Nəriman HəsənzadəninSeçilmiş əsərləritəqdim olundu

 

 Milli Kitabxanada Mədəniyyət Turizm Nazirliyinin kitabxananın təşkilatçılığı ilə xalq şairi Nəriman Həsənzadənin 80 illik yubiley tədbirləri çərçivəsində nəşr olunmuşSeçilmiş əsərlərinin təqdimatı keçirilib. Tədbir iştirakçılarına 7 cilddə nəşri nəzərdə tutulanSeçilmiş əsərlərin yeni çapdan çıxmış 4 cildi təqdim olunub.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Kərim Tahirov müasir Azərbaycan poeziyasında Nəriman Həsənzadənin xüsusi yeri olduğunu bildirib. Yeni işıq üzü görən kitablar barədə məlumat verən K.Tahirov qalan 3 cildin hazırda nəşrdə olduğunu deyib. Direktor yubileylə əlaqədar Milli Kitabxana tərəfindənNəriman Həsənzadəadlı elektron məlumat bazasının hazırlandığını da söyləyib.

Tədbirdə iştirak edən mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev, millət vəkili Nizami Cəfərov, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, akademik Bəkir Nəbiyev, şair Vaqif Bəhmənli digər tanınmış ədəbiyyat mədəniyyət xadimləri səbəbkara xoş sözlərini ünvanlayıblar.

Mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev şairin yaradıcılığına nəzər salıb. Eyni zamanda onun ictimai-siyasi fəaliyyətinə toxunaraq vaxtilə mətbuat informasiya nazirinin müavini, Ali Sovetin deputatı olduğunu xatırladıb. Çıxışlardan sonra elektron məlumat bazası tədbir iştirakçılarına təqdim olunub. Yubilyarın yaradıcılığını əhatə edən kitab sərgisi nümayiş etdirilib.

 

 

Üç nöqtə.- 2011.- 30 mart.- S. 13.