Tanınmış rəssamlarımızın
məşhur əsərləri
sığortalandı
“İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən
satın alınmış Azərbaycanın məşhur rəssamlarının əsərləri “Standard Insurance”
Sığorta Şirkəti tərəfindən pulsuz olaraq
sığortalanıb. İdarədən verilən məlumata
görə, sığortalanan rəsm əsərləri
arasında Toğrul Nərimanbəyovun “Bakı Qədim Şəhər”,
Tofiq Kərimovun “Qız Qalası”, Elbəy Rzaquliyevin
“Şirvanşahlar Sarayı” və “Köhnə Küçə”,
Hafiz Məmmədovun “Qoşa Qapı”, Rafiq Mehdiyevin
“İçərişəhərdə”, Eyyub Məmmədovun
"Şirvanşahlar”, Mahmud Tağıyevin “İçərişəhər”,
Böyükağa Mirzəzadənin “Qala” və “Qız
Qalası” kimi əsərləri yer alır.
Milli rəssamlıq sənətinin
inkişafında xüsusi xidmətləri olan bu istedadlı sənətkarların
İçəri Şəhərin tarixi abidələri və
müxtəlif görüntüləri əks olunan əsərlərində
bu qədim məkanın tarixi ruhu rəsm dili ilə
özünəməxsus tərzdə ifadə olunub. “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi özəl
şirkətlərin Azərbaycanın tarixinə, mədəni
irsinə və incəsənətinə göstərdikləri
qayğını təqdir edir və gələcəkdə
bu cür təşəbbüsləri dəstəkləməyə
hazır olduğunu bildirir.
Üç nöqtə.- 2011.- 22 fevral.- S. 13.