«Regionlardakı problemlər tam həll olunmalıdır»

 

Vahid Əhmədov: «Növbəti layihələr yeni yerlərinin müəssisələrin yaradılmasına imkan açacaq»

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə martın 1-də Bakı Biznes Mərkəzində «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının ikinci ilinin yekunlarına həsr olunan növbəti konfrans keçirildi. Tədbirdə bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində respublikamızın ayrı-ayrı iqtisadi rayonları üzrə əsaslı işlər görülmüş silsilə tədbirlər reallaşdırılıb. Regionlarda kənd təsərrüfatı ilə yanaşı, sənayedə əsaslı irəliləyişə nail olunub, yeni istehsal xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılıb, yeni yerləri açılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində sahibkarlıq ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib. ötən il regionlarda istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm digər sahələr üzrə 170-dən çox müəssisəsi açılıb.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvi Vahid Əhmədov «Üç nöqtə» açıqlamasında dedi ki, bundan öncə qəbul edilən proqramlarda nəzərdə tutulan tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub: «Məlum olduğu kimi bu proqram müxtəlif dövrləri əhatə etməklə iki hissədən ibarət olub. Birincisi, 2004-2008, ikinci proqram isə 2009-2013-cü illəri əhatə edir. Bu tədbirdə ötən müddətdə İqtisadi inkişaf naziri xüsusi hesabat verdi. Həmçinin gələcək işlər barəsində ölkə rəhbəri bir sıra göstərişlər verdi. Bəzi ciddi məsələlərə toxundu. Bu məsələ əsasən korrupsiyaya qarşı mübarizə tədbirlərinin sürətləndirilməsini özündə əks etdirir. Cənab prezident inhisarçılıq, süni qiymət artımına qarşı mübarizə tədbirlərinin kampaniya xarakteri daşımadığını söylədi. Regionlarda gedən islahatlara toxundu. Düzdür, bəzi məsələlər öz həllini tapıb. Əhalinin sosial müdafiəsi ilə bağlı məsələr bir daha gündəmə gətirildi».

V.Əhmədov qeyd etdi ki, sözün əsl mənasında bu tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, yeni yerlərinin müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət sosial infrastruktur təminatının həcminin keyfiyyətinin yüksəlməsinə təkan verib, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində yoxsulluğun azalmasında mühüm rol oynayıb: «Tədbirdə bir daha vurğulandı ki, regionların inkişafına 2004-cü ildən etibarən bütün maliyyə mənbələri hesabına 15,5 milyard dollar, o cümlədən ötən il 3,4 milyard dollar məbləğində investisiya yönəldilib, bunun sayəsində yüzlərlə əhəmiyyətli layihələr icra olunub. Regionlar elektrik enerjisi ilə tam təchiz olunub. İl ərzində Dövlət proqramı çərçivəsində regionlarda 3770 kilometr yeni qaz kəmərləri çəkilib, 500 kilometr qaz xətti təmir bərpa edilmiş, 49 yaşayış məntəqəsi qazla təchiz olunub. Orada bir daha vurğulandı ki, əhalinin keyfiyyətli su ilə təminatının yaxşılaşdırılması çərçivəsində Kür-Araz çaylarının sahilləri boyu 18 rayonun 156 yaşayış məntəqəsində sutəmizləyici qurğuların quraşdırılması 300 min nəfərdən artıq əhalinin içməli su ilə təminatını yaxşılaşdırıb, Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilib».

Müsahibimiz dedi ki, 2010-cu ildə müasir turizm xidməti infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilib, 32-si regionlarda olmaqla 47 turizm obyektinin, o cümlədən Qusar rayonunda Şahdağ Qış-Yay turizm kompleksinin tikintisi aparılır.

İqtisadçı millət vəkili bildirdi ki, yaradılan infrastruktur, həmçinin dövlət dəstəyi tədbirləri regionlarda sahibkarlığın inkişafına, yeni müəssisələrin yerlərinin yaradılmasına təkan verib.

Regionlarda iri istehsal emal sahələrin yaradılması məsələsinə gəldikdə millət vəkili dedi ki, bu istiqamətdə müəyyən qədər işlər görülüb: «Ötən il regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət ticarət müəssisəsi, bölgələrdə heyvandarlıq süd emalı kompleksləri digər müəssisələr tikilib istifadəyə verilib, 200-dən çox müəssisənin, o cümlədən 12 kənd təsərrüfatı məhsullarının emalı müəssisəsinin, bir çox rayonda tikinti materiallarının istehsalı zavodlarının digər müəssisələrin tikintisi davam etdirilir. Ancaq bunu yetərli saymayan ölkə rəhbəri bu dəfəki konfransda ayrı-ayrı regionlarda istehsal, emal sahələrin yaradılması ilə bağlı lazımi göstərişlərini verdi: «Ona görə bu il üçün 126 milyon manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulub. Bu vəsait emal sənayesinin inkişafı üçün stimul yaratmalıdır. Hesab edirəm ki, digər sahələrə diqqət artırılmalıdır. Lazım olsa vəsait ayrılacaq. Taxılçılıq digər strateji məhsulların inkişaf etdirilməsi üçün əlavə olaraq 200 min hektar boş torpaq sahələri dövriyəyə qatılacaq. Torpaq islahatı ilə bağlı məsələləri bir daha nəzərdən keçirmək lazımdır. Bütün bunlar da kənd yerlərində əlavə yerlərinin yaradılması deməkdir. Bildiyiniz kimi ayrıca 3 sənaye şəhərciyin yaradılması da nəzərdə tutulub».

Regionlardakı mövcud problemlərin tam aradan qaldırılmasının mümkün olduğunu qeyd edən iqtisadçı millət vəkili əlavə tədbirlərin görülməsini vacib saydı: «Dövlət başçısı da tövsiyə xarakterli yekun nitqində indiyə qədər görülən işləri yüksək qiymətləndirdi çox düzgün olaraq bu səpkidə tədbirlərin davam etdirilməsi üçün əlavə işlərin həyata keçirilməsini aidiyyəti dövlət qurumlarının rəhbərlərinin qarşısında bir vəzifə kimi qoydu. Ölkədə iqtisadiyyatın diversifikasiyasına onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaq üçün yeni tədbirlərə ehtiyac var. İkinci proqramda aidiyyəti dövlət qurumları qarşısında qoyulan vəzifələr ardıcıl yerinə yetirilsə, hesab edirəm ki, regionlarda əsas problemlərdən olan infrastruktur kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə yardım edəcək. Fikrimcə, bütün yuxarıda sadalanan işlərin görülməsi üçün 2009-2013-cü illər kifayət edə bilər».

İqtisadçı millət vəkili bildirdi ki, əgər müəyyən müddətdən sonra neft hasilatında azalmalar baş verərsə, indiki problemlər daha çox dərinləşəcək. Məsələn, Azərbaycanın xarici ticarətinin böyük hissəsi hələ neft neft məhsullarından ibarətdir. Böhran dövründə neftin qiymətinin birdən-birə kəskin aşağı düşməsi, Azərbaycanın büdcə gəlirlərini, Dövlət Neft Fondunun gəlirlərini xeyli dərəcədə aşağı saldı. Sabah neft-qaz hasilatı azalan da problemlərin miqyası genişlənə bilər».

Millət vəkilinin sözlərinə görə, bu zaman qeyri neft sektoru çox ciddi işləməlidir ki, oradan dövlət büdcəsinə vergilər yolu ilə müəyyən gəlirlər daxil olsun: «Söhbət yeni proqramda nəzərdə tutulduğu kimi kənd təsərrüfatı, sənaye, turizm, bir intelektual sahəyə ciddi kapital qoyuluşu həyata keçirilməsindən ibarətdir. Belə olan halda daha çox daimi yerləri açılacaq, daha çox gəlirlər əldə ediləcək ki, neft hasilatı aşağı düşəndə yaranmış fərq konpensasiya olunacaq».

Bu sahəyə əlavə kreditlər ayrılmasını təklif edən V.Əhmədov bu vəsaitlərin regionlardakı qeyri neft sektorunun inkişafına yönəldilməsini məqsədəuyğun sayır: «Hansı sahəyə vəsait qoymaq lazımdır ki, orada həmin pullar itirilməsin. Yəni qoyulandan sonra həmin sahə məhsul ixrac edə bilsin. Məsələn, elektronika, avtomobil kimi ixrac qabiliyyətli məhsul istehsalı üzrə ixtisaslaşma müəssisələrə diqqəti artırmalıyıq».  

 

 

Əfsun

 

Üç nöqtə.- 2011.- 3 mart.- S. 9.