QHT-lər qaçqınlara dəstək olan onlarla layihə həyata keçirib

 

Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması istiqamətində işlərə önəm verilir

Qaçqın məcburi köçkünlərin problemlərinin həlli istiqamətində tədbirlər həyata keçirən Qeyri-Hökumət Təşkilatlarından biri Azərbaycan Diabet Mərkəzidir. Mərkəz bununla bağlı «Məcburi köçkünlərin kompakt yaşadıqları ərazilərdə şəkərli diabet xəstəliyinin qarşısının alınması məqsədilə təlimat   maarifləndirmə işlərinin aparılması» layihəsini icra edib. Layihənin məqsədi məcburi köçkünlərin kompakt yaşadıqları ərazilərdə şəkərli diabet xəstələrinin maarifləndirilməsi olub.

Bununla bağlı Ağdam rayonunun Quzanlı Xaçınçay qəsəbələrində, Füzuli rayonunun Zobucuq qəsəbəsində, Biləsuvar rayonunun qaçqınlar qəsəbəsində maarifləndirmə tədbirləri keçirilib. 1-ci 2-ci tip diabetli xəstələr üçün məlumat kitabı paylanılıb. Nəticədə qaçqın məcburi köçkünlər bu xəstəliyin profilaktikası, müalicəsi, özünənəzarət, insulin vurma qaydaları pəhriz haqqında məlumatlanıblar. Keçirilmiş maarifləndirmə tədbirləri onların sağlamlığına müsbət təsir edib. Bu ərazilərdə şəkərli diabet xəstələrinin insulin dərman təminatı haqqında məlumatlar ümumiləşdirilib, Maliyyə Nazirliyinə Səhiyyə Nazirliyinə müvafiq məktub göndərilib.

Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyi isə «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Bolqar ictimaiyyətinə çatdırılması» layihəsini icra edib. Layihənin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri bolqar ictimaiyyətinə çatdırmaq olub. Layihə çərçivəsində Sofiya şəhərində tələbələrlə görüşlər keçirilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər tələbələrin diqqətinə çatdırılıb. Bolqarıstanda nazir Bogidar Dmitrov, Azərbaycanın Bolqarıstandakı səfirliyinin nümayəndələri, professor  Stnaçev, Bolqarıstanın mədəniyyət, təhsil elm nazirliklərinin təmsilçiləri, Bolqarıstanın Azərbaycandakı birinci səfiri Yüksel Ahmed, Bolqarıstanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Viktoriya Kuşeva digər ictimai xadimlərlə görüşlər keçirilib. Nəticədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər bloqlar ictimaiyyətinə çatdırılıb. Bloqlar ictimaiyyəti təşkilatın nəşr etdirdiyi «Akkord» beynəlxalq jurnalı vasitəsilə mütəmadi məlumatlandırılır.

 

 

MÜHARİBƏDƏN ƏZİYYƏT ÇƏKƏN UŞAQLAR DİQQƏT MƏRKƏZİNDƏDİR

 

Sahibsiz uşaqlara kömək ictimai birliyi isə «Müharibədən əziyyət çəkən uşaqların həyatından bəhs edən «Güllələr altında» sənədli-bədii filmin yaradılması» layihəsini icra edib. Layihənin məqsədi müharibədən əziyyət çəkən uşaqları diqqət mərkəzinə gətirmək film vasitəsilə həm yerli, həm xarici təşkilatları Dağlıq Qarabağ münaqişəsinin ağır fəsadları ilə yaxından tanış etməkdir. Layihə çərçivəsində Ağdam, Tovuz Qazax rayonlarının cəbhə xəttinə yaxın kəndlərdə insanların hər gün pozulan atəşkəsdən necə əziyyət çəkməsi, eləcə ermənilərin tarixi vəhşiliklərini sübut edən Quba kütləvi məzarlığı «Güllələr altında» sənədli-bədii filmin sas motivləridir. Film ictimaiyyətə təqdim olunur. «Güllələr altında» adlı sənədli-bədii film Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda çəkilən filmlər sırasında yüksəl qiymətləndirilib. Filmdə həyatını güllə altında yaşamağa məcbur olan azərbaycanlı uşaqların faciəsi əks olunub.

Söz Azadlığı Müdafiə Fondu isə «Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərərçəkmiş rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması» layihəsini icra edib. Layihənin məqsədi əlaqəli məlumatlar bazası sistemi əsasında Azərbaycan regionlarının tarix, mədəniyyət obyektlərinin elektron kataloqunu muzeylər üzrə elektron bələdçilər yaratmaqdır. Şuşa, Cəbrayıl, Kəlbəcər, Füzuli, Zəngilan, Ağdam, Qubadlı, Laçın Xocalı şəhərlərinin diyarşünaslıq muzeylərinin rəhbərləri ilə görüşlər keçirilib, materiallar toplanıb. Mövzu üzrə QHT KİV-in iştirakı ilə dəyirmi masa keçirilib. Nəticədə www.diyarshunasliq.az veb saytı istiadəyə verilib toplanmış materiallar bu saytda yerləşdirilib. Saytın ictimaiyyətə təqdim olunması diyarşünaslıq muzeyləri haqqında olan biliklərin genişləndirilməsində yardımçı rolunu oynayıb. Saytın gələcəkdə rus ingilis dillərinə tərcümə olunması nəzərdə tutulub.

 

QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜN QRUPLARINA TƏLİMLƏR KEÇİRİLİB

 

Yayımların Monitorinqi Mərkəzi İctimai Birliyi isə «Məcburi köçkünlərə mülkiyyət hüquqlarının qorunması məqsədi ilə Avropa insan hüquq və azadlıqlarının qorunmasına dair Konvensiyada təsbit edilən hüquqlarını aşılamaq və məhkəməyə müraciət edənlərə hüquqi yardım göstərmək» layihəsini icra edib. Layihənin məqsədi məcburi köçkünlərə mülkiyyət hüquqlarının qorunması məqsədi ilə Avropa insan hüquq və azadlıqlarının qorunmasına dair Konvensiyada təsbit edilən hüquqları aşılamaq və məhkəməyə müraciət edənlərə hüquqi yardım göstərməkdir. Layihə çərçivəsində Bərdə, Tərtər, Ağdam və Ağcabədi rayonlarında qaçqın və məcburi köçkün qruplarına təlimlər keçirilib. Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət formalarını əks etdirən buklet nəşr olunaraq paylanıb. Avropa Məhkəməsinə müraciət edənlərin şikayətlərinin hazırlanmasında qaçqın və məcburi köçkünlərə yardım edilib.

«Bərəkət» İctimai Birliyi isə «Kənd ərazisində qaçqın və məcburi köçkünlərin, əlil, veteran və şəhid ailələrinin problemlərinin həllinə dəstək» layihəsini icra edib. Layihənin məqsədi kənd ərazisində qaçqın və məcburi köçkünlərin, əlil, veteran və şəhid ailələrinin sosial-iqtisadi problemlərini həll etmək, nəticələrə uyğun təkliflər paketi hazırlamaq və müvafiq  orqanlara təqdim etmək olub. Bununla bağlı Salyan rayonunun Qaradağlı, Təzəkənd və Kərimbəyli kəndlərində sorğularseminarlar keçirilib. Qaçqın və məcburi köçkün, əlil, veteran və şəhid ailələrinin mövcud problemləri öyrənilib. Onların həllinə yardım məqsədilə maarifləndirici materiallar çap olunub və paylanıb. Nəticədə yerli kənd sakinlərinin, xüsusilə qaçqın və məcburi köçkün, əlil, veteran və şəhid ailələrinin problemlərinin araşdırılmasının nəticəsi olaraq, məşğulluq, ünvanlı dövlət sosial yardımın alınması, müavinət və digər yardımların verilməsilə bağlı icra strukturlarına təqdimatlar edilib.

 

MƏCBURİ KÖÇKÜN AİLƏLƏRİNİN MƏLUMATLILIQ SƏVİYYƏSİ ARTIRILIB

 

«Nurlu gələcək» sosial inkişaf ictimai birliyi isə «Qaçqın və məcburi köçkünlərin, müharibə əlillərinin və şəhid ailələrinin qanuni maraqlarının müdafiəsinin təşkili» layihəsini icra edib. Layihənin məqsədi qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, itkin düşən və şikəst olan şəxslərin ailələrinin sosial hüquqlarının müdafiə olunması olub. Layihə çərçivəsində qaçqın və məcburi köçkünlər arasında sorğu keçirilib. Qaçqın və məcburi köçkünlərin, müharibə əlilləri və şəhid ailələrinin 42 nümayəndəsi üçün təlimlər keçirilib, onlardan 23 nəfərə hüquqi yardım göstərilib. Maarifləndirici buklet hazırlanaraq çap edilib və təlim iştirakçılarına paylanıb. Nəticədə qaçqın və məcburi köçkün ailələrinin məlumatlılıq səviyyəsi artırılıb, onlara hüquqi və mənəvi dəstək verilib.

Azərbaycan Maarifçi Gənclər Təşkilatı isə «Qaçqın və məcburi köçkün qızların peşə hazırlığına dəstək» layihəsini icra edib. Layihənin məqsədi qaçqın və məcburi köçkün ailələrindən olan qızların peşə öyrənməsinə və bu işlə gəlir əldə etməsinə yardım göstərmək olub.  Bununla bağlı Binəqədi rayonundakı yataqxanasında yaşayan şagirdlər arasından 13 qız seçilibonlar üçün qadın bərbəri kursları təşkil olunub. Peşə təlimi kursları vasitəsilə məcburi köçkün gənc qızlar bərbərlik peşəsinə yiyələnib, Azərbaycan Maarifçi Gənclər Təşkilatının layihə çərçivəsində yaratdığı bərabər salonunda fəaliyyət göstəriblər.

 

(Ardı var)

 

 Üç nöqtə.- 2011.- 3 dekabr.- S. 5.