Müğənni Rüfət Mehtiyev vəfat edib
Bu gecə saat 03. 00 radələrində
tanınmış azərbaycanlı müğənni Rüfət
Mehtiyev qəflətən dünyasını dəyişib. Mərhumun
yaxınlarının dediyinə görə, müğənni
beyinə qansızmadan vəfat edib.
Mərhumun
dostlarından biri, Azərbaycanın tanınmış
jurnalisti Vüqar Vüqarlı Milli.Az xəbər portalına
bildirib ki, Rüfət Mehtiyev televizora baxarkən
dünyasını dəyişib.
"Mənə onun
ölüm xəbərini deyəndə inanmadım. Hətta
telefonda mənə zəng edən şəxsə də dedim
ki, belə yersiz zarafatlardan xoşum gəlməz. Amma sonra
bildim ki, Rüfət düynasını dəyişib. Rüfət
çox gülərüz, xoş bir insandı. Onunla
bağlı ancaq xoş xatirələrim var", -
V.Vüqarlı dedi.
R.Mehtiyev "8-ci
kilometr" yaşayış massivindəki qəbristanlıqda
dəfn ediləcək.
Mərhum müğənninin
yas mərasimi onun Məhəmməd Hadi, 29 ünvandakı
evində keçirilir.
Dəfn mərasimi bu gün saat 14.00-da olacaq.
Aldığımız məlumata görə, Rüfət Mehtiyev qan təzyiqinin qəfil yüksəlməsi
və insult nəticəsində
dünyasını dəyişib. Çağırılmış təcili yardım
briqadası Rüfəti
xilas edə bilməyib.
Onun iki uşağı qalıb.
Xatırladaq ki, Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı
Komissarı adına
Mədəniyyət sarayının
piano sinfində (1976-1986), Azərbaycan
Dövlət Universitetinin
geoloji coğrafiya fakültəsində təhsil
alıb (1986-1992). 1989-cu ildən musiqi ilə məşğuldur.
1992-ci ildən müğənnilik edir.
"Space" Televiziyasında hazırlanmış “Qış
Nağılı” (2004) və
“Baharın Nağılı”
(2008) film-verilişlərində çəkilib.
Allah rəhmət eləsin!
Üç nöqtə.- 2011.- 2 fevral.- S. 13.