Torpaqlarımızın
işğal altında qalması itkilərimizi
artırır
Azərbaycan
torpaqlarımının işğal
altında qaldığı müddət uzandıqca itkilərimiz
artır. Torpaqlarımızın sərvətləri vəhşicəsinə
talan edilir, tarix boyu əcdadlarımızın
əlləri ilə yaratdıqları hər şey
məhv edilir. Artıq
torpaqlarımızın işğalının 20 ilini ürək ağrısı ilə qeyd edirik. Lakin
Qarabağla bağlı vəziyyət dəyişməz
olaraq qalmaqdadır. Və bu, demək olar ki, bütün beynəlxalq
təşkilatların – BMT-nin, Avropa Şurasının və ATƏT-in
çoxsaylı qərarlarına məhəl qoymadan
baş verir.
1993-cü ildə BMT-nin Təhlükəsizlik
Şurası tərəfindən 4, 1993-cü ildən 2008-ci
ilədək BMT-nin Baş
Assambleyası tərəfindən erməni
qoşunlarının Dağlıq Qarabağ
bölgəsini və ətraf əraziləri işğaldan
azad etməyə çağıran 3 qətnamə
qəbul edilib. Ermənistan
hərbi qüvvələri atəşkəs rejimini
mütəmadi olaraq pozur,
Azərbaycan ərazilərini atəşə tutur,
Azərbaycan ordusunun əsgərlərini
və sərhədyanı ərazilərdə yaşayan
dinc əhalini qətlə yetirir.
8 mart 2011-ci il tarixdə
Ağdam sakini, 9
yaşlı azərbaycanlı uşağın erməni
snayperi tərəfindən qətlə
yetirilməsi bu gün
də davam edən erməni təcavüzünün
amansızlığının bariz
nümunəsidir.
Zaman keçir, Ermənistanın qeyri-konstruktiv
və ikiüzlü mövqeyi
hələ də əzəli Azərbaycan torpaqlarının işğal altında qalmasına şərait
yaradır. Buna baxmayaraq ölkənin ərazi bütövlüyünü güc
yolu ilə bərpa etmək hüququ (BMT-nin nizamnaməsində
hərbi təcavüzkarın dəf edilməsi hüququ qeyd olunub) və imkanı olan
Azərbaycan Qarabağ münaqişəsini
sülh yolu ilə,
ikitərəfli və çoxtərəfli
danışıqlar vasitəsi ilə həll etməyə
səmimi şəkildə səy göstərir.
Füzuli rayonunda 16, Ağdamda 17 qəsəbə
salınıb
Ermənistanla münaqişənin
sülh yolu ilə tənzimlənməsinə
öz tərəfdarlığını nümayiş etdirən Azərbaycan cəbhə
xəttinin keçdiyi ərazilərə
yaxın yerlərdə intensiv tikinti və bərpa işləri aparır.
Qaçqınlar və məcburi köçkünlər üçün yeni-yeni qəsəbələr
salır, təzə yollar çəkir, elektrik, su və qaz xətlərini yeniləyir. Bu yaşayış məntəqələri
uşaq bağçası və orta məktəbdən tutmuş
müasir tibb mərkəzlərinə,
su elektrik
stansiyaları və sutəmizləyici qurğulardan
tutmuş Olimpiya
komplekslərinə qədər bütün
müasir infrastruktur
obyektləri ilə təchiz olunur.
Dövlət yerli fermerlərə güzəştli
kreditlər verir, ərazidə kənd təsərrüfatı
məhsullarının saxlanması və emalı üçün müəssisələr tikir.
Ölkə
başçısının fərman və sərəncamlarına
əsasən məcburi köçkünlərin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması məqsədi
ilə Füzuli rayonunun
ərazisində 4125 ailə, 18169 nəfər üçün
hər cür sosial-texniki
infrastruktura malik 16 qəsəbə
salınıb.
Orada Qayıdış-1,
Qayıdış-2, Qayıdış-3, Qayıdış-4,
Qayıdış-5, Qayıdış-6, Qayıdış-7,
Qayıdış-8, Qayıdış-9, Qayıdış-10,
Qayıdış-11, Zobucuq-1, Zobucuq-2, Zobucuq-3, Zobucuq
4, Zobucuq-5 qəsəbələri salınıb. Ağdam rayonunun ərazisində
isə 5012 ailə, 21776 nəfər üçün
17 qəsəbə inşa edilib. Quzanlı, Ayaq Qərvənd,
Xındırıstan, Erği, Alıbəyli-1,
Alıbəyli-2, Bənövşələr-390, Bənövşələr-70,
Səfərli, Baharlı, Dörd yol-1, Dörd yol-2, Təzəkənd, Qasımbəyli,
İmamqulubəyli, Quzanlı-1, Quzanlı-689 qəsəbələrində
hər cür sosial-texniki
infrastruktur yaradılıb. Füzuli rayonunun 4944 evdən ibarət 21
yaşayış məntəqəsində (Horadiz
şəhəri, Əhmədbəyli, Qazaxlar,
Mirzənağılı, Arayatılı, Babı, Mollaməhərrəmli,
Kərimbəyli, Yağlıvənd, Şükürbəyli,
Böyük Bəhmənli, Mahmudlu-1,
Mahmudlu-2, Bala Bəhmənli, Araz Dilağarda, Araz Zərgar, Əhmədbəyli,
Qarabağ, Yuxarı Kürdmahmudlu,
Aşağı Kürdmahmudlu,
Alıxanlı) işğal vaxtı
dağıdılan 4381 evdən 2952 ev bərpa
edilib, 1429 ev isə bərpa
olunmaqdadır.
Şəraitin
yaxşılaşdırılması üçün
ayrılan vəsait 2003-cü illə müqayisədə 6,1 dəfə
artıb
Öz
doğma yurdlarına qayıdana qədər
məcburi köçkünlərin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması məqsədi
ilə təkcə 2010-cu ildə ümumilikdə 123,35 milyon manat (154,18 milyon ABŞ dolları) həcmində vəsait
(Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 14 milyon manat, Dövlət Neft Fondundan 105 milyon manat,
investisiya vəsaiti 4,35 milyon
manat) ayrılıb ki,
bu da 2003-cü il ilə müqayisədə 6,1 dəfə çoxdur.
Ümumiyyətlə,
2001-2010-cu illər ərzində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan (17 milyon manat), Dövlət Neft Fondundan (717,9 milyon manat) və digər mənbələrdən
(32,03 milyon manat)
ayrılan 766,93 milyon manat
(958,66 milyon ABŞ dolları) vəsait
hesabına 20 min ailə, 90 min nəfər daimi məskunlaşmış
qaçqın və məcburi köçkünlər üçün 1110,6 min kvadrat metr sahəsi olan 67 qəsəbə və fərdi evlər
inşa edilib. 126 məktəb,
4 musiqi məktəbi, 40 uşaq
bağçası, 45 tibb müəssisəsi,
33 rabitə evi tikilib,
564 kilometr yol, 672 ki¬lometr su, 1073 kilometr hava elektrik, 149 kilometr qaz, 37,1 kilometr kürəbənd,
4,3 kilometr istilik xətləri
çəkilib, 559 müxtəlif gücə malik
elektrik transformatoru
quraşdırılıb.
Azərbaycan xalqı ümid edir ki, Qarabağ
münaqişəsi nəhayət öz ədalətli
həllini tapacaq və tezliklə yüz minlərlə insan
öz torpağına, doğma
ocağına qayıdacaq.
Üç
nöqtə.- 2011.- 16 iyul.- S. 8.