Vətəndaş cəmiyyəti institutları problemlərin həllinə yardım edir

 

Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimayyətinin diqqətinə çatdırılması üçün QHT-lər xeyli iş görüb

  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq səsinin dünya ictimayyətinə çatdırılması və məcburi köçkünlərin problemlərinin həllinə yardım edilməsi Qeyri-Hökümət  Təşkilatlarının da önəm verdiyi məsələlərdəndir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasından sonra bu iş daha planlı şəkildə aparılır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyə dəstəyi nəticəsində bugünədək bir sıra işlər görülüb. Azərbaycan Maarifçi Xeyirxah Xanımlar İctimai Birliyi «Bakı şəhəri Bakıxanov qəsəbəsində məskunlaşmış qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yardım» layihəsini icra edib.  Layihənin məqsədi Bakı şəhəri Bakıxanov qəsəbəsində yaşayan yoxsul, sosial vəziyyəti ağır olan məcburi köçkün və qaçqınların ünvanlı sosial yardım almalarına kömək etməkdir. Layihə çərçivəsində qaçqın və məcburi köçkünlərin ünvanlı sosial yardım almaları üçün hüquqi məsləhət və digər xidmətlər həyata keçirilib. Təşkilatın Mehmandarov küçəsi, ev 34-də yerləşən ofisində 51 nəfər qaçqın və məcburi köçkün ailəsinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə onlara ünvanlı sosial yardım almaq üçün tələb olunan sənədlərin siyahısı, əlaqə telefonları və ünvanlar təqdim edilib, hüquqi məsləhət verilib. Nəticədə Bakıxanov qəsəbəsində yaşayan, maddi vəziyyəti ağır olan məcburi köçkünlər və qaçqınlar, kimsəsizlər və yoxsulların

ünvanlı sosial yardım almaq qaydaları haqqında məlumatı artıb. Onlar sənədlərin nümunələrini əldə ediblər ki, bu da onlara müstəqil şəkildə sosial yardım almaq üçün müvafiq qurumlara müraciət etmək imkanı verib.

 

QARABAĞ PROBLEMİ TÜRK DÜNYASININ ORTAQ PROBLEMİDİR

 

«Ortaq dəyərlər» ictimai birliyi «Qarabağ problemi türk dünyasının ortaq problemidir» mövzusunda müzakirələrin təşkili» layihəsini icra edib. Layihənin məqsədi Qarabağ problemi ilə bağlı həqiqətlərin türk dünyasında daha dərindən öyrənilməsinə töhfə vermək olub. Həmçinin, türk dünyasının KİV-i üçün hər bir ölkənin xüsusiyyətlərinə uyğun məqalələr hazırlayaraq yaymaq, eyni zamanda türk dünyasının müxtəlif bölgələrindən olan müəlliflərin yazılarını Azərbaycan KİV-ində dərc etdirməkdi. Layihə çəiçivəsində Azərbaycan KİV-i üçün  Qarabağ probleminin müxtəlif istiqamətlərini əhatə edən müsahibələr hazırlanıb. Azərbaycanda təhsil alan türk tələbələrə seminarlar keçirilib, Qarabağ problemindən müasir türk dünyasının birliyinə və həmrəyliyinə zərbə vurmaq bəhrənənlər ifşa edilib. Nəticə: www.ortaqdeyerler.com veb saytı istifadəyə verilib. Layihənin davam etdirilməsi Qarabağ problemi ilə bağlv Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasına öz tövhəsini verəcək.

«Üfüq» gənclərin inkişafı naminə ictimai birliyi isə «Qaçqın və məcburi köçkün gənclər üçün «Biznesə necə başlamalı?» adlı təlimlərin keçirilməsi layihəsini icra edib.

Layihənin məqsədi Qəbələ və Mincəçevirdə 18-25 yaş arası qaçqın və məcburi köçkün gənclər sahibkarlıqla məşğul olmaq istəyənlərə hüquqi-mənəvi yardım etməkdir.

Layihə çərçivəsində  Qəbələ və Minqəçevir şəhərlərində məskunlaşmış qaçqın və məcburi köçkün ailələrindən olan 42 gəncə sahibkarlıq fəaliyyətilə bağlı 8 təlim keçirilib. Təlimlərdə gənclərə müasir biznesin qurulması, hüquqi, fiziki şəxsin qeydiyyatı, kreditlərin alınması, vergi qanunvericiliyinin əsas müddəaları haqqında zəruri biliklər verilib. Nəticədə qaçqın və məcburi köçkün gənclər arasında sahibkarlıq fəaliyyəti ilə bağlı informasiya çatışmazlığı aradan qaldırılmasına yardım edilib. Onların müasir biznes idarəçiliyi ilə bağlı bilik və bacarıqların inkişaf etdirilib. Layihə nəticəsində 42 nəfər sahibkarlığın əsaslarına dair zəruri biliklər əldə edib.

 

DAĞLIQ QARABAĞ HƏQİQƏTLƏRİNİ DÜNYAYA ÇATDIRAN ONLARLA SAYT YARADILIB

 

Humanitar Tədqiqatlar Cəmiyyəti «Dağlıq Qarabağla bağlı internet bloqunun genişləndirilməsi üçün tədbirlər» ləyihəsini icra edib.  Layihənin məqsədi Dağlıq Qarabağ münaqişəsinin cəmiyyətin geniş təbəqələri arasında müzakirə olunmasına, mövcud olan resursların virtual aləmlə inteqrasiyası yolu ilə məlumatların beynəlxalq aləmdə yayılmasına nail olmaqdan ibarət olub.  Layihə çərçivəsində internet səhifənin inkişafı ilə bağlı lazımi məlumatlar toplanıb və təhlil edilərək bloqa yerləşdirilib. İnternet səhifəyə əlavə üçün nəzərdə tutulan hissəsinin texniki təminatı və məlumat bazası yaradıldı. Yeni hissənin proqrammtəminatı NextPoinn şirkəti tərəfindən aparılıb. Nəticə olaraq karabakhblog.com saytı yaradılıb və saytın istifadəçilərinin sayı ay ərzində 800-1200 arasında olub. Saytın facebook şəbəkəsində «Karabakhblog» adı altında qeydiyyatdan keçmiş sahifəsinin istifadəçilərinin sayı 2172 nəfərdir. Saytın ünvanında mövzuya aid 50-dən çox videoyazı yerləşdirilib. Layihə sonna çatarkən istifadəçilərin sayı 24562 nəfər olub.

Şəhid ailələrin maddi və mənəvi dəstək ictimai birliyi isə «Şəhid ailələri qaçqın və valideyn himayəsindən məhrum olmuq yeniyetmələrə peşə kurslarının təşkili» layihəsini icra edib. Layihənin məqsədi Bakı şəhərində və Abşeron rayonunda yaşayan şəhid, əlil, qaçqın ailələrinin nümayəndələrinə və valideyn himayəsindən məhrum olmuş yeniyetmələrə kömpüter texnologiyasının öyrədilməsi və onların idarə və müəssisələrdə müvafiq işlə təmin olunmasına yardım etmək olub. Layihə çərçivəsində şəhid, əlil, qaçqın ailələrindən və valideyn himayəsindən məhrum olmuş yenqiyetmələr arasından seçilmiş 24 nəfər üçün 3 aylıq pulsuz kompüter kursları təşkil edilib. Kurslarda uşaqlara yüksək ixtisaslı mütəxəssislər dərs keçib. Təlimlər bitdikdən sonra yeniyetmələr imtahan verərək, peşə yararlığı haqqında müvafiq sertifikat alıblar.

Nəticədə Bakı şəhərində və Abşeron rayonunda yaşayan şəhid, qaçqın ailələrinin sosial və təhsil məsələlərilə bağlı problemlərinin həllinə köməklik göstərilib.  24 nəfərə peşə yönümlü yardım edilib, onların konkret işlə təmin olunması üçün təşkilat tərəfindən fəaliyyət davam etdirilir.

 

«ERMƏNİSTAN, ƏSİR VƏ GİROVLARI QAYTAR»

 

Elmi araşdırmalar ictimai birliyi «Ermənistan, əsir və girovları qaytar!» adlı beynəlxalq təbliğat kampaniyasının aparılması» adlı layihə icra edib. Layihənin məqsədi dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətini azərbaycanlı əsir və girovların probleminə yönəltmək və onların  azad olunması üçün beynəlxalq ictimaiyyətin səylərini səfərbər etməkdir. Layihə çərçivəsində Azərbaycan diasporu və dünya Azərbaycanlıları konqresi (DAK)     ilə ləqadələr qurulub. Almaniyanın Köln şəhərində keçirilən DAK-ın qurultayında, o cümlədən Bakı şəhərində əsir və girovluqda olmuş şəxslərin fotolarından ibarət foto-sərgi kekçirilib. «Erməni əsirliyində» adlı kitab çap edilib. Erməni əsirliyində hələ də əzab çəkən həmvətənlərimiz haqda məlumatlar beynəlxalq şəbəkələrə yayımlanıb.

Nəticədə beynəlxalq aləm bir daha təcavüzkar Ermənistanın sivill birgəyaşayış normalarını kobud pozmasının şahidi olub. DAK qurultayının iştirakçıları problem tanış olub və bu sahədə başlanmış fəaliyyəti dəstəklədiklərini bildiriblər.

 

(Ardı var)

 

 Üç nöqtə.- 2011.- 1 dekabr.- S. 5.