«Eurovision»a görə restoran xidmətinin səviyyəsi artırılmalıdır

 

Gələn ilin mayında Bakıda təşkil olunacaq «Eurovision – 2012» mahnı müsabiqəsinə hazırlıq prosesi davam edir. Bu məqsədlə yaradılan təşkilat komitəsində təmsil olunan nazirlik idarə-təşkilatlar onlara həvalə olunan səlahiyyətlər çərçivəsində müvafiq işlər görürlər. Məsələn, İqtisadi İnkişaf Nazirliyi müsabiqədə iştirak edəcək turistlərə təqdim olunması üçün Azərbaycana məxsus suvenirlərin hazırlanması üzrə investisiya müsabiqəsi elan edib. Rabitə İnformasiya Texnologiyaları Nazirliyi müsabiqə zamanı telefon, poçt, internet xidmətlərin tətbiqi zamanı bir sıra yeniliklər edilməsi üçün hazırlıq işlərinə start verib. Mədəniyyət Turizm Nazirliyi müsabiqə zamanı Azərbaycanda fəaliyyət göstərən bütün otellərin onlayn bronlaşdırma şəbəkəsinə daxil olacağını vəd edir. Nazirlikdən verilən məlumata görə Bakı Turizm İnformasiya Mərkəzi nəzdində bu şəbəkə uzun müddətdir çalışır. Bunu türkiyəli mütəxəssislər həyata keçirir. Doğrusu, bəzi otellər o şəbəkəyə daxil olmaqdan hələ çəkinirlər. Lakin nazirlik rəsmiləri düşünürük ki, otellərin hamısı bu şəbəkəyə qoşulacaq.

Bu sistemin tamamlanması həm Bakıda keçiriləcək «Eurovision-2012» yarışması, həm Azərbaycanda turizminin inkişafı baxımından vacib sayılır. Nazirlikdən bildirdilər ki, «Eurovision-2012» mahnı müsabiqəsi öncəsi paytaxt otellərinin qiymətlərində artım olmaması üçün otel rəhbərləri ilə danışıqlar aparılır. Müsabiqə öncəsi otel qiymətləri ilə bağlı hazırda razılaşmalar gedir. Azərbaycan Turizm Assosiasiyası bu işlə ciddi məşğuldur lazımi işlər görülür.

Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsi isə «Eurovision-2012» mahnı müsabiqəsi ilə əlaqədar olaraq Mədəniyyət Turizm Nazirliyi ilə birlikdə Azərbaycanda fəaliyyət göstərən otel restoranlarda monitorinqlər aparacaq. Artıq əksər aparıcı otel restoranlara məktub göndərilib ki, fəaliyyətlərini xidmət səviyyələrini müəyyən vaxta qədər qəbul olunmuş beynəlxalq standartlara uyğunlaşdırsınlar. İki aydan sonra monitorinqlərə başlanılması gözlənilir.

Mütəxəssislərin fikirlərinə görə, «Eurovision-2012» mahnı müsabiqəsi ilə əlaqədar olaraq hazırlığın ən vacib elementi gələn turistlərə xidmət göstərəcək restoranlarda keyfiyyətin yüksəldilməsidir. Heç kəsə sirr deyil ki, ölkəmizdə, bir çox restoranlarda xidmətin səviyyəsi nəinki, beynəlxalq, heç elementar standartlara cavab vermir, yeməklərin keyfiyyəti çox aşağı, qiymətlər isə bahadır. Bu prosesin müsabiqə günlərində davam etməsi arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Qeyd edək ki, müsabiqənin təşkil olunduğu ölkələrdə belə restoranlara qarşı istehlakçı birliklərinin mübarizəsi davam edir getdikcə daha çox insan bu restoranlardan istifadə etməməyə qərar verir. Bizdə isə təqlidçilik güclü olduğuna görə, bu restoranda oturmağı başqalarından fərqlənməkçün vasitə hesab edənlər çoxdur. Bu, özəlliklə yeniyetmə gənclərə aiddir.

Müşahidələr göstərir ki, əksər müştərilər dedyimiz məqamlara diqqət etmirlər bizim milli psixologiyamızı yaxşı bilən işbazlar bundan sui-istifadə edərək asan yolla yaxşı pul qazanırlar. Sağlamlığımızı tanımadığımız işbazlara etibar etməmişdən öncə düşünmək lazımdır. bir suala cavab vermək lazım gələcək- görəsən Eurovision müsabiqəsi günlərində mövcud restoranların sahibini qazandıqları pul daha çox maraqlandıracaq, yoxsa ölkənin imcini yüksəklərə qaldırmaq üçün gələn qonaqların sağlamlığı?

Bu möhtəbər müsabiqə hazırlığı çərçivəsində restoranlarda xidmətin səviyyəsini yüksəltmək üçün hansı vacib tədbirlərin həyata keçirilməsindən ötrü Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovun fikirlərini öyrənməyə çalışdıq. Onun sözlərinə görə, ilk növbədə çalışmaq lazımdır ki, Bakıda fəaliyyət göstərən restoran orada çalışanların hamısı qeydiyyata düşsün: «Ofisiantdan tutmuş, aşpazlara qədər personajın hamısı həkim müayinəsindən keçsin. Həkimdən pula yox, həqiqi sağlamlıq kağızı alınmalıdır. Bu yolla müsabiqə günlərində gələn insanların təhlükəsizliyini təmin etmək olar, turistləri qidadan zəhərlənmələrdən qorumaq olar. Bu bizim ilk tələbimizdir. Çünki bu günki gün vəziyyət ürəkaçan deyil».

T.Əmiraslanov dedi ki, eyni zamanda müsabiqəyə gələn qonaqlara xidmət göstərəcək restoranlarda hazırlanacaq yeməklərin menyusu tərtib olunmalıdır: «Yeməklərin hazırlanması reseptləri barədə aşpazlara müvafiq məlumatlar verilməlidir. Ofisiantlarla təcili aparılmalıdır. Çünki əksər restoranlarda ofsiant personajın xidmət səviyyəsi çox aşağıdır. Beynəlxalq təcrübədə xidmət texnologiyası ofisiantlara da öyrədilməlidir».

Müsahibimiz xüsusi qeyd etdi ki, bütün restoranların menyularında ingilis dili ilə yanaşı Azərbaycan dilində böyük hərflə yazılmış adlar olmalıdır: «Eləcə xarici adları olan restoranların da adları Azərbaycan dilində göstərilməlidir. Bütün bunlar qavrşıda duran məsələlərdir.

Xörəklərin hamısı standartlara uyğun hazırlanmalıdır. Gigyenik normalar, qaydalar bütün restoranlarda tətbiq olunmalıdır. Bunlar olandan sonra qalan məsələləri düzəltmək mümkündü».

Baş kulinar müsabiqə zamanı qonaqlara xidmət edəcək xüsusi restoran qrupları da yaradıla bilər: «Bunu isə yalnız dövlət edə bilər. Səhf etmirəmsə Mədəniyyət Turizm Nazirliyinin kurasiyasında olan məsələdir. Yeri gəlmişkən qeyd edim ki, restoranlara lisenziya verilərkən bizim mərkəzin rəyi nəzərə alınmayıb. Yəqin ki, bu pratikaya artıq başlamaq lazımdır. Xaricdə lisenziyanı peşəkar təşkilatlar verir. Bizdə bunu dövlət qurumu versə , heç olmasa peşəkar təşkilatların rəyi nəzərə alınmalıdır. Restoranlar hökmən beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Eyni zamanda restoranlara kateqoriya verilməlidir. Çünki sadə xidməti olan, ofisiantsız, 2-3-cü dərəcəli aşbaz işləyən restoranlarla, daha peşəkar aşbazın işlədiyi restoranlarda eyni qiymət olmamalıdır. Amma bizdə hamısı özünü «Marsdan gəlmiş» hesab edir qiymətlər o qədər fərqlənmir. Dövlət bu kimi işlərin təşkilatçılığını bizə versə, vəzifənin öhtəsindən yüksək səviyyədə gələ bilərik».

T.Əmiraslanov Azərbaycan yeməklərinin təbliği baxımından milli xörəklərimizin hər bir restoranın menyusuna salınmasını zəruri hesab edir: «Gələn turist potensialı analiz edilməlidir. Onların tələbi nəzərə alınaraq Azərbaycan yeməkləri seçilməlidir. Gələnlər üçün Azərbaycan xörəkləri maraqlı olacaq. Ancaq həmin xörəklər seçilərkən yerli amillər nəzərə alınmalıdır. Ət yeyənlərə ət, tərəvəz yeyənlərə tərəvəzdən hazırlanan xörəklər verilməlidir. Ola bilər ki, gələnlər içərisində xüsusi xəstə insanlar var. Onlar üçün müvafiq pəhriz stollar bütün restoranlarda təşkil olunmalıdır».

Mərkəz rəhbərinin fikrincə, müsabiqədə təmsil olunan ölkələrdən gələ biləcək turist potensialı qiymətləndirilib, üstün təşkil edən ölkələrin mili xörəklərini hazırlamaq olar: «Ancaq bir ölkədən 3 nəfər turist gələcəksə, restoranda ona uyğun böyük dəyişiklik etmək lazım deyil. Elə ölkə var ki, ordan daha çox sayda turist gələcəyi gözlənilir, o ölkələrin mili mətbəxi araşdırılıb, xörəklərinin hazırlanması texnologiyası öyrənilməlidir. Hətta, həmin ölkələrin yeməkləri burda hazırlana bilmirsə, xüsusi aşpazlar dəvət etmək olar ya Azərbaycan aşpazlarını o ölkələrə təlim kursuna göndərmək mümkündür. Müsabiqəyə gələn turistlərə paketdə təqdim etmək olar ki, sizə xidmət filan ünvanda, filan restoranda göstəriləcək. Məsələn, Almaniyanın xörəklərini filan ünvanda, Azərbaycan xörəklərini filan ünvanda alıb yeyə bilərsiniz».

T.Əmiraslanov dedi ki, müsabiqəyə vaxt çox az qalıb. «3 aya hər şeyin super olacağını demək çətindir. İndidən bizim təşkilata müəyyən işlər həvalə olunsa, biz müəyyən işlər görə bilərik», deyə o vurğuladı.

 

 

Əfsun

 

Üç nöqtə.- 2011.- 19 noyabr.- S. 17.