“Gənclər ekoloji inkişaf uğrunda”
Bakıda keçirilən beynəlxalq elmi-praktiki
konfransın yekun qətnaməsi qəbul olunub
Bakıda keçirilən
“Gənclər ekoloji inkişaf uğrunda” beynəlxalq
elmi-praktiki konfransın yekun qətnaməsi qəbul olunub. Bu
haqda Gənclər və İdman Nazirliyində (GİN) beynəlxalq
tədbirə həsr olunmuş mətbuat konfransında məlumat
verilib. GİN-in gənclərlə iş şöbəsinin
müdiri Fərhad Hacıyev bildirmişdir ki, yekun sənəddə
ekoloji problemlərin birgə həlli, gənclərin bu
problemlərə diqqətinin cəlb olunması, dövlət
qurumlarının QHT-lərlə sıx əməkdaşlığı,
elmi institutların daha aktiv fəaliyyət göstərməsi,
ekoloji mövzuda araşdırmaların genişləndirilməsi,
sahibkarların, iş adamlarının, ümumiyyətlə,
vətəndaş cəmiyyətinin bu problemlərin həllində
iştirakı kimi məsələr öz əksini tapıb.
Xatırladaq ki, “Gənclər
ekoloji inkişaf uğrunda” beynəlxalq elmi-praktiki konfransı
“Ekologiya İli” çərçivəsində Azərbaycan
Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər
nazirlikləri, AMEA və BMT-nin Uşaq Fondunun (UNİCEF) təşəbbüsü
ilə keçirilib. Tədbirdə dünyanın 13 ölkəsindən
150-ə yaxın gənc alim, tədqiqatçı iştirak
edib.
Elməddin
Üç nöqtə.- 2010.- 13 noyabr.- S. 12.