Konfrans

 

BİLƏNLƏR bilir, bilməyənlərə bəlli olsun ki, bu həftə gözəlim Bakı şəhərində Beynəlxalq Teatr Konfransı baş tutub. Cari ildə paytaxtımız bir sıra önəmli mədəniyyət hadisələrinə şahid olub olacaq da, inşallah. Bunlara misal olaraq, Beynəlxalq Caz Festivalını, Müqayisəli Ədəbiyyat Konfransını, Beynəlxalq Teatr Konfransını bu qəbildən olan digər tədbirləri göstərmək olar. Bəs, bu tədbirlərin hadisələrin milli mədəniyyətə kimi faydası olacaq? Bu, bilavasitə bağdır keçirilən tədbirlərin səviyyəsinə, təşkilati məsələlərə. Bir ki, mədəniyyət sferasında çalışan insanların həvəsinə, marağına entuziazmına.

!.. Onu deyirdim axı. Bu həftənin ilk günlərində 2010-cu ilin ən önəmli mədəniyyət hadisələrindən biri olan "Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər alternativlər" mövzusunda Azərbaycan Birinci Bakı Beynəlxalq teatr konfransı gerçəkləşib. 9-10 noyabr tarixlərində keçirilən bu beynəlxalq miqyaslı tədbir Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi tərəfindən təşkil olunub. Onu da qeyd edim ki, elmi-praktiki konfrans Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əsaslı təmir olunmuş yeni binasında reallaşıb.

Müxtəlif ölkələrin tanınmış teatr xadimlərinin - rejissorlarının, prodüsserlərinin, teatr rəhbərlərinin, aktyorlarının teatrşünaslarının iştirak etdikləri bu elmi-praktiki konfransda çağdaş teatr prosesinin durumu, problemlər, perspektivlər, birgə əməkdaşlıq kimi məsələlər müzakirə olundu. Konfransın işçi qrupunda ABŞ, Kanada, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belarus, Estoniya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Avstriya, Yunanıstan, Koreya, Tunis, Oman, Çernoqoriya, Çin, Səudiyyə Ərəbistanı, İran, Sinqapur, Honkonq, Küveyt Azərbaycandan tanınmış teatr xadimləri iştirak edirdi. Konfrans 9-10 noyabr tarixlərini əhatə etsə , ümumiyyətlə, 7-12 noyabr tarixlərində sözügedən konfrans çərçivəsində bir sıra tədbirlər keçirildi. Tanınmış teatr xadimlərinin teatr tənqidi, aktyor sənəti, teatr rəssamlığı, dramaturgiya kimi mövzularda keçirdikləri seminarlar ustad dərsləri gənc teatr sənətçiləri üçün son dərəcə səmərəli oldu. Konfransın işçi qrupu həmçinin Bakıda olduqları müddətdə müxtəlif paytaxt teatrlarının bir sıra tamaşalarını da izləmək imkanı qazandılar. Şəxsən mən konfransın gedişini başdan-ayağa izlədiyimə görə (bəndəniz Məryəm Əlizadə, İlham Rəhimli Aydın Talıbzadə ilə bərabər Azərbaycandan olan işçi qrupunun tərkibinə daxil idi) özümçün bir sıra dəyərli qənaətlər hasil edə bildim. Təbii ki, konfransdakı çıxışçılar arasında mövzudan yayınanlar, hamıya bəlli olan sadə həqiqətləri təkrarlayanlar da az olmadı. Amma hər şeyə rəğmən qeyd etməliyəm ki, nəticə etibarilə, konfrans baş tutdu. Yəni ki, Bakı Birinci Beynəlxalq Teatr Konfransı qarşıya qoyduğu məqsədi qismən olsa, realizə edə bildi.

Onu da qeyd edim ki, çıxışçılar içərisində şəxsən məni ən çox maraqlandıran sənətşünaslıq doktoru, Ukrayna İncəsənət Akademiyasının akademiki, Les Kurbas adına Milli Teatr Mərkəzinin direktoru Nelli Kornienko oldu. O, dünya teatrında baş verən yeni tendensiyalar haqqında məlumat verdi çağdaş teatrşünaslığın qeyri-klassik üsullarından bəhs etdi. Yeri gəlmişkən, qeyd edim ki, konfrans ərəfəsində baş verən önəmli olaylardan biri Nelli Kornienkonun Azərbaycan dilinə tərcümə olunmuş "Ukrayna teatrı üçüncü minilliyin astanasında" adlı kitabının təqdimat mərasimi oldu. Onu vurğulamaq istərdim ki, sözügedən kitab Ukrayna teatrının problemlərinə həsr olunsa da, Azərbaycan teatr xadimləri üçün son dərəcə səmərəli ola bilər. Soruşursunuz ki, necə?

Bax, hu barədə növbəti yazılarımızda...

 

 

Vaqif İBRAHİMOĞLU

 

Üç nöqtə.- 2010.- 13 noyabr.- S. 13.