Ermənistanda
silahlı qüvvələr əsasən müxalifətin nəzarətində
idi
(Əvvəli ötən sayımızda)
Bu arada doğma
torpaqlarından qovulan
soydaşlarımızın sayı günbəgün
artırdı. 1990-cı ilin ortalarında Ermənistanda
15 min nəfərin daxil
olduğu silahlı qruplaşmalar fəaliyyət
göstərirdi. Onlardan 10 min nəfərlik
erməni milli ordusu (EMO) əsasən sərhəd bölgələrində
və Dağlıq Qarabağda yerləşirdi.
Həmçinin, bəzi siyasi
qurumların, o cümlədən
Erməni Ümummilli Hərəkatının, Daşnaksütyunun
hərbləşdirilmiş birləşmələri var
idi. Muş, NART,
Adana, Aydvat, Tiqran Mess kimi nisbətən kiçik qruplaşmalar
50-dən 700-dək döyüşçünü
birləşdirirdi. Bu hərbi qüvvələr
30-a qədər zirehli
texnikaya, 150-yə qədər
doluvuran qurğu, onlarla minomyot, 20-dən artıq Mi-4 və Mi-8 vertolyotuna malik idilər. Silahlı qüvvələr əsasən müxalifətin
nəzarəti altında
idi. Lakin hakimiyyət tərəfindən
onların formalaşdırılmasına
maneçilik törədilmirdi.
1990-cı ilin yayında müxalifət hakimiyyəti ələ keçirdikdən sonra həmin silahlı qruplaşmalara qanuni status verildi, yəni Ermənistanın rəsmi
silahlı qüvvələri
kimi fəaliyyətlərini
davam etdirdilər.
SƏRHƏDBOYU YAŞAYIŞ MƏNTƏQƏLƏRİ
GÜCLÜ TOP ATƏŞİNƏ TUTULURDU
L.Ter-Petrosyanın rəhbərlik etdiyi yeni hakimiyyət
Azərbaycana qarşı
işğalçı və
ilhaqçı niyyətlərini
artıq gizlətmirdi. 1990-cı ildə
Erməni mili ordusu Azərbaycanla sərhədin şimal-qərb
hissəsində hərbi
əməliyyatları genişləndirdi.
Həmin il
martın 24-də və
avqustun 20-də erməni
silahlıları 2 dəfə
Qazax rayonunun Bağanis Ayrım kəndinə girdilər və evlərin əksəriyyətini yandırdılar.
Kənd sakini Dadaş Əsliyevin 5 nəfərlik
ailə üzvləri
öz evlərində
diri-diri yandırıldılar.
Bununla Qazax rayonunun ilk kəndi işğal olundu. Ermənilər
eyni zamanda Qazax və Tovuz
rayonlarının sərhədboyu
digər yaşayış
məntəqələrini güclü
top atəşinə tutdular.
Ermənilərin bu cür genişmiqyaslı əməliyyatı
Moskvanın regionda olan hərbi qüvvələrinin rəhbərliyini
də ciddi narahat etdi. Ona görə də dərhal bəzi əks əməliyyatlar həyata keçirildi və erməni silahlı birləşmələri
ağır itkilərə
məruz qaldılar.
Bu məğlubiyyətdən
sonra Erməni milli ordusunda yaranmış ruh düşgünlüyündən prezident L.Ter-Petrosyan istifadə etdi. Bu ordu bir çox məqamlarda müstəqillik nümayiş
etdirir, hətta prezidentin hakimiyyəti üçün təhlükə
təşkil edirdi.
L.Ter-Petrosyan EMO-nun məğlubiyyətini bəhanə gətirərək,
İrəvanda fövqəladə
vəziyyət elan etdi. Hərbi birləşmələr buraxıldı, onların
rəhbərləri neytrallaşdırıldı. Sıravi heyəti isə
özünün rəhbərlik
etdiyi Erməni Ümummilli Hərəkatının
silahlı qüvvələrinin
tərkibinə daxil etdi. Ermənistan formal olaraq Sovet
imperiyasının tərkibində
qalır, lakin artıq tam müstəqil
siyasət yeridir və müstəqil silahlı qüvvələrini
formalaşdrırdı.
ERMƏNİSTAN RƏHBƏRLİYİ
MOSKVA İLƏ RAZILAŞDIRILMAMIŞ BİR NEÇƏ
SİYASİ QƏRAR QƏBUL ETDİ
1991-ci ilin əvvəlində Ermənistan
rəhbərliyi Moskva
ilə razılaşdırılmamış
bir neçə siyasi qərar qəbul etdi. 1991-ci il martın 17-də SSRİ-nin
yeni ittifaq müqaviləsi
əsasında saxlanılmasına
dair referendumun keçirilməsi nəzərdə
tutulurdu. Azərbaycan rəhbərliyi referendumun
keçirilməsinə razılıq
verdi. Ermənistan isə
5 digər müttəfiq
respublika ilə birlikdə boykot yolunu tutdu. Ona görə də Kreml Ermənistan rəhbərliyini cəzalandırmaq
və yenidən öz təsir dairəsinə qaytarmaq üçün bəzi yarımçıq addımlar
atmaq qərarına gəldi. Sovet imperiyasının Müdafiə və Daxili İşlər Nazirliklərinin, həmçinin
Azərbaycan Xüsusi
Təyinatlı Müdafiə
Dəstələrinin 6 minlik
qüvvəsi ermənilərin
baza rayonlarına qarşı yeridildi.
Bu qüvvələrin 3 min nəfəri Azərbaycan
XTMD-nə məxsus idi və əsas
ağırlıq da onların üzərinə
düşürdü. Aprelin 30-dan mayın 15-nə qədər
davam edən əməliyyat nəticəsində
Çaykənd (Çetaşen),
Qarabulaq (Martunaşen),
Hadrut istiqamətlərində
ermənilərin bir sıra baza məntəqələri ləğv
edildi. Canlı qüvvələri, o cümlədən Ermənistan
Daxili İşlər
Nazirliyinin 11 əməkdaşı
məhv edildi. Lakin Moskva əməliyyatı çox tez dayandırdı və baza rayonlarının ləğv edilməsi başa çatdırılmadı.
İyul ayında Azərbaycan Xüsusi Təyinatlı Müdafiə Dəstəsi
müstəqil şəkildə
Goranboy rayonunun içərilərinə doğru
irəlilədi. Ağır döyüşlərdən
sonra Manaşid, Buzluq, Erkəc baza məntəqələri
düşmənlərdən azad edildi.
ƏMƏLİYYATINDAN SONRA ERMƏNİLƏR
CİDDİ ŞƏKİLDƏ GERİ ÇƏKİLDİLƏR
1991-ci ilin yaz-yay əməliyyatından
sonra ermənilər ciddi şəkildə geri çəkildilər. İyulun 19-da vilayət soveti
«qarşıdurmadan dialoq
və danışıqlar
siyasətinə keçmək»
haqqında qərar qəbul etdi. Ermənilər bu vaxt qoşunların Dağlıq
Qarabağdan çıxarılması
müqabilində Azərbaycanın
tərkibindən çıxmağa
dair qərarlarını
ləğv edəcəklərini
bildirdilər. Partiya funksioneri
Valeri Qriqoryanın başçılıq etdiyi
nümayəndə heyəti
bu təkliflə Xankəndindən Bakıya
gəldi. İyulun 20-də Bakıda V.Qriqoryanın qrupu ilə görüş keçirildi.
Onların gətirdikləri müraciətdə göstərilirdi
ki, SSRİ və Azərbaycan SSR konstitusiyaları
əsasında danışıqlar
aparmağa hazırdırlar.
Bu, Dağlıq Qarabağın Azərbaycanın
tərkibində qalması
demək idi. Nümayəndə heyəti
Xankəndinə qayıtdıqdan
az sonra,
avqustun 10-da V.Qriqoryan öldürüldü. Bu hadisələrlə eyni vaxtda, iyulun 20-də L.Ter-Petrosyan Novo-Oqaryovada M.Qorbaçovla görüşüb
və yeni ittifaq müqaviləsi ilə bağlı güzəştə getməyə
razılaşdı.
DAĞLIQ QARABAĞDAKI HƏRBİ QÜVVƏLƏR
İDARƏOLUNMAZ VƏZİYYƏTƏ DÜŞDÜ
Sovet imperiyasının rəhbərliyində siyasi
böhranın dərinləşməsi
və 1991-ci ilin avqustunda baş verən dövlət çevrilişi vəziyyəti
kökündən dəyişdi. Moskva regionlar üzərində
nəzarəti itirdi.
Avqustun sonunda imperiyanın Dağlıq Qarabağdakı
hərbi qüvvələri
idarəolunmaz vəziyyətə
düşdülər. Komandirlərin əksəriyyəti erməni silahlı dəstələri tərəfindən
ələ alındılar.
Bu şəraitdə Ermənistan Dağlıq Qarabağda geniş fəaliyyətə başladı.
Sentyabrın 2-də burada «Dağlıq
Qarabağ respublikası»
deyilən qondarma qurumun yaradıldığı
elan edildi. Ermənistan işğal faktını
gizlətmək üçün
qondarma «qurumu» ortaya atdı. Dərhal ərazidəki
15 min nəfərlik erməni
silahlı dəstələri
«Dağlınq Qarabağ
respublikası özünümüdafiə
qüvvələri» adı
altında birləşdirildi,
sonralar isə «DQR müdafiə ordusu» adlandırıldı. Azərbaycan Ermənistanın
Dağlıq Qarabağın
«müstəqilliyi» ilə
manipulyasiya etməsinə
cavab olaraq noyabrın 26-da bu ərazinin muxtariyyətini
ləğv etdi.
Ermənilər 1991-ci il sentyabrın ortalarında Goranboy rayonunun qərb hissəsində hücuma keçərək bir neçə yaşayış
məntəqəsini yenidən
zəbt etdilər. Oktyabrın əvvəlindən isə
azərbaycanlıların Dağlıq
Qarabağdan çıxarılması
məqsədi ilə geniş əməliyyatlara
başladılar. Oktyabrın 28-də ermənilər Xocavənd
(Martuni) rayonunun yaşayış məntəqələrinə
hücum etdilər.
Noyabrın 16-da Hadrut rayonunun
ərazisinə keçdi.
Bu hücumlar nəticəsində erməni
silahlı dəstələri
Dağlıq Qarabağda
azərbaycanlılar yaşayan
kəndlərin əksəriyyətini
zəbt etdilər.
Üç nöqtə.- 2011.- 18 noyabr.- S. 5.