IV Beynəlxalq Müasir Musiqi Festivalı yekunlaşdı
Festivalın 25 il əvvəlki təşkilatçıları
bu dəfə tədbirə qatılmadı
Məlum olduğu kimi, bu ay ölkəmizdə Qara Qarayev adına IV Beynəlxalq
Müasir Musiqi Festivalı keçirilib. 25 illik tarixi
olan bu festival 1-8 aprel tarixlərində reallaşıb. Festival çərçivəsində elmi konfrans, həmçinin dünyanın
tanınmış musiqiçilərinin
konsertləri də təşkil olunub. Qeyd etdı
ki, tədbir Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
İlk dəfə Bəstəkarlar
İttifaqı tərəfindən
təşkil olunan festivalda bu il
sözügedən qurum iştirak etməyib. Bu məsələyə
münasibət öyrənmək
üçün Bəstəkarlar
İttifaqı ilə
əlaqə saxladıq.
İttifaqın mətbuat
xidmətindən “Üç
nöqtə”yə verilən
məlumata görə
onlar festivalda təşkilatçı qismində
iştirak etmək istəsələr də,
bununla bağlı heç bir təklif almayıblar: “Bununla bağlı bizə heç bir təklif gəlməyib. Əgər təklif edilsəydi,
onda məmnuniyyətlə
qəbul edərdik.
Bildiyiniz kimi, Qara Qarayevin adını daşıyan
ilk festival 25 il əvvəl baş tutub. Qara Qarayevlə bağlı
25 il əvvəl keçirilən elə həmin festivalın təşəbbüskarı, təşkilatçısı
da məhz Firəngiz xanım Əlizadə olub”.
Bu məsələyə qarşı tərəfin
də mövqeyini öyrənmək üçün
Mədəniyyət və
Turizm Nazirliyinin incəsənət şöbəsinin
müdiri Fərəh
Əliyeva ilə də əlaqə saxladıq. Qara Qarayev adına
IV Beynəlxalq Müasir
Musiqi Festivalının
təşkilatçıları sırasında olan Fərəh xanım festivalla bağlı Bəstəkarlar İttifaqına
təklif göndərilmədiyini
söylədi: “Hansısa
tədbirdə iştirak
etməyin iki yolu var. Ya bilet
alırsan, ya da ki, dəvətnamə
ilə gedirsən. Biz isə insanların
maddi durumunu nəzərə alaraq açıq qapı elan etmişdik. İstəyən hər bir kəs gəlib iştirak edə bilərdi. Bəstəkarlar İttifaqına isə
xüsusi olaraq dəvətnamələr göndərmişdik.
Amma Firəngiz xanım həmin ərəfədə
Bakıda yox idi. Bir də ki, hamının
hər yerdə təşkilatçı olması
vacib deyil ki... Bildiyiniz kimi Qara Qarayev
adına IV Beynəlxalq Müasir Musiqi Festivalı Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən təşkil
olunmuşdu. Ancaq yenə de deyirəm
hər bir kəs rahatlıqla orada iştirak edə bilərdi. Onu da deyim ki,
biz Bəstəkarlar İttifaqı
ilə birgə çox sayda tədbirlər keçirmişik.
Yəni burda problemə səbəb olacaq
heç bir məsələ yoxdur”.
Xatırladaq
ki, Qara Qarayev adına IV Beynəlxalq
Müasir Musiqi Festivalına 10 ölkədən musiqi kollektivləri,
ifaçılar və musiqişünaslar qatılıb. Festivalın açılış və
qapanış mərasimləri Azərbaycan Dövlət
Filarmoniyasında keçirilib.
Üç nöqtə.- 2011.- 12
aprel.- S. 13.