Macar-Azərbaycan Dostluq Cəmiyyətində görüş
keçirilib
Səfir Vilayət Quliyev
cəmiyyət üzvlərinin
90 faizinin macarlardan ibarət olmasını yüksək qiymətləndirib
Budapeştdə «Millətlər Evi»ndə Macar-Azərbaycan Dostluq Cəmiyyəti
(MADC) Azərbaycanın Macarıstandakı
səfirliyinin əməkdaşları
ilə üzvlərinin
görüşünü görüş
təşkil edib. Cəmiyyətin
sədri Svetlana Abdullayeva
qurumun üzvlərini
təqdim edərək
bildirib ki, 1994-cü ildən fəaliyyət göstərən MADC Azərbaycanın
tarixi və bu günü, qədim adət-ənənələri,
milli bayramları, dövlətimizin qazandığı
nailiyyətlər barədə
informasiya yaymağı
qarşısına məqsəd
qoyub. Macarıstanda təhsil alan tələbə Rəşad
Mehbaliyevin ucnoqta.az-a verdiyi məlumata görə, tədbirdə
çıxış edən
qurumun üzvləri təşkilata nə zaman və hansı
məqsədlə üzv
olmalarından, bu müddət ərzində
Azərbaycan barədə
təsəvvürlərinin nə dərəcədə
genişlənməsindən və Macarıstanda ölkəmizə marağın
durmadan artmasından söz açıblar. Cəmiyyətin təşkil etdiyi
müxtəlif tədbirlərə,
onun fəaliyyət sahəsinə, habelə ölkələrimizin və
mədəniyyətlərimizin qarşılıqlı yaxınlaşmasına
maraq göstərən
çoxsaylı insanlar
arasında ayrı-ayrı
peşə sahibləri
var. Cəmiyyətin üzvləri
Azərbaycan səfirliyinin
təşkil etdiyi tədbirlərdə yaxından
iştirak edirlər.
Azərbaycanın Macarıstandakı
fövqəladə və
səlahiyyətli səfiri
Vilayət Quliyev bildirib ki, cəmiyyətin
fəaliyyətinə yaxşı
bələddir, xalqlarımızın
bir-birini yaxından tanımaları məqsədi
daşıyan ümumi
işə qurumun hər bir üzvünün
şəxsi töhfəsini
yüksək qiymətləndirir:
«Sevindirici haldır ki, cəmiyyət üzvlərinin 90 faizi macarlardan ibarətdir. Azərbaycanı sevən bu insanlar ölkəmizlə
bağlı səmimi
hisslərini bundan sonra da dostlarına,
həmkarlarına və
ailə üzvlərinə
aşılayacaqlar».
V.Quliyev Diasporla
İş üzrə
Dövlət Komitəsinin
dəstəyi ilə ötən il macar dilində çapdan çıxmış
üçcildlik topludan
söz açaraq bildirib ki, nəşrdə
Macarıstanda tanınan
gənc Azərbaycan müəlliflərinin qələminə
məxsus, onların keçmiş və gələcəklə bağlı
mülahizələrini, Vətənin
ağrılı-acılı və şad günlərini əks etdirən hekayə, povest və esselər, habelə qədim Azərbaycan diyarı Qarabağın zəngin mədəniyyəti
barədə sənədli
materiallar yer alıb. Bu qəbildən
maraqlı layihələr
gələcəkdə də
həyata keçiriləcək.
V.Quliyev tədbirdə iştirak edənlərə, Azərbaycan
və macar xalqlarına uğurlar və tərəqqi arzulayıb.
Elməddin
Üç nöqtə.- 2011.- 1 fevral.- S. 6.