda idi. Lakin 1945-ci ilin yanvarında Visla çayı (Polşa) uğrunda gedən ağır döyüşlərdə
mayor M. Həşimov yaxınlıqda partlayan
düşmən qumbarasından
ağır yaralandı.
Həkimlər onun sol qolunu amputasiya
etmək istədilər,
lakin döyüşçünün
israrlı xahişlərini
nəzərə alaraq
uzun çəkən
müalicəyə başlayırlar.
1945-ci ilin iynunda M. Həşimov
II qrup müharibə əlili kimi ordudan tərxis olundu.
Bir müddət Ədliyyə Nazirliyində
xüsusi idarənin rəisi işlədi, sonralar isə
tikinti sahəsində müxtəlif vəzifələrdə çalışdı.
1946-cı ilin fevralında Yevlaxa ezamiyyətə gələn
Məmmədəli burada
notarius işləyən
Nuriyyə adlı bir gözəl qıza vuruldu. Ağır döyüşlərdə
ölümün gözünə
dik baxan keçmiş döyüşçü
məhəbbətin iztirabları
qarşısında mum
kimi əriyirdi. Düz altı ay sevdiyi
qıza sevgi məktubları yazaraq onu sonsuz məhəbbətlə
sevdiyinə inandırmaq
istəyirdi. Nəhayət,
ata-baba qaydası ilə bir ilıq
payız günü Ağdaşda toy etdilər və birlikdə yaşadıqları
55 il 57 gün ərzində Məmmədəlinin sevgisi
Nuriyyə xanımın
sözlərinə görə
heç vaxt azalmadı.
M.
Həşimov şən,
həyatsevər insan idi, çoxlu dostları vardı.
1976-cı ildə Karlovı-Varı
sanatoriyasında həyat
yoldaşı ilə bərabər istirahət edərkən təsadüfən
məşhur “Baharın
17 anı kitabı” kinofilminin ssenari müəllifi Yulian Semyonovla tanış olur. Bu tanışlıq
sonralar möhkəm dostluğa çevrilir. Nuriyyə xanım xatırlayır ki, Y. Semyonov bakılı kəşfiyyatçı M. Həşimov
barəsində ayrıcı
kitab yazmaq üçün məlumatlar
toplayırdı. Lakin
yazıçının qəfil
ölümü, bu ideyanın həyata keçməsinə mane oldu.
Nuriyyə xanım
həyat yoldaşı kimi öz əməksevərliyi,
işgüzarlığı ilə
çalışdığı kollektvlərdə daim
hörmət qazanıb. Uzun illər DİN-nin pasport sistemində çalışıb,
polkovnik-leytenant rütbəsinə
qədər yüksəlib.
Daxili işlər orqanlarından təqaüdə
çıxandan sonra
10 il Dəmir Yolu İdarəsinin təhsil şöbəsində çalışıb.
Nuriyyə xanım ali
təhsilli hüquqşünas
idi, bununla bərabər Azərbaycan
Dövlət Universitetinin
filologiya fakültəsini
də bitirmişdi. Ədəbiyyata bağlılıq
Nuiyyə xanımın
folklor sahəsində
tədqiqatlar aparmağa,
doğulub boya-başa
çatdığı Ağdaş
barədə “Məni
yaşadan xatirələr”
kitabını yazmağa
sövq edib. Bu kitabda təkcə
sayılıb-seçilən nəsil şəcərəsi
barədə deyil, bir əsrə yaxın zaman kəsiyində şahidi olduğu ictimai-siyasi hadisələr də təsvir olunub. N. Əhmədovanın ictimai
işlərə də
marağı çox
olub. “Bilik” cəmiyyətinin xətti
ilə çoxlu sayda tədbirlərdə iştirak edib, maraqlı mühazirələr
oxuyub. Bu sahədəki məhsuldar fəaliyyətinə
görə Ümumittifaq
Bilik Cəmiyyətinin
sədri məşhur
akademik Basov şəxsən ona Fəxri Fərman təqdim edib.
Nuriyyə xanım
öz ömür-gün yoldaşı Məmmədəli
ilə çox səmimi və xoşbəxt bir ömür
sürüblər. Qarabağ münaqişəsi başlananda
bütün soydaşlarımızz
kimi onlar da çox narahat günlər yaşadılar.
Rus dilində mükəmməl savadları
oduğu üçün
Azərbaycana qarşı
qərəzli mövqedən
çıxış edən
Moskva qəzetlərinə
etiraz məktubları
yazırdılar. Artıq
70 yaşını arxada
qoymuş köhnə
döyüşçü Məmmədəli Həşimov
yenidən əlinə
silah götürüb
Vətən torpaqlarını
qoruya bilmədiyi üçün çox heyifsilənirdi. Lakin hər ikisi hər ay pensiyalarının
xeyli hissəsini Qarabağa Yardım Fondunun hesabına köçürürdülər.
Düz bir neçə il (fondun hesabı bağlanana qədər) ora vəsait köçürdülər.
İndi Məmmədəli
həyatda yoxdur. Amma Nuriyyə xanım üçün o yaşayır, sağdır. Belə bir qeyrətli və hünərli bir kişinin qadını olduğu üçün o xoşbəxtdir. İnanır
ki, Məmmədəli Həşimov kimi həqiqi qəhrəmanlardan gənclər
çox şey öyrənə bilər.
Məsaim ABDULLAYEV
Üç nöqtə.- 2010.- 25 dekabr.- S. 11.