Ermənilərin saxtakarlığı  

 

QHT-lər Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində xeyli iş görüb

 

Bu gün respublikamız üçün ən ağrılı problem Dağlıq Qarabağ məsələsi və onun yaratdığı çətinliklərdir. Artıq 20 ilə yaxındır Azərbaycan müharibə nəticəsində doğma torpaqlardan didərgin düşən insanların problemlərinin həlli ilə məşğuldur. Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, məcburi  köçkünlərin problemlərinin həlli istiqamətində ictimai təşkilatlar da müəyyən işlər görməyə çalışır. Bir sıra vətəndaş cəmiyyəti institutları bacardıqları qədər dövlətin bu istiqamətdə gördüyü işlərə dəstək verir.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Xocavənd rayonu Qarabağlı kəndinin faciəsi haqqında həqiqətlərin dünyaya çatdırılması ilə bağlı layihə icra edib. Layihənin məqsədi Xocavənd rayonu Qarabağlı kəndində azərbaycanlı əhaliyə qarşı ermənilərin törətdiyi vəhşilik faktlarını tədqiq etmək və  faciə haqqında həqiqətləri beynəlxalq aləmdə geniş yaymaqdır. Bununla bağlı Xaçmaz, Şirvan, Lənkəran, Zaqatala şəhərlərində  seminarlar keçirilib. Seminarlarda 160 nəfər vətəndaş iştirak edib. Sonda nəşr olunan «Qarabağlı faciəsi» kitabında bununla bağlı materiallar toplanılıb. Regionlarda vətəndaşlar Dağlıq Qarabağ problemi, onun həlli yolları, Dağlıq Qarabağda erməni quldurlarının törətdiyi cinayətlər, Xocalı faciəsi haqqında yeni məlumat əldə ediblər. Əhalinin əksəriyyətinin məlumatsız olduğu Qarabağlı faciəsi digər hadisələr haqqında vətəndaşlara məlumatlar verməklə yanaşı, bu faciənin səbəbləri faktlarla izah edilib. Qarabağlı faciəsi haqqında yazılı məlumatlarla yanaşı, tarix elmi sahəsində son illər Qərb ölkələrində istifadə olunan şifahi tarixi faktlardan da geniş istifadə olunmuşdur.

Seminarlarda həmçinin mahiyyətcə Xocalı Qarabağlı faciələrinə oxşayan, 1995-ci ilin iyulunda Serbetnik millətçilərinin Bosniyanın Srebrenitsa şəhərində törətdikləri soyqırım hadisəsi müqayisəli şəkildə öyrənilib.

 

ERMƏNİ CİNAYƏTLƏRİ BARƏDƏ DÜNYA İCTİMAİYYƏTİ MƏLUMATLANDIRILIB

 

Yerli əhali ilə yanaşı, beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ həqiqətləri ilə bağlı məlumatlandırılması istiqamətində aparılıb. Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyi bu məqsədlə «Ermənistanın işğalçı siyasəti barədə dünya ictimaiyyətinin məlumatlandırılması üçün region ölkələrinin qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın təşkili» layihəsini icra edib. Layihənin məqsədi region ölkələrinin qeyri-hökumət təşkilatlarının potensialından, onlarla əməkdaşlığın imkan verdiyi yeni vasitələrdən istifadə etməklə Ermənistanın işğalçı siyasəti, xalqımıza qarşı törədilmiş erməni cinayətləri barədə dünya ictimaiyyətinə daha geniş məlumatların çatdırılmasından ibarətdir. Bununla bağlı Türkiyə Gürcüstanın Qeyri-Hökumət Təşkilatları ilə əlaqələr yaradılıb. Keçirilən görüşlər, aparılan müzakirələr nəticəsində birgə strategiya müəyyənləşdirilib. Həmçinin, mövzuya aid materialların yayılması işi təşkil edilib. Türkiyə Gürcüstan QHT nümayəndələri Bakıya dəvət olunub, onların iştirakı ilə «Region ölkələri QHT-lərin separatçılığa terrorizmə qarşı əməkdaşlıq imkanları» mövzusunda konfrans keçirilib.

Türkiyə Gürcüstanın bir qrup QHT-ləri ilə Qarabağa dair həqiqətlərin yayılması, erməni separatçılığı terrorizminin ifşa edilməsi istiqamətində əməkdaşlığa başlanılıb.

Strateji Planlaşdırma Araşdırmalar İnstitutu İctimai Birliyi isə «Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ictimai təşəbbüslərin artırılması» layihəsini icra edib. Layihənin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiya müharibəsində Azərbaycanın davamlı üstünlüyünü təmin etmək ölkəmizin haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaqla erməni yalanlarını ifşa etməkdir. Bakı şəhərində «Dağlıq Qarabağ həqiqətləri» adlı  ictimai müdafiə kampaniyası həyata keçirilib. Təbliğat materialları xarici dillərə çevrilərək, beynəlxalq qurumlara çatdırılıb. Mövzu ilə bağlı monitorinq aparılıb. Xarici mətbuatda Qarabağ mövzusunda yayımlanan məlumatların monitorinqi keçirilib, yanlışlıqların dəqiqləşdirilməsi işi aparılıb, ermənilərin saxtakarlığı ifşa olunub. Monitorinq nəticəsində Ermənistan tərəfindən yayımlanan yalan məlumatlar aşkarlanıb. Bu məlumatların tarixi faktlara həqiqətlərə söykənən informasiya ilə əvəzlənməsi üçün həmin internet səhifələrinin rəhbərliyinə müraciətlər göndərilib.

 

QARABAĞIN İŞĞALINA HƏSR OLUNAN YENİ FİLM HAZIRLANIB

 

«İnam» Plüralizm Mərkəzi isə «AğdamQafqaz Xirosiması ruhlar şəhəri» adlı layihə icra edib. Layihənin məqsədi «AğdamQafqaz Xirosiması ruhlar şəhəri» adlı fotovideo stendlərindən ibarət səyyar sərgi qalereyası yaratmaqla Qarabağ probleminin dünya ictimaiyyəti tərəfindən daha aydın qavranması işinə yardım etməkdir. Materiallar toplanılaraq sərgi keçirilib. Mərasimdə 200-dək adam iştirak edib. İştirakçılara Ağdam haqqında 3 dildə nəşr edilən buklet, film sərgi haqqında məlumat verən nəşrlər paylanıb. DVD-lər sərginin açılış mərasimi vaxtı dəvət edilmiş rəsmi şəxslərə, KİV nümayəndələrinə xarici qonaqlara təqdim edilib. «AğdamQafqaz Xirosiması» filmi hər üç dildəAzərbaycan, rus ingilis dillərində youtube, facebook beynəlxalq internet şəbəkələrində, həmçinin Mərkəzin öz saytında yerləşdirilib. Sərgi ilə eyniadlı film yaradılıb, Almaniyada, Türkiyədə başqa ölkələrdə nümayiş olunub. Qarabağ həqiqətlərinin dünyada daha asan dillə tanıdılması üçün «AğdamQafqaz Xirosiması» sözü mətbu dilə gətirilib. Onlarla TV, agentlik, qəzet, sayt 3 dildə bu barədə informasiyalar yayıb. Qarabağın işğalına həsr olunan yeni bir film hazırlanıb.

 

ƏSİRLİKDƏ OLAN AZƏRBAYCAN QADINLARININ FACİƏVİ TALEYİ DÜNYA İCTİMAİYYƏTİNƏ ÇATDIRILIB

 

Azəri-Türk Qadınlar Birliyi isə «Faciələrimiz soyqırımlar» layihəsini icra edib.  Layihənin məqsədi 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı əsasında təşkilatın reallaşdırdığı layihənin davamı olaraq, Belçika parlamentinin senatoru madam Tilmansın təşkilatçılığı yaxından iştirakı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir düşmüş Azərbaycan qadınlarının taleyi ilə bağlı Brüssel şəhərində xüsusi tədbirlər keçirilib. Belçika Krallığı senatorluğunda keçirilən konfransda ermənilərin Azərbaycan ərazilərini işğal etməsi, insanları etnik mənsubiyyətə görə öldürməsi soyqırıma məruz qoyması, eləcə əsirlikdə olan Azərbaycan qadınlarının faciəvi taleyi haqda müzakirələr aparılıb. Konfransda senatorluq, Azərbaycan Ermənistan səfirliyinin təmsilçiləri, habelə ATƏT, BMT digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Konfrans, onun materiallarının yayılması, Belçika başda olmaqla, Qərb dövlətlərində münaqişənin sülh yolu ilə həlli, eləcə əsir girovların azad edilməsilə bağlı fəallığın artmasına yardım edib.

«Xəzərgələcək naminə tərəfdaşlıq beynəlxalq hərəkatı» İctimai Birliyi isə «Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı insan hüquqları problemi (beynəlxalq hüquqi məsələlər) kitabının hazırlanması nəşri» layihəsini həyata keçirib. Layihənin məqsədi Dağlıq Qarabağ münaqişəsinin dünya birliyi, xüsusilə elmi ictimaiyyət səviyyəsində aktuallığını artırmaq məsələyə hüquqi qiymət verilməsinə nail olmaqdır. Kitabın hazırlanması üçün zəruri olan beynəlxalq hüquqi sənədlər, beynəlxalq təşkilatların tövsiyələri oxşar münaqişələr üzrə beynəlxalq məhkəmə presedentləri araşdırıldı. Araşdırma zamanı beynəlxalq ədalət məhkəməsinin təcrübəsindən istifadə olunub. Kitab yazılıb, redaktə olunub, elmi məsləhətçilərin rəyini alınaraq çap edilib. Nəticədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində insan hüquqlarının kütləvi şəkildə pozulması faktları beynəlxalq ictimaiyyətə çatdırılıb.

 

 Üç nöqtə.-2011.-  29 noyabr.- S. 5.