Ceyhun Mirzəyevin yubileyi qeyd olunub

 

 Azərbaycanın tanınmış rejissoru və aktyoru Ceyhun Mirzəyevin 65 yaşının tamam olması münasibətilə Dövlət Film Fondunda xatirə gecəsi keçirilib. Məlumata görə, tədbirdə C.Mirzəyevin çəkildiyi filmlərdən parçalar nümayiş etdirilib, həyat və yaradıcılığını əks etdirən foto sərgi də təqdim olunub.

Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev Ceyhun Mirzəyevin həyat və yaradıcılığından söhbət açıb, xatirələrini bölüşüb.

Tədbirdə çıxış edən kino xadimləri Ceyhun Mirzəyevin Azərbaycan kino tarixində xidmətlərindən danışıblar. C.Mizəyevin kurs yoldaşı Ənvər Əbluc bildirib ki, mərhum aktyor az ömür yaşamasına baxmayaraq, yaratdığı hər bir obrazla insanların ürəyinə yol tapmağı bacarıb.

Tədbirdə Fuad Poladov, Samir Süleymanov, Ramiz Əzizbəyli, Elxan Qasımov, Aydın Kazımzadə, Xamis Muradov və aktyorun həyat yoldaşı mərhumla bağlı xatirələrini bölüşüblər.

 

 

Üç nöqtə.- 2011.- 12 aprel.- S. 13.