Mədəniyyətkanalı açıldı

 

 Bakı vaxtı ilə 20.30-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycanda yeniMədəniyyətkanalının  açılışı oldu. “Mədəniyyətkanalı gündüz saat 12.00-dan gecə 02.00-a qədər fəaliyyət göstərəcək.

Milli Televiziya Radio Şurasının (MTRŞ) qərarı ilə Azərbaycanda ixtisaslaşdırılmış televiziya kanalının (“Mədəniyyətteleviziya kanalının) açılması üçün Bakı Abşeron ərazisində televiziya üzrə 44-cü tezlik resursuna müsabiqə ötən il avqustun 4-dən sentyabrın 4-dək elan edilib. Lakin müsabiqədə iddiaçıların sayı 3-dən az olduğuna görə Şuranın qərarına əsasən müsabiqə baş tutmamış hesab edilib. MTRŞ-nın sentyabrın 6-da verdiyi qərara əsasən, "Televiziya radio yayımı haqqında" qanunun 15-ci maddəsinin tələblərinə uyğun olaraqMədəniyyətteleviziya kanalının açılması üçün sentyabrın 7-dən oktyabrın 7-dək müsabiqə elan edilib. Müsabiqədə yalnız bir iddiaçıAzərbaycan Televiziya Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti iştirak edib. Şura "Televiziya radio yayımı haqqında" qanunun 15.5-ci "Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqənin Qaydaları"nın 2.1.10-cu bəndinin tələblərini rəhbər tutaraq AzTV-ni müsabiqənin qalibi elan edib.

 

 

Üç nöqtə.- 2011.- 15 fevral.- S. 13.